Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
İndikatorlar 

Monitorinqin məqsədləri  İctimai səhiyyənin və ya səhiyyədə 

istənilən proqramların məqsədlərindən irəli gəlir. Monitorinqin 

məqsəd və  vəzifələrini müəyyənləşdirdikdən sonra qarşıya qoyulan 

məqsədlərə çatmaq dərəcəsini ölçmək qabiliyyətinə malik olan 

indikatorları müəyyənləşdirmək lazımdır.  İndikatorlar məntiqi 

sxemin tərkib hissələrinin ölçülməsi üçün istifadə olunur. 

İndikatorlar iki kateqoriyaya bölünə bilər: aralıq və son. Son 

indikatorlara misal kimi orta ömür müddəti, ana və ya uşaq ölümünü 

göstərmək olar. 

Daxil olan resursları, prosesi və ya əldə olunan nəticələri ölçən 

indikatorlar aralıq indikatorlardır. 

Daxil olan resursların indikatorlarına səhiyyə xidmətlərinin 

göstərilməsi, tibbi personal, avadanlıq, dərmanlar, yerlə  təmin 

olunmaq üçün sərf olunan vəsaiti misal göstərmək olar.  

Proses indikatorlarına misal kimi təlimləndirilmiş tibb işçilərinin 

sayını  və yaxud səhiyyə maarifi ilə  əhatə olunan əhalinin sayını 

göstərmək olar. 

Əldə olunan nəticələri ölçən indikatorlara tibbi xidmətlərin 

həcmini, yeridilən vaksinlərin sayını,  əhalinin müəyyən tibb 

xidmətləri alan hissəsini aid etmək olar. Son indikatorlardan fərqli 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




16

olaraq  əldə olunan nəticələr onların təqdim olması üçün cavabdeh 

olan təşkilatlar tərəfindən, adətən, tam izlənilir. 

Monitorinqin  əsas məqsədi  əhalinin sağlamlıq səviyyəsinin 

artması  və  səhiyyə xidmətləri nəticələrinin istifadəçiləri nöqteyi-

nəzərindən əlverişli olması hesab olunsa da, həm aralıq, həm də son 

nəticələr izlənilməlidir. Son nəticələrin monitorinqi məqsədlərə 

çatmaq haqqında fikir söyləməyə imkan yaradır. Son indikatorlar, 

adətən, vaxt keçdikcə az dəyişir, aralıq indikatorlar isə daha tez-tez 

dəyişir və qarşıya qoyulan məqsədlərə nə dərəcədə yaxınlaşmanı əks 

etdirir. Bu, proqramın gedişində düzəlişlər etmək üçün imkan 

yaradır. Aralıq indikatorlar üçün məlumatı yığmaq daha asandır. Ən 

effektiv aralıq indikatorlar əhalinin sağlamlığına təsir edən və 

ərazidən, müəssisədən,  əhalinin qruplarından və zamandan asılı 

olaraq fərqlənən amillərdir. Hazırlanmış indikatorlar aşağıdakı 

şərtləri təmin etməlidir: 

indikator məhz özü əks etdirdiyi hadisə  və ya göstəricinin



ölçülməsi üçün istifadə edilməlidir;

indikator olan dəyişiklikləri birbaşa və düzgün əks



etdirməlidir;

indikatorun artıb azalması öyrənilən göstəricinin yaxşılaşma



və ya pisləşməsini birmənalı göstərməlidir;

indikator  qarşıya qoyulan məqsədləri  əks etdirən amilləri



ölçməlidir (uyğun olmalıdır); 

indikator  ərazidən,  əhali qruplarından və zamandan asılı



olaraq dəyişməlidir;

indikator səhiyyə siyasəti, proqram və  təşkilatlarda olan



dəyişikliklərə həssas olmalıdır;

kənar faktorlar indikatorun göstəricilərinə təsir etməməlidir;



olmayan nailiyyətləri  əks etdirmək məqsədilə indikatorları

manipulyasiya etmək olmaz;

indikator zaman keçdikcə izlənilə bilən olmalıdır;



indikatorun izlənməsi üçün böyük xərc tələb olunmamalıdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




17


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin