AZƏrbaycan respublikasi adindan q ə t n a m ə



Yüklə 67.17 Kb.
Pdf просмотр
tarix26.02.2017
ölçüsü67.17 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

21 noyabr 2016-cı il

№ 2(105)-1730/2016

Sumqayıt

şəhərində

Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,

Hakimlər Azər Qəmbər oğlu Hüseynov və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə

Zümrüd Ruslan qızı Abbaslının katibliyi,

İddiaçının nümayəndəsi: Rəşad Elşad oğlu Eldarov,

Cavabdehlər: Emil Mais oğlu Mahmudov və Elşən Mais oğlu Mahmudovun iştirakları ilə,

İddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyət Cəmiyyətinin

cavabdehlər Mahmudov Emil Mais oğlu, Mahmudov Elşən Mais oğlu, Məmmədova Sevda

İsmayıl qızı, Əhmədova Gözəl Mais qızı və Məmmədova Aynurə Akfi qızına qarşı əsas

borcun, ödənilməmiş faizlərin və dəbbə borcunun alınması, ipoteka predmetinə tutmanın

yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması tələbinə dair mülki iş

üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsindən cavabdehlər

tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim

İ.M.Mahmudov) iddianın təmin edilməsi, iddiaçı «TBC Kredit» bank olmayan kredit təşkilatı

MMC-nin xeyrinə cavabdeh Mahmudov Elşən Mais oğlundan 02 oktyabr 2014-cü il tarixli

SUMG1-10447-6041 saylı kredit müqaviləsi üzrə 27 366,65 (iyirmi yeddi min üç yüz altmış

altı dollar altmış beş sent) ABŞ dolları məbləğində əsas, 5517,74 (beş min beş yüz on yeddi

dollar yetmiş dörd sent) ABŞ dolları faiz,

qətnamənin icra olunduğu günə olan Azərbaycan

manatı məzənnəsi ilə

cəmi 32884,39 (otuz iki min səkkiz yüz səksən dörd dollar otuz

doqquz sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, ipoteka ilə yüklü edilmiş

Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü mərtəbəsində

yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət olan 3 otaqlı

80 nömrəli mənzilinin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməklə açıq

hərracda satılması, mənzilə tutmanın yönəldilməsi və o satıldıqda orada yaşayan şəxslərin

ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzilin satışından əldə olunmuş pul

vəsaitinin cavabdeh Mahmudov Elşən Mais oğlunun iddiaçı «TBC Kredit» bank olmayan

kredit təşkilatı MMC-yə olan 32884,39 (otuz iki min səkkiz yüz səksən dörd dollar otuz

doqquz sent) ABŞ dolları məbləğində borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş 30

(otuz) manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30

manat məbləğində pulun cavabdeh Mahmudov Elşən Mais oğlundan tutularaq iddiaçı «TBC

Kredit» bank olmayan kredit təşkilatı MMC-yə ödənilməsi qət edilmişdir.



İ Ş İ N H A L L A R I:

İddiaçı «TBC Kredit» bank olmayan kredit təşkilatı MMC cavabdehlər Mahmudov Emil

Mais oğlu, Mahmudov Elşən Mais oğlu, Məmmədova Sevda İsmayıl qızı, Əhmədova Gözəl

Mais qızı və Mahmudova Aynurə Akif qızına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər

Məhkəməsinə müraciət edərək, cavabdehlər E.M.Mahmudov və E.M.Mahmudovdan iddiaçı

«TBC Kredit» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 27366,65 ABŞ dolları

məbləğində əsas borcun, 5517,74 ABŞ dolları faiz borcunun, cəmi 32884,39 ABŞ dolları

məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat

məbləğində pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Sumqayıt

şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 64,9



kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət olan 3 otaqlı 80 nömrəli

mənzilinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməklə açıq

hərracdan satılması, cavabdehlər Mahmudov Emil Mais oğlu, Mahmudov Elşən Mais oğlu,

Məmmədova Sevda İsmayıl qızı, Əhmədova Gözəl Mais qızı və Mahmudova Aynurə Akif

qızının Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü

mərtəbəsində yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət

olan 3 otaqlı 80 nömrəli mənzilindən hərrac keçirildikdən bir ay sonra məcburi qaydada

çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı

MMC ilə cavabdeh Mahmudov Elşən Mais oğlu arasında ona 90 000 (doxsan min) ABŞ

dolları kredit verilməsi mümkünlüyünü nəzərdə tutan 02 oktyabr 2014-cü il tarixli SUMG1-

10447-6041 saylı kredit müqaviləsi, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada

vaxtında


icrasını

təmin


etmək

məqsədilə

E.M.Mahmudov,

E.M.Mahmudov,

S.İ.Məmmədova, G.M.Əhmədova və A.A.Mahmudovanı ümumi paylı mülkiyyət hüququ

əsasında məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının

149 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32

nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3

yardımçı sahədən ibarət olan 3 otaqlı 80 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini

nəzərdə tutan 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041+C0000044231 saylı ipoteka

müqaviləsi və 02 oktyabr 2014-cü il tarixdə E.M.Mahmudov ilə SUMG1-10449 saylı

zaminlik müqaviləsi bağlanılmış və 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041-6041/1

saylı razılaşma ilə illik 22 faiz olmaqla 72 ay müddətinə 17000 ABŞ dolları və 02 oktyabr

2014-cü il tarixli SUMG1-10447-6041+C0000044231 saylı ipoteka müqaviləsi bağlanılmış

və 06 yanvar 2015-ci il tarixli SUMG1-10447-6041-6041/2 saylı razılaşma ilə illik 22 faiz

olmaqla 69 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit E.M.Mahmudova verilmiş və

kreditin 72 ay ərzində aylıq 758 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmişdir.

E.M.Mahmudov tərəfindən kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin

qaytarılması günləri dəfələrlə pozulmuş və sonuncu tərəfindən ödəniş 25 noyabr 2015-ci il

tarixdə 570 ABŞ dolları məbləğində edilmişdir. Ödəniş qrafiki ilə 09 mart 2016-cı il

tarixinədək ödənilməsi nəzərdə tutulan 1 328,76 ABŞ dolları cari əsas borc, 2758,87 ABŞ

dolları cari faiz borcu ödənilməmiş, nəticədə 09 mart 2016-cı il tarixədək 953 ABŞ dolları

dəbbə borcu, cəmi 3840,63 ABŞ dolları məbləğində kredit borcu yaranmış və

ödənilməmişdir.

Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll

edilmişdir.



APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

VƏ TƏRƏFLƏRİN İZAHATLARI:

Cavabdehlər E.M.Mahmudov, E.M.Mahmudov, S.İ.Məmmədova, A.A.Mahmudova və

G.M.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit müqaviləsinin

müddəti bitməyib və E.M.Mahmudovun da kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə

yetirilməsində yaranmış müvəqqəti çətinlik ümumi respublikada yaranmış maliyyə bazarı

problemləri ilə bağlıdır. Digər tərəfdən iddia tələbində daşınmaz əmlakın satılmasından

sonra orada yaşayanların mənzildən çıxarılması barədə qətnamə çıxararkən, məhkəmə

əmlakdan çıxarılmanın ancaq mülkiyyətçinin subyektiv hüququ olması məsələsini nəzərə

almamışdır. Hazırda isə iddiaçı mülkiyyətçi deyil və bu tələbi qaldıra bilməz. Məhkəmə kredit

müqaviləsinin müddəti bitmədiyi halda, müqaviləyə xitam vermədən, artıq borcun ipotekaya

yönəldilməsini qət edərkən qanunvericiliyin tələbini pozmuşdur. Sumqayıt Şəhər

Məhkəməsinin 11 aprel 2016-cı il tarixli 2(060)-4763/2016 saylı qətnaməsini ləğv edib, iddia

tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Cavabdehlər Emil Mahmudov və Elşən Mahmudov apellyasiya şikayətinin dəlillərini

müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmədən xahiş

etdilər.


İddiaçının nümayəndəsi R.E.Eldarov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi,

məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya

2


şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

İş üzrə cavabdehlər S.İ.Məmmədova, A.A.Mahmudova və G.M.Əhmədova məhkəmə

iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir

üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin

376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş

tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə

gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən

yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır.

Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya

şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir

ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə

qismən təmin edilməlidir.



H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin

edərkən, tərəflər arasında kredit və ipoteka müqaviləsi olmasına və cavabdeh tərəfindən

həmin müqavilənin şərtlərini yerinə yetirməməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz

borcu hissəsində qanuni və əsaslı hesab edilə bilməz, işin məhkəmə iclasında araşdırılmış

faktiki hallarına uyğun deyildir, qalan hissədə qətnamə qanuni və əsaslıdır.

Azərbaycan

Respublikası

MPM-nin


372.6-cı

maddəsinə

əsasən

apellyasiya



instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun

barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə

məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona

etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam

yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi

apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual

hüquq normalarına riayət etməsini yoxlayır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.M.Mahmudov və

qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə

yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən

mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və

əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi

və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət

verilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən

qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq

normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun

çıxarılmalıdır.

Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün

əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər

sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən

görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana

keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı

öhdəsinə götürür.

Eyni zamanda, həmin kredit müqaviləsinin şərtlərindən və işin digər materiallarından

göründüyü kimi, iddiaçı ilə cavabdeh E.M.Mahmudov arasında bağlanmış 02 oktyabr

2014-cü il tarixli SUMG1-10447-6041 saylı kredit müqaviləsi 72 ay müddətinə bağlanmış və

artıq kredit müqaviləsinin müddətinin tamam olmasına baxmayaraq cavabdeh üzərinə

götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki,

tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən

şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin

3


tələblərinə müvafiq surətdə hərəkət etməlidir.

Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya

icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,

öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər

arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu

aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır.

Birinci instansiya məhkəməsi iclasında araşdırılan hallarından görünür ki, cavabdeh

E.M.Mahmudov 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041 saylı kredit müqaviləsi

üzrə banka olan kredit borcunun ödənişlərini lazımi qaydada həyata keçirməmiş və onun

hal-hazırda kredit borcu 27 366,65 ABŞ dolları məbləğində əsas, 5517,74 ABŞ dolları faiz,

cəmi 32884,39 ABŞ dolları təşkil etmişdir. Lakin cavabdehlər bu məbləğlə razı olmadıqlarını

bildirmişlər.

İş materiallarına əsasən «TBC Kredit» bank olmayan kredit təşkilatı MMC ilə cavabdeh

Mahmudov Elşən Mais oğlu arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-

6041 saylı kredit müqaviləsinə əsasən 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041-

6041/1 saylı razılaşma ilə illik 22 faiz olmaqla 72 ay müddətinə 17000 ABŞ dolları və 06

yanvar 2015-ci il tarixli SUMG1-10447-6041-6041/2 saylı razılaşma ilə illik 22 faiz olmaqla

69 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit E.M.Mahmudova verilmiş, kreditin 72

ay ərzində aylıq 758 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmiş və borcalan aldığı

kreditləri və kreditə görə faizləri ödəniş qrafiki əsasında hər növbəti ayın 05-dək və ya

20-dək həyata keçirməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavilənin ləğv

olunması barədə iddia tələbi irəli sürməmişdir, lakin əsas və faiz borcun tam həcmdə tələb

etmişdir. Bununla əlaqədar olaraq iş üzrə ekspertiza təyin edilmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki,

öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Həmin Məcəllənin 448.1 və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və

müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan

öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün

məsuliyyət daşıyır.

Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər,

əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə,

həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2016-cı il tarixli

20015 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları,

02 oktyabr 2014-cü il tarixli SUMGİ-1-10447-6041/1 və 02 oktyabr 2014-cü il tarixli SUMGİ-

1-10447-6041/2 saylı Kredit Razılaşmalarının şərtləri nəzərə alınmaqla sual üzrə 15 mart

2015-ci il tarixə cavabdeh E.M.Mahmudovun iddiaçı «TBC Kredit» Bank olmayan Kredit

Təşkilatı MMC-ə olan borcu 30.366,98 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən

əsas kredit borcu 28.454,22 ABŞ dolları və faiz borcu 1912,76 ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak

edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

İş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən 27.366,65 ABŞ dolları əsas

borcu və 5.517,74 ABŞ dolları faiz borcun ödənilməsini tələb etmişdir.

Məhkəmə kollegiyası ekspertiza rəyini, iş üzrə iddiaçı tərəfindən müqavilənin xitam

olunması barədə iddianı irəli sürməməsini nəzərə alıb, hesab edir ki, əsas borc hissəsində

qətnamə dəyişdirilmədən saxlanılmalıdır, faiz borc hissəsində isə qətnamə ekspertiza rəyinə

əsasən dəyişdirilməlidir.

Kredit müqavilələrinin 6.1. bəndindən görünür ki, həmin müqavilələr üzrə verilmiş

kredit 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041+C0000044231 saylı ipoteka

müqaviləsi ilə təmin olunur.

Qeyd olunan ipoteka müqaviləsindən, həmin müqaviləyə 1 saylı Əlavədən, Daşınmaz

Əmlakın Dövlət Reyestrindən 03.10.2014-cü il tarixli seriya RX 0516260 №-li Çıxarışdan və

işin digər materiallarından görünür ki, borcalan E.M.Mahmudovun öhdəliklərinin yerinə

yetirilməsi ipoteka ilə təmin edilərək digər cavabdeh Məmmədova Sevda İsmayıl qızına

4


məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü

mərtəbəsində yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət

olan 3 otaqlı 80 nömrəli mənzil ipotekaya qoyulmuş və həmin ipoteka rəsmi dövlət

qeydiyyatına alınmışdır.

Qətnamədən görünür ki, mənzillər satıldıqdan sonra 1 aydan gec olmayaraq

cavabdehlərin ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə iddia

tələbini təmin edərkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası “İpoteka

haqqında” Qanununun 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.

Qeyd olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla

birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay

ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə

şərtləndirilir.

Bu Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanununun 59.3-cü maddəsində nəzərdə

tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər

tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq

olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında

məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi

satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və

digər şəxslər tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya

mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər.

Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları

Məhkəməsi «Brimeresku Rumıniyaya» qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin

fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsispidir, hansıki digərləri ilə yanaşı

tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə

altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət

mühakiməsinin səhvlərinin və boşluqlarının

aradan qaldırılması üçün mühüm və qeyri-müəyyən

halların mövcudluğu olsun. (Avropa Məhkəməsinin «Ryabix Rusiya Federasiyasına» qarşı,

«Marquşin Rusiya Federasiyasına» qarşı işlər üzrə qərarları).

Həmçinin, iddia tələbinə əsasən məhkəmə xərclərinin cavabdehdən tutulması tələb

olunur.

Bu yerdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin



107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə

əlaqədar olan məsrəflərdən ibarətdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə

əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin

məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia

ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan və

eyni zamanda bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məsrəfdən

ibarətdir.

Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci

50 (əlli) manat cavabdeh E.Məmmədovdan tutulmalıdır.

Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə

yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir

tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə

sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq

edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz

qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər

dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar

nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin

apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə

qətnaməsi ləğv edilməməlidir, lakin qətnamə dəyişdirilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və

405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

5


Q Ə T E T D İ:

Cavabdehlər Mahmudov Emil Mais oğlunun, Mahmudov Elşən Mais oğlunun,

Məmmədova Sevda İsmayıl qızının, Mahmudova Aynurə Akif qızının və Əhmədova Gözəl

Mais qızının apellyasiya şikayəti qismən təmin edilsin.

Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 aprel 2016-cı il tarixli 2(060)-4763/2016

saylı qətnaməsi dəyişdirilsin.

İddiaçı «TBC Kredit» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə cavabdeh

Mahmudov Elşən Mais oğlundan 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041 saylı

kredit müqaviləsi üzrə 1.912,76 (min doqquz yüz on iki dollar yetmiş altı sent) faiz pulu

tutulsin.

Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.

Cavabdeh Mahmudov Elşən Mais oğlundan keçirilmiş iş üzrə ekspertiza xərci 50 (əlli)

manat tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN:

1700326621; Hesab AZ34CTRE00000000000002088501) köçürülsün.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul

edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına

kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür,

Sədrlik edən

Gülnarə Tağızadə

Sədrlik edən

Gülnarə Tağızadə

Hakimlər

Azər Hüseynov

Telman Quliyev

6


7

8

9

10

11



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə