Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme


Addım 7. Məlumatların toplanması alətlərinin



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
Addım 7. Məlumatların toplanması alətlərinin 

müəyyənləşdirilməsi  

Toplanan məlumatların həcmi və növü mövcud resurslardan 

asılıdır. Məlumatların toplanması üsullarının müəyyən edilməsi çox 

vaxt tibb xidmətlərinin səmərəliliyini tədqiq edən hədəf qruplardan 

asılıdır. Bunlara tibbi xidmət təchizatçıları (tibb müəssisələri, tibb 

işçiləri) və tibb xidmətlərinin istifadəçiləri (pasiyentlər, ev 

təsərrüfatları) aid edilə bilər.  

Hədəf qrupları müəyyənləşdikdən sonra növbəti addım seçmənin 

planlaşdırılmasıdır. Seçmənin dizaynı hazır olduqdan sonra 

məlumatların toplanması üsulu müəyyənləşdirilməlidir. Bu, 

sənədlərin təhlili, birbaşa müşahidə ilə yanaşı müxtəlif sosial üsullar 

ola bilər: müsahibələrin aparılması, fokus-qrup müzakirələri, anket 

sorğusu və s. Hər seçilmiş üsul üçün işçi materiallar - intervüyerlər 

üçün təlimat, sorğu vərəqələri, anket formaları  və s. hazırlamaq 

lazımdır. Qeyd etmək lazımdır ki, məlumatların toplanması üsulu və 

istifadə alətləri mövcud resurslardan, vaxt çərçivəsindən və  əldə 

olunan məlumatlara tələblərdən asılıdır. Eyni zamanda gələcək 

monitorinqlərdə tibb müəssisələrinin hesabatlılığının hansı 

göstəricilərinin istifadə olunmasını müəyyən etmək də vacibdir.  

Mövcud məlumatlar kifayət deyilsə, onda monitorinqin 

məqsədindən asılı olaraq tibb xidmətləri təchizatçıları  və onlardan 

yararlananların müşahidəsi üçün proqram hazırlanmalıdır. Gələcəkdə 

qiymətləndirmənin aparılması üçün yeni məlumatlar lazım olarsa, 

konseptual model hazırlananda məlumatların  əldə edilməsi üçün 

əlavə ehtiyaclar və resurslar nəzərə alınmalıdır.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin