Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


 Turizm sektorunun rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
IIETI-UNDP Turizm-az

4. Turizm sektorunun rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi 

 

 

4.1. Metodologiya 

 

Tədqiqat  işinin  bundan  əvvəlki  fəsilində  qeyd  olunduğu  kimi,  rəqabətqabiliyyətlilik 



müxtəlif  kəmiyyət  və  keyfiyyət  amilləri  ilə  qiymətləndirilir.  Ölkənin  turizm  sektorunun 

rəqabətqabiliyyətliliyinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə təqdim olunan tədqiqat 

işində  M.Porter  tərəfindən  təklif  olunmuş  ölkənin  rəqabət  üstünlüklərinin  determinantları 

nəzəriyyəsi və Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən tətbiq oluunmuş 

multiamilli qiymətləndirmə metodologiyasından istifadə olunmuşdur. Həmin metodologiyaya 

əsasən turizm rəqabətqabiliyyətlilik indeksi aşağıdakı üç altindeksin təsiri altında formalaşır: 

  Altindeks A - Turizm Siyasəti və Sahənin Dövlət Tənzimlənməsi; 

  Altindeks B - Turizm Sektorunda Biznes Mühit və İnfrastruktur; 

  Altindeks C - Turizm Sektorunda İnsan, Mədəni və Təbii Resurslar. 

Bu  altindekslərin  formalaşmasına  təsir  göstərən  amillərin  aşağıdakı  sxemdə  təsvir 

olunmuşdur (Sxem 4.1.) 

Altindekslərin  formalaşmasına  təsir  edən  göstəricilər,  onların  mənbələri  və 

hesablanması formulu Əlavə 1 və 2-də verilmişdir (Səh. 82, 86). 

Birinci  altindeks  siyasətlə  əlaqəlidir  və  ümilikdə  hökümətin  səlahiyyətində  olan  işləri 

əhatə  edir;  ikinci  alt  indeks  hər  bir  ölkədə  biznes  mühitinin  elementlərini  əks  etdirir;  və  

üçüncü alt indeks hər bir ölkənin insan, mədəni və təbii resurslarını əhatə edir. 

Sxem  4.1-dən  göründüyü  kimi  A  altindeksi  5  göstərici  qrupunun  təsiri  altında 

formalaşır. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin