Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti


Kommersiya fəaliyyəti ilə bazar infrastrukturunun inkişafının qarşılıqlı



Yüklə 0,84 Mb.
səhifə5/5
tarix05.05.2023
ölçüsü0,84 Mb.
#108151
1   2   3   4   5
Həbizadə İbrahim. İqtisadiyyat

Kommersiya fəaliyyəti ilə bazar infrastrukturunun inkişafının qarşılıqlı
dialektik əlaqəsi
İqtisadi və sosial göstəricilər, anlayışlar və kateqoriyalar bir-biriylə qarşılıqlı əlaqə
və asılılıqdadır. Bunlar arasındakı əlaqə dərin və daxili xarakterə malikdir. Ümumiyyətlə
metodologiya və metodoloji elmlərdən məlumdur ki, həqiqətin öyrənilməsinə iki cür
yanaşma var. Bunlar metafizik və dialektik yanaşmalardır. Əgər metafizik yanaşmada
hadisə və dəyişənlər arasındakı zahiri əlaqələr aşkara çxarılırsa amma, dialektik yanaşma
zamanı iki və daha çox hadisələrin arasında kı, daxili qanunauyğunluq və əlaqələr
aşkarlanır. Diaektik yanaşma dialektik metodologiya və diaektik məntiqin obyektiv
qanunları və prinsiplərinə əsaslanır.
Sosial elmlərdə hadisə və proseslər arasındakı əlaqələr cox mürəkkəb və dialektik
xarakter daşıyır. İqtisadi anlayış və kateqoriyalarda sosial hadisə və proseslərin tərkib
hissəsi olduğundan bunların arasındakı qarşlıqlı əlaqə və asılılıqların aşkara çxarılmasın
da dialektik metodologiyadan istifadə edilir.
Bazar infrastrukturu və kommersiya fəaliyyəti də iki iqtisadi koteqorya olaraq
aralarında kı, qarşılıqlı əlaqə və asılıqların tədqiqi üçün dialektik yanaşmanı tələb edir.
İqtisadi sistemin bu iki elementi arasındakı əlaqəni dilaektik cəhətdən araşdırdıqda
görürük ki bazar infrastrukturu inkişafında kommersiya fəaliyyətinin, inkişafında
normal bazar infrastrukturunun olması vacibdir.
Kommersiya fəaliyyəti bazar infrastrukturunun mühüm elemnetlərindən biridir bu
cəhətdən ticrətin bazar infrastrukturundakı yeri və rolundan danışa bilərik. Eyni zamnda
ticarətin və kommersiyanın inkişafında da bazar infrastrukturunun olması zəruruidir.
Bütüb bunlar göstərir ki kommersiya ilə bazar infrastrukturu arasında dərin dialektik
əlaqə mövcuddur bu əlaqə onların mövcudluğu və inkişafında müstəsana əhəmiyyət
daşıyır. Biz bu sualda kommersiya fəaliyyətinin bazar infrastrukturundakı yeri və rolunu
tədqiq edib, eyni zamanda növbəti suallarda bazar infrastrukturunun da kommersiya
fəaliyyətinin inkişafındakı təsirini müəyyənləşdirəcəyik.
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın inkişafı üçün vacib amillərdən biri də
sahibkarlığın əsaslı azad inkişafıdır. Sivilizasiyalı inkişaf zamanında “sahibkarlıq” və
“bazar” bir biri ilə ayrılmaz vəhdət təşkil edir. Bu ayrilmaz vəhdətin yaranmasında
kommersiyanın rolu əvəzedilməzdir. Kommersiya fəaliyyətinin özünəməxsusluğu bütün
iqtisadi sahəlardə görünür. Kommersiya ticarət və ya biznesin bir növüdür. Kommersiya
latın mənşəli söz olub ( commersium ) mənası ticarət deməkdir. Lakin onu da nəzərə
almaq gərəkdir ki, “ticarət “ anlayışı ikili məna daşıyır : bir tərəfdən iqtisadiyyatın azad
sahəsi kimi fərqlənir, digər tərəfdən isə əmtəələrin alqı-satqısını həyata keçirən mübadilə
prosesidir. Kommersiya fəaliyyəti bazar iqtisadiyyatı şəraitində müasir ticarət işini onun
qanunauyğunluqlarının aşkar edilməsini və dəqiqləşdirilməsini əsas vəzifə kimi qəbul
etmişdir.Ticarətdə kommersiya işi anlayışı müəssisə və təşkilatların əhalinin
ehtiyaclarının ödənilməsi və qazanc əldə edilməsi məqsədi ilə məhsuların alqı-satqı
prosesini həyata keçirən təşkilati fəaliyyətin geniş sferasını əhatə edir.
Kommersiya fəaliyyəti eyni zamanda həyata kecirilən ardıcıl və ya paralel əməliyyatları özündə birləşdirir. Bütün biznes əməliyyatları kommersiyanın həlledici tsikli sayılır. Belə
əməliyyatları həyata kecirmək ücün “biznes-sövdələşmələri” yaradılır. Bu termində
qanunla müəyənlşdirilmiş bütün sazişlər cəmlənir. Kommersiya fəaliyəti sövdələşmələr
zamanı iki və yaxud daha çox şəxsin qazanc əldə etmək məqsədi daşıyan qarşılıqlı yazılı
razılaşması nəzərdə tutulur. İqtisadi cəhətdən kommersiya fəaliyyəti istehsal olunmuş
hazır əmtəələrin istehsalçıdan istehlakçıya çatdırılmasında əsas və aralıq rolu oynayır.
Kommersiya fəaliyyəti eyni zamanda müəyyən xidmət sahələri ilə də əhatə
olunub. Bu sahədə xidmətlər əsasən istehsalla bağlı olur və birgə inkişaf edirlər, buna
misal olaraq əmtəələrin bazara daxil olması, onların saxlanılma şəraitləri, qablaşdırılması
və s. Bunun kimi xidmətlər yeni istehlak qiyməti yaratmır sadəcə əmtəənin qiymətinə
daxil olur. Kommersiya fəaliyyəti müəssisə fəaliyyəti olub kompleks məsələlər həllinə
istiqamətlənmiş ticarət işidir. Kommersiya fəaliyyətinin əsas iştirakçıları müəssisələrlə bərabər həm də istehlakçılardır.
Ticarətin və kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün bazarın və bazar
infrastrukturunun da rolu önəmlidir. Bazar kateqoriyasına müxtəlif tərəflərdən
yanaşmaq olar. O bir baxışla iqtisadiyyatın təşkilinin və fəaliyyət göstəricisinin ictimai
bir formasıdır. Bu forma yolu ilə istehsal və istehlak arasında qarşlıqlı təsir təmin olnur.
Bazar kateqoriyyasının mahiyyətinə dərindən baxsaq o nəinki alqı-satqı üzrə, eyni
zamanda da sosial-iqtisadi münasibətlərlə (mülkiyyət, istehsal, bölgü, mübadilə və
sairə) bağlı bir iqtisadi yarımsistemdir. Bazar ictimayi məhsulun geniş təkrar istehsalın
ayrılmaz kompanentidir. Bazar elə bir iqtisadi kateqoriyadır ki tələbə təklifin məcmusu
burada ifadə olnur. Bazar münasibətlərin də “bazar” anlayışı ikili əhəmiyyət kəsb edir.
Birncisi bazar (market) təchiz etmə mənası ilə mübadilə, tədavül sferasında həyata
keçirilir.
Bazar mürəkəb struktura malikdir və bütün iqtisadiyyata öz təsirini göstərir.
Onun strukturu başlica olaraq aşağıdakı kimi müəyyən olnur.
1. Mülkiyyət formasına görə (dövlət, xüsusi, kollektiv).
2. Əmtəə tədavül sferasının xüsusiyyətlərinə görə.
3. Ölkə də istifadə olunan mövcud ticarət növlərinə görə.
Bazar münasibətlərinin obyektləri öz iqtisadi təyinatlarına görə aşağıdakı
təsniflərə malikdirlər.
1. Nemətlər və xidmətlər bazarı.
2. Istehsal vasitələri bazarı.
3. Elmi-texniki məsələlərin işlənilməsi bazarı.
4. İş qüvvəsi bazarı.
5. Qiymətli kağızlar bazarı.
Bazar məkan əlamətlərinə görə də təsnifləşir ki, bunlar lokal (yerli)-ölkə
miqyasinda, regional daxili, regiyonlar arasi və beynalxalq olurlar.
Bazar digər struktur təsnifatına da malikidir, lakin bazar infarstrukturaları
baxımından qeyd olunanalarala kifayətlənmək olar.
Bazar obyektiv surətdə mövcud olan bir sistem kimi xüsusi infrastruktur
sahələrə və özəklərə malikdir. Bəzi ədəbiyyatlarda biznes infrastrukturaları kimi də
qeyd olunsada, biznes daha geniş əhatəli bir məfhumdur.
Müasir bazar (biznes) infrastrukturu geniş təsnifata malikdir. XIX-cu əsrin bazar
infrastruktutuna nisbətən XX-ci əsr və xüsusilə onun axırlarında fəaliyyət göstərən
bazar infrastrukturu daha geniş və daha təkmiləşmiş şəkildə fəaliyyət göstərmişdir.
Kommersiya fəaliyyətinin mexanizmini öyrənərkən onun obyekti və subyekti
haqqında məlumatlı olmaq yerinə düşərdi. Əmtəə, kommersiyann bir obyektidir və buna
görə də istənilən məhsul haqqında ilkin biliklərin olması peşəkar kommersant
hazırlanması üçün vacib şərtlərdəndir. Əmtəə haqqında tarixən müxtəlif iqtisadçılar
müxtəlif prizmadan çıxış etmişdilər. Məsələn, məşhur alim P. Struve onu bildirmişdir ki,
məhsul (əmtəə) yalniz məhsulla dəyişdirilir. Əgər cəmiyyətdə məhsul tələbə müvafiq
miqdarda, yəni ayrı –ayrı mallara olan tələbə proporsional miqdarda istehsal
olunmuşdursa, həmin cəmiyyətdə məhsul artıqlığı olmayacaq, başqa sözlə, əmtəə
mübadiləsi həyata keçiriləcək.
K. Marksın nəzəriyələrində isə, proporsional bölgüdə olan
satış nəzəriyyəsi kapitalist təsərrüfatında, istehsal və istehlak arasında ona uzaq olan
ahəngdarlıq bəxş edən apologetik burjua nəzəriyyəsidir. O, heç vaxt etiraf etməmişdir ki,
kapitalist üsulu ilə istehsal olunan məhsullar həmişə tam həqiqi mənada realizə edilə
bilər. Hər zaman, onun bütün mübahisəsi belə fikir yaradırdı ki, məhsulun satışı kapitalist
cəmiyyətində dayima xroniki və kəskin maneələrlə üzləşəcəkdir.
Sahibkarlıq fəaliyyəti tarixən insanın özü üçün məsul istehsalı ilə yanaşı həm də
özgəsi üçün məsul istehsal etdiyi dövrdən başlayır. Sahibkar ilk öncə öz mənafeyini
sonradan cəmiyyətin mənafeyni təmin ederək fəaliyyət göstərir. Sahibkarlıq elə bir
fəaliyyət növüdür ki, burada sahibkar iqtisadi azadlıqa malik olaraq eyni zamanda
qanun vericiliyin tələblərinə riayət edib gəlir əldə etməyə çalışır. Sahibkarlığın
formalaşması və inkişafı üçün müəyyən şərtlərin olması mütləqdir. Sahibkarliğın
infrastrrukturu onun normal fəaliyyətinə və gələcək inkişafına yardımçı olacaq
elementləri özündə birləşdirir.

1. Aysəba Əlizadə. “ Reklam və kommunikasiya sistemi”. Bakı. 2010 Dərslik. “İqtisadi Nəzəriyə”. Moskva.2009

2. İ. E.Feyzullayev. “ Ticarətin iqtisadiyyatı”. Bakı. 1995

3.K.P.Paşayev. Redaktəsi. Dərslik.“Kommersiya fəaliyyətinin əsasları”.Bakı.2010

4. Kemal Yıldırım, Doğan Karaman, Murat Taşdemir. “Makroekonomi” Eskişehir.2006

5. M.Ə.Əhmədovun. Redaktəsi. Dərslik.“Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi” 2-ci nəşr. Bakı.2008

6. M.Q.Ağamalıyev, M.M.Məmmədrzayev. “Kommersiya fəaliyyətinin təşkili”

Bakı.2004

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin