AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə22/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

18.2.2.4. Sudaşıyıcı borular iki və daha çox xətdən ibarət layihələndirildikdə onları müxtəlif müddətlərdə işlənən meydançalarda döşəmək lazımdır.

18.2.2.5. Boru kəmərlərinin torpaq səthinin deformasiyasının təsirini nəzərə almaqla tunellərdə, yaxud kanallarda bir yerdə yerləşdirilməsinə yol verilir.

18.2.2.6. Boru kəmərlərinin qorunması üçün konstruktiv tədbirlər onun 20 illik istismar dövründə faydalı qazıntıların çıxarılmasından yer səthinin deformasiyasının hesablanma nəticəsinə görə təyin edilməlidir.

II və III kateqoriya su təchizatı sistemləri üçün konstruktiv tədbirlərin yerinə yetirilməsi onların 20 ildən az istismar dövründə faydalı qazıntıların çıxarılmasından yer səthinin deformasiyasının hesablanma nəticəsinə görə təyin edilməsinə yol verilir. İstismar prosesində əlavə müdafiə tədbirlərinin yerinə yetirilməsinin mümkünlüyü layihədə öz əksini tapmalıdır.



18.2.2.7. Yeraltı boru kəmərlərinin konstruktiv qorunma tədbirlərinin həcmi aşağıda göstərilənlər nəzərə alınmaqla hesablama ilə əsaslandırılmalıdır:

deformasiyaya uğrayan qruntun boru kəmərinə güc təsirini azaldan izolyasiyanın tətbiqi;

boruların üstünü doldurmaq üçün az sıxılan materiallardan istifadə edilməsi;

boruların divarının qalınlığının artırılması;

daha möhkəm materialdan hazırlanan borulardan istifadə edilməsi;

kompensatorların qoyulması.



18.2.2.8. Yeraltı boru kəmərlərinin möhkəmliyə yoxlanılmasını halqavari və uzununa gərginliklərin birgə təsirini hesaba almaqla aparmaq lazımdır. Daxili təzyiq, yaxud vakuumun təsirindən, üstünün doldurulmasından yaranan xarici yükdən və nəqliyyat vasitələrindən və çıxıntı zonasındakı eninə kəsiyin konturunun deformasiyasından yaranan halqavari gərginlikləri, eləcə də daxili təzyiqin, temperaturun dəyişməsinin və deformasiyaya uğrayan qruntun təsirindən yaranan uzununa gərginlikləri hesaba almaq lazımdır.

18.2.2.9. Geniş ağızlı və muftalı birləşmələri olan basqılı xrizotilsement, çuqun və dəmir-beton boru kəmərləri üçün həddi vəziyyət calağların kipliyi saxlanan maksimal açılması ilə təyin edilir.

Basqılı boru kəmərlərinin calaq birləşmələrinin sm-lə həddi açılması aşağıda göstərilən kimi qəbul edilir:

0,2 - çuqun borular üçün;

0,3 - geniş ağızlı dəmir-beton borular üçün;

1,5 -xrizotilsement borular üçün.

18.2.3. İnşaat konstruksiyaları

18.2.3.1. Tutum qurğularını qurğunun işinin əsasın deformasiyasına təsirini təyin edən konstruktiv sxemlər üzrə sərt, elastik, yaxud aşağıdakıları nəzərə almaqla kombinə edilmiş layihələndirmək lazımdır:

sərt konstruktiv sxem üzrə - qeyri müntəzəm deformasiyaların bütün növlərində dib elementlərinin, divarların, örtük və arakəsmələrin qarşılıqlı yerdəyişməsini mümkünsüz etmək;

yumşaq konstruktiv sxem üzrə - elementlərin qeyri müntəzəm deformasiyaların bütün növlərinə uyğunlaşmasının mümkünlüyü;

kombinə edilmiş konstruktiv sxem üzrə - bir elementlər üçün yumşaq, digərləri üçün sərt.



18.2.3.2. Tutum qurğularının elementlərinin yumşaqlığı, ən çox yığma konstruksiyaların calaqlarında, divarlarla dibin, örtüyün və arakəsmələrlə birləşmələrində, həmçinin ehtiyac olduqda dibdə su keçirməyən deformasiya tikişlərinin yaradılması ilə təmin edilməlidir.

18.2.3.3. Tutum qurğularını qrunt sularının səviyyəsi yüksək olan meydançalarda yumşaq və kombinə edilmiş konstruktiv sxemlərlə layihələndirəndə yumşaq tikişlərin konstruksiyaları ikitərəfli hidrostatik təzyiqin qəbulunu təmin etməlidir.

18.2.3.4. Zəif süzmə qabiliyyəti olan gilli qruntlardan ibarət meydançalarda yumşaq və kombinə edilmiş konstruktiv sxemlərlə layihələndirilən tutum qurğuları üçün drenaj sistemi qurulmalıdır.

18.2.3.5. Rezervuarlar layihələndirilməlidir:

sərt konstruktiv sxemlərlə - həcmi 50 və 100 m3 (I və IY qruplarda); həcmi 250-500 m3 (işlənilən torpaqların III və IY qruplarında);

yumşaq konstruktiv sxemlərlə - həcmi 1000 m3 (I qrupda), 2000 və 3000 m3 (I və II qruplarda) və həcmi 6000 m3 (işlənilən torpaqların I-III qruplarında);

kombinə edilmiş konstruktiv sxemlərlə - həcmi 250-500 m3 (I və II qruplarda), həcmi 1000 m3 (II-IY qruplarda),həcmi 2000 və 3000 m3 (III-IY qruplarda) vəhəcmi 6000 m3(IY qrup işlənilən torpaqlarda).

Rezervuarlar I k-I Y k qrup işlənilən torpaqlarda sərt konstruktiv sxemlərlə layihələndirilməlidir.

18.2.3.6. Sutəmizləyici qurğular kompleksinin tutum qurğuları aşağıda göstərilən qaydada layihələndirilməlidir:

şəffaflandırıcılar, şaquli durulducular, qarışdırıcılar, reaksiya kameraları, süzgəclər - sərt sxemlə;

üfüqi durulducular - yumşaq, yaxud kombinə edilmiş sxemlə;

radial durulducular - lili kənar edən mexanizmlə dib arasında ara məsafənin olmasını daimi təmin edən sərt, yaxud kombinə edilmiş sxemlərlə.



18.2.3.7. Açıq tutum qurğularını yumşaq konstruktiv sxemlə qruntda yerləşdirilmiş, yamacla-rının və dibinin üzlük materialla örtülmüş şəkildə layihələndirmək lazımdır. Yamaclar 1:3 nisbə-tində mailliyə malik olmalıdır.

18.2.3.8. kq/sm2 və  qiymətlərində pozulmamış strukturlu əlaqəli susuz qruntlardan yaranmış meydançalarda açıq tutum qurğularını layihələndirən zaman tutumların lövhə şəkilli polimer materiallarla üzlənməsinə yol verilir. Digər hallarda divarlar deformasiya tikişləri qoymaqla dəmir-beton lövhələrlə üzlənməlidir.

18.2.3.9. Dəmir-beton tutum qurğularının dibi I k – IY k qrup ərazilərdə bir lay, I-IY qrup ərazilərdə isə iki laydan ibarət monolit layihələndirilməlidir.

Dəmir-beton lövhə şəkilli bir laylı dib əsas və xüsusi yük birləşmələrinin qəbul edilməsinə hesablanmalıdır.

İkilaylı dib əsas yüklərin cəminə və əyilmədən deformasiyaya hesablanmış dəmir-beton lövhədən, əsasın düzxətli olmayan işi və dəmir-betonda çatların yaranması hesaba alınmaqla üfüqi dartılma deformasiyasına hesablanmış armatura hazırlığından ibarət olmalıdır. Belə hallarda çatların yol verilən həddi genişlənməsinin eni armatur hazırlığında at.kr=0,3 mm,at.dl=0,2 mm-dən artıq olmamalıdır.

Lövhə ilə hazırlıq arasında mastikadan hidroizolyasiya layı nəzərdə tutulmalıdır.



18.2.3.10. Bağlı tutum qurğularının divarlarına yer səthinin sıxılmasından yaranan üfüqi deformasiyaların öndən təsirini azaltmaq lazım gəldikdə qurğunun qumlu qruntla bərkidilməsi nəzərdə tutulmalıdır.

18.2.3.11. Tutum qurğusunun altlığına düşən və dartılmanın üfüqi deformasiyasından yaranan üfüqi yükləri azaltmaq lazım gəldikdə, həmçinin qayalıq əsasın yer səthinin çıxıntı və əyilməsindən yaranan deformasiyasının şaquli təsirini azaltmaq üçün dibin oturacağında qum, yaxud torpaq yastıq nəzərdə tutulmalıdır.

Yastığın qalınlığı qeyri müntəzəm deformasiyaların qiyməti, qurğunun konstruktiv sxemi və onun planda ölçüləri nəzərə alınmaqla hesablama ilə təyin edilməlidir.



18.3. Çökən qruntlar

18.3.1. Ümumi göstərişlər

18.3.1.1. Su təchizatının çökən qruntlarda tikiləcək bina və qurğuları TNvəQ 2.02.01-in göstərişləri nəzər alınmaqla layihələndirilməlidir.

18.3.1.2. Baş planlar işlənilərkən yağış və ərimiş qar sularının təbii kənarlaşma şəraiti saxlanıl-malıdır.

Tutum qurğuları, bir qayda olaraq, çökən qruntların minimal qalınlığı olan drenləmə laylı sahələrdə yerləşdirilməlidir.



Q e y d. İnşaat meydançası yamacda yerləşdikdə yağış və ərimiş qar sularını kənarlaşdırmaq üçün dağüstü kanal nəzərdə tutulmalıdır.

18.3.1.3. Rezervuarlar və çənlərdən müxtəlif təyinatlı binalara qədər olan məsafə çökməyə görə I tip qruntlarda-çökən qrunt layı qalınlığının 1,5 mislindən az olmayaraq; çökməyə görə II tip drenləşdirici döşənəcəyi olan qruntlarda - çökən qrunt layı qalınlığının 1,5 mislindən az olmayaraq; drenləşdirməyən döşənəcəyi olan qruntlarda 40 m-dən çox olmamaq şərtilə çökən layın qalınlığının ən azı üç misli qədər.

Q e y d.

1. Çökən qrunt layının qalınlığını təbii relyef səthindən, meydança planlaşdırıldıqda isə kəsim səviyyəsindən qəbul etmək lazımdır.

2. Çökməyə görə qrunt şəraitinin tipi və qruntun öz xüsusi çəkisinin ağırlığından mümkün çökmə qiyməti, mümkün kəsim və planlaşdırma zamanı qrunt tökülməsi nəzərə alınmaqla qəbul edilməlidir.

3. Tikinti meydançası sahəsində qruntun çökmə xassələri tam aradan qaldırıldıqda, həmçinin sızan suların meydançadan kənarlaşdırılması ilə tutum qurğularının altında sukeçirməyən altlıq yaradıldıqda ,tutum qurğularından binalara qədər məsafənin qruntların çökməsi nəzərə alınmadan qəbul edilməsinə yol verilir.

18.3.1.4. Su təchizatı sistemlərinin daima fəaliyyətdə olan islanma mənbəyindən tikilən bina və qurğulara qədər məsafə maddə 18.3.1.3-də göstərilənə nisbətən 1,5 dəfə azaldıla bilər,bu şərtlə ki, deformasiyaya uğrayan zona daxilində, yaxud çökən qruntların dirək bünövrələrlə, möhkəmlən-dirilmiş qrunt dirəklərlə və s. kəsilməsində qruntların çökmə xassəsi tam, yaxud qismən aradan qaldırılsın.

18.3.1.5. Çökən qruntlarda inşa ediləcək binaların, qurğuların və boru kəmərlərinin layihələn-dirilməsində tutum qurğuları və boru kəmərlərinin kipləşdirilməsi, boru kəmərləri və qurğulardan suyun qrunta keçməsinin qarşısını almaq üçün tədbirlər, su sızmasının nəzarətə alınması, mümkün sızmalar olan yerlərdən suyun toplanması və kənar edilməsi, həmçinin özül yeri və xəndəklərin yağış və ərimiş qar suları ilə islanmadan müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

18.3.1.6. Su təchizatı bina və qurğularında boru kəmərləri döşəmə üstündə çəkilməlidir; boru kəmərlərinin döşəmədən aşağı qəza suları kənar edilə bilən su keçirməyən kanallarda çəkilməsinə yol verilir.

18.3.1.7. Çökən qruntlar olan yerdə binaların hasarlayıcı konstruksiyalarının tutum qurğularının divarlarına söykənməsinə yol verilmir.

18.3.1.8. Su təchizatu qurğularının işinə və vəziyyətinə nəzarəti təmin etmək üçün onların əsas konstruktiv elementlərinə və texnoloji avadanlıq qovşaqlarına sərbəst yanaşmanın mümkünlüyü təmin edilməlidir.

18.3.1.9. Kommunikasiya sistemlərinin binalara girişləri və çıxışları TNvəQ 2.04.01-in göstərişlərinə uyğun nəzərdə tutulmalıdır.

Girişdə bina, yaxud qurğuların və boru kəmərlərinin çökməsindəki fərq boru, yaxud qoruyucu konstruksiyaların zədələnməsinə səbəb ola bilən hallarda boru kəmərlərinin quyularında kompensatorların qoyulması nəzərdə tutulmalıdır.

Boruların tutum qurğularının divarları və binaların yeraltı hissələrində sərt bərkidilməsinə yol verilmir; boruları divarlardan keçirmək üçün kipgəclər nəzərdə tutulmalıdır.

18.3.1.10. Kipliyi tələb olunmayan qoruyucu konstruksiyalarda boru və novları keçirmək üçün açılan deşiklərin ölçülərini artırmaq lazımdır. Boru, yaxud novun yuxarı və aşağısı ilə müvafiq keçidin kənarı arasındakı boşluq əsasda qruntun mümkün çökməsinin 1/3-i qədər qəbul edilməlidir. Boşluqlar sıx elastik materialla doldurulmalıdır.

Belə hallarda istismar prosesində novların suaşıran tillərinin düzləndirilməsinin mümkünlüyü nəzərə alınmalıdır.



18.3.1.11. Ayrı-ayrı qurğular arasındakı borular və novlar nisbi dönmək və yerdəyişmək imkanına malik olmalıdır.

Boru və novların divarlarda bərkidilməsi onların, əsas qruntunun mümkün çökmə qiymətinin 1/5-i qədər, üfüqi istiqamətdə qurğuların daxilinə və xaricinə tərəf yerdəyişməsini təmin etməlidir.



18.3.1.12. Planlaşdırılma zamanı əraziyə tökmək, çalaları və xəndəkləri yenidən doldurmaq üçün yerli gilli qruntlardan istifadə edilməlidir.

Qruntun tələb olunan sıxlaşdırılma dərəcəsi ona düşəcək mümkün yüklərdən asılı olaraq qəbul edilməlidir.

Əks doldurma, sıxlığı 1,6 t/m3-dan az olmayan quru qrunta çevrilənə qədər laylarla sıxlaşdırılmış, optimal nəmliyə malik qruntla yerinə yetirilməlidir. Layların qalınlığı qrunt sıxlaşdıran mexanizmlərin növündən asılı olaraq qəbul edilməlidir.

18.3.1.13. Su kəməri qurğularının ətrafında qurğulardan əks istiqamətdə 0,03 mailliyi olan su keçirməyən səkilər nəzərdə tutulmalıdır. Səkinin eni qəbuledilməlidir:

1,5 m- tutum qurğuları üçün I tip və 2,0 m-II tip çökən qrunt şəraitində;

m- qradirniyalar və səpələyicili hovuzlar üçün;

- su-basqı qüllələri üçün.

Səkilərin altındakı qrunt sıxlaşdırılmalıdır.

18.3.1.14. Sütunların qradirniyaların su toplayıcı hovuzlarından keçdiyi yerlərdə, suyun qrunta keçməsinin qarşısını alan və daşıyıcı konstruksiyaların sərbəst çökməsini təmin edən konstruksiyalar qəbul edilməlidir.

18.3.2. Sudaşıyıcı borular və şəbəkələr

18.3.2.1. I və II tip çökən qrunt şəraitində basqılı boru kəmərləri altındakı əsaslara tələblər cədvəl 48-də verilir.

Cədvəl 48.



Çökməyə görə qruntun tipi

7.4 maddəsinə görə suyun verilmə təminatının kateqoriyası

Ərazinin xarakteristikası

Boru kəmərləri altındakı əsasa tələblər

I

 

I və II


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması

 

Çökmə nəzərə alınmadan






 

III


 

Tikinti olan

 

Tikinti olmayan



Çökmə nəzərə alınmadan

 

Həmçinin



 

 

 

 

II

(20 sm-ə qədər çökmə)



 

I və II


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması və altlığın düzəldilməsi

Qruntun sıxlaşdırılması






 

III


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması

 

Çökmə nəzərə alınmadan



 

 

II



(20 sm-dən çox çökmə)

 

 

I və II



 

Tikinti olan

 

 



Tikinti olmayan

Qruntun sıxlaşdırılması, boruların kanalda, yaxud tuneldə döşənməsi

Qruntun sıxlaşdırılması






 

III


 

Tikinti olan

 

Tikinti olmayan



Qruntun sıxlaşdırılması və altlığın düzəldilməsi

Qruntun sıxlaşdırılması



Q e y d:

1. Tikinti olmayan ərazi - yaxın 15 ildə xalq təsərrüfatı obyektləri və yaşayış məntəqələrinin inşası nəzərdə tutulmayan ərazilər;

2. Qruntun sıxlaşdırılması - əsasın qruntunun, sıxlanmış qruntun aşağı sərhəddində, quru qruntun sıxlığının ən azı 1,65 t/m3 qiymətinə qədər 0,3 m dərinlikdə döyəclənməsi;

3. Altlıq – içərisinə qalınlığı 0,1 m olan drenaj döşənmiş və 0,1-0,15 m hündürlükdə kənar divarlara malik su keçirməyən konstruksiya;

4. Boru kəmərləri altındakı əsaslara tələblər onların yaxınlığında yerləşən bina və qurğuların məsuliyyət sinfindən asılı olaraq dəqiqləşdirilməlidir;

5. Boru kəmərlərinin calaq birləşmələri altında xəndəyin dərinləşdirilməsi qruntun döyəcləndirilməsi ilə yerinə yetirilməlidir;

6. I və II kateqoriya su təchizatı sistemlərində yaşayış məntəqələrinin ərazisində boru kəmərlərinin kanallarda və tunellərdə çəkilməsinə borunun xarici səthi ilə binaların özülləri arasında məsafə binalara girişlərdə kanalın uzunluğundan az olan hallarda yol verilir.




18.3.2.2. Altlıqlar, kanal və tunellərin dibi nəzarət quyuları istiqamətində mailliyə malik olmalıdırlar.

18.3.2.3. Müvafiq əsaslandırma olduqda sudaşıyıcı boruların və şəbəkələrin yer səthində, yaxud yerüstü çəkilməsinə yol verilir.

18.3.2.4. 20 sm-ə qədər çökə bilən I və II tip torpaq şəraitində inşa edilən bütün kateqoriyalı su təchizatı sistemləri üçün maddə 11.21-də göstərilmiş borular qəbul edilməlidir. Geniş ağızlı və muftalı boruların calaq yerlərində kiplik yaratmaq üçün elastik materiallardan istifadə edilməlidir.

20 sm- dən çox çökə bilən II tip torpaq şəraitində I və II kateqoriya su təchizatı sistemləri üçün sudaşıyıcı borular və şəbəkələr polad, yaxud plastmas borulardan layihələndirilməlidir; geniş ağızlı borulardan istifadəyə yol verilmir;

III kateqoriya su təchizatı sistemləri üçün plastmas, yaxud calaq yerləri elastik kipliyə malik basqılı dəmir-beton borular qəbul edilə bilər; rezin manjetli çuqun boruların qəbul edilməsinə yol verilir.

18.3.2.5. Altlıqlarda, kanallarda, yaxud tunellərdə çəkilməsi nəzərdə tutulan boru kəmərlərini istismar dövründə müşahidə etmək üçün aralarındakı məsafə yerli şəraitdən asılı olaraq təyin edilən (200 m-dən çox olmamaq şərtilə) nəzarət quyuları qoyulmalıdır. Belə hallarda suyun şəbəkə quyularından yan keçməsi təmin edilməlidir.

18.3.2.6. Su kəməri şəbəkəsi I tip çökən qruntlarda xəndəkdə çəkildikdə üfüqi istiqamətdə şəbəkədən bina və qurğuların özüllərinə qədər məsafə 5 m-dən az olmamalıdır, II tip çökən qrunt şəraitində bu məsafə cədvəl 49-a əsasən qəbul edilməlidir.

 

Cədvəl 49. Şəbəkələrdən II tip qrunt şəraitində bina və qurğularınm özüllərinə qədər minimal məsafə



Çökən qrunt layının qalınlığı

II tip çökən qruntlarda, boruların aşağıdakı diametrlərində (mm), şəbəkələrdən bina və qurğuların özüllərinə qədər minimal məsafə







100 m-ə qədər

100m-dən çox, 300m-ə qədər

300m-dən çox

5m-ə qədər

Çökmə nəzərə alınmadan




5m-dən çox, 12m-ə qədər

5

7,5

10

12m-dən çox

7,5

10

15

Q e y d:

1. Bina və qurğular çökmə xassəsi tam aradan götürülmüş II tip qruntlarda inşa edildikdə şəbəkədən bina və qurğuların özüllərinə qədər olan məsafə çökmə nəzərə alınmadan təyin edilməlidir.

2. 6 bar-dan artıq təzyiq altında işləyən su kəməri xətləri çəkildikdə göstərilən məsafələr 30% artırılmalıdır.

3. Cədvəl 49-da göstərilən məsafələrə əməl etmək mümkün olmadıqda boru kəmərlərinin su keçirməyən kanallarda, tunellərdə, yaxud qəza sularını nəzarət quyularına buraxan sistemlə təchiz edilmiş altlıqlarda çəkilməsi nəzərdə tutulmalıdır.

4. Cədvəldə göstərilən məsafələri təmin etmək mümkün olmadıqda, həmçinin bina və qurğulara su kəmərinin girişlərində boru kəmərinin çökməyə görə I kateqoriya qrunt şəraitində su keçirməyən altlıqlarda, II kateqoriya qrunt şəraitində isə kanallarda, yaxud tunellərdə çəkilməsi nəzərdə tutulmalıdır.

 





18.3.2.7. Sudaşıyıcı borular və su kəməri şəbəkələrində flanslı armatur qarşısında quyularda, kanallarda və tunellərdə çevik calaq birləşmələri qoyulmalıdır.

18.3.2.8. Su kəməri şəbəkələrinin quyuları aşağıdakılar nəzərə alınmaqla layihələndirilməlidir:

I tip çökən qruntlarda - əsasın qruntunun 0,3 m dərinliyə qədər sıxlaşdırılması;

II tip çökən qruntlarda - əsasın qruntunun 1 m dərinliyə qədər sıxlaşdırılması və boru kəmərindən aşağı quyu divarları və dibinin su keçirməzliyinin təmin olunması.

Torpağın səthi quyu qapaqları ətrafındakı sahədə 0,3 enində və quyudan mailliyi 0,03 olmaqla planlaşdırılmalıdır.



18.3.2.9. Suburaxıcı kolonkalar hündürlük səviyyəsi aşağı olan sahələrdə, bina və qurğulardan ən azı 20 m məsafədə yerləşdirilməlidir.

18.3.2.10. Nəzarət quyularının aşağı hissəsi su keçirməyən olmalıdır.

Nəzarət quyularından suyun kənarlaşdırılması maddə 11.15-in göstərişlərinə əsasən nəzərdə tutulmalıdır. Suyun kənarlaşdırılması olmadıqda quyunun aşağı hissəsinin həcmi və dərinliyi onun bir gündə bir dəfədən çox olmayaraq boşaldılmasını təmin etməlidir.

Ehtiyac olduqda nəzarət quyuları suölçən qurğularla təchiz edilməli, yaxud su səviyyəsinin avtomatlaşdırılmış ölçülməsi və nəticənin dispetçer məntəqəsinə ötürülməsi təmin edilməlidir.

18.3.3. İnşaat konstruksiyaları

18.3.3.1. I tip çökən qruntlarda tutum qurğuları altında qəbul edilməlidir:

a) təbii, əgər çökən qrunt layı daxilində qurğudan zp və qruntun öz kütləsindən zgtəzyiqlər cəmi, başlanğıc çökmədən Psl az, yaxud ona bərabər, yəni zp+zg Psl, yaxud qurğunun əsasının oturma S və çökməsinin Ssl cəmi yol verilən həddən Smax.u az, yaxud ona bərabərdirsə, yəni S + SslSmax.u ;

b) zp+zg Psl, yaxud S + SslSmax.u şərtlərində sıxılmış çökən qruntlar.

18.3.3.2. I tip çökən qruntlarda əsasın sıxlaşdırılması ağır döyəcləyicilər ilə ən azı 1,5 m dərinliyə qədər nəzərdə tutulmalıdır. Sıxlaşdırma, sahəsi qurğuların ölçülərini planda bütün istiqamətlərdə özüllərin xarici kənarından 2 m çox olmaqla meydança daxilində aparılmalıdır. Sıxlaşdırılmış zonanın aşağı sərhədlərində quru qruntun sıxlığı 1,65 t/m3-dan az olmamalıdır.

Q e y d. Çökən qruntların ağır döyəcləyicilər ilə sıxlaşdırılması mümkün olmayan hallarda yerli gilli qruntlardan qalınlığı 1,5 m olan və quru qruntun 1,65 t/m3 sıxlığına qədər sıxılmış torpaq yastıq nəzərdə tutulmalıdır.


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin