Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü0,7 Mb.
#4125

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 noyabr 2009-cu il tarixli 

29 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

GÜRZƏ İLANI VƏ GÜRZƏKİMİLƏR 

FƏSİLƏSİNİN DİGƏR İLANLARININ    

ZƏHƏRİ İLƏ KƏSKİN İNYEKSİON 

ZƏHƏRLƏNMƏLƏRİN DİAQNOSTİKA  

VƏ MÜALİCƏSİ ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

2

 

54.194 

G 96 


 

 

 



 

 

 



 

 

 



 

 

G 96  Gürzə ilanı  və gürzəkimilər fəsiləsinin digər ilanlarının 



zəhəri ilə  kəskin inyeksion zəhərlənmələrin diaqnostika 

və müalicəsi üzrə klinik protokol – 16 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

V.Əzizov – ATU-nun II Daxili xəstəliklər kafedrasının müdiri, 

t.e.d., professor 

İ.Əfəndiyev – ATU-nun II Daxili xəstəliklər kafedrasının 

assistenti, t.e.n. 

A.Əhmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin həkim-

metodisti 

 

Rəyçi: 

A.Maqsudov – Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, t.e.n.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

•  RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ia. 



•  Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

•  Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 

edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi IIb. 

•  Klinik hallar seriyasının təsviri, yaxud  

•  Nəzarət edilməyən tədqiqat, yaxud  

•  Ekspertlərin rəyi.  

•  Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

•  Sübutların etibarlılıq dərəcəsi III və IV. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

6

İxtisarların siyahısı: 



AlAT  – 

alaninaminotransferaza 



AsAT  

– aspartataminotransferaza  



DDL sindrom   – disseminasiya olunmuş damardaxili laxtalanma 

EKQ  – 

elektrokardioqrafiya 



Lİİ  

– leykositar intoksikasiya indeksi 



OM  

– orta molekulların səviyyəsi 



XBT-10  – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



RİTŞ  

– reanimasiya və intensiv terapiya şöbəsi 



RKT  

– randomizasiya olunmuş tədqiqat 



ÜST  

– Ümumdünya Səhiyyə Təşkilatı 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

7

Protokol ilkin səhiyyə  səviyyəsində çalışan həkimlər



toksikologiya, reanimasiya və intensiv terapiya, cərrahiyyə 

şöbələrinin həkimləri üçün nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: gürzə ilanı və ya gürzəkimilər fəsiləsindən olan 

digər ilanın çalmasına məruz qalmış şəxslər.  

 

Protokolun məqsədi: gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər 



ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostikası, 

müalicəsi və profilaktikası ilə bağlı sübutlu təbabət prinsiplərinə 

əsaslanmış dəqiq tövsiyələrin işlənib hazırlanması.  

ÜMUMİ MÜDDƏALAR 

Gürzə (Vipera lebetina) və gürzəkimilər (Viperidae) fəsiləsinin 

digər ilanlarının zəhəri orqanizmə göstərdiyi təsirə görə 

hemovazotoksik zəhərlər qrupuna aid edilir.  

Zəhərin toksikoloji xüsusiyyətləri: gürzə  zəhərinin  əsas toksik 

effektləri – hemotoksik, sitotoksik, yerli ödem-nektrotik, immunotoksik, 

daxili üzvlərə birbaşa toksik təsir. 

Epidemiologiya 

ÜST-nin məlumatlarına görə dünyada hər il 5 milyona qədər 

insan ilan çalmasına məruz qalır, onlardan təxminən 100 000 

nəfərində bu ciddi nəticələrə səbəb olur. Hər il 30 000-ə yaxın insan 

Asiyada, təqribən 1000 nəfər Afrikada və bir o qədər də Latın 

Amerikasında zəhərli ilanların sancmasından ölür. Amerika 

Birləşmiş  Ştatlarında hər il 45-50 min insanı ilan sancır, onlardan 

təxminən 7 minini zəhərli ilanlar təşkil edir. Ancaq tibbi yardımın 

yaxşı  təşkil olunması  səbəbindən il ərzində yalnız 9-15 halda bu 

ölümlə nəticələnir.  

İlan çalmalarına əsasən kənd təsərrüfatı işçiləri və uşaqlar məruz 

qalır. Uşaqlar üçün toksik təhlükə xüsusilə ciddi hesab edilir.  



XBT-10 üzrə təsnifat 

T63   – Zəhərli heyvanlarla kontaktla əlaqədar toksik effekt 

T63.0  – ilan zəhəri ilə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

8

Gürzəkimilər fəsiləsinə aid olan ilanların çalmasının ağırlıq 



dərəcəsinin təyini: 

Ağırlıq dərəcəsi 

Əlamətlər 

0 ağırlıq dərəcəsi (yüngül 

dərəcə) 

hemorragik şiş lokal xarakterdə 

olur, yaxındakı oynaqdan yuxarı 

yayılmır 

I dərəcə (orta ağır dərəcə) 

şiş dirsək (diz) oynağından yuxarı 

qalxır 

II dərəcə (ağır dərəcə) 

şiş bütün ətrafa yayılır 

III dərəcə (həddən artıq ağır 

dərəcə) 

şiş ətrafın sərhədlərindən kənara 

çıxır, qarına, kürəyə, döş qəfəsinə, 

boyuna, gövdənin əks tərəfinə keçir 



Diaqnozun ifadəsi: 

Gürzə (gürzəkimilər fəsiləsinə aid ilan) zəhəri ilə  kəskin 

inyeksion zəhərlənmə (ağırlıq dərəcəsini göstərməklə). 

DİAQNOSTİKA 

Simptomlar 

► 

İlan çalma yerində güclü ağrı və şişkinlik; 



► 

İlan çalma yerində  və onun ətrafında ağrıların və hemorragik 

ödemin get-gedə artması;  

► 

Seroz və ya seroz-irinli möhtəviyyatlı qovuqların əmələ gəlməsi, 



hərəkətin məhdudlaşması, nekrozlar; 

► 

Limfangit, limfadenit; 



► 

Zəhərin qanın V və X laxtalanma amillərinə  və protrombinə 

aktivləşdirici təsiri nəticəsində ağır koaqulopatiya, DDL sindrom; 

► 

İmmunodepressiv vəziyyət;  



► 

Toksiki hepato-nefropatiya, ürək-qan damar çatışmazlığı. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

9

Hospitalizasiyaya qədərki mərhələdə diaqnostik tədbirlər 

► 

Anamnestik məlumatların qiymətləndirilməsi. 



► 

Klinik məlumatların qiymətləndirilməsi (ilan çalmanın yerli 

əlamətləri – ilanın 2 dişinin yeri, ağrı,  şişkinlik; zədələnmiş 

ətrafın hərəkət zamanı ağrılı olması, arterial hipotenziya). 

► 

Status lokalis-in qeydi. Şişin ölçülərinin və müayinə vaxtının 

qeyd edilməsi, şişin səviyyəsinə hər saatdan bir nəzarət. (C) 



Hospitalizasiya mərhələsində (toksikologiya şöbəsi) 

diaqnostik və müayinə tədbirləri 

► 

Klinik məlumatların qiymətləndirilməsi (yuxarıdakı bölmədə 



qeyd edilənlərlə  bərabər, həyati vacib funksiyaların müayinəsi). 

(C) 

► 

Xəstədə  zəhərin sistemli təsiri qeyd edildikdə, o RİTŞ-yə 



yerləşdirilməli və burada xəstənin həyati vacib funksiyalarına 

monitor müşahidə təmin olunmalıdır. 

► 

Turşu-qələvi müvazinətini, qanın su-elektrolit tərkibini, mərkəzi 



venoz təzyiqi müəyyənləşdirmək. 

► 

Koaquloqrammanın göstəricilərinə görə koaqulopatiyanın 



dərəcəsini qiymətləndirmək. 

► 

İstənilən ağırlıq dərəcəsində zəhərin sistem təsirini dəqiqləşdirmək 



üçün qanın, sidiyin klinik analizi,  qan qrupu və Rh-faktorun 

təyini, sidikdə sərbəst Hb, qanda qlükoza, qalıq  azot, ALT, AST, 

bilirubin, kreatinin, sidik cövhəri miqdarını, plazmada zülal 

səviyyəsini təyin etmək. 

► 

Leykositar intoksikasiya indeksi (Lİİ), orta molekulların 



səviyyəsi (OM), intoksikasiyanın yekun indeksinin müəyyən 

olunması. 

► 

İmmunoqramma – T-limfositlər (helper və supressorlar), B-



limfositlər, A, M, G, E immunoqlobulinlər sinfi, dövr edən 

immun komplekslərin səviyyəsinin təyin edilməsi. 

► 

EKQ. Mərkəzi hemodinamikanın göstəricilərinin təyini. 



► 

Ehtiyac olarsa – cərrahın baxışı. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

10

MÜALİCƏ 



Müalicə ancaq stasionar şəraitdə aparılmalıdır! 

İlan çalma zamanı ilkin tədbirlər 

► 

Ətrafın immobilizasiyası (ilan çalan ətrafın yaxınlığına  şina 



qoymaq) (A)

► 

Zədələnmiş  şəxsi uzadaraq, rahat şəraitin yaradılması, 



hərəkətlərin məhdudlaşdırılması (B)

► 

Nitrofural (Furasilin) məhlulu ilə yaranın işlənməsi,  şiş 



nahiyəsinə aseptik quru sarğının və ya hipertonik duz məhlulu ilə 

steril sarğının qoyulması. 

► 

İlan çalma yerindən yuxarıda sirkulyar novokain blokadası 



(Vişnevski üsulu ilə) 0,5-1,0%-li novokain məhlulundan 50 ml-ə 

qədər. 


► 

Periferik və ya mərkəzi venanın kateterizasiyası, venadaxilinə 

dekstran (reopoliqlükin) 400 ml, fizioloji və ya poliion məhlullar 

(Ringer, Hartman, trisol, asesol və s.) 400-500 ml (B); qlükoza-

novokain qarışığı – 500 ml 5%-li qlükoza + 50 ml 0,5-2%-li 

novokain. 

► 

Heparin 5000 V venadaxilinə. 



► 

Prednizolon 30-60 mq venadaxilinə. 

► 

Metamizol-natrium (analgin) 2,0 mq əzələdaxilinə. 



► 

Difenhidramin (dimedrol) 1,0 ml əzələdaxilinə. 

► 

Gürzə  zəhəri  əleyhinə spesifik zərdabın vurulması: 3000 V – 



həddən artıq ağır dərəcəli zəhərlənmədə; 2500 V – ağır dərəcəli 

zəhərlənmədə; 1500 V – orta ağır dərəcəli zəhərlənmədə. Zərdab 

Bezredko üsulu ilə vurulur (əvvəlcə 0,1 ml dəri içi, 20-30 dəq 

sonra 0,2 ml dəri altına, 20-30 dəq sonra isə qalan miqdarı 

əzələdaxilinə, ağır vəziyyətlərdə isə 400 ml fizioloji məhlulda 

venadaxilinə damcı üsulu ilə vurulur). 

► 

İlan çalmış  xəstənin təcili  şəkildə, uzanmış  vəziyyətdə 



ixtisaslaşdırılmış stasionara aparılması  (A). Xəstəni aparmazdan 

əvvəl əzələ daxilinə 10-20 mq diazepam vurulmalıdır. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

11

DİQQƏT! 

  Zərdabın istifadəsi zamanı  cəld və  ləng tipli allergik reaksiya 

əmələ  gələ bilər, ona görə  də  zərdab vurmazdan qabaq 

antihistamin və hormonal dərman vasitələri (məsələn: H

B

1



B

 

histamin reseptorları blokatorlarından dimedrol 0,5-1 mq/kq, H



B

2

B



 

tipindən famotidin 40 mq v/d; 30-60 mq prednizolon 

əzələdaxilinə). (C) 

  Zərdab vurularkən xəstənin huşuna, qan təzyiqinə, səpgilərin 

olmasına nəzarət çox vacibdir.  

  Anafilaktik reaksiyanın ilk əlamətləri yaranan kimi zərdabın 

vurulmasını  dərhal dayandırmaq və anafilaktik reaksiyaya qarşı 

müalicə  tədbirlərinə başlamaq lazımdır. Həmçinin,  əl altında 

həmişə 0,1%-li hazır adrenalin məhlulu saxlanmalıdır. 

Adrenoblokator qəbulu fonunda anafilaksiya və ya anafilaktik 

reaksiya inkişaf edən xəstələr xüsusi ilə təhlükəli hesab edilirlər.  

  Zərdab vurulandan sonra xəstə  ən azı 2 gün stasionar şəraitdə 

müşahidə altında olmalıdır. Zərdab vurulduqdan sonra meydana 

çıxan gecikmiş  ağırlaşmalardan “serum xəstəliyini”, sistemli 

vaskulit, miokardit, qlomerulonefrit, sinir sisteminin zədələnməsini 

göstərmək olar. 



İlan çalma zamanı ilkin yardım göstərərkən diqqət yetirilməsi 

zəruri olan məsələlər 

► 

İlan çalan ətrafa sıxıcı sarğı qoymaq, ilan çalan yeri yandırmaq, 



kəsiklər aparmaq, ilan çalan yerə buz qoymaq qəti  əks-

göstərişdir. (A) 

► 

Əgər xəstədə ilanın dişlərinin izi görünürsə, hətta zəhərlənməyə 



xas sistem və yerli əlamətlər olmasa belə  xəstə hospitalizasiya 

edilməli və  ən azı 12 saat ərzində müayinə  və müşahidə 

olunmalıdır. 

► 

Səhvən qoyulmuş sıxıcı sarğının spesifik zərdab vurduqdan sonra 



açılması tövsiyə edilir.  

► 

Yaradan zəhərin sorulması az effektlidir (20%-dən çox zəhəri 



sormaq olmur). Yalnız birinci 5-10 dəqiqə ərzində zəhəri sormaq 

olar və buna ancaq ağız boşluğunda yara, sıyrıntı, kariyes dişlər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

12

olmadıqda icazə verilir. Zəhərin sorulması üçün yaxşı olar ki, 



xüsusi ekstraktordan istifadə olunsun. (D) 

► 

Zərdabı gürzə  zəhəri ilə  zəhərlənmənin müalicəsində universal 



vasitə hesab etmək olmaz. Zərdabı profilaktik məqsədlə 

zəhərlənmə  əlamətləri cüzi olan xəstələrə vurmaq tövsiyə 

edilmir. Zərdabı zəhərin sistem təsiri ortaya çıxdıqda, yəni huşun 

pozulması, koaqulopatiya, şişin artması hallarında vururlar. 



Hospital mərhələ (toksikologiya şöbəsi) 

İntensiv terapiya 

► 

Zərdabın yeridilməsi (əgər xəstəyə  zərdab vurulmayıbsa və ya 



kifayət qədər vurulmayıbsa, bu şərtlə ki, ilan çalmadan 1 gündən 

az vaxt keçmiş olsun). 

► 

Detoksikasion plazmafarez. Təmizlənmiş plazmanın ümumi 



həcmi bədən kütləsinin hər kq-na 25-30 ml təşkil edir. Seansların 

sayı 3-dən 4-ə qədər. 

► 

Hiperbarik oksigenasiya 1,0 atm təzyiqdə – 60 dəqiqə, kurs – 10 



seansa qədər. (C) 

► 

İnfuzion terapiya: qlükoza-insulin və qlükoza-novokain qarışığı, 



reopoliqlukin, poliqlükin, jelatinol, hemodez, 10-20%-li albumin 

məhlulu, 5%-li qlükoza, elektrolitlər (Ringer, Hartman). 

► 

Sürətləndirilmiş diurez. Furosemid 40-80 mq v/dax. Su balansı 



və diurezə nəzarət. 

► 

Hemotransfuziya. Köçürülən qanın, plazmanın həcmi zəhər-



lənmənin ağırlığına, son qansızmaya, qan tərkibinin və 

laxtalanmanın pozulma səviyyəsinə uyğun müəyyənləşdirilir. 

Ağır zəhərlənmədə I gün ərzində 1000 ml-ə  qədər qan və ya 

plazma köçürülür. 

► 

Metabolik asidozun korreksiyası: 6 ml 8,4%-li Na



B

2

B



CO

B

3



B

x0,3 


bədən kütləsi (kq). 

► 

Ürək çatışmazlığı olarsa: ürək qlikozidləri (0,05%-li strofantin, 



0,06% -li korqlikon), həmçinin Ca-qlükonat 10% - 10,0 ml. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

13

► 



Heparinizasiya. Qanın laxtalanmasının nəzarəti altında gündə 15-

20000 V heparin vurmalı. 

► 

Vitaminoterapiya: C, B



B

1

B



, B

B

6



B

, B


B

12

B



, E, kokarboksilaza, askorutin, 

polivitaminlər. 

► 

İkincili infeksiyanın profilaktikası üçün geniş spektrli antibiotik. 



► 

Qlükokortikoid: prednizolon 30-120 mq/gün, deksametazon 4-16 

mq/gün. 

► 

Simptomatik müalicə: analgetik, antihistamin dərman vasitələri, 



natrium-tiosulfat 10-15 ml/gün, pentoksifillin (trental) 5 ml v/d 

(100 ml fizioloji məhlulda). 

► 

Hepatoprotektor dərman vasitələri:  α-lipoy və ya tiokt turşusu, 



essensiale 5-10 ml/gün, ademetionin (heptral) 5-10 ml/gün və s. 

► 

Yaranın yerli müalicəsi: furasilin tamponu, aseptik sarğı, 



qovuqların deşilməsi, nekrotik toxumaların kəsilməsi, fleqmona 

və abseslərin açılması, onların üzərinə  məlhəmli (iruksol, 

levomekol, troksevazin, essaven-gel) sarğı qoyulması. Hipertonik 

duz məhlulu ilə steril sarğı qoymaqla şiş nahiyəsinə punksion 

drenaj tətbiq etmək olar. 

► 

Pəhriz – masa №5 və ya №7. 



Mümkün olan ağırlaşmalar 

► 

Disseminasiya olunmuş damardaxili laxtalanma sindromunun 



inkişafı, ikincili anemiya. 

► 

Kəskin ürək-qan damar çatışmazlığı. 



► 

Toksik hepatopatiya. 

► 

Toksik nefropatiya. 



► 

Limfangit, limfadenitin inkişafı. 

► 

Gec sağalan yara, ətrafın nekrozunun inkişafı, ətrafın qanqrenası. 



► 

Tromboflebit, osteomielit, zədələnmiş  ətrafların oynaqlarında 

deformasiya və ankilozların inkişafı. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

14

Kəskin inyeksion gürzə zəhəri ilə zəhərlənmədə                       



stasionar müalicəsinin davam etmə müddəti 

► 

Yüngül dərəcədə: 7 günə qədər 



► 

Orta ağır dərəcədə: 7-14 gün 

► 

Ağır dərəcədə: 14-21 gün 



► 

Həddən artıq ağır dərəcədə: 21 gündən çox. 



Dispanserizasiya və reabilitasiya 

► 

Ən azı 1 ay ərzində ilan çalmış  ətrafa verilən yükü 



məhdudlaşdırmaq. 

► 

Troksevazin və ya essaven-gel məlhəmi yerli tətbiq etmək. 



► 

Polivitamin (sentrum, yunikap M, teravit, oliqovit və s.) 1 həb x 

gündə 1 dəfə – 30 gün. 

► 

Enzimoterapiya – vobenzim 6 həb x 4 dəfə – 30 gün və ya 



floqenzim 2 həb x 3 dəfə – 30 gün. 

► 

Əlavə 2 həftəlik iki müalicə kursu təyin olunur: 



  I kurs: 

Asetilsalisil turşusu (aspirin) – 100-150 mq gündə 2 dəfə – 14 

gün. 

Eskuzan – 2 kapsul x 3 dəfə – 14 gün.  



Troksevazin – 2 kapsul x 3 dəfə – 14 gün. 

  II kurs: 

Pentoksifillin (trental) 1-2 həb x 3 dəfə – 2 həftə. 

Detroleks – 1-2 həb x 3 dəfə – 2 həftə. 

Askorutin – 1-2 həb x 3 dəfə – 2 həftə. 

Qeyd: Adekvat reabilitasiya üçün xəstəxanadan çıxandan sonra 1 

il ərzində dispanser müşahidə məqsədəuyğundur. 



Müalicənin nəticəsinə olan tələblər 

İlan çalan ətrafda hərəkətin bərpası, ağrı sindromunun, limfangit 

və limfadenitin aradan qalxması. Koaquloqrammanın, 

immunoqrammanın, intoksikasion indeksin, qara ciyər və böyrəyin 

vəziyyətinin funksional göstəricilərinin normallaşması. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

15

İLAN SANCMALARIN PROFİLAKTİKASI 

► 

Bilmək lazımdır ki, adətən ilanlar insanlara qarşı ilk olaraq 



aqressivlik göstərmirlər. 

► 

Ən çox hallarda ilan insana özünü qorumaq məqsədi ilə hücum 



edir (ilana toxunanda, dalınca qaçanda, tapdalayanda, altında ilan 

olan daşı qaldıran zaman və s.). 

► 

Təhlükəli sahələrdə (meşə, çöllük, daş karxanası  və s.) insan 



ehtiyatlı olmalı, bağlı  çəkmələrdən istifadə etməlidir, uzun 

çubuqla təhlükəli yerlər yoxlanılmalıdır. 

► 

Uşaqlar ilanlar haqqında maarifləndirilməli, ilanla rastlaşanda 



davranış qaydaları barədə məlumatlandırılmalıdırlar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

16

Ədəbiyyat: 

1.  Brent J., Wallace K. L., Burkhart K. K. et al. Critical Toxicology 

Care. Elsevier Mosby. 2005. 1690 p. 

2.  Clinical Protocol Management of Snakebite. Ministry of Health 

Malaysia 2008. 14 p. 

3.  Gregory Juckett, M.D., M.P.H., and John G. Hancox, M.D. 

Venomous Snakebites in the United States: Management Review 

and Update. American Family Physician April 1, 2002 / volume 

65, number 7 

4.  Guidelines for the Clinical Management of Snake bites in the 

South-East Asia Region. World Health Organization 2005 

5.  First aid: 2005 International Consensus Conference on 

Cardiopulmonary Resuscitation and Emergency Cardiovascular 

Care Science with Treatment Recommendations. 

Circulation 2005 Nov 29;112(22 Suppl):III115-25. 

6.  Jeff J. Boyd, MBBS, UIAGM; Giancelso Agazzi, MD; Dario 



Svajda, MD; Arthur J. Morgan, MBBCh; Silvia Ferrandis, MD; 

Robert L. Norris, MD. Venomous Snakebite in Mountainous 

Terrain: Prevention and Management. Wilderness & 



Environmental Medicine 18(3):190-202. 2007  

7.  Syed Moied Ahmed, Mohib Ahmed, Abu Nadeem, Jyotsna 



Mahajan, Adarash Choudhary, and Jyotishka Pal. Emergency 

treatment of a snake bite: Pearls from literature. J Emerg Trauma 



Shock 2008 Jul-Dec; 1(2): 97-105. 

8.  Азизов  В.  А.,  Эфендиев  И.  Н.  Неотложная  помощь  при 

острых 

отравлениях 



ядом 

гюрзы. 


Методические 

рекомендации. Баку. 2001. 20 с. 

9.  Лужников Е. А., Костомарова Л. Г. Острые отравления. М: 

Медицина, 2000, 434 с. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin