Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   8   9   10   11   12   13   14   15   ...   76
IIETI-UNDP Turizm-az

3. Ədəbiyyatın xülasəsi 

 

Bazar  iqtisadiyyatında  rəqabətin  hakim  rolu  hələ  XVIII  əsrdə  Adam  Smit  tərəfindən 

onun  məşhur  “Xalqların  sərvətinin  təbiəti  və  səbəbləri  haqqında  traktat”ında  (1768) 

“görünməz əl” prinsipində ümumiləşdirilmişdir. Onun fikrincə, öz mənfəətini artırmağa cəhd 

edən və gərgin rəqabət mühitində fəaliyyət göstərən firma və malgöndərənlər, eyni zamanda, 

bir növ “görünməz əl” ilə istiqamətləndirilərək dövlət və ya ictimai maraqların da təmin edil-

məsinə  şərait  yaradırlar.  A.Smit  (1776)  ölkələrin  beynəlxalq  ticarətdə  mütləq  üstünlüklərini 

müəyyən edən üç amili–kapital, təbii resurslar və əməyi-qeyd etməklə milli iqtisadiyyatların 

açıqlığının üstünlüklərini sübut etmişdir. 

David  Rikardo  (1817)  A.Smitin  fikirlərini  inkişaf  etdirməklə  müqayisəli  üstünlüklər 

anlayışını  meydana  gətirimişdir.  Müqayisəli  üstünlüklər  həmin  dövrlərdən  başlayaraq 

beynəlxalq  ticarət  nəzəriyyələrinin  əsasını  təşkil  edir.  D.Rikardonun  əsas  töhfəsi  belə  bir 

ideya  olmuşdur  ki,  milli  iqtisadiyyatlar  maya  dəyəri  nöqteyi-nəzərindən  mütləq 

üstünlüklərdən mənfəət əldə etməklə eyni zamanda, məhsul və xidmətlər mübadiləsi ticarətdə 

iştirak edən hər iki ölkə üçün sərfəli olur. Ümumiyyətlə, Rikardo nəzəriyyəsi hesab edir ki, 

hər bir ölkə müqayisəli üstünlüyə malik olduğu məhsulları özündə istehsal etməlidir. 

XX əsrdə Hekşer (1919) və Olin (1933) Hekşer-Olin (H-O)  modeli adı altında tanınan 

yeni  beynəlxalq  ticarət  nəzəriyyəsini  irəli  sürdülər.  Bu  modelə  görə  ölkə  özündə  daha  bol 

olan  amillərin  istifadə  edilməsi  ilə  istehsal  olunan  məhsulları  ixrac  etməlidir.  Başqa  sözlə, 

ölkə  daha  bol  təmin  olunmuş  amillərdən  istifadə  olunması  ilə  istehsal  edilmiş  məhsulları 

istehsal  və  ixrac  edəcək  və  ölkədə  kifayət  qədər  təmin  olunmamış  amillərdən  daha  geniş 

istifadəni  nəzərdə  tutan  amillərin  istifadəsi  tələb  olunan  məhsulları  idxal  edəcəkdir.  H-O 

modelində  texnologiya  oxşardır,  lakin,  əmək  və  kapitalın  müxtəlif  nisbətlərdə  istifadəsi 

nəzərdə tutulduğundan ayrı-ayrı ölkələrdə fərqli istehsal metodları tətbiq olunur. 

M.Porter klassik amillər nəzəriyyəsinin tərəfdarı olmaqla, bunları ilkin amillərlə (əmək, 

kapital,  torpaq)  məhdudlaşdırmır,  əksinə,  yeni,  o  cümlədən  istehsal  prosesində  meydana 

çıxan  amillərlə  (əmək  ehtiyatları  çatışmadıqda  əmək  məhsuldarlığının  yüksəldilməsi,  tor-

pağın  və  təbii  sərvətlərin  məhdudluğu  şəraitində  məhdud  resursları  qənaətlə  işlədən 

texnologiyaların  tətbiqi)  tamamlayır.  Onun  irəli  sürdüyü  “Rəqabət  üstünlükləri  nəzəriyyəsi” 

diqqəti  daha  çox  cəlb  edir.  Bu  konsepsiyada  ölkədə  rəqabət  mühiti  bir-biri  ilə  qarşılıqlı 

əlaqədə olan determinantlar sistemi kimi götürülərək “milli romb” ideyası təklif olunmuşdur. 

Pun  (1993)  turizm  sektorunda  rəqabətqabiliyyətliliyin  qiymətləndirilməsi  üçün  dörd 

baza  prinsiplərini  müəyyən  etmişdir:  (1)  ətraf  mühitin  mühafizəsi;  (2)  turizmin  ölkə 

iqtisadiyyatının qabaqcıl sektorlarından birinə çevrilməsinin təmin edilməsi; (3) bazara çıxış 

kanallarının genişləndirilməsi; (4) dinamik özəl sektorun formalaşdırlması. 

Digər  müəlliflər  də  M.Porterin  rəqabətqabiliyyətliliyi  konsepsiyasından  turizm 

sektorunun  rəqabətqabiliyyətliliyinin  qiymətləndirilməsində  istifadə  etmişdir.  Krouç  və  Riçi 

(1993)  rəqabətqabiliyyətliliyin  beynəlxalq  turizmdə  dinamik  inkişafını  izah  edəcək  analitik 

sistem yaratmaq üçün ətraflı tədqiqat aparmışdır. Həmin müəlliflər (1999) turizm sektorunun 

rəqabətqabiliyyətliliyin  qiymətləndirilməsində  həyat  səviyyəsinin  və  ictimai  rifahın 

yüksəldilməsi  ilə  yanaşı,  həm  də  uzunmüddətli  iqtisadi  rifah  yaradan  resursların 

bölüşdürülməsinin səmərəliliyi ilə də ölçülməli olmasının vacibliyini irəli sürmüşdür. Onların 

təklif etdiyi model müqayisəli üstünlüklər (resurs zənginliklikləri) və rəqabət üstünlükləri ilə 

eyni zamanda aşağıdakı elementləri də təsvir edir:  

  Rəqabət mühiti; 

  Makro mühit; 

  Əsas  resurslar  və  cəlbedici  amillər  (coğrafi,  mədəni  və  tarixi,  bazar  əlaqələri, 

fəaliyyət növləri, xüsusi hadisələr və turizm təsisləri); 




  Dəstəkləyici  faktor  və  resurslar  (məsələn:  infrastruktur,  əlverişlilik,  yardımçı 

resurslar və müəssisələr); 

  Marketinq, xidmət, informasiya, təşkilati və idarəetmə funksiyaları; 

  Keyfiyyət determinantları (məsələn: dəyər, təhlükəsizlik, yerləşmə və asılılıqlar). 

Daha  sonra  Kon  və  Mayer  (1995)  turizm  xidmətlərinin  bir-birini  əvəz  etmə 

xüsusiyyətlərini,  həmçinin  turizm  resurslarının  bərpa  olunması  və  xarici  amillər  kimi 

turizmin  spesifik  xüsusiyyətlərini  Krouç  və  Riçinin  sisteminə  əlavə  etmişdir.  Onların  təklif 

etdiyi  turizm  rəqabətqabiliyyətlilik  modeli  beş  amili  özündə  əks  etdirir:  cəlbedicilik, 

idarəetmə, təşkilatçılıq, informativlik və səmərəlilik. 

Falkner  və  digərləri  (1999)  turizm  xidmətlərinin  bir-birini  əvəz  etmə  xüsusiyyətini 

Cənubi  Avstraliyanın  turizm  sektorunun  rəqabətqabiliyyətliliyinin  tədqiqində  müəyyən 

etmişdir. 

Turizm  sektorunun  rəqabətqabiliyyətliliyinin  tədqiqinə  dair  əsərlərdə  turizm 

müəssisələrinin  yerləşdiyi  məkanın  əhəmiyyətini  xüsusi  qeyd  olunur.  Qearinq  və  digərləri 

(1974),  Hu  və  Richi  (1993),  Qallarza  və  digərləri  (2002),  daha  sonra  Hsu  (2004)  turizm 

məkanlarının  cəlbediciliyini  detallı  tədqiq  etməklə,  siniflərə  ayırmış  və  konseptual  model 

işləyib hazırlamışdır. 

Dünya İqtisadi Forumu (DİF) 2007-ci ildən başlayaraq M.Porterin rəqabətqabiliyyətlilik 

konsepsiyasının  bazasında  çoxamilli  turizm  rəqabətqabiliyyətlilik  indeksi  işləyib 

hazırlamışdır.  Müəlliflər  turizmin  rəqabətqbiliyyətliliyinə  təsir  göstərən  73  göstəricini  üç 

böyük altindeksdə ümumiləşdirmişdir. 

Beləliklə, turizm sektorunun rəqabətqabiliyyətlilik tədqiqinə dair nəzəri yanaşmaları və 

ədəbiyyat  xülasəsinə  əsasən  təqdim  olunan  tədqiqatın  məqsədlərinə  uyğun  olaraq  ölkənin 

turizm 


sektorunun 

rəqabətqabiliyyətliliyinin 

qiymətləndirilməsi 

üçün  M.Porterim 

“determinanları” və DİF-un yanaşmaları məqsədəmüvafiq hesab oluna bilər. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin