AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turiZM


“Narkomaniyaya  yox  deyək!”



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix07.04.2017
ölçüsü371,01 Kb.
#13572
1   2   3   4

“Narkomaniyaya  yox  deyək!”  mövzusunda 

treninq-mühazirə 

keçirildi. 

Tədbirdə 

kitabxananın 

əməkdaşları, 

Nəsimi 

rayonundakı  42  saylı  məktəbin  müəllim  və 



şagirdləri  iştirak  etdilər.  Kitabxanaçılarımız 

uşaqlarla 

treninq-mühazirə 

keçirib, 

narkomaniyanın  dəhşətli  fəsadları,  ona  qarşı  mübarizə  tədbirləri  haqqında  geniş 

məlumat  verdilər.  Tədbir  iştirakçılarına  bu  bəladan  törəyən  QİÇS  xəstəliyi 

(Qazanılmış  İmmun  Çatışmazlığı  Sindromu)  haqqında  geniş  məlumat  verildi, 

narkomaniyaya aludə olmuş yeniyetmələrdən alınan müsahibələri onların diqqətinə 

çatdırıldı. Tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən “Narkomaniya 

nədir?”  adlı  çarxlı  təqdimat  slaydları  nümayiş  etdirildi.  Tədbirdə  iştirak  edən 

Bakı Şəhər Narkoloji Dispanserin həkimi Təriqə Quliyeva şagirdləri maraqlandıran 

bütün  sualları  cavablandırdı.  Məktəblilərin  narkomaniya  ilə  bağlı  bilgiləri 

komandalar  şəklində  interaktiv  oyun  əsasında  yoxlanıldı,  daha  yaxşı  plakat 

hazırlayaraq  təqdim  edən  komanda  mükafatlandırıldı.  Digər  tədbir  iştirakçılarına 

kitabxananın  təsis  etdiyi  “Göy  qurşağı”  jurnalı  verildi.2011-ci  ildə  Yasamal 

rayonundakı  60  nömrəli    orta  məktəbdə  “Narkomaniya-  Ağ  ölüm   mövzusunda 

tədbir  keçirildi.  Tədbiri  giriş  sözü  ilə  açan  məktəbin  direktoru    bildirdi  ki,  son 

illərdə  dünyada  narkotiklərə   nəzarət,  narkomaniya  ilə  mübarizə  istiqamətində  bir 


18 

 

sıra  ciddi  tədbirlər  görülür.   Ümumbəşəri  bir  problemə  çevrilən  narkomaniyanın 



fəsadlarından  söz  açıldı.  Qeyd  edildi  ki,  narkomaniyaya  qurşananlar  təhsilə,  işə, 

ailəyə, dostlarına maraqlarını itirir və  özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə 

də  insan  həyatı  zəhərlənir.  Buna  görə   də   ümumbəşəri  problemin  profilaktikası 

sahəsində  Azərbaycanda  da   bu  cür  məqsədyönlü  proqramlar  həyata 

keçirilir.Tədbirdə  "Resurs"  Gənclərin  İnkişafı  İctimai  Birliyinin  sədri  Samir 

Mehdizadə   qeyd  etdi   ki,  ilk  öncə  ailə   tərbiyə  ocağıdır.  Ona  görə  də   ailədə  və 

ailədaxili  münasibətlərdə  sağlam  psixopedaqoji  mühitin  olması  çox  zəruridir. 

Psixoloq Səidə Musayeva və başqaları   çıxış edərək narkomaniyaya qarşı  aparılan 

maarifləndirmə işlərinin əhəmiyyətindən danışdılar. 

2012-ci  ildə    Məlumat  biblioqrafiya 

şöbəsi 

Narkomaniya 



ilə 

mübarizə 

sahəsində  maarifləndirmə  işi  aparmaq 

məqsədilə  “Sağlam  həyat  tərzi  keçirək” 

başlığı  altında  buklet  hazırlamışdır.  Bu 

bukletdə 

Azərbaycan 

Respublikasının 

“Gənclər  siyasəti  ”  və  “Narkoloji  xidmət 

və  nəzarət  haqqında  ”  qanunlarının 

maddələri  öz  əksini  tapmış  və  yeniyetmələr  arasında  təbliğat  işi  aparmaq  üçün 

ədəbiyyat siyahısı verilmişdir. Həmin buklet kitabxanada və kitabxananın məktəb 

və  məktəbdənkənar  tərbiyə  müəssisələrində  təşkil  etdiyi  tədbirlərdə  uşaqlara 

paylanmışdır. 

Bundan  başqa    Məlumat-biblioqrafiya  şöbəsi  2  saylı  texniki-humanitar  liseyində, 

164,  152  saylı  məktəblərdə  yuxarı  sinif  şagirdləri  üçün  “Sağlam  həyat  tərzi 



keçirək”  başlığı  altında  sərgi  icmallar  da  təşkil  etmişdir.  Bu  sərgilərdə 

kitabxanaçılar  hər  şeydən  əvvəl  bu  mövzuya  aid  olan  dövlət  sənədləri  haqqında 

yeniyetmələrə  məlumat  vermiş,  narkomaniyanın  fəsadları  haqqında  açıq  söhbət 

aparmışlar.    Sərgidə  nümayiş  etdirilən  İ.  Qarayevin  “Məni  tanıdınmı?”,    Ç. 



Abdullayevin “Mavi mələklər” və “Qisasın ölçüsü”,  E.Elatlının “Görünməyən 

izlər”,  N.  Əfəndiyevanın  “Gəlin  söhbət  edək”,  S.Xəyalın  “Təbiət,  təbabət  və 

insan:  tibbi-bioloji  yazılar”  kitabları  uşaqların  diqqətini  cəlb  etmişdir. 

Kitabxanaçılar  həmin  kitablar  haqqında  oxuculara  geniş  məlumat  vermişdir.  Bu 

tədbirlər  uşaqların  bu  mövzuda  olan  ədəbiyyata  marağını    artırmış  və  oxucu 

sorğularının çoxalmasına səbəb olmuşdur. 

2013-cü  il  27  may  tarixində  2  saylı  filial  SOS  uşaq  kəndində  “Gələcəyə  sağlam 

addımlarla”  mövzusunda  tədbir  keçirdi.  Tədbiri  giriş  sözü  ilə  açan  kitabxananın 

filial müdiri Gülarə xanım tədbirə dəvət  olunmuş şəxsləri təqdim etdikdən sonra 

tədbirin  keçirilməsinin  məqsədi  və  mahiyyətindən  danışaraq  narkomanlığa  qarşı 


19 

 

kütləvi  surətdə  mübarizə  aparmaq  məqsədilə  Azərbaycan  Respublikasının 



Prezidenti cənab İlham Əliyevin 2271 saylı sərəncamı ilə  təsdiq edilmiş "Narkotik 

vasitələrin,  psiхotrop   maddələrin  və  prekursorların  qanunsuz  dövriyyəsi  və 

narkomanlığın  yayılmasına  qarşı  mübarizə  üzrə  dövlət  proqramı"nın  əhəmiyyəti 

haqqında dinləyiciləri ətraflı məlumatlandırdı. Daha sonra  Xətai rayon  Gənclər və 

İdman  İdarəsinin  əməkdaşı  çıxış  edərək  narkotik  maddələrə  aludəçiliyin  ən  çoх 

yeniyetmə  və  gənclər  arasında  təsadüf  olunduğunu  vurğuladı,  bunun  da  ağır 

nəticələri  ailə  münaqişələri,  qeyri  -  normal  həyat  tərzi,  хəstə  uşaqların  həyata 

gəlməsi  və  s.  problemlərlə  müşayiət  edildiyini  söylədi.  Çıxışlardan  sonra 

yeniyetmələr  arasında  narkomanlığa  alüdəçiıiyin  ilkin  mərhələlərdəcə  aradan 

qaldırılması  yollarının  təhlili  haqda  fikir  mübadilələri  aparıldı,  məsləhət  və 

tövsiyyələr  dinlənildi,  şagirdləri  maraqlandıran  suallar  cavablandırıldı.  Tədbirin 

sonunda SOS uşaq kəndinin sakinlərinin çəkdikləri rəsmlərə baxış keçirildi. Sərgi 

iştirakçılarına hədiyyələr verildi. 

 3  iyun  2013-cü  ildə  kitabxananın  oxu  zalında    “Narkomaniyaya  qarşı 



mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirildi. Tədbirdə oxucular 

arasında rəy sorğusu aparıldı, slaydlara baxıldı, maarifləndirici məlumatlar verildi. 

Azərbaycan  Uşaq  Birliyinin  nümayəndəsi  Dadaş  Əhmədzadə  bildirdi  ki, 

narkomaniya bəşəriyyətin bəlalarından biridir. BMT-nin 1987-ci il Konvensiyasına 

daxil  olan  ölkələrin  “Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz 

dövriyyəsinə  qarşı  mübarizə  haqqında”  Bəyannaməsinə  əsasən  26  iyun  “ 

Narkomaniya  və  narkotiklərin  qeyri-qanuni  dövriyyəsinə  qarşı  Ümumdünya 

mübarizə  günü  ”  kimi  qeyd  olunur.  Ayrı-ayrı  dövlətlər  ildən-ilə  narkotiklərin 

qanunsuz  dövriyyəsi  ilə  səmərəli  mübarizə  üsullarını  və  narkomanlığın  müalicə 

metodlarını  təkmilləşdirmək  və  bu  sahədə  yeni  mübarizə  üsullarını  kəşf  etmək 

istiqamətində  səylərini  artırırlar.  Fərdi  şəkildə  və  ya  beynəlxalq  əməkdaşlıq 

çərçivəsində  bu  problemə  qarşı  birgə  mübarizə  aparılmasına  baxmayaraq,  dünya 

üzrə  narkomaniyaya  düçar  olanların  sayı  ildən-ilə  artmaqdadır.  Müxtəlif  adamlar 

tərəfindən  eyni  iynədən  venadaxili  narkotik  maddə  qəbul  etməyə  görə  90  faiz 

narkoman  QİÇS  xəstəliyinə  yoluxmuşdur.  Son  illər  Respublikamızda  narkotik 

vasitələrə  və  bihuşedici  maddələrə  qarşı  mübarizə  xeyli  güclənmiş,  bu  sahəyə 

cavabdeh  olan  dövlət  orqanları  ilə  yanaşı,  QHT-lər,  ictimai  təşkilatlar  da  fəallığı 

xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narkomaniyaya qarşı mübarizə 

üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırılmalıdır. Narkotiklərdən istifadənin 

təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə 

narkomaniya “ cavanlaşır ”. Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda, həm də 

ölkənin  bütün  regionlarında  aparılmalıdır.  Onun  sözlərinə  görə,  narkomaniyaya 

qurşanan şəxsləri sonradan müalicə etmək çox çətin olur. Belə ki, narkotik vasitə 

qəbul  edən  şəxslər  oğurluğa  da  meylli  olurlar.Tədbirin  sonunda  orta  məktəb 



20 

 

şagirdləri ilə tədbir iştirakçıları arasında dialoq aparıldı. Şagirdlər narkomaniyanın 



törətdiyi bəlalardan danışdılar və belə halları pislədilər. Həmçinin şagirdlər məişət 

zorakılığı ilə bağlı mövzularda tədbir iştirakçılarına suallar ünvanladılar. Anket test 

sorğuları müzakirə edildi. 

İl  ərzində  bir  sıra  məktəblərdə  bu  mövzuda  yazan  yazıçılarla  oxucuların 

görüşləri  təşkil  olunmuşdur.  Bakının  Yasamal  rayonundakı  53  saylı  məktəbin 

yuxarı  sinif  şagirdləri  ilə  E.Elatlının  “Görünməyən  izlər”  kitabının  müzakirəsi 

keçirilmişdir.  

Həmçinin  xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun 

vitse-prezidenti,  hüquq  elmləri  doktoru,  “Şöhrət”  ordenli  Çingiz  Abdullayevlə 

görüş  keçirilmişdir.  Tədbirdə  Ç.Abdullayevin  həyatı,  yaradıcılığının  əsas 

istiqamətləri  haqqında  “Bizim  əbədi  Dronqo”  adlı  çarxlı slaydın  nümayişi  ilə  rus 

və azərbaycan dillərində məlumat verilmişdir. Görüşdə yazıçının “Göy mələklər”, 



“Qisasın  ölçüsü”  kitablarının  müzakirəsi  keçirilmişdir.  Daha  sonra  xalq  yazıçısı 

Çingiz  Abdullayev  öz  yaradıcılığından,  yazdığı  son  kitablarından  və  onları 

yazarkən  rastlaşdığı  maraqlı  hadisələrdən  danışdı.  Görüş  oxucuların  sualları  ilə 

davam  etdi.  Yeniyetmələrin  və  digər  iştirakçıların  suallarını  cavablandırarkən 

Çingiz  Abdullayevin  bölüşdüyü  xatirələr  iştirakçıların  böyük  marağına  səbəb 

olmuşdur.  Keçirilən  bu  tədbirlər  yeniyetmələri  vətənpərvərlik  ruhunda  tərbiyə 

olunmağa,  əsl  vətəndaş  kimi  formalaşmağa,  intellektual  səviyyələrini  daim 

yüksəltməyə,  dünyagörüşünü  genişləndirməyə  bir  çağırış  oldu.  Yeniyetmələrin 

vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasında,  onlarda  elmə,  biliklərin  əldə 

edilməsinə maraq oyadılmasında bu cür tədbirlərin əhəmiyyəti böyükdür.  

Hamımıza  bəllidir  ki,  hər  bir  insanın  əhəmiyyəti  onun  Vətən  qarşısında 

borcu  ilə  ölçülür.  Vətənin  layiqli  övladı  olmaq  üçün    daha  çox  elmi  biliklərə 

yiyələnmək  lazımdır.  Hazırda  komputer  əsrində  yaşasaq  da,  elmi  biliklərə 

yiyələnmədən mənəviyyatca saf, milli dini dəyərlərə sahib olmaq olmaz. Çünki, bu 

biliklər  yetişməkdə  olan  gənc  nəslin  daha  kamil  inkişaf  etməsi  üçün  vacib  olan 

əsas  ünsürlərdəndir.  Çünki  insan  öyrənməklə  formalaşır,  mətinləşir,  dərin  biliyə 

yiyələnir.  Bəs  kamil  vətəndaş  necə    olmalıdır?  Necə  yaşamalı,  həyatını  necə 

qurmalıdır? 

Yetkinlik yaşına çatmamış, və müstəqil həyata qədəm qoymuş yeniyetmələr daha 

çox bu suallarla qarşılaşırlar: Onlara bu sualların həllində kömək edənlər sırasında 

isə  məktəb  və  mədəniyyət  ocaqlarımızla  yanaşı  kitabxanalarımızda  xüsusi  yer 

tutur.Yetkinlik  yaşına  çatmayanların  çoxu  təhsil  almadan  əmək  fəaliyyətinə 

başlayaraq  cəmiyyət  qarşısında  müəyyən  vəzifələr  daşımağa  başlayırlar.  Bu 

baxımdan  hələ  öz  hüquqlarını  dərindən  bilmədən,  kortəbii  şəkildə  heç  bir 

məsuliyyəti dərk etmədən cəmiyyətə atılırlar. Bu da onlarda hələ uşaq yaşlarından 

bilməyərəkdən  müəyyən  hüquq  məsuliyyətinə  cəlb  olunmağına  gətirib  çıxarır. 



21 

 

Yeniyetmələrin  çoxu  polis,  müstəntiq,  hüquq,  prokurorluq,  idarələrinin 



funksiyalarını,  hüquq  və  vəzifələrini  düzgün  başa    düşmür.  Buna  görə  də  ətraf 

aləmdə baş verən hadisələrin çoxuna kortəbii münasibət bəsləyərək  nəyin cinayət 

olduğunun fərqinə varmırlar. 

Böyüməkdə  olan  gənc  nəslin  hüquqi  baxımdan  tərbiyələndirilməsi  üçün  uşaq 

cinayətkarlığı ilə mübarizə: 

Yetkinlik  yaşına  çatmayanların  hüquq  tərbiyəsində  məktəblərin,  pedoqoji 

müəsisələrin,  uşaq  təşkilatlarının,  kitabxanaların  xüsusi  rolu  vardır.  Məhz  bu 

kollektivlərin həyata keçirdikləri tədbirlər nəticəsində onlarda cəmiyyət hadisələri 

haqqında  xüsusi  təsəvvür  yaradılaraq,  həyat  hadisələrinə  düzgün  yanaşmaq  üçün 

onlara  zəmin  yaradılır.  Yaş  artıqca  yeniyetmələrdə  cinayət  hüquq  normalarını 

öyrənməyə maraq da güclənir. Bu psixoloji meyl əsasən VII – IX sinif şagirdləri 

üçün  səciyyəvidir.  Belə  ki,  azyaşlılar  barəsində  cinayətetmə,  onları  cinayətə  cəlb 

etmə  məsuliyyəti  ağırlaşdıran  hallardır.  Yetkinlik    yaşına  çatmayanları 

cinayətkarlığa, alkoqolizmə, narkomaniyaya cəlb etmə, və s. görə də ciddi cəzalar 

tətbiq  olunur.Millətin  gələcəyini  müəyyənləşdirən  o  millətin  uşaqları,  gəncliyidir. 

Dünənin  uşaqları  bugünün  gəncləri,  bu  günün  gəncləri  isə  sabahın  gələcəyidir. 

Sabahın  idarəçiləri,  sabahın  ailə  başçılarıdır.  Ancaq  bəzi  problemlər  var  ki,  bu 

dilindən,  irqindən  asılı  olmayaraq  hər  bir  millətin  problemidir.  Spirtli  içkilərə 

aludəçilik, narkomaniya, “Qics” belə problemlərdəndir.  

Yetkinlik  yaşına  çatmamışların  cinayətkarlığına  qarşı  mübarizəni 

gücləndirmək,  bu  sahədə  görülən  işlərin  səmərəliliyini  artırmaq  məqsədi  ilə 

Azərbaycan  Respublikasının  kabineti  6  mart  1995-ci  iltarixdə  “Azərbaycan 

Respublikasında  yetkinlik  yaşına  çatmamışların  cinayətkarlığına  qarşı  mübarizə” 

üzrə Respublika Kompleks proqramı haqqında qərar qəbul etmişdir. 

Bu qərara əsasən Azərbaycanda  ən çox yetkinlik yaşına çatmamış uşaqların 

aludə  olduğu  dövriyyədə  olan  narkotik  vasitələrlə  mübarizənin  gücləndirilməsi 

haqqında tədbirlər gücləndirilməsi nəzərdə tutulmuşdur.  

       Yetkinlik  yaşına  çatmayanlarla  cinayətkarlığa  qarşı  mübarizə  sahəsində    F. 

Köçərli adına Respublika Uşaq kitabxanasının rolu böyükdür. Kitabxanada hüquq 

təbliğinə dair hər hansı tədbirlərin maraqlı və canlı olmasına xüsusi diqqət yetirilir.  

Uşaq və yeniyetmələr arasında hüquqi biliklərin təbliği bu işdə əsas yer tutur. Qeyd 

etmək  lazımdır  ki,  respublikamızın  ümumtəhsil  məktəblərində  hüquq  elminin  bir 

fənn kimi öyrənilməsi ilə yanaşı hüquq biliklərinin təbliğini və hüquq tərbiyə işinin 

genişləndirmək məqsədi ilə şəhər, rayon, uşaq, və məktəb kitabxana təbliğat işləri 

aparmalıdır. Belə ki, hüquq məsələlərinə dair mühazirələr, viktorinalar, söhbətlər, 

ədliyyə,  məhkəmə,  polis,  prokurorluq  işçiləri  ilə  görüşlər  təşkil  edilməli,  hüquq 

mövzusunda  konfranslar  keçirilməlidir.  Bu  mövzuda  kitabxanada  kinofilmlərə, 


22 

 

teatr  zallarında  uşaqlarla  teatr  tamaşalarına  kütləvi  baxış  keçirilməsi  məsləhətdir. 



Məlumdur  ki,  kitab  müzakirələri  və  oxucu  konfransları  uşaq  kitabxanaları  üçün 

kitab  təbliğində  böyük  əhəmiyyətə  malikdir.  Bunlar  məktəbli  oxucuların 

formalaşmasına,  əxlaq  tərbiyəsinə  böyük  təsir  göstərir.  Məhz  buna  görə  də 

kitabxanalarda  narkomaniyaya  qarşı  mübarizə  mövzusunda,    hüquqi  mövzuda, 

cinayətkarlıqla  mübarizə  mövzularında  bu  kimi  tədbirlərin  keçirilməsinə  xüsusi 

diqqət yetirilir. 

Kitabxanada  ekskursiya  təşkil  edib,oxucuları  Arzu  Soltanın  qələmə  aldığı 

İntiqam  Soltanın  səhnələşdirdiyi 





Xaşxaşın  göz  yaşı”  tamaşasına  aparmaqla 

Narkomaniya  mövzusunda  səmərəli  təbliğat  işi  aparmış  olarıq.  Bildiyimiz  kimi 

Bakı  Uşaq  Teatrının  repertuarında  olan  narkomaniya  və  QİÇS  mövzusuna  həsr 

olunmuş  “Xaşxaşın  göz  yaşı”  tamaşası  QİÇS-lə  mübarizədə  ən  yaxşı  fəaliyyət 

kimi Sağlamlıq Hüquqları Klinikasının keçirdiyi müsabiqənin qalibi olub.   

Düzgün  tərbiyə,  yaşlıların  yaxşı  nümunəsi  yeniyetməni  güclü,  mənəvi 

cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik və yaxud  pis tərbiyə, yaşlıların pis 

nümunəsi  yetkinlik  yaşına  çatmayanlarda  mənfi  hislərin  yaranmasına  səbəb 

olur.Yetkinlik  yaşına  çatmayanların  tərbiyəsi  cəmiyyətin  əsas  vəzifələrindəndir. 

Müasir  dövrdə  bu  işdə  kitabxançı  əməyini  də  qeyd  etmək  yerinə 

düşər.Ümumiyyətlə  yetkinlik  yaşına  çatmayanlar  arasında  cinayətkarlığa  qarşı 

mübarizə  məqsədi  ilə  keçirilən  tədbirlərdə  N.  Tusinin  “Əxlaqi-Nasir”  kitabı 

əsasında  söhbətlərin,  oxucu  konfranslarının,  müzakirələrin  keçirilməsi  yerinə 

düşərdi.  Oxucularla  kitab  müzakirələri  zamanı  kitabxanaçı  əməyi  əsas  yer  tutur. 

Bədii  ədəbiyyatda  sözün  kəsərinin  nəzərə  alınması  kitabxana  işçisinin  işində  əsas 

meyar  olmalıldır.  Oxucular  arasında  “Azərbaycan  ədəbiyyatında  sərxoşluq  



əleyhinə mübarizə motivləri”, “Azərbaycan dedektiv ədəbiyyatı”, Ç. Abdullayevin 

Göy  mələklər”,  E.  Elatlının  “Görünməyən  izlər,  X.  Əlizadənin  “Zəncir”,  A. 

Əliyevin  “Cəhənnəmə  gedən  yol”,  İ.  Qarayevin  “Məni  tanıdınmı”  “  Cəmşid  

Əmirovun romanları ” və s. əsərlərin müzakirəsini keçirmək məqsədəuyğundur.  

Bədii ədəbiyyat ictimai fikrə təsir göstərmək imkanına malikdir.Kitabxanamızın   

 son illərdə Elmi Metodika və Məlumat biblioqrafiya şöbəsi Narkomaniya ilə 

mübarizə sahəsində gəncliyimizin sağlamlığı üçün səmərəli maarifləndirmə işi 

aparır. Bu məqsədlə kitabxanamız  “Sağlam həyat tərzi keçirək” başlığı altında 

buklet hazırlamışdır. Bu bukletdə Azərbaycan 

Respublikasının “ Gənclər siyasəti ” və “ Narkoloji xidmət və 

nəzarət haqqında ” qanunlarının maddələri öz əksini tapmış 

və yeniyetmələr arasında təbliğat işi aparmaq üçün ədəbiyyat 

siyahısı verilmişdir. Burada müvafiq narkomaniya ilə bağlı 

dövlət tərəfindən qəbul edilmiş sənədlər verilmişdir.  

 


23 

 

 



Müxtəlif tədbirlərdə əyani vəsait kimi Narkomaniya ilə 

bağlı hazırlanmış slaydlar isə tədbiri, mövzunu daha 

canlı edir.    Bu vəsaitlər kitabxanaçılara narkomaniya ilə 

bağlı metodik köməklik etmək məqsədilə  kitabxananın 

clb.az 

saytında yerləşdirilmişdir. Hazırlanmış ədəbiyyat 



siyahısında  narkomaniya ilə bağlı müvafiq dovlət 

sənədləri göstərilmişdir. Bu gün kitabxanamız 

narkomaniyaya qarşı mübarizədə mübarizə tədbirlərini 

gücləndirməkdədir. Uşaq cinayətinə qarşı mübarizənin 

təbliğ edilməsi üçün kitabxanamızda uşaqların hüquqi 

biliklərə dərindən yiyələnməsi üçün kitabxanaçılarımızın  

gündəlik qəzet və jurnallarda dərc edilmiş qanunlarla oxucuları yaxından tanış 

edilməsi böyük əhəmiyyət daşıyır. Məktəbli oxucular arsında isə bu bilikləri bu 

sahədə müxtəlif  kitab təbliği formaları ilə həyata keçirilir.Narkomaniyaya qarşı 

aparılan təbliğat işləri zamanı onları başa salmaq lazımdır ki, hər bir yeniyetmə 

bilməlidir ki, əgər narkotik maddə qəbul edirsə, dəhşətli ağrılar tapacaq və bu 

bəlada heç zaman qurtara bilməyəcək. Təəsüflə qeyd etmək lazımdır ki, azyaşlılar 

və yeniyetmələr arasında bu bəladan daha çox əziyyət çəkir. Və onlar daha sürətlə 

yayılır. Oxucularla söhbət zamanı onlara narkomaniyanın gətirdiyi bəlalar şərh 

olunmalıdır. Narkomaniya  hamı üçün həm narkomanın özü həmdə, ətraf mühit –

ailə, kollektiv cəmiyyət  üçün də zərərlidir. Sirr deyil ki, mövcud cinayətlərin çoxu 

elə narkomaniyanın təsiri altında törədilir. 

Kitabxanalarla  yanaşı  mətbuat,  radio  və  televiziyalar  da,  yetkinlik  yaşına 

çatmayan uşaqlarla cinayətkarlığa qarşı və narkomaniyaya qarşı mübarizədə güclü 

təbliğat  işləri  ilə  məşğul  olmalıdır.  Çünki  bu  problem  elə  bir  dəhşətli  problemdir 

ki, ona qarşı mübarizədə bütün vasitələrdən istifadə etməliyik. Xüsusən azyaşlıları 

və  yetkinlik  yaşına  çatmayan  uşaqlarla  mübarizədə  bu  işi  daha  da 

gücləndirməliyik. Sağlam zəkaya, fiziki qüvvəyə malik olan Azərbaycan xalqı bu 

ölkənin yeganə varisidir. Azərbaycan Respublikasının Beynəlxalq aləmə çıxması, 

onun  nüfuzlu  Beynəlxalq  məclislərdə  təmsil  olunması  xalqımızda  soy  kökünə 

qayıdış,  milli  qürur  və  milli  şüurun  formalaşmasına,  milli  ləyaqətin  tərbiyə 

edilməsinə  ciddi  zəmin  və  şərait  yaratmışdır.  Azərbaycan  xalqı,  onun  ziyalısı, 

fəhləsi,  kəndlisi,  məktəblisi  milli  kökü,  tarixi,  ədəbiyyatı  haqqında,  özünün  tarixi 

köklərini dərindən dərk etməyə çalışır. Hər bir məktəblidə milli mənlik şüurunun 

formalaşdırılması  onun  cəmiyyətdə,  ictimai  münasibətlərin  bütün  sistemində 

tutduğu  və  oynadığı  rolu  müəyyənləşdirir,  onun  mənəvi  keyfiyyətlərinin  qabarıq 

ifadəsinə  çevirir.  Maddi  və  mənəvi  zəmində  tərbiyə  olunan  məktəbli  özünün, 

xalqının  varlığını  dərk  edir,  torpaq,  Vətən,  xalq,  millət  kimi  böyük  arzular  və 


24 

 

müqəddəs  amallar  dünyasına  daxil  olur.  Bu  çox  mürəkkəb  prosesdə  onun 



mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır.  Məktəbli dərindən-dərinə dərk edir 

ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi hər bir şəxs də öz xalqı, öz 

milləti  içərisində  təşəkkül  tapır,  öz  xalqına,  öz  millətinə  xidmət  edir.  Milli  şüur 

formalaşdıqca  məktəblidə  milli  ləyaqət  tərbiyə  olunur. 

Məktəbli oxucu belə bir  həqiqəti dərk  edir  ki, millət  və 

xalqın,  Vətənin,  doğma  yurdun  taleyi  onun  taleyinə 

qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. 

Böyüməkdə  olan  nəslin  milli  şüurunun  və  milli 

ləyaqətinin  tərbiyə  edilməsində,  mədəniyyətimizin, 

tariximizin, 

ədəbiyyatımızın 

onlara 


düzgün 

öyrədilməsində  kitabxanaçılarımızın,  xüsusilə  uşaq 

kitabxanaçılarının  qarşısında  mühüm  vəzifələr  dayanır. 

Bu  məqsədlə  kitabxanaçılar  məktəbli  oxucuları  dərsliklərdən  kənara  çıxararaq 

digər  bədii  nümunələrlə  tanış  etməli  və  onları  həmin  əsərləri  oxuyub  nəticə 

çıxarmağa  istiqamətləndirməlidirlər.  Məktəblilərdə  milli  şüuru  formalaşdıran 

imkanlar  daha  geniş  və  əhatəlidir.  Bu  imkanlar  sırasında  müəllim  şəxsiyyəti, 

dərsliklər,  informasiya  vasitələri  xüsusulə  də  mənəvi  xəzinəmiz  olan  kitabxanalar 

mühüm  rol  oynayır.  Məktəbli  oxucuların  həyatın  fəal  mübarizləri  kimi  pak  və 

səmimi  duyğularla  Vətənə, xalqa  bağlılıq ruhunda ləyaqətli  vətəndaş  kimi  tərbiyə 

edilməsi üçün müəllimlərlə yanaşı kitabxanaçılar da sinifdənxaric tədbirlərdə dərs 

prosesini sıx şəkildə əlaqələndirməli və bu əlaqələri bacarıqla hisslərin, duyğuların 

əməli  tərbiyəsinə  yönəltməyə  çalışmalıdırlar.  Ölkəmizdə  bir  sıra  intellektual 

gənclər klubları fəaliyyət göstərməkdədir.  Təəssüflər olsun ki, hər bir gənc bu cür 

klublara  maraq  göstərmir.  Yaxşı  olardı  ki,  kitabxanalarda  da  intellektual  klublar 

təşkil  olunsun  və  vaxtaşırı  həmin  klubların  yarışları  təşkil  olunsun.  Bu  kimi 

klubların  kitabxanalarda  da  təşkili  oxucularımızın  intellektual  səviyyələrinin 

yüksəldilməsinə  yardımçı  olar.  Gənclərin  fikir  və  düşüncələrini  öyrənmək  üçün 

onlar  arasında  müsahibənin  keçirilməsi  məqsədə  uyğundur.  Onu  da  deyək  ki, 

müsahibə oxucuları öyrənməyin ən yaxşı üsullarındandır. Müsahibənin ali təhsil və 

orta məktəb kitabxanalarına müraciət edən tələbələr arasında keçirmək daha yaxşı 

olar.  


Müasir dövrdə gənclərimizin əsas problemlərindən biri də ailə problemidir. 

Belə ki, ailə qurarkən gənclərimiz düzgün qərar verə bilmədikləri üçün sonradan 

müəyyən çətinliklər çəkirlər. Bəzi hallarda bu ailələrin dağılmasına gətirib çıxarır. 

Bu kimi halları aradan qaldırmaq üçün gənclər arasında maarifləndirmə işlərinin 

aparılması olduqca zəruridir. Bu kimi işlərlə lazimi təşkilatlar məşğul olsalar da, 

bir  tərbiyyə müəssisəsi kimi kiabxanalara da bu istiqamətdə maarifləndirmə işləri 

həyata keçirilmək lazımdır. Kitabxanalarda gənclərimizi fəalyyətdə olan gənclər 


25 

 

təşkilatları haqqında məlumatlandırmaq lazımdır. Belə ki, hazırda ölkəmizdə 170 



gənclər təşkilatı fəaliyyət göstərməkdədir. Belə təşkilatlardan biri olan “Stimul” 

Gənclər Təşkilatı isə uşaq evlərinə getməyi, müstəqil fikirləri yaymağı üstün tutur. 



“Sağlam Düşüncə” və “İrəli”  adlı Gənclər Təşkilatı da maariflənməyə üstünlük 

verir. Bəli biz kitabxanaçılar düşünürük ki,  gənclərimiz vaxtlarını səmərəli 

keçirərlərsə, pis vərdişlərdən də kənar olarlar.  

Yeniyetmələr  bir  çox  hallarda  problemini  çözmək  üçün  içki,  siqareti  çıxış 

yolu  seçirlər.Bunun  qarşısını  almaq  üçün  kitabxanada  "Öz  həyatını  zəhərləmə, 

yaşamaq üçün hə de”, “Həyatını məhv etmə”, “Həyatı sev və insan kimi yaşa”, 

“Mütaliə  edək”  kimi  şüarların  yer  aldığı  slayd-şou  hazırlamaq,  narkomaniya 

bəlasının  yaranması,  yayılması  və  dəhşətli  nəticələri  əks  etdirmək  olar.Tədbirə 

Bakı Şəhər Narkoloji Dispanserin həkimlərini də dəvət etmək olar. Tədbir zamanı 

uşaqlar  erkən  yaşlarında  narkotik  aludəçisi  olaraq  AİDS-ə  yoluxan  gənclərdən 

alınan  müsahibələrlə  də  tanış  ola  bilərlər.  Sonda  məktəblilər  arasında  mövzu  ilə 

bağlı sual-cavab yarışı keçirmək olar. Yaxşı olar ki, mövzunu daha yaxşı anlayan 

və  onu  ifadə  edənlərə  kitabxana  tərəfindən  hədiyyələr  təqdim  olunsun.   

Narkomaniyaya  qarşı  mübarizə  üsullarından  biri  də,  kitabxanalarımızda 

gənclərimizin  xüsusi  maraq  və  meyillərinin  aşkar  edilməsini  nəzərdə  tutan 

müəyyən  tədbirlər  təşkil  etməkdir.  Həmin  tədbirlər  aşağıdakı  problemləri  əhatə 

etməlidir: 

1.  Gənclərin təşəbbüslərinin dəstəklənməsi; 

2.  Gənclərin asudə vaxtının səmərəli təşkil olunması; 

3.  Gənclərə vətənpərvəlik hissinin aşılanması; 

4.  Gənclərin  sağlamlığının  qorunması  məqsədilə  onların  zərərli  vərdişlərdən      

uzaqlaşdırılması üçün tədbirlərin görülməsi; 

5.  Yaradıcı gənclərin üzə çıxardılması; 

Müasir dövrdə kitabxanalarda gənclərin bir sıra problemlərinin aradan qaldırılması 

üçün  müvafiq  tədbirlər  görülməlidir.  Belə  ki,  bir  sıra  problemlərlə  əlaqədar 

kitabxanalarımızda aksiyaların, gənclərlə görüşlərin və müəyyən tədbir planlarının 

həyata keçirilməsi məqsədə müvafiq olardı: 

1.  Müəyyən  səbəblərdən  gənclərin  təhsildən  yayınmasının  qarşısını almaq 

və onlarda təhsilə maraq artırmaq məqsədilə onlarla görüşlərin keçirilməsi. 

2.  Qaçqın  və məcburi  köçkün  gənclər üçün  müasir  informasiya  kommunikasiya 

texnologiyalarına həsr olunmuş təlim proqramının təşkili və internet aksiyalarının 

keçirilməsi. 

3.  Gənclərin sağlamlığının qorunması və onlar arasında AİDS-in törətdiyi fəsadlar 

haqqında geniş maarifçilik işi aparmaq.   

4.  Gənclərimizi  ziyanlı  vərdişlərdən  (narkotik,  alkoqol,  popiros)  yayındırmaq 

məqsədilə aksiyaların təşkili. 



26 

 

5.  Gənclərin  mütaliəsinin  düzgün  istiqamətləndirilməsi  məqsədilə    kitabxanalarda 



xüsusi  proqramların  təşkil  edilməsi,  informasiya  və  məsləhət  xidmətinin  həyata 

keçirilməsi. 

Gənclər  arasında  narkomaniyaya  qarşı  mübarizə  mövzusunda  maarifləndirmək 

üçün,  kitabxanaçılar  onları  aşağıdakı  müəyyən  qruplara  ayıraraq  öz  işlərini 

istiqamətləndirə bilərlər. Bu məqsədlə yüksək intellektli və yaradıcılıq qabiliyyətli 

gəncləri  aşkarlayıb  onlarla  iş  aparmaq  olar.Xüsusi  qabiliyyətli  gənclərin  əsas 

fərqləndirici  xüsusiyyəti  ondadır  ki,  onların  düşünmə  tərzi  heç  kimə  oxşar 

olmayan,  qeyri-standart  və  orijinal  olur.   Xüsusi  qabiliyyətli  gənclər,  bir  qayda 

olaraq,  güclü  yumor  hissi  ilə  də  fərqlənir  və  geniş  müşahidə  qabiliyyətinə  malik 

olurlar.  Bunu  nəzərə  alaraq  kitabxanaların  nəzdində  gənclər  üçün  “Şən  və 



hazırcavablar”  klubu  təşkil  etmək  olar.  Gənclərimizin  intellektual  səviyyələrinin 

yüksəldilməsi,  onların  dünyagörüşünün  artırılması  əsas  məsələlərdən  biridir.Əgər 

onların intelektual səviyyəsi yüksək olarsa, pis vərdişlərdən kənar gəzərlər.   

 Gənc  oxucularımızın  ideya  və  maraqlarını  öyrənmək  məqsədilə  dəyirmi  masanın 

keçirilməsi  məqsədə  uyğundur.  Gənclərin  həyatının  yaxşılaşdırılmasında  mühüm 

rolu  olan    gənclər  təşkilatlarının  nümayəndələri  tədbirə  dəvət  olunur.  Tədbir 

zamanı  gənclər  və  təşkilat  nümayəndələri  məruzə  edirlər.  Gənclərimizin  öz 

ideyaları,  gələcək  planları  barədə  çıxışları  dinlənilir.  Hər  bir  gənci  narahat  edən 

problemlər  dinlənildikdən  sonra  əlaqədar  təşkilat  üzvləri  tərəfindən  onların 

suallarına açıqlıq gətirilir.  



Oxucularla söhbət 

Kitabxanaçı  narkomaniyadan  bəhs  edən  sərgi  təşkil  edir,  slayd  hazırlayır. 

Oxuculara  bu  haqda  məlumat  verir.  Söhbət  zamanı  kitabxanaçı  “Tibb  qəzeti”, 

“Ailə həkimi” jurnalındakı məlumatlardan da istifadə edə bilər.   

 

Kitabxanaçı:  İnsanlar  dost  qazanmağa  hələ  gənc  yaşlarından  vərdiş  etməlidirlər. 

Çünki  bu yaşda olan gənclərin həyatda düzgün istiqamət seçmələri üçün seçdikləri 

dostların rolu böyükdür. Yalnış dost seçimi gəncləri pis vərdişlərə sövq edə bilər. 

Kitabxana  işçilərinin  digər  bir  borcu  da  gəncləri  ziyanlı  vərdişlərdən 

uzaqlaşdırmaq,  popiros,  alkoqol,  narkotikin  ziyanlarından  onları  xəbərdar 

etməkdir.  Demək  olar  ki,  hamı  narkotikin  necə  ziyanlı  olduğunu  bilir.  Buna 

baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? 

Çünki  insanlar  arasında  maarifləndirmə  aşağı  səviyyədədir. 

Buna  görə  də  narkotikin  insanı  və  onun  həyatını  necə  məhv 

etməsi  barədə  məlumat  çox  az  insanda  var.  Bizim  məqsədimiz 

bu təhlükəni gənclərimizə çatdırmaqdır. Bu məqsədlə kitabxana 

işçilərinin  məktəblərdə  gəncləri  bu  haqda  maarifləndirmələri 

vacib  şərtlərdəndir.  Bu  səbəbdən  məktəblərdə  gənclərlə  bu 


27 

 

barədə  maarifləndirici  söhbətlərin  aparılması  istənilən  nəticələri  verər.  Aşağıda 



qeyd etdiyimiz məlumatlardan istifadə edərək gəncləri məlumatlandırmaq olar. 


Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin