Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 0,55 Mb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#38758
  1   2   3
Babacan kimya 7 lab


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Fakültə:Energetika,elektrotexnika və avtomatika

Kafedra:Kimya

Fənn:Kimya



Laboratoriya işi № 7

İxtisas:Elektrik və elektronika mühəndisliyi

Kurs:I

Qrup:220a1



Tələbə:Axundov Babacan

Müəllim:Mirzəyeva Gülnaz

Mövzu:Cu,Zn birləşmələri və xassələri

Mis

Mis nisbətən geniş yayılmış elementdir. Təbiətdə əsasən birləşmələr şəklində olur. Passiv metal olduğu üçün bəzi halda külçə şəklində də ola bilir.

O yer qabığının çəki ilə 4,7×10-3%-ni təşkil edir. Onun ən geniş yayılmış təbii birləşmələri aşağıdakı­lar­dır:



Cu2S

mis sulfidi, xalkozin

CuFeS2

xal­kopirit, mis kolçedanı

Cu2O

kuprit

(CuOH)2CO3

malaxit

Cu(OH)2×2CuCO3

azurit

Misi almaq üçün çox pirometallurgiya, az hallarda isə hid­ro­metallurgiya üsulundan istifadə olunur. Pirometal­lur­gi­ya üsulu ilə mis almaq üçün sulfidli filizləri əvvəlcə qismən ok­sid­ləşdirərək oksidə çevirir, sonra onu sulfidin orta miqdarı ilə reduksiya edirlər.

2Cu2O + Cu2S = 5Cu + SO2

Mis kolçedanından pirometallurgiya üsulu ilə misin alınması ümumi şəklində belə ifadə olunur:

2CuFeS2 + 2SiO2 + 5O2 = 2Cu + 2FeSiO3 + 4SO2

Hidrometallurgiya üsulu ilə mis almaq üçün filizə əvvəlcə müx­tə­lif duzların məhlulları və ya H2SO4 ilə təsir edərək onu məh­­lula keçirir, sonra isə misi duzundan elektrolizlə, ya də əvəz­et­mə reaksiyası ilə ayrılırlar

(2CuS + CuO) + 2H2SO4 = 2CuSO4 + H2S + H2O

CuSO4 + Fe = Cu + FeSO4

Mis oksigenlə üç cür birləşmə əmələ gətirir: Cu2O, CuO, Cu2O3.

Mis 400-5000C-də qızdırıdıqda qara rəngli CuO alınır. 11000C-də o, mis-1 oksidə və oksigenə parçalanır.

2Cu + O2 = 2CuO

4CuO = 2Cu2O + O2

Mis-1 oksid və mis-2 oksid ammonyakın sulu məhlulun­da həll olur.

Cu2O + 8NH3 + H2O = 2[Cu(NH3)4]OH

CuO + 4NH3 + H2O = [Cu(NH3)4](OH)2

Mis-3 oksid 200C-də KClO ilə Cu(OH)2-nin təsirindən alınır.

2Cu(OH)­2 + KClO = Cu2O3 + KCl + H2O

Mis-3 oksid qırmızı rəngli kristal maddədir. Turşularda həll olur, 750C-dən yüksək temperaturda parçalanır, qüvvətli oksidləş­diricidir.

2Cu2O3 = 4CuO + O2

Cu2O3 + 6HCl = 2CuCl2 + Cl2 + 3H2O

Mis-2 oksid suda həll olmur. Ona uyğun gələn hidroksid dolayı yolla alınır.

CuSO4 + 2NaOH = Cu(OH)2 + Na2SO4

Mis-2 hidroksidi qızdırıldıqda parçalanır. O, ammonyakın suda məhlulundan həll olaraq ammiakatlar əmələ gətirir.

Cu(OH)2 + 4NH4OH = [Cu(NH3)4](OH)2 + 4H2O

CuO və Cu(OH)2 zəif amfoter xassəli birləşmələrdir.

Mis-2 oksidi qələvilərdə közərtdikdə kupratlar, Cu(OH)2-ni qələvilərin qatı məhlulu ilə qızdırdıqda hidroksokupratlar əmələ gətirir.

CuO + 2NaOH = Na2CuO2 + H2O

Cu(OH)2 + 2NaOH = Na2[Cu(OH)4]

Mis elementlərin gərginlik sırasında hidrogendən sonra yer­ləşdiyi üçün turşulardan hidrogeni çıxarmır. Mis nitrat tur­şusunda və qatı sulfat turşusunda həll olur.

Cu + = Cu(NO3)2 + 2NO2 + H2O

3Cu + = 3Cu(NO3)2 + 2NO + 4H2O

Cu – = CuSO4 + SO2 + H2O

Mis aşağıdakı elementlərlə reaksiyaya daxil olur:

Cu + Cl2 = CuCl2 Cu + S = CuS

3Cu + N2 = Cu3N2 3Cu + 2P = CuP2

Cu + H2 ¹ daxil olmadığına görə

2CuJ2 + LiAlH4 = LiJ + AlJ3 + .


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin