Məhəmməd Qarabaği. M.Qarabaği Azərbaycan filosofu və ilahiyyatçıdır. XV əsrin
ikinci yarısında Qarabağda doğulmuşdurub. O, hənəfilik məzhəbi üzrə hüquqşünas
olduğundan, “Hənəfi” adı ilə tanınıb.
Qarabağinin fəlsəfəyə dair “Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat”ı və digər
şərhləri 1963-cü ildən Qahirənin “Xədiviyyə” kitabxanasında saxlanılır. Türkiyənin Darül
Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan
filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair “İmamların başlanğıcı”
əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə
Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
M. Qarabaği gah peripatetikləri, gah mütəkəllimləri tənqid etmiş, bəzən birinə, bəzən də
haqq qazandırmış, nəticə etibarilə, barışdırıcı mövqe tutmuşdur. Qarabağinin ontoloji görüşləri
varlığın vacib və mümkün qisimlərə bölünməsi, Vacib Varlığın isbatı kimi məsələlərin
şərhində ortaya çıxır. “Filosofların təkzibi” əsərində Fərabi, İbn Sina, Bəhmənyar və s.
peripatetiklərin, Ə.Qəzali, Fəxrəddin Razi, Əzüdəddin İci və digər filosofların ideyaları
zəminində
maraqlı fəlsəfi ümumiləşdirmələr aparmışdır. Qarabaği peripatetiklərlə
mütəkəllimlər arasında fikir yaxınlığı yaratmağa çalışmışdır. O, Allahın fəaliyyətində hikmət,
26
məsləhət, iradənin üstün olduğunu geniş şəkildə izah etmişdir. Peripatetik müddəaları
sxolastların əqidəsinə uyğunlaşdırmağa çalışmışdır.
XVI əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafında dünya şöhrətli şair Məhəmməd
Füzulinin böyük xidməti olmuşdur.
Füzuli Məhəmməd Süleyman oğlu (1494-1556) İraqda Kərbəla şəhərində anadan
olmuşdur. Tədqiqatçıların fikrincə ailəsi feodal çəkişmələri nətiçəsində bir hissəsi
Azərbaycandan İraqa köçmüş Bayat tayfasına mənsub olmuşdur. Füzuli ilk təhsilini Kərbəlada
almış, Bağdadda davam etdirmişdir. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb,
nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanları, ərəb tərcümələri əsasında
Yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik ərəb, fars, özbək, türk və farsdilli hind
ədəbiyyatını öyrənmişdir.
Məhəmməd Füzuli qədim yunan və şərq fəlsəfəsi ilə yaxından tanış idi. Onun fəlsəfi
görüşləri, əsasən, Ərəb dilində nəsrlə yazdığı “Mətlə-ül-etiqad” əsərində öz əksini
tapmışdır. Füzuli burada Aristotel, Platon, Demokrit və başqa yunan filosoflarının
fikirlərindən, Nizaminin fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də fəlsəfi
fikirlərə təsadüf edilir. Füzuli dövrünün daha mütərəqqi ideyalarına əsaslanmışdır.
Qəsidələrindəki mistik tərki-dünyalıq motivləri şairin yaşadığı dövrün təsirilə bağlı olmuşdur.
Füzuli müsəlman ilahiyyatı məsələlərini fəlsəfi zəmində araşdırırdı. Fəlsəfi görüşlərinə görə
Füzuli idealist olmuşdur. O, maddi aləmin obyektiv və insan şüurundan asılı olmayaraq
mövcudluğunu qəbul etsə də, göstərirdi ki, maddi varlıq qeyri-maddi Allah tərəfindən
yaradılmışdır. Onun fikrincə qeyri-maddi aləm ilkindir. Bununla yanaşı ontoloji təlimində o,
maddi aləmin obyektiv mövcudluğu fikrini müdafiə etmişdir. Varlıq məsələlərində Füzuli
obyektiv mövcud olan hər şeyi iki kateqoriyaya bölürdü:
1. Zəruri (öz mövcudluğunda səbəbə ehtiyacı olmayan), bu Füzuliyə görə Allahdır;
2. Mümkün olan (öz mövcudluğunda səbəbə ehtiyacı olan), yəni dünya.
Beləliklə, Füzuli maddi aləmi və qeyri-maddi Allahı bir-birinə qarşı qoyur. “Leyli və
Məcnun” əsərində isə panteizmə meyl göstərərək, Allahla aləmi eyniləşdirir.
Füzulinin görüşlərində bəzən kortəbii meyllərə, bəzən mistik ruhlu panteizmə rast gəlmək
olur. Güman etmək olar ki, Yaxın Şərq filosofları Şəhristaninin “Dini və fəlsəfi cərəyanlar
haqqında”, Əl-Kifin “Müdriklər haqqında məlumat” və başqa əsərlərin təsiri ilə Füzuli iki
maddi (ilkin materiya və cisim) və üç qeyri-maddi (forma, ruh, zəka) substansiyanın
mövcudluğunu göstərir. Forma müəyyən yerdə yerləşdirilən substansiyadır. Zəka isə cisimlə
əlaqəsi olmayan qeyri-maddi substansiyadır. Füzulinin fikrincə insan ruhu zəkaya uyğun
hərəkəti idarə edir.
Buna görə də zəkalı ruh adlanır. Lakin bununla belə hesab edilir ki, insan ruhu şəxsiyyət
üçün əlçatmaz bir şeydir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəbbət hissi ilə sıx bağlıdır.
O, məhəbbəti insan həyatının və xoşbəxtliyinin son məqsədi hesab edirdi.
Füzuli dövrünün demokratik ideyalarını müdafiə etmiş, bütün insanların bərabər olmasını,
hakimlərin yoxsullara mərhəmət göstərməsini arzulamışdır.
27
XVII əsrin I yarısında yaşamış Azərbaycan xalqının görkəmli filosofu Yusif
Dostları ilə paylaş: |