Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universitetinin Kolleci İstehsalat Təcrübəsinin hesabatı


BİTKİ XƏSTƏLİKLƏRİ və BİTKİ XƏSTƏLİKLƏRİNƏ QARŞI MÜBARİZƏ ÜSULLARI



Yüklə 1,06 Mb.
səhifə6/7
tarix02.06.2023
ölçüsü1,06 Mb.
#123738
1   2   3   4   5   6   7
Axundova Fatimə istehsalat hesabatı

BİTKİ XƏSTƏLİKLƏRİ və BİTKİ XƏSTƏLİKLƏRİNƏ QARŞI MÜBARİZƏ ÜSULLARI
Bitkilərdə fizioloji proseslərin pozulması, deformasiya, yanma, soluxma, quruma, müxtəlif ləkələrin, örtüklərin əmələ gəlməsi və başqa əlamətlərlə müşayiət olunan hər hansı bir qeyri-normal inkişaf xəstəliklərə aid edilir. Xəstəliklər qeyri-infeksion və infeksion mənşəli olmaqla 2 qrupa bölünür.
Bitkilərin normal inkişaf şəraitinin pozulmasından, ətraf mühitin və iqlim amillərinin təsirindən ortaya çıxan xəstəliklər qeyri-infeksion xəstəliklər adlanır. Torpaqda bitkinin qida elementlərinin çatışmazlığından və yaxud həddindən artıq olması səbəbindən müxtəlif xəstəliklər əmələ gəlir. Bitki normal qidalanmadıqda zəifləyir, davamlılığı azalır. Belə bitkilər mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir. Bitkilərin müxtəlifliyi və onları sirayətləndirən xəstəliklərin törədicilərinin növlərinin geniş olması, onlara qarşı aparılan mübarizə metodlarının da müxtəlif olmasını tələb edir. Kənd təsərrüfatı, meşə, park, bağ və şəxsi təsərrüfatlarda becərilən bitkilərin xəstəliklərdən mühafizəsi düzgün təşkil olunmadıqda yüksək məhsul itkisi və bitkilərin həyatını tez başa vurması müşahidə olunur. Bitki xəstəliklərinə qarşı mövcud olan başlıca mübarizə üsulları aşağıdakılardır.
Bioloji mübarizə
Bitkilərin xəstəlik və zərərvericilərinə qarşı canlı orqanizmlərdən və onlardan alınan məhsullardan istifadə etməklə mübarizə aparılması bioloji mübarizənin əsasını təşkil edir. Bioloji mübarizə metodlarının başlıca istiqaməti zərərli orqanizmlərin təbii düşmənlərindən istifadə olunmasına yönəlmişdir. Bitki xəstəliklərinə qarşı bioloji mübarizədə antibiotiklər, antaqonistlər və hiperparazitlərdən istifadə edilir.
Xeyirli mikroorqanizmlərin, torpaq humusunun mikroflorasının və bütövlükdə biosferanın qorunmasında bioloji mübarizə tədbirləri yeganə vasitə hesab edilir. Zəhərli kimyəvi maddələrin (pestisidlərin) tətbiqi ərzaq məhsullarının, yem bitkilərinin tərkibində yığılır, insan və heyvanlarda müxtəlif fəsadlara səbəb olur. Hər mövsümdə yeni adlarda pestisidlər kənd təsərrüfatı bitkilərinə tətbiq edilir.Ərzaq bitkilərində pestisidlərin qalıq miqdarının aşağı salınması və ya tamamilə aradan qaldırılması müasir fitosanitar xidmətin prioritetlərindəndir. Xəstəliklərə qarşı istifadə edilən bioloji vasitələr aşağıdakılardır:
1. Antibiotiklər;
2. Antoqonistlər;
3. Hiperparazitlər;
Antibiotiklər elə maddələr hesab olunur ki, onlar bəzi mikroorqanizmlərin həyat fəaliyyəti dövründə əmələ gəlir. Bu maddələrin təsirindən canlıları sirayətləndirən bir sıra xəstəlikləri olan viruslar, bakteriyalar, göbələklər inkişafdan qalır, bəzən tamamilə məhv olurlar. Təbabətdə antibiotiklərin istifadəsi ötən əsrin 40-cı illərində, bitki mühafizəsində isə 60-cı illərində başlanmışdır. Antibiotiklərin əksəriyyəti bitkilərin hüceyrə tərkibinə asanlıqla daxil ola bilir. Bu xüsusiyyət onlardan toxuma daxilində yayılan xəstəlik törədicilərinə qarşı mübarizədə istifadə olunmasını mümkün edir. Antibiotiklər cavan ağaclarda, bitkilərin inkişafının ilk dövrlərində toxumalara daha aktiv daxil olur. Havanın isti və quru olduğu vaxtlarında bu proses daha da intensivləşir.
A
ntibiotiklər elə maddələr hesab olunur ki, onlar bəzi mikroorqanizmlərin həyat fəaliyyəti dövründə əmələ gəlir.
Bu maddələrin təsirindən canlıları sirayətləndirən bir sıra xəstəlikləri olan viruslar, bakteriyalar, göbələklər inkişafdan qalır, bəzən tamamilə məhv olurlar.
Təbabətdə antibiotiklərin istifadəsi ötən əsrin 40-cı illərində, bitki mühafizəsində isə 60-cı illərində başlanmışdır. Antibiotiklərin əksəriyyəti bitkilərin hüceyrə tərkibinə asanlıqla daxil ola bilir. Bu xüsusiyyət onlardan toxuma daxilində yayılan xəstəlik törədicilərinə qarşı mübarizədə istifadə olunmasını mümkün edir.
Antaqonistlər təbii şəraitdə xəstəlik törədicilərinin inkişafının qarşısını alan və ya onunla qidalanan canlı orqanizmlərdir. Torpaqda mikroorqanizmlər arasında antoqonistllik daha geniş yayılmışdır. Traxeomikoz xəstəliklərə qarşı mübarizədə göbələk-antoqonistlərdən alınmış preparatların istifadə olunması öz səmərəliliyi ilə seçilir. Kənd Təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı göbələk-antoqonistlərin istifadəsi üzrə bir sıra elmi tədqiqat işləri aparılmış və öz səmərəliliyi ilə seçilir. Son dövrlərdə antinomiset və göbələk antaqonistlərin yetişdirilir və onların əsasında bir sıra bioloji preparatlar istehsal edilir.
H
iperparazitlər başlıca olaraq bir-biri ilə qidalanan göbələklər (mikofillər) və ya digər mikroorqanizmlərə deyilir. Bütün taksonomik qruplarda göbələklərin hiperparazitlərini tapmaq olar. Həyat tərzinə və qidalanmasına görə mikofillər 2 qrupa bölünür: biotroflar və nekrotroflar.
Xəstəliklərə qarşı istifadə edilən müxtəlif bitki mənşəli maddələrdən, fitonsidlər xüsusi əhəmiyyəti ilə seçilir. Fitonsidlər bitkilərin özlərini kənar təsirlərdən qoruması üçün ifraz etdikləri xüsusi maddələrdir. Bu maddələr xəstəlik törədicilərinin bitkiyə daxil olmasına imkan vermir, başqa sözlə bitkilərdə əsaslı immunitet yaradır. Fitonsidlərin bitkilərdən alınaraq xəstəliklərə qarşı istifadə edilməsi bioloji mübarizə üsullarından biri hesab edilir. Bu məqsədlə fitonsidlik qabiliyyəti olan bitkilərin cövhəri alınır və müxtəlif üsullarla xəstəliklərə qarşı istifadə edilir. Soğan, sarımsaq, kalendula, yovşan, dəfnə yarpağı, rozmarin, qəndəlaş, boymadərən, çobanyastığı, zəncirotu, iynəyarpaq şam ağacları və s. bitkilərdən alınmış cövhərlər müxtəlif bitki xəstəliklərinə qarşı istifadə edilir. Bəzi hallarda xəstəliklərlə mübarizə çətinləşərsə, fitonsidli bitkilərlə mədəni bitkilərin müştərək əkini həyata keçirilir. Bu məqsədlə meyvə, üzüm bağları, müxtəlif tərəvəz və bəzək bitkilərinin cərgəaralarında soğan, sarımsaq, razyanə, kalendula, dəfnə yarpağı və s. efir-yağlı fitonsid ifraz edən bitkilər əkilib becərilir.
Bir zərərvericini və ya zərərverici qrupunu məhv etmək üçün yuxarıda göstərdiyimiz mübarizə üsullarının biri digərini müntəzəm surətdə əvəz etməlidir. Belə olduqda mübarizə tədbiri yüksək səmərə verə bilər.
I. Aqrotexniki mübarizə üsulu
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə istifadə edilən mübarizə üsulları içərisində əsas yeri aqrotexniki mübarizə üsulu tutur.
Zərərvericilərin miqdarının azalmasında aşağıdakı aqrotexnpiki tədbirlər tətbiq edilir:
1. Növbəli əkin – sisteminin tətbiqi nəticəsində zərərvericilərin miqdarı azalır. Məlumdur ki, bir sıra zərərvericilər bir bitki fəsiləsinə mənsub olan (monofaq) və yaxud bir neçə qohum bitki ilə (oliqofaq) qidalanır.
Müəyyən bir tarlada bir neçə il daldbadal eyni bir bitki əkilərsə, o zaman həmin bitki ilə qidalanan zərərvericilərin miqdarı kütləvi surətdə çoxalır və bitkiyə böyük zərər vurur.
Düzgün növbəli əkin sisteminin tətbiqi nəticəsində zərərvericinin çoxu xüsusilə monofaq və oliqofaq zərərvericilər məhv olur. Məlumdur ki, yonca yarpaq uzunburun böcəyi bir neçə il ərzində çoxalır və onun sürfəsi monofaq olduğundan, yəni yalnız yonca bitkisi ilə qidalandığından o, bitki üzərində yaşayır. Odur ki, bir tarlada yonca uzun müddət saxlandıqda zərərvericinin sürfələri artıb çoxalır və kəskin surətdə zərər vurur. Ona görə də 5-6 illik yonca əkinində 1-2 illiklərə nisbətən sürfənin miqdarı artır və bitki çox zədələnir.
2. Torpağın becərilməsi – Torpağın dərin şum edilməsi nəticəsində bitkilərin inkişafı üçün bütün prosesləri yaratmaqla, torpaqda olan pambıq sovkasının puplarına, məftil qurdlarına, danadişiyə, lövhəbığ böcəklərin sürfələrinə və s. zrərvericilərə yaşayış üçün əlverişli olmayan şərait yaradır və onlara müəyyən qədər öldürücü təsir edir.
Torpağın becərilməsi zərərvericilərə aşağıdakı istiqamətdə təsir edir:
- Zərərvericilərin qida mənbəsini ləğv etməklə bitkilərin alaqlardan təmizlənməst, bitki qalıqlarının məhv edilməsi;
- Zərərvericiyə bilavasitə mexaniki təsir göstərir. Belə ki, becərmə alətləri ilə zərərverici mexaniki surətdə əzilir və ya zədələnir. Bundan başqa zərərvericinin torpaq səthinə çıxan yolu pozulur və torpağın dərin qatına düşərək oradan çıxa bilmir.
Bundan başqa cərgəaraları becərildikdə də yuxarıda göstərilən proseslər təkrar olur, zərərvericilərin inkişafı pozulur və onlar normal yaşaya bilmirlər.
3. Alaq otlarının məhv edilməsi – alaq otlarının məhv edilməsi mədəni bitkilərin inkişafına yaxşı təsir götərir. Belə ki, onlar torpaqda olan qida maddələrini mənimsəyir, mədəni bitkilərə kölgə salır, toxumu zibilləyir və nəhayət kənd təsərrüfatı işlərini mürəkkəbləşdirir, eləcə də zərərvericilərin kütləvi çoxalması üçün əlverişli şərait yaradır.
Kənd təsərrüfatına zərər verən bir çox zərərvericilər öz inkişaflarının ilk mərhələsini alaq otları üzərində keçirir və sonra mədəni bitkiləri yoluxdurur (məsələn, mənənələr).
Alaq otları ilin müxtəlif fəsillərində zərərvericilər üçün qida mənbəyi, qışlama və sığınacaq yeridir.
Erkən yazda hələ pambıq cücərtiləri çıxmamış qışlama yerlərindən çıxan hörümçək gənələri, mənənələr və tripis sahənin kənarlarında, dincə qoyulmuş sahələrdə, arxların kənarlarında və s. yerlərdə bitən bir sıra alaq otları üzərində qidalanaraq inkişaf edib çoxalır. Pambıq cücərtiləri yarpaqlayarkən həmin zərərvericilər alaq otları üzərindən pambıq bitkisi üzərinə keçirlər və zərər vururlar.
Bu göstərilənlərdən aydın olur ki, alaq otlarını həm əkin sahəsində, həm də onun kənarlarında vaxtında məhv etmək çox mühüm aqrotexniki tədbirdir.
4. Gübrələmə – Mineral və üzvi gübrələrin verilməsi nəticəsində bitki yaxşı inkişaf edir və zərərvericiyə qarşı davamlı olmaqla, ona vurulan ziyan o qədər də nəzərə çarpmır. Bəzən gübrələrdən zərərvericinin məhv etməkdə istifadə edilir. Məsələn, superfosfatla ilbizləri məhv etmək olur. Gecələr çılpaq ilbiz qidalanan zaman superfosfat tarlaya dağıdılır. İlbizin bədəni üzərinə düşən gübrə kontakt təsir edib, onu məhv edir.
5. Bitki qalıqlarının məhv edilməsi – sahədən məhsul yığıldıqdan sonra bir sıra zərərvericilər tarlada qalan bitki qalıqları altında özlərinə sığınacaq tapırlar məsələn, hörümçək gənəsi, tripslər, mənənələr və s. bunlar bitki qalıqları altında qışlayırlar. Bitki qalıqları sahədən çıxarıldıqda göstərilən zərərvericilərin miqdarı azalır.
II. Bioloji mübarizə üsulu
Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.
Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizədə əksər hallarda zərərverici hələ bitkini zədələnməsindən əvvəl onu məhv edir.
Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı quşlardan və ev toyuqlarından istifadə edilir.
Tüfeyli həşəratlar – kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində tüfeyli həşəratların böyük rolu vardır.
Zərərvericilərə qarşı mübarizədə tüfeylilərdən istifadə edilməsi o zaman yaxşı fayda verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun. Bunu nəzərə alıb ilk növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə edilməlidir.
Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı, habrobrakon minicisini, telenomusu, apantelesi və s. göstərmək olar.
Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli zərərverici həşəratların yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını müxtəlif kəpənəklərin – pambıq sovkası, alma meyvəyeyəni, qarğıdalı gövdə kəpənəyinin, payızlıq əkin sovkası, karadrinanın, çəmən kəpənəyi və s. yumurtası içərisinə qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyib, onu məhv edir.
Telenomus tüfeylisi taxıl bitkisinin təhlükəli zərərvericisi ziyankar bağacığın yumurtasını yoluxdurur. Daxili tüfeylidir.
Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər yumurta qoya bilir. Qanlı mənənənin yetgin fərdlərinin daxili tüfeylisidir.
Habrobrakon minicisi – bu tüfeyli yerli tüfeyli olmaqla, pambıq sovkasının tırtıllarının tüfeylisidir. Bu tüfeyli ilə pambıq sovkasının tırtıllarının yoluxması bəzi illərdə 50%-ə qədər olur. Tüfeyli əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancıb iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir.
Yırtıcı həşəratlar – xeyirli yırtıcı həşəratlardan 2 və 7 nöqtəli parabizən böcəklərini, qızılgözü, stetorus böcəyini, karabus böcəyini, yırtıcı tripisləri və s. göstərmək olar.
Parabizən böcəklər – respublikamızın bütün bölgələrində geniş yayılmışdır. Yırtıcının yetgin və sürfələri mənənələri parçalayaraq onlarla qidalanırlar. Yetkin fərdlər sutka ərzində 130-a qədər, sürfələri isə daha aktiv şəkildə hərəkət etməklə bir sutkada 270-ə qədər mənənəni yeyərək, onu məhv edir.
Qızılgöz – yırtıcısının yetkin fərdləri öz inkişafını davam etdirmək üçün çiçəklərin nektar şirəsi ilə qidalanır, zərərverici ilə əlaqəsi yoxdur, ancaq onun sürfəsi mənənə və tor gənəsi ilə çox aktiv surətdə qidalanır.
III. Fiziki mübarizə üsulu
Bu mübarizə üsulunda zərərvericilərə qarşı aşağı və yüksək temperaturdan, müxtəlif şüa enerjisindən istifadə edilir. Bu mübarizə üsulu əsasən ən çox məhsul saxlanılan anbarlarda aparılır.
Müəyyən edilmişdir ki, noxud və lobya dənyeyəni və bir sıra anbar zərərvericilərini məhv etmək üçün, xüsusi elektrik qızdırıcıları və ya qaz qızdırıcıları ilə anbarda +500S-dən yuxarı temperatur yaradılır, bu hal 15 dəqiqə davam etdirilir. Belə yüksək temperaturda zərərvericilər məhv olur.
Aşağı temperatur, yəni -100S aşağı temperaturda zərərvericilərə öldürücü təsir göstərə bilir.
Bu mübarizə üsulunda yandırmadan da istifadə edilir. Belə ki, meyvə ağaclarının və üzüm tənəklərinin ölmüş qabıqları, eləcə də anbarlar süpürülən zaman əldə edilən zibillər yandırılmalıdır.
Bəzi həşəratlar işıq şüalarına qarşı meyllidirlər. Yəni bir sıra kəpənəklər və böcəklər axşamlar işıq şüasına uçurlar. Bunu nəzərə alaraq ultrabənövşəyi işıq şüalarından istifadə etmək olar.
IV. Mexaniki mübarizə üsulu
Bu mübarizədə aşağıdakı tədbirlər həyata keçirilir:
1. Mexaniki mübarizə üsulunda zərərvericilərin əllə yığılıb məhv edilməsi. Məsələn, pomidor yetişən zaman ona pambıq sovkasının tırtılları zərər vurur. Bu vaxt kimyəvi zəhərlərdən istifadə etmək olmaz. Ona görə də zərərvericinin tırtılları əllə yığılıb məhv edilməlidir. Kartofun qorxulu zərərvericisi olan Kolorado kartof böcəyinin yetkin fərdlərinin və yumurtalarının əllə yığılıb məhv edilməsi.
2. Meyvə ağacları və üzüm tənəklərinin əsasən ştambının ölmüş qabıqlarının toplanaraq yandırılması. Bu tədbiri aparmaqda məqsəd, bir sıra zərərvericilər qışlamanı ştambların ölmüş qabıqları altında keçirir ki, ölmüş qabıqların soyularaq yandırılması onların məhv olmasına səbəb olur.
3. Cinsi feremon tələlərdən istifadə etmək
4. Siçanabənzər gəmiricilərə qarşı tələlərdən istifadə etmək.
V. Kimyəvi mübarizə üsulu
Kənd təsərrüfatı bitkilərinə qarşı mübarizədə tətbiq edilən mübarizə üsulları sistemində kimyəvi mübarizə üsulu əsas yerlərdən birini tutur.
Kimyəvi mübarizə üsulu qırıcı mübarizə üsuludur.
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə kimyəvi zəhərlər bəzi halda bilavasitə zərərvericinin özünə, digər halda qidalanma mühitinə (yarpaqlar, torpaq, dənə və s.) təsir edir. Hər iki halda zərərverici orqanizm ilə zəhər arasında təmas (kontakt) əmələ gəlir. Bu da orqanizmdə anatomik dəyişiklərə və fizioloji funksiyaların pozulmasına səbəb olur, nəticədə zərərverici məhv edilir.
Kimyəvi mübarizədə çox böyük olan sahələrdə çiləmə yerüstü aparatlarla və təyyarələr vasitələrlə aparılır. Kiçik sahələrdə isə əl çiləyicisi ilə aparılır.


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin