Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   2   3   4   5   6   7   8   9   ...   61
S-f-rov-H-mid

 

 

 

 


 

Giriş 



 

Dissertasiya işinin aktuallığı. İstehsal prosesində keyfiyyətcə tam formalaşmış 

malların istehlakçılara heç bir keyfiyyət dəyişiklikləri olmadan çatdırmaq, istehlakçı 

tələbini  ödəmək  baxımından  həm  istehsal  müəssisələrinin,  həm  də  xidmət 

strukturlarının  qarşısında  duran  əsas  məsələlərdən  biridir.  Bu  amillər  malların 

keyfiyyətini  qoruyub  saxlayan  amillər  altında  öyrənilir  və  bu  amillər  içərisində 

malların  qablaşdırılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Qablaşdırma  dedikdə  müəssi-

sələr tərəfindən istehsal olunan malların səmərəli şəkildə, təhlükəsiz, rahat daşınması, 

saxlanması və istehlakçılara çatdırılması məqsədilə aparılan məqsədyönlü əməliyyat-

lar  kompleksi  başa  düşülür.  Qablaşdırma  əməliyyatının  həyata  keçirilməsində  əsas 

şərtlərdən  biri  qablaşdırıcı  materialın  seçilməsidir.  Qablaşdırıcı  material  funksioanl 

təyinatına, etibarlığına, erqonomik, gigiyenik, təhlükəsizlik və s. göstəricilərinə görə 

qruplaşdırmaq  olar.  Qablaşdırma  daxili  və  xarici  olmaqla  iki  qrupa  bölünür. 

Qablaşdırıcı  material  kimi  təbii,  süni  və  sintetik  qablaşdırıcı  materiallardan  istifadə 

edilir.  Malların  spesifik  xüsusiyyətlərindən,  əsas  xassələrindən  asılı  olaraq 

qablaşdırıcı  material  kimi  ağacdan,  metaldan,  şüşədən,  parça  və  trikotaj  polotno-

sundan,  təbii,  süni  və  sintetik  gönlərdən,  polimer  materiallarından  istifadə  edilir. 

Müəssisələr  tərəfindən  istehsal  olunmuş  mallar  keyfiyyətli  şəkildə  istehlakçılara 

çatdırılana  qədər  bir  neçə  qablaşdırılma  əməliyyatlarından  keçirilir  ki,  bu  da  qab-

laşdırıcı  materialların  keyfiyyətinə,  forma  və  konstruksiyasına,  xassələrinə  və  eti-

barlılıq səviyyəsinə çox böyük tələblər qoyur. Müasir dövrdə əksər istehlak malları, 

xüsusilə  də  ərzaq  məhsulları  həm  istehsal  və  həm  də  xidmət  sahələrində,  ticarət 

şəbəkələrində  bir  neçə  dəfə  qablaşdırma  əməliyyatlrından  keçirilir.  Müasir  dövrdə 

qablaşdırıcı materiallara olan tələbi təbii qablaşdırıcı materiallarla ödəmək mümkün 

deyildir. Məhz buna görə də polimer qablaşdırıcı materiallardan geniş şəkildə istifadə 

etmək  qaçılmazdır.  Polimer  qablaşdırıcı  materiallar  istənilən  şəkildə  malların 

səmərəli,  təhlükəsiz,  yüksək  estetik  xüsusiyyətlərə  malik,  etibarlı  qablaşdırılmasını 

təmin edir. Qablaşdırıcı materiallar istehsal edən sənaye sahələrinin qarşısında duran 



 

bir nömrəli məsələ qablaşdırıcı materialın qablaşdırılan məhsulun (xüsusilə də ərzaq 



məhsullarının)  gigiyenik  xassələrinin,  onların  yararlığının  tam  şəkildə  istehlakçılara 

çatdırılmasından  ibarətdir.  Məhz  bu  baxımdan  məişətdə  istifadə  edilən  polimer 

qablaşdırıcı  materiallarının  istehlak  mallarının  keyfiyyətinə  təsirinin  öyrənilməsi 

istehlakçıların  keyfiyyətli  mallara  olan  tələbinin  ödənilməsi  baxımından  çox 

aktualdır. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin