Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


III sinif  III sinfin sonunda şagird



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə13/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   9   10   11   12   13   14   15   16   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

III sinif 
III sinfin sonunda şagird: 

dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir; 

müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql 
edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə 
edir; 



sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;

müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi 
mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir
əsas fikri həyatla əlaqələndirir; 

hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa 
və sadə əməli yazılar yazır;

sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin böyük hərflə 
yazılmasına dair qaydaları tətbiq edir, 

yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından 
istifadə edir; 

qrammatik mənalarına görə sözləri qruplaşdırır; 

cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli 
üzvlərin rolunu sadə şəkildə izah edir; 

məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir. 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. 
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql 
edir. 
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir. 
1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun jest və 
mimikalardan istifadə edir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin