Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 22 aprel 2011-ci il tarixli



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix03.02.2017
ölçüsü6,32 Mb.
#7514
1   2   3   4   5

Mineral maddələr 

Fosfor – gündəlik qəbul 800-1000 mq. 

Kalsium – gündəlik qəbul 2000 mq 

Natrium gündəlik qəbul 800-1000 mmol (2000-2300 mq) və ya 

natirum-xlor şəklində 5-6 q (75 mq/kq). 



Diqqət! Dializ arası  çəki artımı (maye qəbulu hesabına) bədən 

çəkisinin 4-4,5%-dən çox olmamalıdır. 

Kalium-xəstələrin qanında kalium 6 mmol/l-dən çox olarsa, dializdən 

qabaq kaliumun gündəlik qəbulu 50-70 mol (1950-2730 mq) 

məsləhət olunur. 

Mikroelementlər 

Dəmir (Fe) – kişilər üçün gündəlik qəbul 8 mq, qadınlar üçün 15 

mq. Eritropoetin qəbul edən hemodializ xəstələrində  əlavə Fe (III) 

qəbulu məsləhət olunur. Epoetin alfa qəbul edən xəstələrdə bu zaman 

əlavə doza Hb-in səviyyəsinin 110 q/l-dən, hematokritin 33%-dən 

yuxarı olmasına nail olmaqdan ötrü transferrin və ferritinin 

səviyyəsindən asılı olaraq müəyyən edilir. Bunun üçün xəstələrə 

aşağı molekullu dəmir dekstran və ya dəmir saxarat təyin olunur. 

Eritropoetin və  dəmir vasitələrinin qəbulu xəstələrin yaşama 

müddətini və həyat keyfiyyətini artırır.  

Sink – gündəlik qəbul qadınlar üçün 8-12 mq, kişilər üçün 10-15 

mq-dır. Rutin yolla əlavə sink qəbulu məsləhət görülmür. Yalnız 

periferik neyropatiya, potensiya zəifliyi, dəri quruluğu, dadbilmə 

qabiliyyəti aşağı olan qeyri-adekvat zülal qəbul edən dializ 

xəstələrində əlavə sink 50 mq/gün dozada təyin edilə bilər. 

Selen  – gündəlik qəbul 55 mkq. Selen çatışmazlığı olan 

hemodializ xəstələrində (kardiomiopatiya, onurğa miopatiyası, 

qalxanvari vəzin disfunksiyası, hemoliz, dermatoz olan şəxslərdə) 

hər 3-6 aydan bir selen əlavə təyin oluna bilər. 



Cədvəl 5. Dializ xəstəsinin gündəlik tələbat rasionu 

Məhsulun adı Sağlam şəxslər Hemodializ 

alan 

şəxslər 

Zülal 0,8 

q/kq 

1-1,2 


q/kq 

Kalorilik 

30 kkal/kq 

35 kkal/kq 

Zülallar 15-20%  12-15% 

Karbohidratlar 55-60% 

55-60% 

Yağlar 20-30% Balanslanmış 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

22

Xolesterol 



300-400 mq 

300-400 q 

Maye Məhdudiyyətsiz 

1,5 (0,5 litr) 

Na 

2-6 q 


1-2 q 

K

 



2-6 q 

1-2 q 


Ca  

0,8-1,2 q 

1,2-1,4 q 

P 1-1,8 


0,6-1,2 


Mg 


0,3-0,35 q 

0,2-0,3 q 



Müddəa 5. Tam qidalanmamağın müalicəsi 

Pəhrizin korreksiyası 

Qeyri kafi qidalanan hemodializ xəstələri pəhriz haqda 

məsləhətlə  təmin olunmalıdırlar.  (C)  Stasionar  şəraitdə müalicə 

olunan HD xəstələri üçün 3 gün ərzində  pəhriz təyin edilməli

gündəlik, və həftəlik korreksiya aparılmalıdır.  

Enteral qidalanma 

Əgər qida rejimi haqda məsləhətlər orqanizmin minimal 

tələbatını ödəyə bilmirsə onda əlavə qidalanma tətbiq edilir. (C) 

Əgər per os qidalanma kifayət etmirsə, onda nazoqastral zond və 

ya perkutan qastro-enterostoma göstərişdir. 

Dializ daxili parenteral qidalanma 

İntensiv dietik yardım, ağızdan qidalanma, enteral qidalanma 

kifayət etmirsə, xəstəyə parenteral qidalanma məsləhət olunur.  

Əgər pis qidalanan xəstələrdə spontan qidalanma 20 kkal/kq və 

0,8 zülal kq/gün dozası  səviyyəsindədirsə dializ daxili, parenteral 

qidalanma məsləhət olunur. 



Anabolik vasitələr  

Ağır qida çatışmazlığı  və optimal əlavə qidalanmaya rezistent 

xəstələrdə, 3-6 aydan çox hemodializ alan xəstələrdə androgen 

vasitələrin təyin edilməsi tövsiyə olunur. (B)  

Androgenlər hər həftə və ya ayda 2 dəfə təyin olunur. (B)  

Bu zaman xəstələrdə requlyar olaraq əlavə effektlərin (hirsutizm, 

səsin dəyişməsi, priapizm, plazma lipidlərinin, qaraciyər, 

yumurtalıqlar və prostat vəzin markerlərində  dəyişikliklər) olması 

yoxlanılmalıdır. (B) 

Prostat vəzin xərçəngi aşkar olunmuş  xəstələrdə androgenlərin 

təyini məsləhət deyil. (B) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

23

Digər müdaxilələr: gündəlik dializ 

6-12 ay ərzində qısa müddətli gündəlik dializ seansları xilasedici 

müalicə kimi qida çatışmazlığı olan qeyri-stabil xəstələrdə, 

bədxassəli hipertenziyası olanlarda və hamilə qadınlarda tövsiyə 

oluna bilər. 



Müddəa 6. Metabolik asidoz 

Qan zərdabında bikarbonatların miqdarı dializdən  əvvəl 20-22 

mmol/l səviyyəsində olmalıdır. (C)  

Dializdən qabaq qanda bikarbonat 20 mmol/l-dən aşağı olarsa, 

dializatı 40 mmol/l-ə qədər bikarbonatla zənginləşdirmək metabolik 

asidozu düzgün korreksiya etməklə aparılmalıdır. (C) 



ANEMİYA ÜZRƏ DİREKTİVLƏR 

BXX xəstələrində 25% hallarda azotemiyadan əvvəlki 

mərhələlərdə anemiya müşahidə olunur. Bu xəstəlik üçün normositar 

anemiya xarakterikdir. 



Müddəa 1. Uremiya zamanı anemiyanın əsas yaranma səbəbləri 

1.   Böyrəklərdə endogen eritropoetinin sintezinin pozulması 

2.   İntoksikasiya nəticəsində sümük iliyində eritropoezin pozulması 

3.   Eritrositlərin yaşama müddətinin aşağı düşməsi və hemoliz 

4.   Sampling (bir dəfəlik qan götürmə) qan itirmələr 

5.   Hemodializ zamanı eritrositlərin mexaniki zədələnməsi 

6.   Mikroangıopatiyalar 

7.   Parathormonun səviyyəsi 

8.   Dəmir metabolizminin pozulması 

9.   Yetərsiz dializ sindromu 

10. İltihabı proseslər 

Müddəa 2. Anemiyanın əsas korreksiya üsulları: 

1.   Rekombinant insan eritropoetinin təyini 

2.   Dəmir vasitələri və androgenlərlə müalicə (ferritin, transferrin 

və Ht səviyyəsinə nəzarət etməklə) 

3.   Qanitirmələri azaltmaq 

4.   Dializin keyfiyyətinə və yetərliliyinə nəzarət 

5.   Qida rasionunun keyfiyyətli olması 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

24

Müddəa 3. Terminal XBÇ zamanı baş verən anemiyanın 



müalicəsinə göstərişlər 

Anemiyanın yarandığını xarakterizə edən Hb göstəriciləri:

  



 



qadınlarda Hb <115 q/l 

 



70 yaşa qədər kişilərdə Hb <135 q/l 

 



70 yaşdan yuxarı kişilərdə Hb <120 q/l  

Cədvəl 6. XBÇ olan xəstələrdə rekombinant eritropoetinin 

dozalanması 

Başlanğıc doza 

50-100 TV/kq dəri altına 



Doza azaldılmalıdır 

Hb>120 q/l olarsa, 2 həftə ərzində Ht 4%-dən çox 

artarsa 

Doza artırılmalıdır 

Müalicədən sonra Ht 5-6% artmırsa 



Saxlayıcı doza  

İndividual 



Məqsədli Ht 

30-36%  


DAMAR YOLU HAQQINDA DİREKTİVLƏR 

Müddəa 1. Həkim-mütəxəssisə göndərmək 

 



Dializdən əvvəlki dövrdə xroniki böyrək çatışmazlığı olan hər bir 

xəstəyə dializ üçün lazım ola biləcək damar yolu, arterio-venoz 

fistula haqda ətraflı məlumat verilməlidir. 

 



Hemodializ müalicəsi göstəriş olan hər bir xəstənin funksiya 

edən damar yolu olmalıdır. (C) 

 

Hemodializə potensial xəstələr (qlomerulyar filtrasiyanın sürəti 



30 ml/dəq/1,74m²-dan aşağı olarsa) xüsusilə  də  şəkərli diabet 

olan xəstələr, nefroloq və ya damar cərrahının yanına 

göndərilməli və xəstədə damar yolu təmin edilməlidir. (C) 

Müddəa 2. Əməliyyatdan əvvəl aparılan qiymətləndirmə 

 



Damar yolu formalaşdırılmamışdan  əvvəl qeyri-invaziv 

ultrasonoqrafiya ilə yuxarı ətrafların arteriya və venaları müayinə 

olunmalıdır. (B) 

 



Artıq kateterizasiya olunmuş  xəstələrdə  mərkəzi venaların 

müayinəsi aparılmalıdır. 



Müddəa 3. Damar yolu yaratmaq üçün strategiya 

 



Damar yolu hemodializ üçün kifayət qədər qan axınını  təmin 

etməlidir. (B) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

25



 

Yuxarı  ətrafda arterio-venoz fistula mümkün qədər distal 

nahiyədə qoyulmalıdır. (C) 

 



Fistulanın formalaşması ciddi nəzarətlə aparılmalıdır. (C) 

 



Arterio-venoz fistula formalaşmazsa, arterio-venoz transplantant 

tətbiq oluna bilər. (C) 



Müddəa 4. Damar yoluna xidmət sahəsində tibb bacısının rolu 

 



Hər həkim və tibb bacısı  xəstənin damar yolunun saxlanması 

üçün punksiya yerlərini düzgün seçməlidir. 

 

Xəstənin damar yoluna müdaxilə edən hər tibb işçisi təlim 



keçməli və daim öz bacarığını artırmalıdır. (D) 

 



Fistula tam formalaşdıqdan sonra punksiya edilə bilər. (C) 

 



Kateterizasiya zamanı pilləli giriş tətbiq edilməlidir. (C) 

Müddəa 5. Damar yoluna nəzarət 

 



Hər bir kateterizasiyadan və punksiyadan əvvəl fistulanın 

fəaliyyəti qiymətləndirilməlidir

 

Fistulaya obyekiv nəzarət mütəmadi olaraq qan axını qeyri-



invaziv öyrənilməklə aparılmalıdır. (B) 

Müddəa 6. Arterio-venoz fistula və arterio-venoz transplantantın 

stenozunun diaqnostikası 

 



Əgər fizikal nəzarət zamanı hemodinamik olaraq arterio-venoz 

fistulanın stenozuna şübhə olarsa, xəstə vaxtında nəzarətə 

götürülməlidir. (C) 

 



Təcili olaraq perkutan və ya açıq cərrahi yolla müdaxilə 

aparılmalıdır. (B) 

 

Əgər arterial və venoz qan axınına vizualizasiya tələb edilirsə, 



onda maqnit-rezonans venoqrafiya aparılmalıdır. (C) 

Müddəa 7. Arterio-venoz fistula və ya transplantantın stenoz və 

trombozunun müalicəsi 

 



Venoz stenoz zamanı ilk müalicə metodu translyumenal plastik 

damar əməliyyatı hesab edilir. (C) 

 

Arterio-venoz fistula və ya transplantantın trombozu hadisə baş 



verən dializ mərkəzinin seçimindən asılı olaraq operativ-

radiologiya və ya cərrahi üsulla aparılır. (C) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

26

Müddəa 8. Mərkəzi venaların obstruksiyasının diaqnozu və müalicəsi 

 

Əgər mərkəzi venoz obstruksiyaya şübhə olarsa, onda mərkəzi 



venanın vazoqrafiyası aparılmalıdır. (C) 

 



Müalicə perkutan yolla həyata keçirilməlidir. (C) 

Müddəa 9. Damar yolunun işemiyasının diaqnozu və müalicəsi 

 



Damar yoluna girişlə bağlı olan işemiya kliniki müayinələrlə 

atravmatik yolla vazoqrafiya üsulu ilə müəyyən edilməlidir. (C) 

 

Arterial axının artması, distal revaskularizasiyanın isə azalması 



terapevtik yolla müalicə edilməlidir. Effekt olmazsa, onda damar 

yolu tikilməlidir. (B)  



Müddəa 10. Mərkəzi venoz yol 

 



Mərkəzi venoz kateterlər damara daimi giriş üsulu kimi kəskin 

hemodializ zamanı tətbiq edilir. (C) 

 

Dəridən keçməklə qoyulan kateter ultrasəs, rentgen müayinəsi 



altında aparılmalıdır. (B) 

 



Sağ vidaci vena-kateter qoymaq üçün ən əlverişli damardır. (B) 

 



Qeyri-tunelləşdirilmiş kateterlər yalnız kritik hallarda tətbiq 

olunmalı  və tezliklə tunelləşdirilmiş kateterlərlə  əvəz 

olunmalıdır. (C) 

Müddəa 11. Mərkəzi venoz yolun fəsadlarının aşkarlanması 

Zondun disfunksiyası yerli fibrinolizlə  əlaqədar ola bilir və  bərpa 

edilməlidir. Təkrar disfunksiya baş verərsə, zondun fəaliyyəti 

yoxlanılır, qan laxtalanma sistemi ətraflı müayinə edilir. (C) 



Müddəa 12. İnfeksiyalaşmış damar yoluna qulluq 

 



Arterio-venoz fistulanın hərarətsiz və ya bakteriemiya ilə 

müşayiət olunan infeksiyası 2 həftə  ərzində adekvat antibiotiklə 

müalicə edilməlidir. (C)  

 



Septik tromb baş verərsə, 2 həftə venadaxili antibiotiklər təyin 

edilir və kateter xaric edilməli  

 

Anastomozun infeksiyası damar transplantantının xaric 



edilməsinə göstərişdir. (B) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

27

HEMODİALİZ ZAMANI RAST GƏLİNƏN ƏSAS 



SİNDROMLAR 

Hemoliz 

Kəskin hemoliz zamanı  xəstələrdə beldə  ağrılar, döş  qəfəsində 

sıxılma, tənəffüsün çətinləşməsi qeyd olunur. Hemolizə  aşağıdakı 

hallar səbəb ola bilər: 

 

mikroangiopatiyalar 



 

hiperkineziyalar 



 

infeksiyalar 



 

medikamentlər 



 

yetərsiz hemodializ 



 

dializatın temperuturunun yüksək olması  



 

hiperoksiyalar 



 

suyun tərkibi (osmosda nasazlıq, xlorun səviyyəsi) 



 

bir iynəli damar yolundan istifadə 



Pirogen reaksiyalar 

Xəstələrdə rast gəlinən üşütmə halları  əsasən aşağıdakı 

faktorlardan asılı olur: 

 



fizioloji məhlulun apirogenliyi 

 



sterilliyin pozulması 

 



hemodializatorun təkrar istifadəsi 

 



vaxtı keçmiş infuzion məhlulların istifadəsi 

 



uyğun olmayan qanın köçürülməsi 

Hipotoniya 

Qan təzyiqinin düşməsi (100/60 m.c.süt.- dan aşağı) hemodializin 

ən ağır fəsadlarından biridir. Bunun əsas səbəblərinə aiddir: 

 



ultrafiltrasiyanın çox yüksək sürətdə olması 

 



«quru» çəkidən aşağı dehidratasiya 

 



hemodializdən qabaq hipotenziv dərmanların qəbulu 

 



anemiya 

Ümumiyyətlə, hemodializ zamanı hipotoniyanın səbəblərini 3 

əsas qrupa bölmək olar: 

1. 

dövredən qanın miqdarının kəskin azalması 



2. 

vazokonstriksiyanın çatışmazlığı 



3. 

kardioloji səbəblər 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

28

Əzələ qıcolmaları 

Qıcolma  əzələ  və  əzələ qruplarının qəflətən qeyri-iradi və  ağrılı 

yığılmasıdır. 

Qıcolmalar dializatda Na miqdarının az olmasında və daha tez-

tez seans zamanı artıq dehidratasiya aparıldıqda rast gəlinir. 

Qıcolmalar əsasən bədənin «quru» çəkisindən 400 - 500 q artıq maye 

götürülməsinə işarədir. 

Hemodializ xəstələrində rast gəlinən bu hal daha çox aşağıdakı 

səbəblərdən baş verir: 

 

vitamin D defisiti 



 

Fe-in artıq yığılması 



 

periferik neyropatiya 



 

hiper- və hipokaliemiya 



 

hiperparatireoidizm 



 

bəzi dərman maddələri 



 

birləşdirici toxumanın xəstəlikləri 



Qaşınma 

Dializ xəstələrində rast gəlinən və onları çox narahat edən 

simptomlardan biri qaşınmadır. Bu hal aşağıdakı səbəblərdən yarana 

bilir: 


 

hemodializatora qarşı reaksiya (yüksək həssaslıq) 



 

polineyropatiya 



 

hiperparatirediodizm 



 

heparinə qarşı allergik reaksiya 



Dizekvilibrium sindromu 

Bu sindrom əsasən ağır uremiyalı  xəstələrdə tez kliniki effekt 

almaq üçün intensiv aparılan hemodializin ilk seanslarında rast 

gəlinir. Bu hal qan və likvor arasında osmolyarlığın dəyişməsi 

hesabına müxtəlif dərəcəli beyin ödemi ilə xarakterizə olunur.  

Hemodializ seanslarının aparılması üçün tələb edilən materiallar 

1. Hemodializ aparmaq üçün dializ filtri 

 



aşağı keçiricilikli filtrlər: F4HP-F8HP, F4HPS-F8HPS 

 



yüksək keçiricilikli filtrlər: hemoflow F4OS-F8OS 

Qeyd: yüksək axınlı filtrlərə daha çox üstünlük verilir; silindrik filtrlər 

təbəqəli yastı filtrlərə nisbətən daha əlverişli hesab edilir; sintetik 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

29

membranlı filtrlər sellüloza və kuprofan tərkibli filtrlərdən daha effektiv 

sayılır:  buxarda sterilizasiya olunan filtrlər digər üsullarla sterilizasiya 

olunanlara nisbətən daha təhlükəsizdir poliakrilnitratdan hazırlanmış filtrlər 

yüksək allergik reaksiya ehtimalı olduğuna görə tövsiyə edilmir. 

2. Hemodiafiltrasiya aparmağa imkan verən xüsusi filtrlər 

Qeyd: hemodializ alan xəstələrə mütəmadi olaraq hər 3-5 seansdan bir 

hemodiafiltrasiya aparmaq məsləhət olunur. Belə ki, bu üsul hemodializ və 

hemofiltrasiyaya nisbətən xəstələr tərəfindən daha rahat keçirilir, orta 

molekulların daha effektiv ekskresiyasını təmin etməklə, bir sıra fəsadların 

qarşısını alır. 

3. Hemodializ aparmaq üçün sistem dəsti 

 



arterial və venoz magistrallar 

 



AVF üçün arterial və venoz punksiya iynələri 

 



körpücükaltı 2 yollu kateterlər 

 



femoral kateterlər 

 



permanent kateterlər 

4. Material və ləvazimat 

 



steril salfetlər 

 



70%-li tibbi spirtdə və ya 0,05% xlorheksidində isladılmış steril 

tamponlar 

 

steril quru tampon 



 

yapışdırıcı plastır 



 

bint 



 

steril əlcək 



 

şprislər 2, 5, 10 və 20 ml-lıq 



 

perfuzion sistemlər 



 

funksional çarpayılar 



5. Dərmanlar 

 



fizioloji məhlul 0,9% -1000,0 ml. 

 



heparin 12,500 TV/seans (ehtiyac olarsa, nadroparin, enoksaparin 

və s.) 


 

antişok komplekti (prednizolon, niketamid (kordiamin) və s.) 



 

povidon yodid və ya spirtli yod məhlulu 



 

dezinfeksiya edici məhlullar (əl üçün, tibbi alətlər üçün, inventar 



və otaq üçün) 

 



gözlənilən fəsadlar üçün vacib olan dərman vasitələri 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

30

6.  Qoruyucu vasitələr (dializ həkimi, tibb bacısı, texniki heyət 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin