Kəskin otit üzrə klinik protokol


Orta otit zamanı hansı fəsadlaşmalar ola bilər?



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix25.12.2016
ölçüsü1,22 Mb.
#3334
1   ...   28   29   30   31   32   33   34   35   36
Orta otit zamanı hansı fəsadlaşmalar ola bilər? 

► 

Ümumiyyətlə, infeksiya təmizlənəndən sonra bir qədər selik 



qulaq zarı arxasında qalır və bir müddət eşitmənin zəifliyinə 

səbəb ola bilər. Bu hal 1-2 həftəyə  qədər sürə bilir və sonralar 

eşitmə normallaşır. Hərdən selik tam təmizlənmir və “yapışqan 

qulaq” inkişaf edə bilər. Bu zaman eşitmə hələ bərpa olunmur. 

► 

Təbil pərdəsinin perforasiyası, adətən, infeksiya təmizlənəndən 



sonra bitişir. Bəzi hallarda perforasiya uzun müddət  qalır və 

əlavə müalicə tələb edir. 

► 

Az təsadüflərdə infeksiya qulaq arxası nahiyəyə keçib mastoiditlə 



nəticələnə bilər. Nadir hallarda infeksiya daxili qulağa, beyinə 

keçə və yaxınlıqda yerləşən sinirləri zədələyə bilər. 

Qulaqdan irinli axıntılar və yaxud təbil pərdəsinin petforasiyası 

zamanı  xəstə 2 və ya 3 həftə  ərzində  təkrar müayinə olunmalıdır, 

qulağa suyun düşməməsi haqqında xəstəyə məlumat verilməlidir. 

6 ay ərzində orta otitin 4 və ya daha çox epizodu müşahidə 

olunan xəstələr mütləq ixtisaslaşmış müayinədən keçməlidirlər. 

Qulaqdan irinli ifrazat gələndə  təbil pərdəsini çox vaxt görmək 

mümkün olmur və bu zaman təbil pərdəsinin zədələnməsini nəzərdə 

tutmaq lazımdır. 

Az saylı  xəstələrdə  eşitmə  zəifliyi arta bilər, gələcəkdə  eşitmə 

problemləri olmaması üçün audiometrik müayinəyə ehtiyac vardır. 



Fəsadlaşmalar 

► 

Labirintitlər, meningitlər, kəllədaxili sepsis və ya üz sinirinin 



iflici nadir hallarda (1000 nəfərə 1 hadisə) rast gəlir. 

► 

Residiv verən hallar təbil pərdəsində çapıqların əmələ gəlməsi və 



eşitmə zəifliyinə, xroniki perforasiya və otoreya, xolesteatoma və 

mastoiditlərə  gətirib çıxara bilər. Xəstəliyin təkrar olunma 

hallarında antibiotiklərin istifadəsi zəruridir. 

► 

Azyaşlı uşaqlarda yüksək hərarət nəticəsində konvulsiya riski 



var. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin