63
Ə.Yusifli, H.Razi, M.Əkbər, Ə.Mahmud, K.Ağayeva Yazıçılar İttifaqına üzv qəbul
edildilər.
Yeni kitabların nəşri, onların haqqında resenziyaların dərci də qeyd
olunmalıdır. Həmin illərdə tənqid Naxçıvan ədəbi mühitinin yeniliklərinə diqqətlə
yanaşmağa, müvafiq təhlillər aparmağa çalışır. Məsələn, Bakıda nəşr olunmuş “Tər
çiçəklər” adlı almanaxda (1959) muxtar respublikanın da ədəbi qüvvələrinin
əsərlərinin yer almasını yazıçı Məmmədli Tarverdiyev yazdığı resenziyada ayrıca
nəzərə çatdırmışdı (“Şərq qapısı” q., 1960, 13 mart).
1950-ci illərdə Naxçıvanda ədəbi tənqid gənc yaradıcı qüvvələrin sənət
axtarışlarına da diqqət yetirir. Şair-tənqidçi Hüseyn Razinin “Şərq qapısı” qəzetində
dərc olunmuş ilk ədəbi icmalları bu baxımdan xarakterikdir (“Mətbuat xülasəsi”,
1956, 27 iyun; “Şeir həvəskarları”, 1957, 10 mart və s.). 1960-cı illərdə Naxçıvan
ədəbi mühitində daha əhatəli dirçəliş hiss olunur. Gənc ədəbi qüvvələrə diqqət və
qayğı artır, onların əsərləri müzakirə olunur, ədəbi-tənqidi fikir mübadiləsi genişlənir.
“Şərq qapısı” qəzetinin 15 iyul 1962-ci il tarixli 166-cı sayında verilmiş “Gənc
ədəbi qüvvələr” adlı məqalə o dövrün ədəbi tənqidinin əhəmiyyətli
nümunələrindəndir [79]. Məqalədə Naxçıvanda istedadlı ədəbi gəncliyin olması
vurğulanmış, onların bir qisminin “təzə söz deməyə, yeni fikir söyləməyə, ciddi ədəbi
axtarışlar aparmağa səy göstərmələri” təqdir olunmuş, bu baxımdan Hüseyn
Fərəcoğlu, Həsən Fətullayev, Malik Məmmədov, Elmira Qasımova, Novruz Əliyev
(
Dostları ilə paylaş: