2) CO2-H2O sistemində tarazlıq.
H2O + [CO2]məh → [H2CO3] → [H+] + [HCO3-] → [2H+] + [CO32-]
Hansı ki, karbon turşusunun dissosiyasiya sabitini xarakterizə edir. KH = 4.45 . 10-7 və K2 = 4.69 . 10-11
3)CaCO3 dissosiyasiyası
[CaCO3] → [Ca2+] + [CO32-]
Həllolma məhsulu bərabərdir Ksp = [Ca2+] [CO32-] = 3.8 . 10-9 250C baş verir. Uyğun sürətdə pK1 = 6,35 ; pK2 = 10,33 və pKsp = 8,42
Bundan başqa tarazlıq vəziyyəti ion mübadiləsi reaksiyalarına və ion cütlərinin yaranmasına da təsir göstərir. Bu sistemi kəmiyyətcə xarakterizə etmək üçün CaCO3 həllolma məhsulundan Ca2+ ionlarının aktivliyini hesablayaq.
Öz növbəsində [CO2-3] kəmiyyətini tapmaq üçün karbon turşusunun dissosiasiya sabitini və Henri sabitini nəzərə almaq lazımdır.
Bu tənliyin sol tərəfindəki ifadə [pH – 0.5 Ca] Skofild və Teylora görə «əhəng potensialı» (lime potential) adlanır.
Termin ona görə belə işlənir ki, [pH – 0,5 Ca] ifadəsi həm ion məhsuluna, həm də kalsium hidroksidin aktivliyinə uyğun gəlir. Həqiqətən Ca(OH)2 – nin ion məhsulu [Ca2+] [OH2-] kimi, həm də kvadrat kökdən çıxarılma formasında yazmaq olar.
Karbonat-kalsium sisteminin hesabatı göstərir ki, bütün reaksiyalarda ancaq CaCO3 hesabına pH kəmiyyəti torpaq suspenziyasında 9,8-10,00 hüdülarına çata bilər. Lakin bu zaman atmosferdən sərbəst CO2 daxil olarsa pH kəmiyyəti 8,2 – 8,3 olacaqdır. Maqnezitin də (MgCO3 ) iştirakı pH-a təsir edərək 10,0 – 11,0 hüdüdlarına çatdıra bilir.
Torpaqda kimyəvi meliorasiyanın ən mühüm məsələlərindən biri artıq qələviliyinin kənarlaşdırılmasıdır. Bu məqsədlə ən çox gips və gipstərkibli sənaye tullantıları işlədilir. Gipsin tətbiqi zamanı mühitdən mübadiləvi Na+ sıxışdırılır. Lakin əhəng tətbiq etdikdə arzuolunmayan reaksiya baş verir :
TNa2+ + CaCO3 →TCa2+ + Na2CO3
Bu proses qələvi torpaqları daha da şorlaşdıra bilər. Lakin gipsin belə torpaqlarda tətbiqi xeyli səmərəli nəticələr əldə etməyə imkan verir, belə ki, gips həm Na+ ionunu sıxışdırır soda ilə qarşılıqlı əlaqəyə girərək çətin həllolan CaCO3 əmələ gətirir :
CaSO4 + Na2CO3 → CaCO3 ↓ + Na2SO4
Əlbəttə, burada asan həllolan Na2SO4 duzunun toplanması arzuolunmazdır, lakin onu yuma vasitəsilə torpaqdan çıxarılması vacibdir.
Gipsdən başqa torpaq qələviliyini aradan qaldırmaq üçün müxtəlif sənaye tullantılarından, sulfat turşusundan, dəmir sulfatdan və s. istifadə edilməsi məqsədə uyğun hesab edilir. Məsələn, sulfat turşusu qələviliyi tamamilə aradan götürə bilir:
Na2CO3 + H2SO4 →Na2SO4 + H2O + CO2↑
Dozanı kifayət qədər artırdıqda hətta TUK-dan mübadiləvi Na+ çıxarda bilir:
TNa2+ + H2SO4 → TH2+ + Na2SO4
Karbonatlı torpaqda isə
CaCO3 + H2SO4 →CaSO4 + H2O + CO2↑
və
TNa2+ + CaSO4 → TCa2+ +Na2SO4
Sonra isə yenə də Na2SO4 torpaqdan yuyulmalıdır.
Bəzən meliorant kimi kükürddən də istifadə edirlər. Çünki kükürd torpaqda tədricən oksidləşərək sulfat turşusu əmələ gətirir və qələvi komponentlərini neytrallaşdırır. Çox zaman kükürd tərkibli süxurlardan da (pirit) istifadə edilir.
2S + 3O2 →2SO3+H2O →2H2SO4
Pirit isə sulfat turşusuna qədər oksidləşir və dəmir sulfat əmələ gətirir :
2FeS2 + 7O2 + H2O → 2FeSO4 + 2H2SO4
Alınan dəmir sulfat öz növbəsində sulfat turşusuna və çətin həllolan dəmir hidroksidinə qədər hidroliz olunur. Yaranan dəmir sulfat da bir meliorant vasitəsi kimi tətbiq edilir:
Na2CO3 + FeSO4 →Na2SO4 + FeCO3
FeCO3 + H2O → Fe(OH)2 + H2CO3 → Fe(OH)3↓ + H2O + CO2↑
Əmələ gələn dəmir hidroksid həm lil hissəciklərinini koaqulyasiya edir, həm də torpaqda struktura yaradır.
Dostları ilə paylaş: |