AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə39/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   35   36   37   38   39   40   41   42   ...   50
4 biznes


 

24.4. Müasir kontrolinqdə ERP sistemi 

 

Sənaye  inqilabından  qabaq   ardıcıl 



şə

kildə və bugünkü günün qaydaları əsasın-

da  ticarətlə  məşğul  olan  şirkətlərin  sayı  ol-

duqca  az  idi  .  Bu  şirkətlər  çox  kiçik  idi  və 

ə

ksər  hallarda  bir  nəfər  bütün  idarəetmə  iş-



lərini  öz  öhdəsinə  götürürdü.  Qəbul  olunan 

qərarlar şirkətin mövcud mənbələri və ümu-

mi  məqsədləri  əsasında  zehində  forma-

laşırdı.  

Getdikcə bazarın tələbatı və şirkətlərin istehsal və xidmət fəaliyyətləri 

artır  və  buna  görə  də  fəaliyyət  və  əməliyyatların  bir  nəfər  tərəfindən  idarə 

olunması  qeyri-mümkün  olurdu.  Bunun  nəticəsində  bir  çox  insanlar  bu 

sahəyə cəlb olunurdular və müxtəlif ticarət fəaliyyəti fərdi fəaliyətin yerini 

tutudu.  Nəticədə  iri  təşkilatlarda  bir  nəfər  aparıcı  rəhbər  kimi  nəzərdə 

tutulub  və  digər  şəxslər  də  müxtəlif  səviyyə  və  dərəcələrdə  ona  kömək 

göstərmək  üçün  nəzərdə  tutulurdu.  Bu  əsasda  müxtəlif  fəaliyyət  sahələri 

inkişaf edib. Fəaliyyət sahələri genişlənidirilib və beləliklə, işləri icra etmək 

üçün  bir  çox  insanlara  ehtiyac  yaranıb.   Bunun  nəticəsidir  ki,  dünyanın 

tanınmış  şirkətləri   kompyuterlərə  və  kompyuter  proqramlarına  böyük 

həcmdə  kapital  qoyuluşunu  həyata  keçirirlər.  Elektronika,  rabitə  və 

kompyuter  sənaye  sahələrinin  inkişafı  nəticəsində,  informasiya  texnologi-

yasının  sürətli  inkişafı  təşkilatların  fəaliyyətinə  çox  böyük  təsir  gös-

tərmişdir. Bu dəyişiliklər eyni halda təşkilatların fəaliyyət mühitinin mürək-

kəbləşməsinə  səbəb  olur.  Buna  görə  də  təşkilatların  müxtəlif  sahələri  ara-

sında  yaxşı  əlaqə  yaratmaq  və  informasiyanın  təmin  edilməsini  yün-

gülləşdirmək  üçün  lazımı  sistemlərin  yaradılmasına  çox  ehtiyac  vardır.  Bu 

sistemlər (Enterprise Sistems “ES”) adı ilə tanınır. Bu sistem imkan verir ki, 

rəhbərlik vacib  məlumatlardan hər yerdə və hər zaman müxtəlif qərarların 

qəbulunda  istifadə  etsinlər.  ERP  (Enterprise  Resource  Planning) 



sistemləri  90-cı  illərdə  informasiya  texnologiyasının  inkişafının  mühüm 

amili kimi qiymətləndirilə bilər.  

ERP  sistemlərinə  bü  cür  diqqət,  bu  sistemin  bugünkü  təşkilatların 

informasiya və ticarət sahələrinin inkişafındakı əhəmiyyətinin göstəricisidir 

.  Təşkilatların  indiki  güclü  rəqabət  dünyasında  rəqibləri,  müştəriləri  və 

şə

rikləri tərəfindən çoxsaylı problemləri və təzyiqləri şəraitində ERP sistemi 



faydalı  bir  sistem  kimi  və  bu  təzyiqlər  qarşısında  davamlı  bir  sistem  kimi 

mühüm  rol  oynayır.  İqtisadi  sistemlərin  idarə  olunmasında  yeni  idarəetmə 



Бизнесин тяшкили вя идаря едилмяси 

361 


metodlarından və xüsusilə ERP  sistemindən istifadə edilməsi çox zəruridir. 

Hal-hazırda  güclü rəqabət dünyasında təşkilatların öz rəqibləri, müştəriləri 

və  şərikləri  tərəfindən  çoxsaylı  problemləri   və  təzyiqlərlə  üzləşdik-

ləri şəraitdə ERP sistemindən istifadə  faydalı bir vasitə  kimi, bu təzyiqlər 

qarşısında  davamlı  bir  sistem  kimi  mühüm  rol  oynayır.  ERP  sisteminin 

təşkilatların fəaliyyətində bu mühüm rolu ilə yanaşı yaddan çıxartmaq lazım 

deyildir  ki,  bu  sistemdən  düzgün  istifadə  olunmaması  təşkilatın  əsaslarının 

tam şəkildə məhvinə səbəb ola bilər.  

Kontrolinq  zamanı  ERP  sistemi  bir  şirkətin  bütün  bölmələrinin  fəa-

liyyətini bir kompyuter  proqramı əsasında vahid bir sistemdə birləşdirir  və 

hər bölmənin özünəməxsus tələbatına cavab verir.  Bu ortaya qoyulan böyük 

bir  iddia  hesab  oluna  bilər  ki,  bir  kompyuter  proqramı  maliyyə  sahəsində 

çalışanların  və  bütün  struktur  vahidlərinin  tələbatını  təmin  etmiş  olsun. 

Kompyuter  sisteminin  hər  bir  bölməsinin  özünəməxsus  fəaliyyət  sahəsi 

vardır.  Lakin ERP sistemi bu bölmələri vahid kompyuter proqramında bir-

ləşdirir. Bu proqram ayrı-ayrı bölümlərin cəmləşdiyi bir baza tərəfindən icra 

olunur.  Ona  görə  də  müxtəlif  bölümlər  informasiyanı  asanlıqla  müştərək 

istifadəyə  verir  və  bir-birilə  əlaqə  yarada  bilərlər.  Bu  kompyuter  proqra-

mının  şirkətlər  tərəfindən  düzgün  şəkildə  qurulacağı  təqdirdə  ondan  istifa-

dənin bir çox müsbət tərəfləri vardır. Misal üçün, müştəridən sifarişin qəbul 

edilməsi. Həqiqətən də müştəri sifarişi verdikdə bu sifariş kağız şəklində və 

ya kompyuterdə bir bölmədən digər bölməyə dövr edir. Bu dövretmə müştə-

ri sifarişlərinə vaxtında cavab verməyi ləngidir. Eyni halda şirkətin müxtəlif 

bölümlərində fəaliyyət göstərənlərin heç biri bilmir ki, bu sifarişin vəziyyəti 

ayrı-ayrı bölümlərdə necədir. ERP kompyuterdəki maliyyə, insan resursları, 

anbar  bölümlərinə  aid  müstəqil  sistemləri  aradan  götürür  və  onun  yerinə 

vahid  kompyuter  proqramını  bərqərar  edir.  Beləliklə,  maliyyə,  anbar  və 

digər  bölümlər  öz  proqramlarına  malik  olurlar,  lakin  bu  fərqlə  ki,  həmin 

proqramlar  bir-birilə  əlaqə qursunlar.  Bu  əsasda  maliyyə  bölümü  anbar 

bölümünə  müraciət  edərək  sifarişin  verilməsindən  məlumat  əldə  edə  bilər. 

ERP-nin bir çox proqramları ayrı-ayrılıqda istifadəyə yararlıdır və onu tam 

şə

kildə əldə etmədən də bəzi hissələrindən istifadə etmək olar.   



ERP  sisteminə  tam  halda  tərif  vermək  çətindir.  Mütəxəssislər  bu  

sistemə  müxtəlif  təriflər  vermişlər  ki,  bu  təriflər  onun  ayrı-ayrı  hissələrini 

ə

hatə etmişdir. ERP sisteminin təşkilatın ayrı ayrı bölümlərində özünəməx-



susluğu  və  fəaliyyət  qabiliyyəti  ilə  tanışlıq gələcəkdə  bu  sistemin  tam  şə-

kildə  tanınmasına  kömək  edə  bilər.  ERP  (Enterprise  Rsource  Planing) 

proqramlarında bir müəssisənin daxilindəki bütün bölümlər və əməliyyatlar 

səy  edirlər  ki,  kompyuterin  vahid  bir  sistemində  yerləşdirilsinlər.  Müxtəlif 

bölümlər (maliyyə, anbar və satış) mümkündür ki, özünəməxsus kompyuter 

sisteminə  malik  olsunlar  ki  onlara  məxsus  işlər  icra  edilsin.  Amma  ERP 

onların  hamısını  ayrı-ayrı  bölümlərdən  ibarət  bazaya  malik  vahid  bir 

proqramın  daxilində  birləşdirir.  Bu  halda  müxtəlif  bölümlər  informasiyanı 



Бизнесин тяшкили вя идаря едилмяси 

362 


müştərək  istifadəyə  qoyur  və  bir-biri  ilə  əlaqədə  olurlar.  Həqiqətdə 

ERP  informasiya texnologiyasına əsaslanan bir həll sistemidir ki, təşkilatın 

mənbələrini  bir  sistem  vasitəsilə  bir-birinə  bağlamış  olur  və  yüksək  sürət, 

keyfiyyət  və  diqqət  şəraitində  təşkilatın  müxtəlif  səviyyələrdə  olan  mü-

dirlərinin  nəzarətində  qoymuş  olur  ki,  təşkilatın  idarəetmə  və  proq-

ramlaşdırma  işlərini  lazımi  şəkildə  həyata  keçirə  bilsinlər.  ERP  kompyuter 

proqramı vahid  bölümlər məcmuəsindən hazırlanaraq və qabaqcadan proq-

ramlaşdırılaraq  təşkilatın  bütün  bölümlərini  əhatə  edir.  Bu  proqram-

dan   istifadə  edərkən  onun  imkanlarından  maksimum   bəhrələnmək  üçün 

onu  təşkilatın  tələbatı  ilə  uyğunlaşdırmaq  olduqca  çətindir.  ERP   təşkilat 

üçün informasiya nöqteyi-nəzərindən vahid bir fəaliyyət mühitində və Real 

– time şəklində çox böyük kömək göstərmiş olur. Bu onu göstərir ki, ERP 

bir  məcmuə  və  ya  bir  Suit  proqramıdır.  İnformasiya  texnologiyası 

ə

dəbiyyatlarında  Suit  müstəqil,  lakin  bir-biri  ilə  əlaqədə  olan  proqramlar 



məcmuəsinə  deyilir.  Bu  proqramlar  arasında  məlumatların  sürətli  müba-

diləsi  və  oxşar  fəaliyyət  mühiti  bu  məcmuənin  ən  mühüm  özünəməxsus-

luqlarından  hesab  olunur.  Bu  məcmuənin  proqramlarının  hər  biri  ayrı-ayrı 

məqsədlər üçün proqramlaşdırılmışdır. Lakin bununla belə onların arasında 

məlumatların  mübadiləsi  prosesi  çox  rahatlıqla  həyata  keçirilir.  Zahiri 

quruluşu və ya User interface onların hamısında bir-birinə oxşardır. ERP-lər 

belə  bir  özünəməxsusluğa  malikdirlər  ki,  bir  neçə  müstəqil  proqramdan 

ibarət,  lakin  bir-birilə  əlaqədar  məcmuədirlər  ki,  onların  arasında  məlumat 

mübadiləsi  rahatlıqla  həyata  keçirilir.  ERP  üçün  göstərilən  tərifdə 

modulların quruluşundan  məqsəd  daha  çox  bir  çox  bir-birindən  müstəqil 

olan  müxtəlif  proqramların  olmasını  göstərməkdir.  Bu  mənada  ki,  ayrı-

ayrılıqda müxtəlif proqramların və ya modulların, o cümlədən maliyyə, he-

sabdarlıq,  insan  rezervləri,  əməliyyat  və  istehsalın  nəzarəti,  proqramlarının 

ERP  məsmuəsinin  daxilində  olmasına  baxmayaraq,  ERP  bölümlərinin 

təşkilatda  inkişafına  mane  olmur.  Beləliklə,  ERP  məcmuəsi  içindən  bu 

məcmuədən  tam  istifadə  etmədən  də  lazım  olan  proqramı  seçib  istifadə 

etmək  olar.  Modulların  quruluşu  belə  bir  imkanı  yaradır  ki,  müxtəlif  mo-

dulları müxtəlif təminedicilərdən hazırlayıb və sonra isə onların məcmuəsini 

bir-birinin  yanında  yerləşdirmək  olar.  ERP-lərin  istehsalında  proqram 

təminediciləri  və  satıcıları  (vendor)  tərəfindən  standartlara  riayət  olunması 

bu  işdə  müəyyən  sadələşdirmələrin  yaranmasına  səbəb  olmuşdur.  Hal-

hazıda elə şirkətlər vardır ki, öz ERP-lərinin müxtəlif hissələrini hətta 3 və 

ya  4-dən  daha  çox  təminedici  vasitəsilə  hazırlayıb  və  sonra  isə  onları  bir-

birinin yaında  yerləşdirirlər. Modulların ERP sistemində vahidliyi müxtəlif 

mənada  ola  bilər.  Bu  vahidlik  yeni  modulların  əlavə  edilməsi  imkanı  nə-

zərindən, təşkilatın bir hissəsinin lazımi proseslərinin tam şəkildə əhatə edil-

məsi,  bəzi  proseslərin  təkrar  edilməməsi,  informasiya  nöqteyi-nəzərindən 

vahidlilik,  bütöv  sistemdə  bölümlərin  təkrar  edilməməsi,  və  s.  nöqteyi-

nəzərindən ola bilər. ERP sistemləri ən yaxşı mövcud proseslər əsasında və 


Бизнесин тяшкили вя идаря едилмяси 

363 


ya  müxtəlif  sənayedə  Best  Practice  əsasında  proqramlaşdırılmışdır.  Bu 

mənada  ERP  proqram  məcmuəsindəki  təşkilatın  müəyyən  məqsədə  doğru 

səylərinə  yardım  edən  biznes  proseslər  standart  metodlar  əsasında  proq-

ramlaşdırılmışdır və təcrübədə sübut olunmuşdur ki, bu kontrolinqin tətbiqi 

üçün ən yaxşı metoddur. 

Müasir  biznes-mühitdə  şirkətin   strukturlarının   uğurlu   kontrolinqi  

üçün  korporativ  resursların  kompleks  idarə  edilməsini  həyata  keçirəcək 

vahid  informasiya  məkanının  yaradılması  vacibdir.  Bu  məsələ  şirkətin 

təşkilati strukturunun bütün səviyyələrində biznes-proseslərin idarə edilməsi 

üçün vahid inteqrasiya edilmiş informasiya sistemlərinin tətbiqini tələb edir. 

Bu  və  digər  aktual  məsələlərin  həlli  üçün  ERP  konsepsiyası  (Enterprise 

Resource  Planning)  –  müəssisənin  resurslarının  planlaşdırılması  nəzərdə 

tutulub. 

ERP – müəssisənin spesifik xüsusiyyətlərini və  konkret biznes-məsə-

lələrini,  onun  fəaliyyət  infrastrukturunu,  miqyasını  və  coğrafiyasını  nəzərə 

alan  kompleks  idarəetmə  strategiyasıdır.  O,  idarəetmə  əməliyyatlarının 

kontrolinqini, qlobal standartlaşdırılmasını, texnoloji proseslərin avtomatlaş-

dırılmasını  və  biznesin  effektifliyinin  artırılmasını  təmin  etməyə  imkan 

verir.  Kontrolinqdə  ERP  sistemlərinin  uğurla  tətbiqi  ümumdünya  standar-

tına çevrilir. Bu, həmin sinifdən olan sistemlərin geniş imkanları ilə bərabər 

ERP-nin tətbiqi şirkətin bazarda nüfuzunun artması ilə bağlıdır. 

Son  illər  yerli  şirkətlərdə  fəaliyyətlərin  kontrolinqi  üçün  ERP  sis-

temlərinə böyük maraq göstərməyə başlayıblar. Bu sinifdən olan həllərə tə-

ləbatın  yaranması  ERP  sistemlərinin  biznes  inkişafının  kritik  alətinə 

çevrildiyini sübut edir. Müəssisə və sahə miqyaslı güclü, tez uyğunlaşa bi-

lən, tamfunksional ERP həllərinin tətbiqinə zərurət yaranıb. 

 

24.5. Kontrolinq xidməti və onun təşkili formaları 

 

Müasir  anlayışlardan  olan  monitorinq  və  kontrolinq  terminləri  biz-



nesdə  xüsusi  əhəmiyyətli  nəzarət  fenomenləri  kimi  istifadə  olunur.  Moni-

torinqdə  daha  çox  müxtəlif  müşahidə  üsullarından  istifadə  edilir.  Burada 

müşahidə  fotoçəkilişlər,  sorğular  və  s.  vasitələrlə  həyata  keçirmələr  müm-

kündür.  Kontrolinqidə  isə  monitorinq  prosesi  permament  xarakterli  hesab 

edilir, yəni biznes subyektlərinin özünütənzimlənməsi, idarəedilməsi və nə-

zarəti daimi xarakter daşıyır. İl boyu davam edən prosesin neqativ və pozitiv 

təsirləri  məhz  kontrolinqin  necə  tətbiq  edilməsini  şərtləndirir.  Ona  görə 

kontrolinqin biznesdə əhəmiyyətli bir istiqamət kimi öyrənilməsinə ehtiyac 

yarandı. Kontrolinq modern biznes komponenti olaraq daha çox əhəmiyyət 

kəsb  etməyə  və  maraq  doğurmağa  başladı.  Rəhbərlik  müəssisəsinin  idarə-

edilməsi  effektivliyinin  artırılması  üçün  kontrolinqin  tətbiqinin  zəruriliyinə 

ə

min olduqdan sonra kontrolinq xidmətinin müstəqil olaraq  yaradılması və 



ya  bunun  funksiyalarının  artıq  mövcud  olan  struktur  bölmələr:  plan, 

Бизнесин тяшкили вя идаря едилмяси 

364 


mühasibat və iqtisadi xidmət şöbələri arasında bölüşdürülməsi haqqında mə-

sələ ortaya çıxır. Aşağıda rəhbər tərəfindən qərar qəbulu zamanı əsas kimi 

istifadə  edilə  bilən  “lehinə”  və  “əleyhinə”  arqumentlər  siyahısı  göstəril-

mişdir. Kontrolinq xidmətinin yaradılmasının pozitiv aspektləri aşağıdakılar 

hesab oluna bilər:  

-  Kontroler kimi yeni təsisatdan və onun rəhbərindən görüləcək və ya 

görülmüş  işlərin  və  öhdəliklərin  necə  yerinə  yetirilməsinin  nəticələrini 

soruşmaq mümkün olacaqdır. 

-  Müəsisənin  maliyyə-iqtisadi  vəziyyəti  haqqındakı  informasiya  bir 

yerdə mərkəzləşəcəkdir  və onu kifayət qədər operativ əldə etmək mümkün 

olacaqdır.Vahid  standartları  və  planlaşdırma,  nəzarət,  uçot  və  hesabat  qay-

dalarına bölmələr üzrə daha tez tətbiq eidilməsi mümkün olacadır ki, bu da 

idarəetmə prosesini asanlaşdıracaqdır. 

-  Yeni  təsisat  hesab  olunan  kontroler  bundan  sonra  bütün  fəaliyyəti 

ə

laqələndirəcək  və  qarşılıqlı  fəaliyyəti  daha  mükəmməl  koordinasiya 



edəcəkdir ki, bu da işin daha effektiv qurulmasını təmin etmiş olacadır. 

Kontrolinq  xidmətinin  yaradılmasının  neqativ  aspektlərini  isə  belə 

təsnifləşdirmək olar: 

-  Müəssisənin idarəetmə sistemindəki dəyişikliyin izah edilməsi zəru-

rətinin əsaslandırılması və onun hansı ehtiyacdan yarandığını bəyan etmək. 

-  Kontrolinq  xidmətinin  digər  departamentlərdən  daha  ön  sıraya 

keçməsi  və  təşkilatdaxili  funksional  dəyişikliyə,  müəssisə  daxilində 

müxtəlif mənfi müzakirələrə və konfrantasiyaya səbəb ola bilər. 

-  Təşkilatda  fəaliyyət  göstərən  digər  departamentlərin  səlahiyyətlə-

rinin azaldılması və bunun isə müsbət qarşılanmaması əlavə problemlər do-

ğ

uracaqdır.  Digər  tərfdən  isə  yeni  təsisat  və  istiqamət  kimi  kontrolerin 



tətbiqində olduqca ciddi problem də yaradacaqdır. 

Kiçik və orta müəssisədə kontrolinqin funksiyaları daha çox müəssisə 

rəhbərinin  müvainlərindən  birinin  səlahiyyət  dairəsinə  daxil  ola  bilər.  Orta 

ranqlı  müəssisələrdə,  həmçinin  müstəqil  kontrolinq  xidmətinə  sahib  olmaq 

qeyri-adilik  funksiyasına  etiraz  edirlər.  Çünki  bu  təsisatın  özu  həm 

funksional,  həm  də  yeni  ştat  olaraq  mahiyyəti  və  müəssisəyə  qazandırdığı 

üstünlükləri doğru anlaşılmır. Kontroler-müəssisədə kontrolinq funksiya və 

vəzifələrini reallaşdıran mütəxəssisdir. Konrtoleri heç cürə nəzarətçi ilə eyni 

funksiyanı görəcəyini və o cür də adlandırılmasını qarışdırmaq olmaz. Lakin 

bununla  belə  kontroler  eyni  zamanda  funksiyalarına  nəzarət  mexanizm-

lərinidə həyata keçirən şəxs olaraq xarakterizə oluna bilər. Kontroler müəs-

sisədə  iqtisadiyyat  və  iadrəetmə  sahəsində  xidmət  işlərinin  yerinə  yeti-

rilməsinə cavabdehdir: 

-  İdarəetmə  sahəsində  uçotun  aparılması  üzrə  işləri  də  kontrolinq 

funksiyalarına daxil edir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

365 


-  Xərclərin  uçotunun  şəffaf,  səmərəli  təşkilini  və  eyni  zamanda, 

ə

lavə xərclərin azaldılmasını təmin edir ki, bu, nəticədə müəssisənin büdcə 



balansının qorunub saxlanmasında önəmli rol oynayır. 

-  Müəssisənin gəlirlilik normasının və likvid imkanlarının artırılması 

üzrə metodiki və digər alətlərdən istifadə imkanlarına görə cavabdehlik his-

sinə malik olur. 

-  Müəssisələrin  qarşıya  qoyduğu  məqsəd  və  hədəflərini  əlaqələn-

dirmək  imkanlarına  sahib  olur  və  nəticələrin  tez-tez  nəzərdən  keçirilməsi 

hədəflərə yaxınlaşmasını şərtləndirmiş olur. 

Kontrolinq fəaliyyətində yeni yanaşmalara görə kontrolerə münasibətə 

heç  də  birmənalı  fikir  yoxdur.  Belə  ki,  hamı  tərəfində  kontroler  kimi  yeni 

təsisatın  yaradılması  zərurətini  anlayır,  eyni  zamanda,  onun  yaradılmasına 

can  atır.  Başqa  qurumlar  isə  bunun  mürəkkəb  bir  təsisat  olduğuna  görə  və 

onun  müəssisənin  həyatında  hansı  dəyişikliyə  səbəb  olacağını  anlamır  və 

buna  heç  də  can  atmır.  Buna  canatmanın  kökündə  duran  əsas  məsələ  kimi 

müəssisənin hədəflərinə və rentabellik göstəricilərinə canatmada kontrolerlə 

müəssisə rəhbərliyi arasında qarşıdurma halları olur ki, bu da kontoler təsi-

satının  daha  çox  mürəkkəb  bir  təsisat  olduğu  kimi  xarakterizə  olunmasına 

gətirib  çıxarır.  Cari  fəaliyyətində  kontroler  peşəkar  xidmətini  yerinə  yeti-

rərəkən  digər  departamentlərlə  əlaqədə  olmuş  olur.  Bu  isə  onun  müəssisə 

daxilində kontrolerə əlavə olaraq məsuliyyət hissinin və peşəkar, subyektiv 

tələblərinin  artmasını  şərtləndirmiş  olur.  Kontrolerə  olan  tələblər  əsasən 

aşağıdakılardan ibarət ola bilər: 

-   Xərclərin hesablanması və onların təsnifləndirilməsi; 

-  Müəssisənin maliyyə imkanlarının və təşkilatı funksiyalarının həyata 

keçirilməsi; 

-  Müəssisənin  hədəflərindən  kənar  fəaliyyətinə  dair  təhlil  material-

larının əldə edilməsi; 

-  Müəssisənin investisiya strategiyasının  seçilməsi; 

-  İstehsal olunan məhsul (xidmətlər) üzrə bazardakı tələb və risklərin 

təhlili; 

-  Təşkilatın maliyyə-uçot siyasətinin işlənib hazırlanması; 

-  Rəqiblərin fəaliyyətinin müqayisəli təhlili; 

-  Müəssisənin fiskal (büdcə-vergi) siyasətini dərindən təhlil etmək və 

bütün fəaliyyətlərin mövcud resurslara adekvat olaraq hesablanması; 

-  Müəssisənin inkişaf proqnozunu və onun yerinə yetirilməsi yollarını 

göstərmək. 

         

 

 

 



 

 

Бизнесин тяшкили вя идаря едилмяси 

366 


24.6. Kontrolinqin informasiya təminatı 

 və onun əsas elementləri 

 

Müsair  biznesdə  kontrolinqin  səmərəli  təşkili  onun  informasiya 

bazasından  xeyli  dərəcədə  asılıdır.  Belə  ki,  informasiyanın  akkumlyasiyası 

özündə çoxlu sayda faktorları ehtiva edir. Buraya müəssisənin istehsal etdiyi 

məhsulun (xidmətlərin) həcmi, istehlakçıların gəlirləri, zövq və tələblərinin 

dəyişməsi və s. istiqamətlərdə məlumatların toplanması təşkil edir. Beləlik-

lə,  çoxlu  sayda  amillər  informasiyanın  zəngin,  doğru  və  etibarlı  olması  ilə 

birbaşa əlaqədardır. Ona görə informasiya sistemləri gərək daha çox etibarlı 

və qərarlara real təsir gücü olan obyektiv gerçəklikləri əhatə etsin. Belə in-

formasiya  sistemləri  çoxlu  sayda  komponentlərdən  təşkil  oluna  bilər.  İstə-

nilən  iqtisadiyyatın  əsas  problemlərindən  biri  məhdud  resurslardan  mak-

simum  səmərəli  istifadə  olunmasıdır.  Lakin  resursları  müxtəlif  cür  istifadə 

etmək  olar.  Burada  əsas  məsələ  iqtisadi  resursları  harda  və  necə  cəmləş-

dirmək  haqqında  qərarın  qəbuludur.  İnformasiya  sahibkarlıq  fəaliyyətinə 

manevr etməyin əsasıdır. O, məhsul (xidmətlər) istehsalının effektiv və iq-

tisadi cəhətdən daha sərfəli necə təşkil etmək məsələsini həll etməyə imkan 

verir.  Bilik  və  informasiya  starteji  resurslara  çevrilir.  Tələb  olunan  infor-

masiya çoxlu sayda mənbələrinə və saxlanma yerinə görə yayılımışdır. AİS-

lərin  məqsədi  informasiyanı  elə  yığmaq,  tematik  birləşdirmək  və  emal  et-

məkdir  ki,  istifadəçi  interpretasiyası    üçün  informasiyaya  sürətli  və  rahat 

girişi təmin etsin. Bu gün demək olar ki, toplanan və istifadə olunan infor-

masiya  daşıyıcılarına  heç  bir  məhdudiyyət  yoxdur.  Müasir  qiymətlən-

dirmələrdə menecerlər öz fəaliyyətində əsas informasiya rolunu oynayır: 

-  İnformasiyanı qəbul edən; 

-  İnformasiyanı yayan; 

-  Beynəlxalq aləmdə peşəkar nümayəndə. Menecerin və sahibkarın öz 

informasiya  vəzifələrini  necə  icra  etmələrindən  müəssisənin  fəaliyyətinin 

son  nəticəsi  çox  asılıdır,  lakin  müəssisənin  məhsuldarlığı  informasiyanın 

təkcə  kəmiyyətindən  deyil,  həm  də  onun  keyfiyyətindən  asılıdır.  İstənilən 

müəssisədə müntəzəm olaraq, aşağıdakı istiqamətlərdə iş aparılmalıdır: 

-  Problemlərin aşkarlanması və informasiya tələbatının müəyyən edilməsi; 

-  İnformasiya mənbələrinin seçilməsi; 

-  İnformasiynın toplanması; 

-  İnformasiyanın emal olunması və onun tamlığının və əhəmiyyətinin 

qiymətləndirilməsi; 

-  İnformasiyanın  təhlili  və  seçilmiş  sferalarda  tendensiyaların  aşkar 

olunması; 

-  Proqnozların  və  müəssisənin  fəaliyyətinin  alternativlərinin  işlənib 

hazırlanması; 

-  Müxtəlif fəaliyyətlərin alternativlərinin qiymətləndirilməsi, strategi-

yanın  seçilməsi    və    strateji    planların    reallaşdırılması    üçün    idarəetmə  

qərarlarının  qəbul edilməsi. 



Бизнесин тяшкили вя идаря едилмяси 

367 


Müasir  biznesin  informaisya  təminatı  –  onun  xarakterik  cəhətidir.  O 

müəssisə uğur qazanır ki, yaranmış imkanlar haqqında informasiyaları daha tez 

toplayır, emal və istifadə edir. İnformasiya daxili mənbələr kimi çıxış edir: 

-  Əməliyyat  işləri  üçün  nəzərdə  tutulmuş  tranzasion  sistemlər,  həm-

çinin müştərilərlə filial və nümayəndələrin müştərək əməliyyatları; 

-  Elektron saxlanclardakı sənədlər; 

-  Kağız daşıyıcılarda sənədlər. 

İ

nformaisyanın xarici mənbələrinə aiddir: 



-  Elektron  və  ya  kağız  daşıyıcılarda  informaisya  agentliklərinin 

materialları;  

-  Tənzimləyici orqanların qanunverici və normativ materialları; 

-  Elektron və kağız daşıyıcıları formasında müəssisənin müştəriləri və 

partnyorları tərəfindən təqdim olunmuş materiallar və məlumatlar. 

AİS-ləri ənənəvi və qeyri-reqlamentli analitik məsələlərin həll olunma-

sında  bütün  informasiya  kompleks  istifadəsini  təmin  etməlidir.Bunun  üçün 

qərarların  qəbul  olunması  sistemi  vahid  informasiya  konsepsiyasına  əsas-

lanmalıdır. Müxtəlif mənbələrdən sistemə daxil olan informasiya bir qayda 

olaraq  süzgəcdən  keçir.  Əsasən  verilənlərin  formalaşmasında  aşağıdakı 

mənbələr ola bilər: 

-  konkretliliyin yoxlanılması – verilənlərin daxili ziddiyyətliliyi, veri-

lənlərin daxil edilməsinin təhlükəsizliliyi və sistemin bütünlükdə fəaliyyəti; 

-  Verilənlərin süzgəcdən keçirilməsi və aqreqatlaşdırılması; 

-  Verilənlərin dublikatının qeyri-mümkünlüyü; 

-  Verilənlərin zamanlanması (tarixilik prinsipinə uyğun olaraq zaman 

göstəricisinin daxil olmaması). 

Verilənlərin aqreqatlaşdırılması dedikdə, müxtəlif detallaşdırma səviyyə-

sində verilənlərin qarşılıqlı əlaqə sisteminin qurulması mexanizmlərindən isti-

fadə edilməsi başa düşülür. İnformasiyanın saxlanılmasının maksimal müddəti, 

adətən aqreqatlaşdırlmış informasiya üçün  10 ildən az olmayaraq, detallaşdırıl-

mış informasiya üçün 4 ilə qədər təşkil edir. Tarixi verilənlər müəyyən müddət-

lərin bitməsi ilə məlumatların müxtəlif daşıyıcılarda (maqnit lentlərdə, optik və 

ya  maqnit optik  kitabxanalarda və s.) uzun müddət ərzində  saxlanılmaq üçün 

nəzərdə  tutulan  verilənlərin  ictimai  arxivində  “anbarlaşdırıla”  bilər.  Təbii  ki, 

lazım olduqda, verilənlərin arxivdən çıxarılması və onların analitik sistemə əla-

və  olunması  təmin  edilir.  Məlum  olduğu  kimi,  informasiyanı  toplamaq,  onun 

saxlanılmasını  təşkil  etmək  azdır.  Ən  başlıcası  isə  ondan  effektiv  istifadə  et-

məyi bacarmaqdır. Araşdırmalar göstərir ki, eyni informasiya bazasından isti-

fadə edərək müxtəlif, istisnasız olaraq bir-birinə əks nəticələr çıxarmaq olar. İn-

formasiya anbarlarının əsas potensial istifadəçiləri idarəetmənin orta və yuxarı 

halqaları  sistem  analitikləridir.  Çox  vaxt  bunların  əksəriyyəti  kompyuter 

texnolgiyaları və müasir analitik metodlar sahəsində kifayət qədər erudusiyalı 

və qeyri-ordinar düşünən insanlardır.       



Бизнесин тяшкили вя идаря едилмяси 

368 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin