Təmirin bütün növlərini, istənilən tipli təmir müəssisəsində xarakterik
sahələrin, bölmələrin və ya briqadanın təşkilini tələb edən, müəyyən texnoloji
ardıcıllıqla yerinə yetirirlər.
Aşağıda təmir bazasının tərkibinə daxil olan sahələrin və bölmələrin
xüsusiyyətlərinin qısa təsviri verilmişdir.
Anbar bölməsi.
Bölmə təmirə daxil olan və təmirdən çıxmış avadanlıqların
saxlanması üçün nəzərdə tutulmuşdur. Anbar sahəsinin üzərinə talvar (örtük)
düzəldirlər. Sahəni avtomaşın kuzası və ya dəmir yolu platforması səviyyəsində
estakada şəklində yerinə yetirirlər.
Anbar binalarında detalları saxlamaq üçün tərəcələr və ağır maşınların və
transformatorların digər təmir sahələrinə köçürmək üçün qaldırıcı-nəqliyyat
vasitələri olmalıdır.
Dostları ilə paylaş: