Azərbaycan respublikasi adindan q ə t n a m ə 26 avqust 2016-cı IL


Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ



Yüklə 272,97 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix28.12.2021
ölçüsü272,97 Kb.
#17131
1   2   3   4   5   6
Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ,

T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R I və S Ü B U T L A R I :

İlk iddia üzrə cavabdeh Quliyeva Anay Nurəddin qızı

apellyasiya şikayətini onunla

əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin tutulması hissəsində əsassız

hesab edir. Belə ki, məhkəmə aliment tutarkən hər şeydən öncə

Quliyev Tahir Yadigar oğlunun

aylıq gəlirini müəyyən etməli idi. Onun hazırda istifadəsində avtomobil vardır və bu

avtomobilin bir aylıq saxlanma xərci 200-300 manat təşkil edir. Belə olan halda, onun

uşağı üçün ondan ayda 117 manat məbləğində alimentin tutulması ədalətsizdir. Bundan

başqa, birgə nikahdan doğulmuş uşaq kəskin bronxit xəstədir və aliment təyin olunarkən

bu diqqətəlayiq hal kimi nəzərə alınmalı idi. Bu barədə sübutlar məhkəməyə təqdim

olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşə baxarkən məhkəmə MPM-nin

normalarını da pozmuşdur. Məhkəmə bu halları nəzərə almamışdır və

buna görə də

qətnamə alimentin tutulması hissəsində ləğv olunmalıdır.

Quliyeva Anay Nurəddin qızı apellyasiya şikayətini əsaslandırmaq üçün AR Ailə

Məcəlləsinin 78.1, 78.2, MPM-nin 88, 217.3, 385.1.4, 360 və 384.0.2-ci maddələrinə

istinad edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2016 saylı, 16 may 2016-cı il

tarixli qətnaməsinin alimentin tutulması hissəsində ləğv olunmasını, iddianın qaldırıldığı

gündən Quliyev Tahir Yadigar oğlundan hər ay 500 manat sabit pul məbləğində

alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı

iddia üzrə iddiaçı Quliyeva Anay Nurəddin qızının nümayəndəsi Məhərrəmov Əbdül

Azər oğlu apellyasiya şikayətini

müdafiə edərək, Sumqayıt Şəhər Məhkəməsinin

2(060)-358/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsinin alimentin tutulması

hissəsində ləğv olunmasını, iddianın qaldırıldığı gündən Quliyev Tahir Yadigar

oğlundan hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni

2



qətnamə çıxarılmasını xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə

cavabdeh Quliyev Tahir Yadigar oğlunun nümayəndəsi Hüseynova Pərvanə Valeh qızı

apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, apellyasiya şikayətindəki

dəlillər məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.

Apellyasiya şikayəti formal xarakter daşıyır və heç bir qanuni dəlillərə əsaslanmır.

Sonda o, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin

qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız

tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin

gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə

tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd

olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir.

Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır.

İş materiallarında olan Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17

noyabr 2015-ci il tarixli, 1638 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 18

aprel 2008-ci il tarixdə Quliyev Tahir Yadigar oğlu ilə Məmmədova Anay Nurəddin qızı

arasında rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı

verilmişdir.

Yenə iş materiallarında olan 17 noyabr 2015-ci il tarixli, 1639 nömrəli doğum

haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 03.03.2009-cü il

təvəllüdlü Quliyev Səbuhi Tahir oğlu adlı uşaq anadan olmuşdur.

İşdə olan stasionar xəstənin tibbi kartasından 631 saylı çıxarışdan görünür ki,

03.03.2009-cü il təvəllüdlü Quliyev Səbuhi Tahir oğlu kəskin bronxit diaqnozu ilə 6

saylı Uşaq Klinik Xəstəxanasında qeydə alınaraq, müalicə almışdır.


Yüklə 272,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin