Azərbaycan Respublikası, Şəmkir ş, Heydər Əliyev prs 5 Azerbaijan Republic, Shamkir city, Heydar Aliyev 5



Yüklə 164,42 Kb.
səhifə2/3
tarix02.12.2016
ölçüsü164,42 Kb.
#662
1   2   3

Həmin gün Şəmkir Heydər Əliyev Mərkəzinin “Yaradıcı Yazarlar” klubunun istedadlı gəncləri tərəfindən Xocalı faciəsinin qurbanları anılıb, gəncərin ifasında kompozisiya nümayiş olunub, çıxışlar edilib. “Yaradıcı Yazarlar” klubunun rəhbəri Mətanət Qüdsi çıxış edərək gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə və həmrəyliyə çağırıb.

Xocalı həqiqətlərinin yetişməkdə olan nəslə çatdırlması ən ümdə məsələlərdən biri olduğu üçün Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin birgə əməkdaşlığı çərçivəsində 25 fevral 2016-cı il tarixində Mərkəzdə məktəblilər üçün açıq dərs təşkil edilib.


Açıq dərs zamanı şagirdlərə Xocalı faciəsi və tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi digər qırğınlarla bağlı geniş məlumat verilib. Açıq dərsdən sonra şagirdlərə Vaqif Mustafayevin rejissorluğu ilə çəkilmiş “Xoca” filmi nümayiş etdirilib.

Xocalı faciəsinin anım günü tədbirləri fevral ayının 26-da davam etdirilib. Beləki, 26.02.2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzinin və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin birgə əməkdaşlığı ilə Şəmkir şəhər N saylı hərbi hissədə anım tədbiri keçirilib.

Tədbir iştirakçıları ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdilər. Bu cinayətin cəzasız qalmamasını və Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməli olduğunu söylədilər. Tədbir Əhməd Cavad adına tam orta məktəbin şagirdlərinin Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən kompozisiyasının nümayişi ilə başa çatdı.

Azərbaycanın daha bir qanlı tarixi 31 Mart Azərbaycanlıların Soyqırım Günüdür. Şəmkir Heydər Əliyev Mərkəzi faciəli tarixin anılması, onun zərurətinin ictimaiyyətə bir daha çatdırılması üçün 30.03.2016- cı il tarixində rayon tarixçilərinin forumunu keçirib. Forumda iştirak edən tarixçilər “Azərbaycan xalqına qarşı törədilən soyqırımlar”, “1918-ci il 31 mart soyqırımı: faktlar və həqiqətlər”, “31 mart soyqırımına siyasi qiymət verilməsi”, “1918-ci il Şəmkir hadisələr və bu hadisələrin soyqırımla əlaqəsi” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlar zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlara ilk dəfə, məhz, Ulu Öndər Heydər Əliyev tərəfindən düzgün hüquqi qiymətin verilməsindən söz açılıb.Tədbir geniş diskussiyalar şəklində davam edib, rayon tarixçiləri, ziyalıları tarixi həqiqətlərin ictimaiyyətə, beynəlxalq aləmə daha çox çatdırılmasının zəruriliyini vurğulayıblar.

2016-cı ilin yanvar – iyun aylarında Şəmkir Heydər Əliyev Mərkəzi öz təşkilatçısı olduğu tədbirlərlə yanaşı, Şəmkir rayon İcra Hakimiyyəti, YAP-ın Şəmkir rayon təşkilatı, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərə, o cümlədən nüfuzlu beynəlxalq tədbirlərə də ev sahibliyi edib.



Bu il fevral ayının əvvəlində Şəmkir Heydər Əliyev Mərkəzi böyük bir regional tədbirə ev sahibliyi edib. 05-06 fevral 2016-cı il tarixlərində keçirilən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” Gəncə -Qazax iqtisadi rayonu gənclərinin regional Forumu çərçivəsində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun Prezidenti Fərhad Hacıyev, və digər rəsmi qonaqlar, Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarından olan gənclər Şəmkir Heydər Əliyev Mərkəzinin qonaqları olmuşlar. Forumda proqram və layihələrin dəstəklənməsi, gənclərin məşğulluğu, sahibkarlığın inkişaf etdirilməsi, dini radikalizmi doğuran səbəblərin aradan qaldırılması kimi problemlər, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik və s. kimi ideyalar təbliğ edilmişdir.
Şəmkir Heydər Əliyev Mərkəzinin ev sahibliyi etdiyi daha bir mühüm tədbir 11.02.2016-cı il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi illik hesabat toplantısı olub. Şəmkir rayon İH başçısı Alimpaşa Məmmədovun iştirak etdiyi "Şəmkir rayonunda 2015- ci il sosial- iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr" mövzusunda hesabat yığıncağında idarə və təşkilat rəhbərləri, Şəmkir rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, il ərzində müxtəlif sahələrdə görülən işlərlə bağlı hesabatlar dinlənilmişdir.
Şəmkir rayon İcra Hakimiyyətinin və Şəmkir Heydər Əliyev təşkilatçılığı ilə keçirilən daha bir maraqlı tədbir 20.02.2016-cı ildə “Dini radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu” adlı tədbir olub. Son zamanlar dini radikalizmə meyllərin artması ilə əlaqədar yerlərdə bu cür maarifləndirici tədbirlərin keçirilməsi zərurəti çoxdur. Tədbirdə rayon ictimayəti, dini qurumların üzvləri və gənclər iştirakçı olub,dini radikalizmin qarşısının alınmasında maarifləndirmənin rolu ilə bağlı çıxışlar ediblər.
Aprelin 28-i görkəmli oftalmoloq alim, gözəl ziyalı Zərifə Əliyevanın doğum günüdür. Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şəmkir Gənc Həkimlər Birliyi ilə birgə Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə elmi-praktik konfrans keçirilib. Konfransın əsas mövzuları Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi töhvələr və şəkərli diabet, onun ilkin simptomlarının aşkarlanıb müalicə edilməsi olub. Konfransda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, həkimlər və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, görkəmli Azərbaycan oftalmoloq alim Zərifə Əliyevanın ad günü ərəfəsində, 23.04.2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzi Şəmkir Rayon Gənc Həkimlər Birliyinin həkimləri Dağ Daşbulaq kəndində kənd sakinləri üçün səyyar tibb xidməti təşkil edib. Həkimlər sakinlərin səhhəti ilə bağlı şikayətlərini dinləyib, yerindəcə müayinələr edib, lazımlı göstərişlər verib.

Artıq üçüncü ildir ki, Şəmkir Heydər Əliyev Mərkəzi nüfuzlu bir beynəlxalq idman yarışmasına – Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirinə ev sahibliyi edir. 2016-cı ilin may-iyun aylarında Mərkəzdə üçüncü şahmat turniri keçirilib.

25 may 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzində yüksək səviyyəli beynəlxalq idman yarışmasının - mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ənənəvi "Shamkir Chess" şahmat turnirinin açılış mərasimi keçirilib.

25 may – 05 iyun 2016-cı il tarixlərində Şəmkir Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu mötəbər tədbirə ev sahibliyi edib.

Açılış mərasimində əvvəlcə Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və idman Naziri Azad Rəhimov, FİDE Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Azərbaycan Respublikasının Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Vüqar Həşimovun atası Qasım Həşimov və digər şəxslər mərhum qrossmeysterin şahmatda qoyduğu izlər, qazandığı uğurlardan danışmış, onun xatirəsinin həmişə yaşacağını qeyd ediblər.

Sonrakı günlərdə turnirə start verilmiş, turnirin qonağı olan dünya şöhrətli şahmatçılar gözəl oyunlar nümayiş etdirmişlər.

2016-cı ilin iyun ayında Şəmkir Heydər Əliyev Mərkəzi bir çox maraqlı tədbirlərə, o cümlədən regional tədbirlərə ev sahibliyi edib. Belə tədbirlərdən ən mühümü kimi, ayın əvvəlində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində fəaliyyət proqramının icrası vəziyyətinə həsr olunan ictimai dinləməni qeyd etmək lazımdır. Tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, İcra Hakimiyyəti aparatının məsul işçiləri və rayon ictimayətinin nümayəndələri iştirak etmişlər.

Ombudsman öz çıxışında ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması yolunda aparılan dövlət siyasəti nəticəsində müstəqillik illərində ölkəmizin 230-dan çox beynəlxalq konvensiyaya qoşulduğunu qeyd etmişdir. Həmçinin, uşaq hüquqlarının qorunması yolunda aparılan işlər barəsində geniş məlumat vermişdir.

Şəmkir Heydər Əliyev Mərkəzinin ev sahibliyi etdiyi ikinci böyük tədbir isə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Prezident Aparatının, Gənclər Fondunun nümayəndələrinin iştirakı ilə keçirilən “Ümumilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans olub. Konfransda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, İcra Hakimiyyəti aparatının məsul işçiləri və rayon ictimayətinin nümayəndələri iştirak ediblər. Konfransın ardından tanınmış müğənnilərin iştirakı ilə bayram konserti keçirilib.

Konfransın davamı olaraq 16.06.2016-cı il tarixində Gənclər və İdman Nazirliyinin “Gənclər və milli-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda zona toplantısı keçirilib. Toplantıda Şəmkir Rayon İcra hakimiyyəti aparatının məsul işçiləri, qərb regionu üzrə gənclər və idman idarələrinin əməkdaşları və gənclər iştirak ediblər. Açıq mikrofon formatında keçirilən görüşdə gənclər və milli-mənəvi dəyərlərimiz mövzusunda çıxışlar edilib, diskusiyalar aparılıb.

Bundan başqa, Mərkəz iyun ayında Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi vəziyyətinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf prespektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun iştirakı ilə keçirilən müşavirəyə də ev sahibliyi edib. Müşavirə zamanı, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, fermerlərin, sahibkarların qayğıları mövzularında çıxışlar edilib, sahibkarların təklif və istəkləri dinlənilib.

İyun ayında Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən növbəti regional tədbirlər isə Azərbaycan Respulikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” adlı seminar treninqi və Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin zona üzrə səyyar iclası olub. Treninqdə dini ekstremizm və radikalizmin qaynaqları, ona qarşı mübarizə yolları, dünyəvi dövlətdə dinin rolu, Azərbaycanda dövlət səviyyəsində dinlərə münasibət kimi məsələlər haqqında fikirlər səsləndirilib, müzakirələr keçirilib.

Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin səyyar iclasında mədəniyyət və turizm sahəsində görülən işlər, qazanılan uğurlardan danışılmış, gələcəkdə görülməsi nəzərdə tutulmuş işlər barəsində məlumat verilmişdir. Çıxışların ardından, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 110 illiyi münasibəti ilə Həmkarlar İttifaqının işində fəal iştirak göstərənlərə fəxri fərman və mükafatlar təqdim edilmişdir.

Yüklə 164,42 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin