Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 40,36 Kb.
səhifə4/4
tarix14.12.2023
ölçüsü40,36 Kb.
#179110
1   2   3   4
Neft kimya sənayesinin proses və aparatları

Plan 3.Doldurma tipli kalonlar.
Buxar və mayenin müntəzəm paylanması üçün kalonun içərisinə üç və 
çoxkünclü, piramida və pirizma şəkilli cisimlər, yəhərə bənzər cisimlər, Pal 
və Raşik halqaları və s. doldurulur.Odur ki bu kalonlara doldurma tipli 
kalonlar deyilir.Doldurmaların əsas üstün cəhəti ucuz başa gəlməsi, təsirsiz, 
yüngül və görüşmə sərhəddinin yüksək olmasıdır. 
Kalonların içərisində quraşdırılan boşqablar tor şəkilli, şəbəkəli, qapaqlı, 
kaskadlı və klapanlı olurlar. Maye suvarma kalona üç üsulla verilir: 
- Soyuq və ya iti suvarma 
- Isti suvarma 
- Dövrü suvarma 
ABQ-də işlədilən mürəkkəb kalonlar.Çox komponentli qarışıqların 
rektifikasiyası zamanı neft və neft qalıqlarını fraksiyalaşdırdıqda çoxlu distilatlar 
alınır. Bu distilatların hamısını bir sadə kalonda ayırmaq olmur. Ona görə də çox 
kalonlu sistemlərdən istifadə etmək lazım gəlir. 
Neft emalı üçün bir mürəkkəb rektifikasiya kalonundan istifadə etmək daha 
əlverişlidir. Mürəkkəb kalonların üstünlüyü onların yığcamlığı və bütün bölmələri 
suvarmaq üçün məhsulun kalona yuxarıdan bir yerdən verilməsindədir. Müasir 
kalonlarda dövrü suvarmanı bir neçə yerdən vermək tələb olunur. 
Buxarlandırıcı kalonlar. Bu kalonlarda neft məhsullarının tərkibində qalmış 
yüngül fraksiya su buxarının köməyi ilə buxarlandırılır. 
Vakuum kalonları. Ağır neft qalıqları (mazut) vakuum kalonlarında emal 
edilir. Kalona daxil olan məhsulların temperaturu 420-4400C olur. Kalonda qalıq 
təzyiq isə 40-100 mm c.st. saxlanılır. Vakuum kalonlarının hündürlüyü 15-30m 
diameri isə 12 m-ə qədərdir. 
Vakuum yaradan aparatlar. Bu aparatlara vakuum nasosu, efektorlar, 
barometrik və ya səthi kondensatorlar daxildir. 
Rektifkasiya prosesinə dəqiq nəzarət etmək üçün kalon düzgün istismar 
olunmalıdır. Kalonun iş rejiminə təsir edən əsas amillər tempreratur, təzyiq, 
suvarma və su buxarlarının miqdarıdır. Bu amillər nəzarət ölçmə cihazları ilə 
tənzimlənir. Rektifikasiya kalonunun əsas xarakter nöqtələrində keyfiyyəti 
avtomatik təhlil edən cihazlar yerləşdirilir. Bu cihazların göstərişi rektifikasiya 
prosesinin düzgün getməsinə və alınan məhsulların keyfiyyətinə nəzarət etməyə 
imkan verir.
Xammalın rektifikasiya kalonuna verildiyi yerdən aşağı və yuxarı hissələrdə 
aralıq məhsulların və ya axınların çıxış xətlərində temperatur tənzimlənir. Kalonun 
yuxarısında temperaturu tənzimləmək üçün iti (soyuq) suvarmada istifadə edilir. 
Temperaturu artırmaq lazım gəldikdə suvarmanın miqdarı azaldılır, əksinə 
azaltmaq istədikcə artırılır. 
Kimya sənayesində elə maye xammal qarışıqlarına rast gəlmək olur ki, onları ayırmaq üçün tələb olunan rektifikasiya kalonlarında kontakt tərtibatlarının sayı çox olur və nəticədə aparat olduqca hündür olur, belə kalonları quraşdırmaq, təmir istismar işləri aparmaq çətinləşir və təhlükəli olur. Belə hallarda tam rektifikasiya kalonu qidalanma şöbəsindən iki hissəyə bölünürlər və iki sərbəst kalon halında hazırlanırlar. Bu kalonlar yanaşı olaraq quraşdırılır, bunlardan birincisinə natamam qovucu kalon, ikincisinə isə natamam qatışdırıcı kalondur. Natamam qovucu kalonun qaynadıcısı olur, kondensatoru isə olmur. Natamam qatışdırıcı kalonun isə əksinə kondensatoru olur, qaynadıcısı olmur. Natamam qovucu kalona xammal qaynama temperaturundamaye halında, yuxarı hissədən verilir, bu maye xammal həm də kalon üçün fleqma rolunu oynayı

İstifadə olunan ədəbiyyatların siyahısı


  1. Ə.B.Nəsirov,Q.H.Əlməmmədov «Neft və Neft məhsullarının təhlili» Bakı

  2. «Neftin ilk emalı fənnindən laboratoriya işləri» üzrə metodiki vəsait, Bakı 2000

  3. Q.İ.Səfərov, A.S.Məmmədov "Neft və qaz emalının texnologiyası" ,2000

  4. Səfərov Q.İ,Məmmədov A.S «Neft və qaz emalının texnologiyası» Bakı,Maarif, 2000

Yüklə 40,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin