həmçinin
iki il sonra qələmə aldığı
“Bayrama nə ilə gəlirik?” məqalələri (“Ədəbiyyat və incəsənət” q., 1967, 14 yanvar)
Naxçıvan ədəbi mühitinin yaradıcılıq hesabatı, ədəbi icmalı təsiri bağışlayırdı. Bu
məqalələrdə tanınmış müəlliflərin müxtəlif janrlı əsərləri önə çəkilsə də, gənclərin
sənət axtarışlarına da nəzər salınmış, muxtar respublikadakı ədəbi prosesin gedişatı,
əsas tendensiyaları təhlil olunmuşdur.
M.Nəsirlinin “Tükənməz ilham mənbəyi” məqaləsi isə [190] Naxçıvanda
1970-ci ilin ədəbi yekunlarının təhlilinə həsr olunmuşdur. Başa çatmış ili muxtar
respublikanın ədəbi qüvvələri üçün uğurlu sayan müəllif bu baxımdan səciyyəvi
məqamlara diqqət yönəltmiş, xüsusən şairlərdən Hüseyn Razinin “Səsləşən dağlar”,
Adil Qasımovun “Pıçıltılar”, nasir Möhsün Möhsünovun “Süd haqqı” kitabları
üzərində dayanmış, onların əsas tematikasını və bədii məziyyətlərini
aydınlaşdırmışdır. Onu da deyək ki, M.Nəsirli A.Qasımovun adı çəkilən kitabına
ayrıca məqalə də həsr etmişdi (“Şərq qapısı” q., 1970, 5 yanvar).
M.Nəsirli ayrı-ayrı şair və yazıçıların yaradıcılığına da ədəbi-tənqidi məqalələr
həsr etmişdir. Məsələn, onun 1969-cu ildə yazdığı “Yaradıcılıq yollarında” məqaləsi
yazıçı Hüseyn İbrahimovun zəngin sənət aləminə müfəssəl elmi baxışla səciyyələnir.
M.Nəsirli onun nəsr və dramaturgiya sahəsində ciddi uğurları kimi “Sabahın
sorağında” romanı, Ü.Hacıbəyova həsr etdiyi “Ölməz mahnılar” kinopovesti,
həmçinin “İtirilən sağlıq”, “Torpağın övladları” pyesləri, onların ideya-bədii
xüsusiyyətləri barədə yığcam elmi fikirlər söyləmişdir [189].
Tənqidçinin “Şairin
83
töhfəsi” resenziyasında [191] isə Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi
Əliyar Yusiflinin “İllər ömürdən gedir” kitabındakı əsərlərə obyektiv münasibət ifadə
olunub. Kitabdakı əsərləri ümumiləşdirib qiymətləndirən Müzəffər Nəsirli
“Dostlarıma” və bəzi belə şeirlərdəki poetik deyimin zəifliyini, “Ürək sevərsə”
pyesinin müxtəlif pərdələrindəki qeyri-inandırıcı epizodları da diqqətdən qaçırmayıb.
M.Nəsirlinin “İnsanlara sözüm var” resenziyasında isə (“Şərq qapısı” q., 1973, 16
avqust) şair Cavad Cavadlının eyniadlı kitabının əsas məziyyətlərinə nəzər
salınmışdır.
M.Nəsirlinin 1975-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmiş
“İnanırıq ki” adlı məqaləsi [192] Naxçıvanda yaşayan istedadlı şair-dramaturq
Hüseyn Razinin yaradıcılığına həsr olunmuşdur. M.Nəsirli onun şeir və poemalarının
mövzu dairəsini, ideya istiqamətini yüksək qiymətləndirmiş, xüsusən əsərlərdəki
müasirlik keyfiyyətlərini və dolğun sənətkarlığı təqdir etmişdir. Şairin vətəndaşlıq
lirikasına da ayrıca diqqət yetirilmişdir. Bunlarla yanaşı, H.Razinin “Həyəcanlı gecə”
povesti, “Odlu diyar”, “Arxalı dağlar” kimi pyesləri də məqalədə Naxçıvan ədəbi
mühitinin uğurları kimi dəyərləndirilmişdir. Əlavə olaraq deyək ki, M.Nəsirlinin
“Şərq qapısı” qəzetində dərc etdirdiyi (1975, 15 fevral) “Vətənpərvər şair” məqaləsi
də H.Razinin yaradıcılığına həsr olunmuşdur.
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus mühüm xidmətləri olan
xalq yazıçısı, “Şöhrət” ordenli Hüseyn İbrahimovun qələmindən dəyərli nəsr və dram
əsərləri
ilə
yanaşı,
bir
sıra
ədəbi-tənqidi
məqalələr
də
çıxmışdır.
“Ədəbiyyatşünaslıqda ideya saflığı uğrunda” (“Ədəbiyyat qəzeti”, 24 noyabr 1952),
“Çiçəklənən mədəniyyətimiz” (“Ədəbiyyat və incəsənət” q., 17 oktyabr 1964) kimi
ümumiləşdirici məqalələri ilə yanaşı, S.Vurğun haqqında “Xalqımızın sevimli şairi”
(“Şərq qapısı” q., 7 may 1956), A.Şaiq barəsində “Qocaman yazıçımız” (“Şərq
qapısı” q., 24 fevral 1956), S.Rəhimova həsr olunmuş “Onun yaradıcılıq çeşmələri”
(“Şərq qapısı” q., 2 aprel 1960), həmçinin rus ədibi M.A.Şoloxovla görüşündən, onun
“Sakit Don” epopeyasının ideya-bədii məziyyətlərindən bəhs edən “Görkəmli sovet
yazıçısı” (“Şərq qapısı” q., 25 may 1955) məqalələri müasiri olan ayrı-ayrı məşhur
ədiblərin yaradıcılığına dərin bələdlikdən yoğrulmuşdur.
84
Naxçıvanda yaşayıb-yaradan bəzi sənətkarların 1950-1960-cı illərdəki
əsərlərini təhlil edib dəyərləndirməyə də təşəbbüs göstərən H.İbrahimov “Mənim
arzum” resenziyasında şair Əkbər Məftunun eyniadlı şeirlər kitabı barədəki
mülahizələrini ifadə etmiş [132], “Baharın sözü” məqaləsində isə [133] istedadlı şairə
Kəmalə Ağa-yevanın yeni kitabı barədə fikirlərini ədəbi ictimaiyyətə çatdırmışdır.
Hər iki resen-ziya ümumən müsbət xarakterdə olub adı çəkilən müəlliflərin
yaradıcılıq axtarışla-rına ədəbi fikirin münasibəti kimi maraq doğurur. Onu da deyək
ki, Əkbər Məftunun kitabındakı nümunələrin bir qisminin poetik cəhətdən zəifliyi
müqabilində resenziya-nın təqdiredici ovqatı müəyyən qədər uyğunsuz görünür.
H.İbrahimov 1970-1980-ci illərdə yazdığı məqalə və resenziyalarda Naxçıvan
ədəbi mühitinin nümayəndələrinin yaradıcılığına daha çox diqqət yetirmişdir.
“Səsləşən dağlar” resenziyası (“Şərq qapısı” q., 1971, 21 fevral) H.Razinin eyniadlı
şeirlər kitabına həsr olunub. “Şərq qapısı” qəzetinin 10 iyun 1976-cı il tarixli sayında
dərc olunmuş “İstedadlı, məharətli” məqaləsində isə H.İbrahimov Naxçıvanda
yaşayıb-yaradan bir sıra sənət müasirlərinin yaradıcılıq axtarışları, diqqətəlayiq yeni
əsərləri, o cümlədən gənc şair və yazıçıların uğurları barədə söz açmış, ədəbi-tənqidi
dəyərləndirmələr aparmışdır. Yazıçı-tənqidçinin “Gənclik nədir, dinclik nədir?”
məqaləsi isə (134) o zaman poeziya sahəsində ilk ciddi addımlarını atan gənc şair
Vaqif Məmmədovun şeirlərinə həsr olunmuşdur. Vaqifin özünəməxsus duyum və
deyim tərzini, orijinal poetik yozumlarını vurğulayan müəllif “Günəş”, “Acı”,
“Buludlar” və s. şeirlərini təhlil etmiş, onların ideya-bədii məziyyətlərini müsbət
qiymətləndirmişdir.
Hüseyn İbrahimovun 1979-cu ildə yazdığı “Vətəndaşlıq borcumuz” adlı
ədəbitənqidi məqaləsi (135) toxunulan problemlərin aktuallığına görə daha çox
diqqəti çəkir. Məqalədə Naxçıvanda yaşayıb-yaradan şair, yazıçı və dramaturqların
(Hüseyn Razi, Əliyar Yusifli, Müzəffər Nəsirli, Adil Qasımov, Kəmalə Ağayeva və
s.) 1970-ci illərdə qələmə aldıqları müxtəlif janrlı əsərləri təhlil olunmuş, onların
mövzu, ideya xüsusiyyətləri, sənətkarlıq səviyyəsi barədə əsaslı fikirlər
söylənilmişdir.
85
H.İbrahimovun 1980-ci illərdə yazdığı “İlhamlı poeziya yollarında” (136),
“Torpağa inamın bəhrəsi” (137) adlı ədəbi-tənqidi məqalələri də Naxçıvan ədəbi
mühitinin istedadlı təmsilçilərinin yaradıcılığına həsr olunmuşdur. İlk məqalədə
tanınmış qələm sahibi Hüseyn Razinin dolğun sənət axtarışlarına nəzər salan
H.İbrahimov Vətəndən, onun füsunkar gözəlliklərindən, yüksək mənəviyyatlı
insanlarından ilham alan şairin əsərlərindəki humanizm, xəlqilik, vətənpərvərlik
duyğularının bədii təcəssümünü önə çəkmişdir. Məqalədə H.Razinin poeziyası ilə
yanaşı, dramaturgiyasına da diqqət yetirilmiş, “Arxalı dağlar”, “Günəş”, “Haray səsi”
pyesləri ümumən müsbət qiymətləndirilmişdir. Həmin pyeslərin mövzusu, dramaturji
konflikti, bitkin xarakterləri barədəki müfəssəl fikirlər diqqəti çəkir. H.İbrahimov onu
da vurğulayırdı ki, şairin “Cokondanın təbəssümü”, “Nazim Hikmətin məzarı”,
“Aman ovçu, vurma məni” kimi şeirlərində “bütün dünyanın taleyindən nigarançılıq,
xalqların sülh arzuları səmimi bir ahənglə təsvir və tərənnüm edilmişdir”.
“Torpağa inamın bəhrəsi” məqaləsi isə Elman Həbibin yeni nəşr olunmuş
“Yoluma çıx” kitabı haqqındadır. Şairin kitabdan-kitaba təkmilləşdiyini təqdir edən
məqalə müəllfi bu fikirdə idi ki, “gənc şairin yaradıcılıq axtarışları uğurludur, poetik
tapıntıları ürəyə yatımlıdır”, onun “poetik gələcəyinə inam güclüdür”. Sonrakı
axtarışları E.Həbibin özünəməxsus dəst-xətt sahibi olduğunu daha genişliyi ilə
göstərdi.
Naxçıvanda yaşayan şair və yazıçılar sırasında ədəbi tənqidlə ən çox Hüseyn
Razi məşğul olmuşdur. Filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun hazırlayıb
çap etdirdiyi biblioqrafiyadan görünür ki, H.Razi 1950-80-ci illərdə “Şərq qapısı”
qəzetində müxtəlif ədəbi mövzularda çoxsaylı məqalə və resenziya dərc etdirmişdir
[122, s.78-110]. Lakin bunlar indiyədək araşdırılmayıb. Hətta şairin yaradıcılığına
həsr olunmuş monoqrafik tədqiqatda onun bu sahədəki fəaliyyəti barədə cəmi iki
cümlə verilib:
Dostları ilə paylaş: |