Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ C. Cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 0,92 Mb.
səhifə8/9
tarix26.12.2016
ölçüsü0,92 Mb.
#3613
1   2   3   4   5   6   7   8   9
7. İsrafilzadə, Əlisahib Qiyas oğlu. Erməni-daşnak faşizmi və Azərbaycan : bədii publisistika . - Bakı : Təhsil, 2007. - 412 s.
Müəllif bu kitabında amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist və militarist, Azərbaycan türkünün varlığına qənim kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı siyasi qüvvəsi olan daşnak ideologiyasının qatı faşist mahiyyətindən bəhs edir. Qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb göstərir. Erməni-daşnak faşistlərinin, onun silahlı birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX və XX əsrlərdə, xüsusilə son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin vəhşiliyindən söz açır.

Kitabın “20 Yanvar Bakı qırğınında erməni-daşnak izi” bölməsində faciənin baş verməsində yenə də Rusiyanın işğalçılıq siyasətinin erməni-daşnak faşistlərinin çirkin, məkrli niyyətləri ilə uzlaşdığı və üst-üstə düşdüyündən bəhs olunur. Ətraflı məlumat almaq üçün bu kitab dəyərli mənbədir.


8. Əliyev, Əli. Əlincə yaddaşı.- Bakı: Elm və həyat, 2004.-

316 s.


Ötən əsrin canlı tarixi olan Əli Əliyevin bu kitabı Naxçıvan timsalında bütövlükdə Azərbaycanın istiqlal uğrunda mübarizə həyatını özündə əks etdirir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, ali və orta təhsil məktəblərində tariximizə xüsusi maraq göstərən şagird və tələbələr üçün nəzərdə tutulan kitabın “Qanlı Yanvara doğru” bölməsində 20 Yanvar faciəsinin baş verdiyi ictimai-siyası vəziyyət, qırğına aparan yol təfərrüatı ilə şərh olunub. XX əsrin canlı tarixi adlanan müəllifin bu kitabı 20 Yanvar hadisələrini araşdırmaq üçün dəyərli məlumat mənbəyidir.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin