Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 19,72 Kb.
tarix08.05.2020
ölçüsü19,72 Kb.
#31118
Ali məktəb pedoqogikası 1

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Sərbəst iş

Mövzu: Nitq mədəniyyəti insan mədəniyyətinin tərkib hissəsi kimi

Qrup: M729a1

Fənn: Ali məktəb pedaqogikası

Müəllim: Mirzəyev Həbib

Magistr: Cabbarlı Bibixanım

Bakı 2020

Nitq mədəniyyəti insan mədəniyyətinin tərkib hissəsi kimi

Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur. Azərbaycan dili hazırda sözün əsl mənasında dövlətimizin rəsmi dilidir, geniş və şəriksiz ictimai ünsiyyət vasitəsidir. Hər cür dəftərxana işləri, rəsmi sənədlər, mətbuat, radio və televiziya verilişləri və s. bu dildə aparılır. Xüsusən, radio və televiziya verilişlərində ayrı-ayrı ixtisas sahələrinə, müxtəlif dil duyumuna mənsub olan adamlar öz arzu və istəklərini, təklif və tövsiyələrini, xalqın ədəbiyyatı, tarixi, mədəniyyəti, dövlətimizin daxili və xarici siyasəti və s. ilə bağlı söhbətlərini öz ana dilində - Azərbaycan dilində şərh edir, söyləyirlər.

Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtəlif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti də olmalıdır. Bilindiyi kimi, dilin bütün sahələrində – fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar var. İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətində ona əməl etməsi nitq mədəniyyətidir. Əlbəttə, fonetik tələffüz, leksik, qrammatik normalara bələd olmaq vacibdir. Ancaq əsl nitq mədəniyyəti üçün bu, kifayət deyil. “Gözlədiyimiz yoldaşlar gəlməmişdirlər” cümləsində bütün fonetik, qrammatik tələblərə əməl olunmuşdur. Ancaq bu, süni deyilişdir. “Gözdədiyimiz yoldaşdar gəliblər” deyilişində akademik norma pozulur, lakin təbii danışıq forması gözlədiyi üçün bu variant nitq mədəniyyəti baxımından daha məqbul sayılır.

Məsələnin başqa tərəfi də var. Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil. Nitqin məzmunu gözəl olmalı, danışıq aydın və dinləyənin, ya dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır; Birisi geniş çıxışında məzmuna uyğun olaraq intonasiyasını yerli – yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb edir, onları yorulmağa qoymur – bu, nitqin gözəlliyidir.

            Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik və şairlik, rəssamlıq, bəstəkarlıq, müğənnilik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin – danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir.

           “Mədəniyyət” sözü ərəbcə şəhər mənası verən mədinə sözündəndir. Deməli, vaxtilə şəhər və kənd arasında mədəniyyət baxımından uçurum olmuşdur. İndi ölkəmizdə maarifin – təhsilin, elmin, mədəniyyətin inkişafı, radio – televiziyanın ən ucqar kəndlərin və məişətinə daxil olması ilə bağlı dilimiz kütləviləşmiş, şəhərlə yanaşı, bütün kəndlərimizi də əhatə etmişdir. Bu gün nitq mədəniyyətinə yiyələnmək hamının, hər kəsin işidir.

Hansı millət olursa – olsun, onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir (burada həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün, birinci növbədə, aşağıdakılar tələb olunur:



  • dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi;

  • həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səlisliyindən, ifadə imkanlarının genişliyindən düzgün faydalanmaq vərdişlərinin olması.

Azərbaycan dili həm fonetik, həm keksik, həm də qrammatikquruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir. Bu dil hansı fikri ifadə imkanlarına görə də, musiqililiyi ilə də diqqəti cəlb edir.

İtaliyada musiqi təhsili aldığı üçün italyan dilinin imkanlarına yaxşı bələd olan böyük müğənnimiz Bülbül Azərbaycan dilini dünyanın bu ən musiqili dili ilə müqayisə edir. İtalyancada 6, azərbaycanda 9 saitin olmasını nəzərə alaraq o, Azərbaycan dilini daha musiqili olduğunu söyləyir. – Dilin musiqililiyində saitlərin böyük rol oynadığı məlumdur. Musiqinin mədəniyyət tarixi üçün nə demək olduğunu bilən hər kəs Azərbaycan dilinin Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu aydın təsəvvür edə bilər.

Azərbaycan dilində çox qədim dövrlərin şifahi, eləcədə də yazılı ədəbiyyatı yaranmışdır. Bu dildə “Dədə Qorqud kitabı” kimi dünya mədəniyyətinin nadir incisi yaranıb. Böyük türk alimi Fuad Köprülü deyir ki, bütün türk ədəbiyyatını (yəni bütün türk xalqlarının ədəbiyyatını) tərəzinin bir gözünə, təkcə “Dədə Qorqud kitabı”nı o biri gözünə qoysan, Dədə Qorqud gözü ağır gələr. Bu dildə Nəsimi, Füzuli, M. F. Axundov, M.Ə. Sabir, C. Məmmədquluzadə, Ü. Hacıbəyli və başqa dahi sənətkarlarımızın söz inciləri yaranıb. Həmin ədəbiyyat xalqımızın zəngin nitq mədəniyyətindən xəbər verir. Hər bir azərbaycanlı bu mədəniyyəti dərindən mənimsəməyə, ana dilindən lazımi səviyyədə istifadə etməyə (gözəl danışmağa) borcludur. Öz dilini yaxşı bilməyən adamı yüksək mədəniyyətli adam hesab etmək olmaz, öz dilini yaxşı bilməyən millət isə tədricən mədəni millətlər arasında əriyib gedər.

Xalq ümumən milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısıdır. Böyük söz ustaları həmişə xalqın dilinə əsaslanmış və onun inkişafı, yayılması yolunda çalışmışlar.

Dil və nitq mədəniyyəti ümumxalq səciyyəlidir. Hər ikisi xalq mədəniyyətinin tərkib hissəsidir. Ondan qidalanır, mayalanır. Nitq dilin dinamik hissəsidir. Dilin hazır modellərindən məqsədəuyğun istifadə danışanın və ya da yazanın dünyagörüşündən, onun savad dərəcəsindən, dilə şüurlu münasibətindən, əhalinin mədəniyyət səviyyəsinin yüksəlməsindən, fəallığın artmasından asılıdır.

“Dil” və “nitq mədəniyyəti” məfhumları eyni obyektli müxtəlif planlıdır. Hər iki anlayışlar bir – biri ilə əlaqədardır. Bir – birini tamamlayır. Hər ikisi birbaşa insanların münasibəti davranışı və nitqi ilə bağlıdır. Dil mədəniyyəti anlayışı genişdir. Dilimizdə dil mədəniyyəti ilə yanaşı, mədəni dil termini də işlədilir. Dil mədəniyyəti dedikdə hər bir xalqın öz dilində öz fikrini bütün incəliyi ilə ifadə edə bilməsi başa düşülür. Hər bir mədəniyyət dili üçün onun ahəngdar fonemlər sistemi, geniş lüğət tərkibi sabit qrammatik quruluşu, mükəmməl və dəyişməz yazı sistemi olmalıdır. Dil mədəniyyəti anlayışı ümumidir. Burada şifahi və yazılı nitqlər birgə götütülür. Nitq mədəniyyəti əsasən yazılı, şifahi nitqlə bağlıdır. Dil mədəniyyəti nəzakətli ünsiyyət, xoş rəftar mehribançılıq, qarşılıqlı anlama ilə bağlıdır. Dilin inkişaf tarixində onun bir dövrünün nailiyyəti, o bir dövrdəkindən fərqlənir. Hər hansı bir dilin inkişafı həmin dil üçün böyük mədəniyyət əhəmiyyət kəsb edir. Dil mədəniyyəti tarixi səciyyə daşıyır. Bu ayrı – ayrı dövrlərdə müxtəlif keyfiyyət özünü göstərir. Bu mənada dil mədəniyyəti keçmişin canlı şahidi, müasir mədəniyyətin fəal iştirakçısıdır.

Nitq mədəniyyəti dilin funksional və struktur inkişafının ən yüksək mərhələsidir. Nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir. Öz düşüncəsini düzgün yazmaqla və danışmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir. Nitq mədəniyyəti dilin normalarının və kateqoriyalarının tələbələrinə ciddi əmək edilməsidir. Yüksək nitq mədəniyyəti təfəkkür mədəniyyəti ilə sıx bağlıdır.

Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. XV – XVI əsrlərdə yaşamış alim, mütəfəkkir və yazıçı Makiavellinin sözləri ilə desək, dil insana öz fikrini bildirmək üçün verilmişdir. Həqiqətən dil sehrli bir aləmdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil insanı hər yerdə və həmişə müşahidə edir, onun işində, düşüncəsində, həyəcanlananda, sevinən də və s. Məhz bu mənada dil təbiətinə görə bəşəri, xidmətinə görə millidir. Əmək prosesi birgə yaşayan insanları bir – biri ilə ünsiyyət yaratmaq, fikirlərini bir – birinə çatdırmaq, bir – birindən kömək almaq ehtiyacı oyatmışdır. Belə ünsiyyət ehtiyacı nitq fəaliyyəti təkan vermiş, nitq fəaliyyəti nitqi, nitq isə nitq vahidlərini sabitləşdirmişdir, onun qaydaları dilin lüğət tərkibi, dilin qanunları yaranmışdır. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. Dil fəaliyyət prosesində həyata tətbiq edilirsə cansızlaşır, ölü vəziyyətinə düşür. Ü. Hacıbəyov: bir millətin varlığının isbati – vücud etməsinə səbəb onun dilidir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər. Nitqdə işlənən sözlər dəyişir, bir qismi köhnəlir, digəri yeniləşir.

Müraciət formalarının tarixi qədimdir. Qədim insanlar öz emosiya istək və arzularını başqalarına çatdırmaq üçün müraciət formalarından istifadə etmişlər. Müəyyən təhlükə qarşısında qalan, təbiət qüvvələri ilə üzləşən qədim insanlar kömək məqsədilə başqalarını haraylamışlar. İndi dilimizdə ə, əyə, ayə və s. kimi vahidlər qədim müraciət formalarının qalığıdır.

Danışıq etikasını və müraciət formalarını xalqımızın milli ənənəsinə, təfəkkür tərzinə, etik görüşlərinə, şifahi və yazılı ədəbiyyata nəzəri qaydalara Xəqani, Nizami, Ə. Haqverdiyev, S. Vurğun kimi söz sərraflarının əsərlərinə, N. Tusinin “Əxlaqi – Nasir”nə, A. Bakıxanovun “Nəsihətnaməsinə” öyrənmək olar.

Mədəni ünsiyyətin sual – cavab formalı dialoqu əsl müraciət nümunəsidir. Dialoqda əxlaq normaları və ədəb qaydaları gözlənilməli, verilən suallara ya hə, ya da yox, bəli, xeyr sğzləri ilə cavab vermək olar və mədəni təsir bağışlar.

Müraciət formaları müxtəlifdir. Yaş qohumluq, şəxsi münasibətlər əsasən gözlənilməlidir. Etik normaları gözlənilməyəndə insanlar arasında münasibələtr korlanır.

Müraciətdə yaş və vəzifə və münasibət əsas yer tutur. Həmyaşıdlar müraciət edənə bir – birinə öz adlarının, qısa, əzizləmə, qohumluq bildirən sözlərlə müraciət edirlər. Əli – Əliş, bacı, qardaş və s. Yaşca və vəzifəcə vəziyyətdən asılı olaraq rəsmi və qeyri – rəsmi məqamlarda adla, familiya ilə müraciət olunur. Əksinə müraciət edən , müraciət olunandan yaşca və vəzifəcə kiçikdirsə, “siz” deyə müraciət “fam iliya” rəsmi müraciət formasıdır. Böyüklərə kiçiklərə bala, oğul, qızı və s. deyir belə sözlərqəlbi ovundurur, mehribanlıq yaradır. Tarixən azərbaycanlılar arasında rəsmi müraciət olmamışdır. Rus imperiyası dövründə işlənən yoldaş sözü əsl azərbaycan sözü olsa da indi lazımsı söz kimi kənarda qalmışdır. Səlis, qydın, zəngin ifadəli nitqdə ədəbi dilin normalarını və xüsusən də üslubiyyatı üslub qaydalarını vil vahidlərindən məqsədəuyğun istifadə etmə yollarını bilmək əsas şərtdir. Hər bir azərbaycanlı nitq mədəniyyətinə həssasla yiyələnmək üçün qayda və qanunlarını, onun fonetik leksik semantik, orfoqrafik və orfoepik, morfoloji və sintaktik üslubi və fonetik normalarını yaxşı mənimsəməli və onları nitqdə düzgün etməyi bacarmalıdır.

Ədəbi dilin mənimsənilməsi 2 mərhələlidir. Nitqin düzgünlüyü ədəbi dilin mənimsənilməsinin ilkin mərhələsidir. Söhbət ədəbi nitqə və onun normalarına yiyələnməkdən gedir. Mədəni nitq sözün həqiqi mənasında ədəbi dilə yiyələnməyin yüksək mərhələsidir. Savadlanma hər kəsin öz ana dilinə yaxşı bələd olması yazılı və şifahi ədəbi dilin normalarına düzgün riayət etməsi, ona yiyələnmə bacarığı başa düşülür. Nitqi mədəni və qeyri – mədəni forması var. Mədəni nitqin özü də 2 formalıdır. Orta, yüksək.Yüksək mədəni fikrin dil vasitələri ilə düzgün, dəqiq və ifadəli olması imkanıdır. Orta və mədni nitq dil vasitələrindən istifadə zəifdir, ifadəlilik aşağı səviyyədədir. Qeyri – mədəni nitqdə normalar pozulur. Ədəbsiz sözlərə yer verilir. Dialektizm və loru sözlər öz əksini tapır. Nitqin hər iki formasından məqsədli istifadə edilmə özünü göstərir. Mədəni nitq özü də məqsədlilik baxımından 2 yerə bölünür. Belə ki, mədəni nitqin bir qismi də məqsəd dinləyicilərə mövzu ilə əlaqədar obyektiv məlumat verməkdir. Belə nitqdə fikir aydın məntiqli ifadəli olunur. Burada təlim – tərbiyə , öyüd – nəsihət, əxlaq qaydalarının təbliği əsas yer tutur.



Savadsız adamların da nitləri müxtəlifdir. Elə savadsız adamlar var ki, həqiqətən onların nitqləri elmi qrammatik və məntiqi cəhətdən dinləyicilərə pis təsir bağışlayır. Lakin elə savadsız adamlar var ki, dilin qrammatik qayda – qanunlarını, elmi əsaslarını bilmir. Amma məntiqli danışır. Nitqi ümumxalq danışıq dili əsasında qurur ki, dinləyicilər onu dəfələrlə dinləmək istəyirlər. Kollektiv içərisində bir nəfər bədxasiyyət adam olanda bütün kollektivə ləkə gətirir. Onu pis vəziyyətə salır. Ayın işığı, ətri onun xoş rəftarı, xoş xasiyyətidir. Gözəl və mədəni danışmaq üçün zəngin söz ehtiyatına malik olmaq, dilin qrammatik qaydalarını kamil bilmək, ondan düzgün istifadə etmək lazımdır.
Yüklə 19,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin