Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
304 felsefe m N9dialektika eyani

c) Struktur və element (ünsür) 
kateqoriyası-struktur əlaqələr sistemində mühüm 
əhəmiyyət kəsb edir. Bu kateqoriya bir sıra fəlsəfi ədəbiyyatda "Sistem, struktur və 
element" şəklində də qeyd olunur. Çünki bu kateqoriya ümumi sistemlilik prinsipinə 
istinad edir və hər hansı strukturu və elementi müəyyən yarımsistem, sistemdaxili və 
sistemlərarası əlaqələrdə götürür. Sistemsiz struktur və element ayrılıqda, əlahiddə 
mövcud ola bilməz. 
Sistemlilik prinsipi əsasən XIX əsrdə formalaşmışdır. Ona qədər elmi idrak 
mexanizmi və elementarizm mövqeyindən əsasən hissələrdən tama doğru getmiş, tam 
hissələrin məcmusu kimi yanaşılmışdır. Yalnız təbiətşünaslığın inkişafı əsasında İ.Kant 


31 
qeyd edirdi ki, "elm aqreqat deyil, sistemidir". XIX əsrdə bəşər cəmiyyəti və bioloji 
aləmin qanunauyğunluqlarının kəşf edilməsi əsasında sistemlilik prinsipi qəbul edildi. 
Burada isə
Ç.Darvin və K.Marksın kəşflərinin əhəmiyyəti böyük olmuşdur. Məhz bu 
əsasda sistemlilik prinsipi və sistem yanaşma üsulu
 
formalaşmışdır. 
Sistem-struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla 
yerləşmiş qarşılıqlı əlaqədə olan elementlərin, hissələrin ümumiliyidir. 
Element (ünsür) - müəyyən sistem daxilində hər hansı predmet, hadisə və 
prosesin ayrılmaz daxili parçası, komponentidir. 
Struktur isə - bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin nisbi 
sabit üsulu, qanunudur. 
Uzun zaman mütəfəkkirlər düşünmüşlər ki, hər hansı cismi , hadisəni təhlil və 
təsdiq edərkən onu tərkib hissələrinə, "kərpicciklərinə" ayırmaq lazımdır, "sadə" və 
"mürəkkəb" anlayışlar keçicidir, onlar müəyyən sistemdə öyrənilməlidir. Hazırda elmdə 
element (ünsür) anlayışı adı altında başqa obyektlərlə əlaqədə olan mürəkkəb kompleksə 
daxil olan hər hansı obyekt nəzərdə tutulur. Element anlayışı nisbidir, müəyyən 
münasibətlə o sistemə də çevrilə bilər. Məsələn, müəyyən münasibətlə sinif cəmiyyət 
sisteminin elementi kimi öyrənilərsə, başqa halda, sinifdaxili ünsürlər sinif sisteminin 
komponentləri kimi götürülə bilər. Struktur isə müəyyən sistemdaxili və sistemlərarası 
tərkib hissələrin (element və əlaqələrin) yerləşməsi üsulu, nisbi sabit qayda-qanunudur. 
Struktur predmetin daxili və xarici əlaqələrinin nizamını əks etdirir və obyektin nisbi 
sabitliyini, stabilliyini, keyfiyyət müəyyənliyini təyin edir. Obyekt əgər müəyyən 
hissələri və elementləri arasında özünəməxsus nisbi sabit qarşılıqlı əlaqə və qarşılıqlı 
təsirə malikdirsə, o özü bir sistemdir. Bu hadisələrin də öz strukturu olduğu üçün onlar 
da "yarımsistemlər" kimi çıxış edə bilirlər. Bunlar da ikinci, üçüncü və i.a. 
yarımsistemlərə ayırırlar, həmin sistemlərdə uyğun, birnövlü, nisbi sabit əlaqə və 
münasibətlər isə strukturu təşkil edirlər. Çox strukturlu, çox səviyyəli sistemlər də 
mövcuddur. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin