Azərbaycan respublikasi adindan q ə t n a m ə 26 avqust 2016-cı IL



Yüklə 272,97 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.12.2021
ölçüsü272,97 Kb.
#17131
1   2   3   4   5   6
İ Ş İ N H A L L A R I :

Quliyev Tahir Yadigar oğlu Quliyeva Anay Nurəddin qızına qarşı nikahın pozulması

barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

O, iddiasını bununla əsaslandırmışdır ki, Quliyeva Anay Nurəddin qızı ilə 18 aprel

2008-ci ildə ailə qurmuşdur. Bu nikahdan 03.03.2009-cü il təvəllüdlü Quliyev Səbuhi Tahir



oğlu anadan olmuşdur. İlk dövrlərdə ailə münasibətləri normal olmasına baxmayaraq, son

vaxtlar bu münasibətlər kəskin pişləşmiş, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən hal-

hazlrda onların ailəsinin qorunub saxlanılması üçün heç bir ümid qalmamışdır. Onun

boşanmaqda fikri qətidir. Bundan başqa, birgə nikahından olan 03.09.2009-cu il təvəllüdlü

Quliyev Səbuhi Tahir oğlunun boşanmadan sonra anasının yanında qalmasına razıdır, lakin

maddi imkanı yaxşı olmadığından yüksək məbləğdə aliment ödəmək iqtidarında deyildir.

Buna görə də iddia təmin olunmalıdır.

Quliyeva Anay Nurəddin qızı Quliyev Tahir Yadigar oğluna qarşı sabit pul

məbləğində alimentin tutulması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

Quliyeva Anay Nurəddin qızı qarşılıqlı iddiasını bununla əsaslandırmışdır ki, o,

ailəsinin dağılmasını istəmir. Lakin gördüyü tədbirlərə baxmayaraq, ailəsinin bərpası

mümkün olmamışdır. Ona görə də boşanmağa razıdır və boşanmadan sonra uşağın onun

yanında qalmasını istəyir. Bundan başqa, cavabdeh ona heç bir maddi yardım etmir.

Uşağın indiki dövrdə saxlanılması üçün müxtəlif xərclər günü-gündən artır. Belə ki, uşağın

xəstəliyi ilə əlaqədar olaraq tez-tez həkimə müraciət etməli olur. Həkimin təyin etdiyi

dərmanların alınmasına pulu çatmır. Buna baxmayaraq Quliyev Tahir Yadigar oğlu uşağın

saxlanılmasında heç bir köməklik etmir. Buna görə də ondan uşağın saxlanılması üçün hər

ay 500 manat məbləğində aliment tutulmalıdır.

İş

üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır.




Yüklə 272,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin