AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə45/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

9.6.4. Süzmə sahələrinin ərazisi ehtiyac olduqda tullantı sularının dondurulmasına yoxlanılmalıdır. Dondurmanın davam etmə müddəti havanın orta sutkalıq temperaturunun mənfi 100C-dən aşağı olduğu günlərin sayı qədər qəbul edilməlidir.

Dondurma dövründə süzülən tullantı sularının miqdarı cədvəl 53-də verilmiş əmsalların qiyməti qədər azaldılaraq təyin edilməlidir.

Cədvəl 53.

Qruntlar

Dondurma dövründə süzülmənin miqdarının azalma əmsalları

Yüngül gillicə

0,3

Qumlu torpaq

0,45

Qumlar

0,55

9.6.5. Ehtiyat süzmə ləkləri nəzərdə tutulmalıdır; onların sahəsi hər bir konkret halda əsaslandırılmalı və III və IY iqlim rayonlarında süzmə sahələrinin faydalı sahəsinin 10%-dən artıq olmamalıdır.

9.6.6. Şəbəkələrin, yolların, çəpərləyici təpəciklərin yaradılması, ağacların əkilməsi üçün əlavə sahənin süzmə sahələrinin ərazisi 1000 ha-dan çox olduqda 25%-ə qədər, 1000 ha və bundan az olduqda 35%-qədər qəbul edilməsinə yol verilir.

9.6.7. Süzmə sahələri ləklərinin ölçüləri ərazinin relyefindən, sahələrin ümumi işçi sahəsindən, torpağın işlənmə üsulundan asılı olaraq təyin edilməlidir. Traktorla işlənən bir ləkin sahəsi 1,5 ha-dan az olmamalıdır.

Ləkin eninin uzunluğuna olan nisbəti 1:2-dən 1:4-ə qədər qəbul edilməlidir; müvafiq əsaslandırma olduqda ləkin uzunluğunu artırmağa yol verilir.



9.6.8. Tullantı sularını dondurmaq üçün nəzərdə tutulmuş süzmə sahələrinin ləklərində ərimiş qar sularının ehtiyat ləklərə axıdılması nəzərdə tutulmalıdır.

9.6.9. Qrunt sularının lək səthindən yerləşmə dərinliyi 1,5 m-dən az olduqda süzmə sahələrində qruntun xarakterindən asılı olmayaraq, həmçinin qrunt suları daha çox dərinlikdə yerləşdikdə və qrunt münasib olmayan süzmə qabiliyyətinə malik olduqda, quruducu kanallar (bağlı drenaj inşa edilmədən) qrunt sularının səviyyəsini tələb olunan qədər aşağı sala bilməyən hallarda mütləq drenaj (açıq, yaxud bağlı) inşa edilməlidir.

9.6.10. Süzmə sahələri ərazisində duş kabinələri, iş paltarlarını qurutmaq, istirahət və qida qəbulu üçün otaqlar nəzərdə tutulmalıdır. Süzmə sahələrinin hər 75-100 hasahəsinə xidmətçi heyətin isinməsi üçün xüsusi köşklər nəzərdə tutulmalıdır.

9.7. Yeraltı süzmə sahələri

9.7.1. Yeraltı süzmə sahələri qumlu və qumluca qruntlarda tətbiq edilməlidirlər, o şərtlə ki, suvarma boruları qrunt suları səviyyəsindən ən azı 1 m yuxarıda yerləşdirilsin və onların basdırılma dərinliyi ≤ 1,8 m, yer səthindən isə 0,5 m-dən az olmasın. Suvarma borularını çınqıldan, qazanxanaların xırda şlakından, yaxud iri dənəli qumdan hazırlanmış, qalınlığı 20-50 sm olan yastıq üstündə döşəmək lazımdır.

Yeraltı süzmə sahələrindən əvvəl septiklər qoyulmalıdır.



9.7.2. Suvarma borularının ümumi uzunluğu cədvəl 54-ə əsasən hidravlik yükə görə təyin edilir.

Cədvəl 54.



 

Qruntlar


Havanın orta illik temperaturu, 0C

Qrunt sularının novdan ən yüksək səviyyəsindən (m) asılı olaraq 1 m suvarma borusuna düşən yük, l/sut










1

2

3

Qum

6 və daha az

6,1-dən 11-ə qədər

11-dən çox


16

20

22



20

24

26



22

27

30



Qumluca

6 və daha az

6,1-dən 11-ə qədər

11-dən çox


8

10

11



10

12

13



12

14

16



Q ey d:

1. Yüklər atmosfer yağıntılarının orta illik miqdarı 500 mm-ə qədər olan rayonlar üçün göstərilmişdir.

2. Atmosfer yağıntılarının orta illik miqdarı 500-600 mm olan rayonlar üçün yüklər 10-20%; 600 mm-dən çox - 20-30%; IIIA alt iqlim rayonu üçün 15% azaldıla bilər; belə hallarda yükün azalmasının maksimum qiyməti qumluca, minimum qiyməti isə qumdan ibarət qruntlarda qəbul edilməlidir.

3. İri dənəli qumdan qalınlığı 20-50 sm lay olduqda yükü 1,2-1,5 əmsalı ilə qəbul etmək lazımdır.

4. Kənar edilən tullantı suyunun bir nəfər hesabına xüsusi miqdarı 150 l/sut-dan çox olduqda, yaxud mövsümi işləyən obyektlər üçün yük normaları 20% artırılmalıdır.




Ayrı-ayrı suvarıcıların uzunluğu 20 m-dən çox olmamalıdır.

9.7.3. Hava daxil olmasını təmin etmək üçün suvarma borularının sonlarında hündürlüyü yer səthindən 0,5 m yuxarı qalxan dik borular qoyulmalıdır.

9.8. Qum-çınqıl süzgəcləri və süzən xəndəklər

9.8.1. Qum-çınqıl süzgəcləri və süzən xəndəklər tullantı sularının miqdarı 15 m3/sut-dan çox olmadıqda sukeçirməyən və zəif süzmə qabiliyyəti olan qruntlarda, qrunt sularının maksimum səviyyəsi suaparan dren novunun dibindən 1 m aşağı olan hallarda layihələndirilməlidir.

Süzən xəndəklərin hesabi uzunluğu tullantı sularının sərfindən və suvarma borularına düşən yükdən asılı olaraq hesablanır və 30 m-dən artıq qəbul edilmir; xəndəyin dibinin eni 0,5 m-dən az olmamalıdır.

Qurğulardan əvvəl septiklərin qoyulması nəzərdə tutulmalıdır.

Təmizlənmiş su toplayıcılara yığılmalı (ondan suvarmada istifadə etmək üçün), yaxud “Yerüstü suların tullantı suları ilə çirklənmədən mühafizə qaydaları” və “Dənizlərin sahilyanı zonalarının sanitariya-mühafizə qaydaları”nın tələblərinə əməl etməklə su obyektlərinə axıdılmalıdır.



8.2.2. Qum-çınqıl süzgəcləri bir, yaxud ikipilləli layihələndirilir. Birpilləli süzgəclərin yük materialı kimi iri və orta iriliyə malik qum və ya digər materiallardan istifadə edilə bilər.

İkipilləli süzgəcin birinci pilləsinin yük materialı kimi çınqıl, qırma daş, qazanxana şlakı və iriliyi maddə 9.2.1.6-nın tələblərinə cavab verən digər materiallar, ikinci pillə üçün birpilləli süzgəcdə olduğu kimi qəbul edilməlidir.

Süzən xəndəklərdə yük materialı kimi iri və orta iriliyə malik qum və ya digər materiallardan istifadə edilə bilər.

9.8.3. Çınqıl-qum süzgəcləri və süzən xəndəklərin suvarma borularına hidravlik yük, həmçinin süzücü yük layının qalınlığı cədvəl 55-ə əsasən qəbul edilməlidir.

Cədvəl 55.



Qurğu

Süzücü yük layının qalınlığı, m

Suvarma borularına hidravlik yük,l/(m.sut)

Birpilləli çınqıl-qum süzgəci, yaxud ikipilləli süzgəcin ikinci pilləsi

İkipilləli süzgəcin birinci pilləsi

Süzən xəndək.


 

1 – 1,5


1 – 1,5

0,8 – 1


 

80 – 100


150 – 200

50 – 70


Q e y d:

1. Az yüklər kiçik hündürlüklərə müvafiqdir.

2. Yüklər havanın orta illik temperaturu 30C-dən 60C-yə qədər olan rayonlar üçün verilmişdir.

3. Orta illik temperaturu 60C-dən yuxarı olan rayonlar üçün yükü 20-30% artırılmalı, 30C-dən aşağı olan rayonlar üçün 20-30% azaldılmalıdır.

4. Kənar edilən tullantı suyunun bir nəfər hesabına xüsusi miqdarı 150 l/sut-dan çox olduqda yük 20-30% artırılmalıdır.




9.9. Süzən quyular

9.9.1. Süzən quyular yalnız tullantı sularının miqdarı 1 m3/sut-dan çox olmayan hallarda, qumlu və qumlucalı qruntlarda tətbiq edilə bilərlər. Quyunun əsası qrunt suları səviyyəsindən ən azı 1 m yuxarı olmalıdır.

Q e y d:

1. Yeraltı sulardan təsərrüfat-içməli su təchizatı məqsədləri üçün istifadə etdikdə süzmə quyularının qəbul edilməsi hidrogeoloji şəraitdən və geologiya və sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşmadan asılı olaraq həll edilməlidir.

2. Quyulardan əvvəl septiklər nəzərdə tutulmalıdır.

9.9.2. Süzən quyular dəmir-beton həlqələrdən, güclü bişmiş kərpicdən, yaxud but daşından layihələndirilməlidir.

Quyunun planda ölçüləri 2x2 m-dən, dərinliyi 2,5 m-dən çox olmamalıdır.

Sugətirən borudan aşağı nəzərdə tutulmalıdır:

quyunun dibində çınqıl, qırma daş, şlak və digər materiallardan hündürlüyü 1 m-ə qədər olan süzgəc (quyunun daxilində);

quyunun divarlarının xaricində yuxarıda göstərilən materiallardan tökülmüş lay;

quyunun divarlarında süzülmüş suyun çıxması üçün deşiklər.

Quyunun tavanında diametri 700 mm olan qapaq və 100 mm olan ventilyasiya borusu nəzərdə tutulmalıdır.

9.9.3. Quyunun hesabi süzmə sahəsi dibinin və süzücü yük hündürlüyündə divarlarının sahələri cəminə bərabər təyin edilir. 1 m2 süzmə sahəsinə hidravliki yük qumdan ibarət qruntlarda 80 l/sut və qumluca qruntlarda 40 l/sut qəbul edilməlidir.

Hidravlik yük artırılmalıdır: süzmə quyuları orta və iri dənəli qumlarda, yaxud quyunun əsası ilə qrunt suları səviyyəsi arasında 2 m-dən çox məsafə olduqda - 10-20%; kənar edilən tullantı suyunun bir nəfər hesabına miqdarı 150 l/sut-dan və tullantı sularının orta qış temperaturu 100S-dən çox olduqda-20%.

Mövsümi fəaliyyət göstərən obyektlər üçün hidravlik yükün 20% artırılmasına yol verilir.

9.10. Bioloji nohurlar

9.10.1. Bioloji nohurlar tərkibində üzvi maddələr olan şəhər, istehsalat və yerüstü axım sularının təmizlənməsi və dərin təmizlənməsi üçün tətbiq edilirlər.

9.10.2. Bioloji nohurların təbii, həmçinin süni aerasiya ilə (pnevmatik, yaxud mexaniki) layihələn dirilməsinə yol verilir.

9.10.3. Təbii aerasiyalı bioloji nohurlarda təmizlənməyə verilən tullantı suyunun OBTtam 200mq/l-dən, süni aerasiyalı bioloji nohurlarda təmizlənməyə verilən tullantı suyunun OBTtam500 mq/l- dən çox olmamalıdır.

OBTtam> 500 olduqda tullantı sularının bioloji nohura verilməzdən əvvəl ilkin təmizlənməsi nəzərdə tutulmalıdır.



9.10.4. Tullantı sularını dərin təmizləmək üçün onları təbii aerasiyalı nohurlara, bioloji və ya fiziki-kimyəvi təmizləmədən sonra OBTtam ≤ 25 mq/l -ə çatdırılmış, süni aerasiyalı nohurlara isə OBTtam ≤ 50 mq/l -ə çatdırılmış vəziyyətdə yönəltməyə yol verilir.

9.10.5. Nohurlardan əvvəl millərinin arasındakı məsafə 16 mm olan barmaqlıq qoyulmalı və tullantı sularının 30 dəqiqədən az olmayan müddətdə duruldulması nəzərdə tutulmalıdır.

Süni aerasiyalı nohurlardan sonra təmizlənmiş suyun 2-2,5 st müddətində duruldulması nəzərdə tutulmalıdır.



9.10.6. Bioloji nohurlar su keçirməyən, yaxud zəif süzmə qabiliyyəti olan qruntlarda yerləşdirilməlidir. Süzmə xarakterinə görə münasib olmayan qruntlarda süzmə əleyhinə tədbirlər nəzərdə tutulmalıdır.

9.10.7. Bioloji nohurlar ilin isti vaxtlarında hakim küləklərin əsdiyi istiqamətdə yaşayış məntəqəsindən sonra yerləşdirilməlidir. Suyun nohurda hərəkət istiqaməti küləyin bu istiqamətinə perpendikulyar vəziyyətdə olmalıdır.

9.10.8. Bioloji nohurlar hər birində 3-5 pillə olmaqla ikidən az olmayan paralel bölmə şəklində layihələndirilməlidir; nohurun istənilən bölməsinin təmizlənmək, yaxud profilaktik təmir üçün digərlərinin işinə mane olmadan dayandırılması mümkün olmalıdır.

9.10.9. Təbii aerasiyalı nohurun uzunluğunun eninə olan nisbəti 20-dən az olmamalıdır. Nisbət az olduqda nohurun bütün en kəsiyi boyu suyun hərəkətini təmin edən, su daxil edən və nohurdan su buraxan qurğu konstruksiyaları nəzərdə tutulmalıdır.

9.10.10. Süni aerasiyalı nohurlarda tərəflərin istənilən nisbətdə olmasına yol verilir və aerasiya edən qurğu nohurun bütün nöqtələrində suyun 0,05 m/s-dən az olmayan hərəkət sürətini təmin etməlidir. Nohurun planda forması aeratorların növündən asılıdır: pnevmatik, yaxud mexaniki nohurlar düzbucaq, hərəkət edən mexaniki dairəvi şəkildə layihələndirilə bilər.

9.10.11. Suyu bir pillədən digərinə axıdan borunovunun yerləşmə səviyyəsi dibdən 0,3-0,5 m yuxarı olmalıdır.

Təmizlənmiş su nohurdakı su səviyyəsindən 0,15—0,2 m aşağı batırılmış yığıcı qurğu vasitəsilə axıdılmalıdır.



9.10.12. Su nohurdan sonra, bir qayda olaraq, xlorlanmalıdır. Bəzi hallarda (xlorlu su borusunun uzunluğu 500 m-dən çox olduqda, yaxud ayrı xlorlayıcı qovşağın tikilməsi lazım gəldikdə və s.) suyun nohurdan əvvəl xlorlanmasına yol verilir.

Su ilə təmasdan sonra xlorun qalıq miqdarı 0,25-0,5 qr/m3-dan çox olmamalıdır.



9.10.13. Nohurun işlək həcmi tullantı sularının orta sutkalıq sərfinin onda qalma müddətinə görə təyin edilməlidir.

9.10.14. Təbii aerasiyalı nohurda suyun qalma müddəti (83) düsturu ilə hesablanmalıdır.

Burada N- nohurların ardıcıl pillələrinin sayı;



Klag- nohurun hər pilləsinin həcmindən istifadə əmsalı;

 - axırıncı pillənin həcmindən istifadə əmsalı;

Klag və  uzunluğunun eninə nisbəti 20:1 və daha böyük olan süni nohurlar üçün 0,8-0,9, nisbət 1:1 - 3:1, yaxud yerli təbii sututarların (göllər, bəndlər və s.) əsasında yaradılmış nohurlar üçün 0,35, aralıq hallar üçün interpolyasiya ilə təyin edilməlidir;

Len - nohurun pilləsinə daxil olan suyun OBTtam;

 - nohurun son pilləsinə daxil olan suyun OBTtam;

 - nohurun pilləsindən çıxan suyun OBTtam;

 - nohurun son pilləsindən çıxan suyun OBTtam;

Lfin- nohurdaxili proseslər nəticəsində qalıq OBTtam olub, yayda 2-3 mq/l (çiçəklənən nohurlar üçün 5 mq/l), qışda 1-2 mq/l qəbul edilməlidir;

- oksigenə tələbat sürəti sabitidir, sut.; istehsalat tullantı suları üçün təcrübə yolu ilə təyin edilməlidir; şəhər və tərkibi ona yaxın olan istehsalat tullantı suları üçün, təcrübə göstəriciləri olmadıqda, nohurun bütün aralıq bölmələri üçün k = 0,1 sut-1, axırıncı pillə üçün k = 0,07 sut-1 (suyun temperaturu 200C olduqda) qəbul edilməsinə yol verilir.

Dərin təmizləmə nohurları üçün ksut-1: birinci pillə üçün - 0,07; ikinci pillə üçün - 0,06; nohurun digər pillələri üçün - 0,05-0,04; bir pilləli nohur üçün - k = 0,06 sut-1qəbul edilməlidir:

200С-dən fərqlənən temperaturlar üçün k-nın qiyməti aşağıdakı düsturlarla dəqiqləşdirilməlidir:

temperaturu 5-300C olan sular üçün



temperaturu 0-50C olan sular üçün



burada k- qiyməti laboratoriya şəraitində temperaturu 200C olan su ilə aparılmış təcrübələrlə təyin edilmiş əmsaldır.



9.10.15. Təbii aerasiyalı nohurda su güzgüsünün ümumi sahəsi (86) düsturu ilə hesablanmalıdır.

burada Qw - tullantı sularının sərfi, m3/sut;



Ca - (77) düsturu ilə təyin edilməlidir;

Cex - nohurdan çıxan suda oksigenin saxlanılması tələb olunan miqdarı, mq/l;

ra- vahidə bərabər oksigen çatışmamazlığında atmosfer aerasiyasının qiyməti olub 3-4 qr/(m3.sut) qəbul edilməlidir.

Len,Lex, Klag - (83) düsturuna əsasən qəbul edilməlidir.

9.10.16. Təbii aerasiyalı nohurun işlək dərinliyi Hlag, (87) düsturu ilə hesablanmalıdır.

Nohurun işlək dərinliyi aşağıda göstərilənlərdən çox olmamalıdır: Len>100 mq/l olduqda - 0,5 mLen≤100 mq/l olduqda -1 m, dərin təmizləmə nohurları üçün Len = 20-dən 40 mq/l-ə qədər olduqda - 2 mLen≤20 mq/l olduqda - 3 m. Nohurun qışda donma ehtimalı olduqda dərinlik 0,5 m artırıl-malıdır.



9.10.17.Süni aerasiyalı dərin təmizləmə nohurlarında suyun qalma müddəti (88) düsturu ilə hesablanmalıdır.

burada kd- oksigenə tələbat sürətinin dinamik sabitidir və (89) düsturu ilə hesablanmalıdır.



burada β1- aerasiyaedici qurğularla, yaxud labirint tipli dəhlizlərlə hərəkətə gətirilən suyun axma sürətindən vlagm/s, asılı əmsaldır,(düstur (90) ilə hesablanmalıdır).





vlag>0,05 m/s olduqda β1=7 qəbul edilməlidir.

9.10.18. Suyun təmizlənmə dərəcəsini OBTtam= 3 mq/l-ə çatdırmaq və ondakı biogen elementlərin (azot, fosfor) miqdarını azaltmaq üçün nohurda qamış tipli ali su bitkiləri inkişaf etdirilməlidir. Ali su bitkiləri nohurun son bölməsində yerləşdirilməlidir.

Ali su bitkilərinin sahəsi 1 m2 - də 150-200 bitki olmaqla 1 ha-a 10 000 m3/sut hidravlik yükə hesablanmalıdır.



10. Təmizlənmiş tullantı sularını oksigenlə doydurmaq üçün qurğular

10.1. Təmizlənmiş tullantı sularını su obyektinə axıtmazdan əvvəl oksigenlə doydurmaq üçün xüsusi qurğular nəzərdə tutulmalıdır: təmizləyici qurğular yerləşən sahə ilə su obyektindəki su səviyyəsi arasında sərbəst düşmə hündürlüyü olduqda - çoxpilləli suaşıranlar-aeratorlar, iti axan sahələr və s., qalan hallarda barbotaj qurğuları.

10.2. Suaşıranlar-aeratorlar layihələndiriləndə qəbul edilməlidir:

suaşıran deşiklər - üstündə dişli sipəri olan dişli nazik divar şəklində (divarın və sipərin dişləri iti ucları ilə bir-birlərinə qarşı yönəlməlidir);

dişlərin hündürlüyü - 50 mm, zirvədəki bucaq - 900;

dişlərin iti ucları arasındakı deşiklərin hündürlüyü - 50 mm;

aşağı byef quyusunun uzunluğu - 4 m, dərinliyi - 0,8 m;

suyun xüsusi sərfi - qw = 120-160 l/s suaşıranın 1 m uzunluğuna;

suaşıranda suyun basqısı hwm, (dişli deşiyin ortasından) - (91) düsturu ilə hesablanmalıdır.



10.3. Su obyektinə axıdılmazdan əvvəl tullantı suyunda oksigenin tələb olunan miqdarını Cexmq/l,təmin etmək üçün suaşıranların-aeratorların pillələrinin sayı Nwa və hər pillədə səviyyə düş-məsinin qiyməti zstm, ardıcıl seçilmə ilə düstur (92)-də göstərilən nisbətdən təyin edilməlidir.

burada Ca- oksigenin mayedə həllolma qabiliyyəti,(maddə 9.2.4.19-un göstərişləri əsasında təyin edilməlidir);



Cex - sututara axıdılan təmizlənmiş tullantı suyunda oksigenin təmin edilməli olan miqdarı;

C- doydurulma qurğusundan əvvəl tullantı suyunda oksigenin miqdarı (göstəricilər olmadıqda Cs = 0 qəbul edilməlidir);

Nwa- suaşıranların pillələrinin sayı;

KTK3 - 9.2.4.19 maddəsinə əsasən qəbul edilən əmsallar;

- suaşıranlarda səviyyə düşməsindən asılı olaraq aerasiya səmərəsini nəzərə alan əmsal olub cədvəl 56-a əsasən qəbul edilməlidir.

Cədvəl 56.



zstm

0,4

0,5

0,6

0,7

0,8



0,71

0,65

0,59

0,55

0,52

10.4. Barbotaj qurğuları layihələndirilərkən qəbul edilməlidir:

pillələrin sayı - 3-4;

aeratorlar - xırda qabarcıqlı, yaxud orta qabarcıqlı;

aeratorların yerləşməsi - qurğunun dibində müntəzəm;

aerasiya intensivliyi - ≤ 100 m3/(m2.st).


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin