Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 08 fevral 2010-cu il tarixli



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.01.2017
ölçüsü1,46 Mb.
#4226
1   2   3   4   5   6   7

Proqnoz: xəstəliyin YET ilə başlaması və epileptik tutmalarının 

yüksək tezliyi zamanı pisləşir. Xəstələrin orta hesabla 70%-ində tam 

terapevtik remissiya əldə olunur. Müalicənin kəsilməsi tədricən, azı 4 

il ərzində tutmaların tamamilə olmamasından sonra həyata keçirilir. 



Gənclərin mioklonik epilepsiyası (GME) 

(Janz syndrome) 

Etiologiya: epilepsiyanın idiopatik yayılmış forması. GME-li 

pasiyentlərin yarısında ailə anamnezində epileptik tutmalar haqqında 

məlumat olur.  

Rast gəlmə tezliyi:  uşaqlar arasında epilepsiyaların 3%-ni, 

böyüklər arasında epilepsiyaların isə 11%-ni təşkil edir. 



Başlandığı yaş dövrü: GME-nin meydana çıxması dövrü 8-dən 

30 yaşa qədər dəyişir, zirvə nöqtəsi 12–18 yaşa düşür. 



Klinik mənzərə: yuxudan oyandıqdan dərhal sonra, həmçinin 

yuxuya getmə zamanı və ya başqa vaxt, çiyin qurşağı və yuxarı ətraf 

əzələlərində  qəfil meydana çıxan yüngül və orta intensivlikli 

mioklonik dartılmalar. Tutmalar zamanı huş itmir. Pasiyentlərin 

30%-ində mioklonik tutmalar ayaq əzələlərini  əhatə edir, bu zaman 

yıxılmalar – mioklonik-astatik tutmalar baş verir. 90% hallarda 

mioklonik tutmalar oyanma YET-ləri ilə, 10–30% hallarda isə 

absanslarla müşayiət edilir. Absanslar qısadır, tezliyi yüksək deyil. 

GME zamanı  əsas provokasiyaedici faktorlar – yuxunun 

deprivasiyası  və  qəflətən zorla yuxudan oyatmadır. Bəzi 

pasiyentlərdə mioklonik tutmalar müstəsna olaraq az yatma zamanı 

meydana çıxır. Xəstələrin təxminən 1/3-də (daha çox qadınlarda) 

tutmalar fotosensitiv olur. Menstruasiya önü dövrdə YET və 


 55

mioklonik tutmaların tezliyinin artması mümkündür. Mioklonik 

tutmalar və absanslara bir çox hallarda pasiyentlər tərəfindən 

əhəmiyyət verilmir, ona görə  də tonik-klonik tutmalardan 

şikayətlənən yeniyetmə  və  gənc yaşlı pasiyentlərin sorğusu zamanı 

həkim həmin əlamətlərin olub-olmamasını müəyyən etməlidir. 



Nevroloji status norma daxilindədir.  

EEQ: müalicə almayan pasiyentlərdə tutmalararası dövrdə EEQ-

də bilateral, simmetrik, sinxron və diffuz «polispayk–ləng dalğa» 

kompleksləri (4–6 Hz tezlikdə) aşkar edilir. Mioklonik paroksizmlər 

zamanı 6-16 Hs tezlikli polispayklar müəyyən olunur. Tonik-klonik 

tutmanın başlanğıcında yüksək amplitudalı toplanma patternləri 

əmələ  gəlir. Mioklonik tutmalarla spayklar arasında aydın 

korrelyasiya yoxdur.  

MRT zamanı patologiya aşkar edilmir.  

Diferensial diaqnoz: GME mioklonuslu epilepsiyanın 

proqressivləşən formaları, yayılmış epileptik tutmaları olan 

epilepsiya, nadir hallarda baş verən yayılmış epileptik (tonik-klonik) 

tutmaları olan epilepsiya və  gənclərin absans epilepsiyası ilə 

diferensiasiya edilir. 

Müalicə: medikamentoz terapiya ilə yanaşı, yuxu və oyaqlıq 

rejiminə ciddi əməl etmək, məişətdə fotostimulyasiya faktorlarından 

özünü gözləmək lazımdır. 

Başlanğıc müalicə – valproat turşusu və ya topiramat vasitələrlə 

monoterapiya. GME zamanı  hər üç növdən olan tutmaların aradan 

qaldırılmasında yüksək effektivliyə malikdir. Effektivlik kifayət 

qədər olmadığı hallarda politerapiya təyin edilir: valproatlar + 

suksinimidlər (rezistent absanslar zamanı); valproatlar + topiramat 

(rezistent YET-lər zamanı); valproatlar + benzodiazepinlər (aşkar 

ifadə olunmuş fotosensitivlik zamanı). Bu zaman valproatlar baza 

dərman vasitələri olaraq qalır,  əlavə  dərman vasitələri isə bu 

dozalarda təyin edilir: topiramat (100–400 mq/gün və ya 3–10 

mq/kq/gün) dozada 2 dəfəyə  qəbul olunur, etosuksimid (500–1000 

mq/gün və ya 20–30 mq/kq/gün) dozada 3 dəfəyə  qəbul olunur

klobazam (10–30 mq/gün, orta hesabla 0,5 mq/kq/gün). Bəzi 

tədqiqatlarda GME-nin monoterapiyası  şəklində istifadə üçün 

levetirasetamın effektivliyi qeyd edilir. 


 56

Proqnoz: Tam medikamentoz remissiya, əksər hallarda 

valproatlarla monoterapiya vasitəsilə, xəstələrin 85-95%-ində  əldə 

edilir. EƏDV qəbulunun dayandırılmasından sonra residivlərin baş 

vermə tezliyinin yüksək olması problem təşkil edir. Hətta tam 

elektroklinik remissiyadan 4–5 il keçdikdən sonra dərman 

vasitələrinin qəbulunun dayandırılması  xəstələrin azı 50%-ində 

tutmaların residiv verməsinə gətirib çıxarır. Tutmaların olmaması və 

video-EEQ monitorinq məlumatlarında epileptiform aktivliyin tam 

blokadasından 4 ildən az olmayan vaxt keçdikdən sonra EƏDV-lərin 

qəbulunun çox tədricən dayandırılması tövsiyə edilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 57

ƏLAVƏ №1 

Qeyri-epileptik paroksizmal pozuntular (xəstəliklər) 

2 aylıq - 2 yaşlı uşaqlar 

 



Hiperekpleksiya («stiff baby syndrome») 

 



Affektiv-respirator tutmalar, reflektor anoksik tutmalar, reflektor 

asistoliya sinkop halı 

 

Titrəmə tutmaları («shuddering attacks») 



 

Paroksizmal boyun əyriliyi, dərmanların ekstrapiramid əlavə 



təsirləri, distoniya 

 



Sandifer sindromu 

 



Stereotipiyalar, qəbizlik, uşaq məmnun qalma pozğunluğu 

(«infantile masturbation»)   

 

Simulyasiya 



 

«Spasmus nutans»  



 

Xoşxassəli paroksizmal vertiqo 



 

Erkən uşaq yaşlarının xoşxassəli mioklonusu 



 

Uşaq yaşlarının dəyişən hemiplegiyası 



 

Yuxu pozuntuları (xoşxassəli neonatal yuxu mioklonusu, 



yuxunun ritmik hərəkətlərlə başlanması sindromu) 

2 yaşlı - 12 yaşlı uşaqlar 

 



Affektiv-respirator tutmalar, reflektor anoksik tutmalar, reflektor 

asistoliya sinkop halı 

 

Sinkop halı 



 

Miqren və onun ekvivalentləri 



 

Təkrarlanan abdominal ağrı sindromu («recurrent abdominal 



pain») 

 



Dövri ürəkbulanma («cyclic vomiting») 

 



Xoşxassəli paroksizmal vertiqo («benign paroxysmal vertigo») 

 



Tiklər 

 



Paroksizmal boyun əyriliyi («paroxysmal toricollis») 

 



Paroksizmal kinezegen xoreoatetoz («paroxysmal kinesigenic 

choreoathetosis») 

 

Sandifer sindromu 



 

Dərmanların ekstrapiramid əlavə təsirləri 



 

Qəbizlik 



 

Stereotipiyalar, isterik fantaziyalar («oyaq vaxtı yuxugörmə»)  



 58

 



Uşaq məmnun qalma pozğunluğu («infantile masturbation»)   

 



Simulyasiya 

 



Konversion pozuntu (isteriya) 

 



Yuxu pozuntuları (xoşxassəli neonatal yuxu mioklonusu, 

yuxunun ritmik hərəkətlərlə başlanması sindromu, yuxuda 

gəzmə, yuxuda danışma, qorxulu yuxular görmə, narkolepsiya) 

12 yaşdan böyük  

 



Sinkop halı 

 



Miqren və onun variantları 

 



Konversion pozuntu (isteriya) 

 



Hərəkət sisteminin xəstəlikləri 

 



Paroksizmal kinezegen xoreoatetoz («paroxysmal kinesigenic 

choreoathetosis») 

 

Paroksizmal distonik xoreoatetoz («paroxysmal dystonic 



choreoathetosis») 

 



Paroksizmal irsi ataksiyalar  

 



Tremor 

 



Tiklər 

 



Keçici ümumi amneziya («transient global amnesia») 

 



Yuxu pozuntuları (yuxu mioklonusu, yuxuda gəzmə, yuxuda 

danışma, dəhşətli yuxular görmə, narkolepsiya) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 59

ƏLAVƏ №2 

Epilepsiyanın diferensial diaqnostikası 

Epileptik 

tutma 

Sinkop 

Qeyri-

epileptik 

tutma 

Ürək 

aritmiyası

Hiperven

tilyasiya 

sindromu 

və ya 

panik 

hallar 

Anamnez 

Kəllə-beyin 

travması 

Alkoqol və ya 

narkotik 

maddələrdən 

istifadə 

Uzun müddət 

davam edən 

qızdırma 

tutmaları 

Meningit 

Ensefalit 

İnsult 


Ailədə 

epilepsiyanın 

olması 

Hipertenziya 



əleyhinə 

dərmanların 

qəbulu 

Antidepressant-



ların (xüsusən 

trisiklik) qəbulu 

Qadın 

cinsi (3:1) 



Seksual 

zorakılıq 

Anadan-

gəlmə ürək 



xəstəliyi 

Həyəcan 


pozuntuları 

Tutmaları qıcıqlandıran amillər 

Yuxu 


deprivasiyası 

Alkoqol 


qəbulunun 

kəsilməsi 

Titrəyən işıq 

Pozanın 


dəyişilməsi 

Tibbi 


proseduralar 

Ağrılı sidik 

ifrazı 

Uzun müddət 



ayaq üstə 

qalmaq 


Boyun 

nahiyəsində 

hərəkətlər 

Stress  


İdman Müəyyən 

sosial 


situasiyalar 

 60

(karotid 

baroreseptor 

hiperhəssaslığı) 



Tutmanın prodromu və ya aurası 

Stereotipik, 

qısa (saniyələr): 

 



Deja vü 

 



Dad/qoxu 

 



Abdominal 

hissiyyat 

Başgicəllənmə 

Görmə 


simptomları 

Gözlərdə 

qaralma 

Görmənin 

dumanlanması 

Qulaqlarda 

uğultu  

Bəzi 


xəstələrdə 

tutmadan-

tutmaya 

dəyişir 


 

Ürək-


döyünmə 

Qorxu 


Nəfəsin 

daralması 

Pareste-

ziyalar 


 

Tutma 

Hərəkətlər: 

Tonik, sonra 

klonik faza 

Mürəkkəb 

avtomatizmlər 

Sianoz 

Vaxt: 


Yuxu ilə əlaqə 

Aybaşı ilə əlaqə 

Solğunluq 

Bir neçə qısa 

diksinmə və ya 

tonik tutma ola 

bilər 

Epileptik 



tutmaya 

çox 


bənzəyə 

bilər 


Solğunluq 

Bir neçə 

qısa 

diksinmə 



və ya tonik 

tutma ola 

bilər 

Ajitasiya 



Tez-tez 

nəfəs alma 

Əllərin 

epileptik 

tutması 

(karpope-

dal spazm) 

Tutmadan sonrakı vəziyyət 

Yuxululuq 

Dildə dişlənmə 

izləri 


Ətraflarda ağrı 

Todd parezi 

Yorğunluq  

Yorğunluq  



Nəzərə alın ki, sidik saxlaya bilməmə  və solğunluq həm epileptik 

tutmada, həm də sinkop və ya isterik tutmada ola bilər; buna görə 

diferensial diaqnoz üçün o qədər də böyük əhəmiyyət daşımır. 

 

 

 

 

 61

ƏLAVƏ №3  

Epileptik tutmaların əmələ gəlməsinə səbəb ola bilən dərman 

vasitələrinin siyahısı: 

 



Aminofillin/teofillin 

 



Amfetamin 

 



Analgetiklər (məsələn, tramadol) 

 



Antibiotiklər (penisillinlər, sefalosporinlər, xinolonlar) 

 



Antidepressantlar 

 



Antixolinergik vasitələr (məsələn, benzatropin) 

 



Qusma əleyhinə vasitələr (məsələn, proxlorperazin) 

 



Antipsixotiklər (məsələn, xlorpromazin) 

 



Baklofen 

 



Amfebutamon 

 



Xolinesterazanın inhibitorları (məsələn, donepezil) 

 



Siklosporin 

 



Kokain 

 



İzoniazid 

 



Ketamin 

 



Lidokain 

 



Litium dərman vasitələri 

 



Mefloxin 

 



Metilen-dioksimetamfetamin/ekstazi [methylene dioxy-

methamphethamine/ecstasy] 

 

Qeyri-steroid iltihab əleyhinə  dərman vasitələri (xüsusilə  də, 



xinolon sırası antibiotiklərlə birlikdə) 

 



Opioidlər (məsələn, diamorfin [diamorphine], petidin) 

 



Peroral kontraseptivlər 

 



Vinkristin 

 

 

 

 

 

 62

ƏLAVƏ №4 

EƏDV-lərin digər dərmanlarla potensial klinik əhəmiyyət daşıyan 

qarşılıqlı təsirləri  

(Patsalos P.N. et al., 2002) 

Dərman 

vasitəsi 

EƏDV 

Farmakoloji 

nəticə 

Ehtimal edilən klinik 

nəticə 

Peroral 


kontrasep-

tivlər  


Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital, 

felbamat, 

okskarbazepin 

və topiramat) 

Peroral 


kontraseptivlərin 

metabolizminin 

sürətlənməsi və 

hormonların 

səviyyəsinin 

aşağı düşməsi 

Arzu edilməyən 

hamiləlik 

Teofillin 

Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

Teofillin 

metabolizminin 

sürətlənməsi  

Bronxial astma və 

xronik bronxitin 

müalicəsinin 

effektivliyinin azalması 

Dikumarol/ 

varfarin 

Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

Dikumarol/varfa-

rin 


metabolizminin 

sürətlənməsi və 

antikoaqulyant 

aktivliyin aşağı 

düşməsi 

Antikoaqulyant 

aktivliyin aşağı düşməsi 

həyat üçün təhlükə təşkil 

edə bilər. EƏDV 

qəbulunun sonrakı 

dayandırılması zamanı 

dikumarol/varfarinin 

toksik effektlərinin 

meydana çıxması riski 

yaranır (məsələn, 

hemorragiya) 



 63

Diqoksin 

Fenitoin, 

topiramat 

Diqoksinin qan 

plazmasında 

konsentrasiyasının

aşağı düşməsi 

Ürək çatışmazlığı 

müalicəsinin 

effektivliyinin azalması  

Kortikoste-

roidlər 

Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

Kortikosteroid-

lərin 

metabolizminin 



sürətlənməsi 

Kortikosteroidlərin 

terapevtik effektivliyinin 

aşağı düşməsi 

Kortikosteroidlərin 

dozasının artırılması 

zərurəti 

Antasidlər 

Fenobarbital  

Fenitoin  

Karbamazepin 

Qabapentin 

Həzm sistemində 

EƏDV-lərin 

absorbsiyasının 

azalması 

EƏDV-lərin 

effektivliyinin aşağı 

düşməsi, tutmaların 

kəskinləşməsi 

Omeprazol  Fenitoin 

Fenitoin 

metabolizminin 

yavaşıması 

Fenitoinin toksik 

effektləri meydana 

çıxdığı zaman dərman 

vasitəsinin dozasını 

aşağı salmaq lazımdır 

Simetidin 

Fenitoin 

Fenitoin 

metabolizminin 

yavaşıması 

Fenitoinin toksik 

effektləri meydana 

çıxdığı zaman dərman 

vasitəsinin dozasını 

aşağı salmaq lazımdır 

Trisiklik 

antidepres-

santlar 


(TSA) 

Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

İki istiqamətli 

qarşılıqlı təsir, 

bunun 


nəticəsində qan 

plazmasında 

TSA 

konsentrasiyası 



azalır, EƏDV 

konsentrasiyası 

isə artır 

TSA-ların effektivliyinin 

aşağı düşməsi və 

EƏDV-lərin toksik 

təsirlərinin meydana 

çıxması 


 64

Fluoksetin 

Karbamazepin 

Fenitoin 

EƏDV 

metabolizminin 



yavaşıması və 

karbamazepinlə 

fenitoinin qan 

plazmasında 

konsentrasiyasının 

artması 


Karbamazepin/ 

fenitoinin terapevtik 

diapazonun aşağı 

səviyyəsinə uyğun gələn 

dozalarda təyin edilməsi 

və ya müalicə gedişində 

dozaların bu səviyyəyə 

qədər azaldılması 

Karbamazepin/ 

fenitoinin toksik təsiri 

əlamətlərini aşkar etmək 

məqsədilə (məsələn, 

başgicəllənmə) 

pasiyentin müşahidə 

olunması  

Sertralin 

Lamotricin 

Lamotricin 

metabolizminin 

yavaşıması və 

onun qan 

plazmasında 

konsentrasiyasının 

artması  

Lamotricinin toksik 

təsiri əlamətlərini aşkar 

etmək və ehtiyac 

yarandıqda dozasını 

aşağı salmaq məqsədilə 

pasiyentin müşahidə 

olunması 

Benzodia-

zepinlər 

Karbamazepin 

Fenitoin  

Fenobarbital  

Benzodiazepin-

lərin 


metabolizminin 

sürətlənməsi və 

qan plazmasında 

konsentrasiyasının 

azalması 

Ehtiyac yarandıqda 

dərman vasitələrinin 

dozasının korreksiyası 

Haloperidol 

Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

Haloperidol 

metabolizminin 

sürətlənməsi və 

daha sonra qan 

plazmasında 

konsentrasiyasının 

azalması  

Haloperidolun qan 

plazmasında 

konsentrasiyasının 

monitorinqini aparmaq 

və ehtiyac yarandıqda 

onun dozasını korreksiya 

etmək məqsədəuyğundur 

 

 



 65

Flukenazol  Fenitoin 

Fenitoin 

metabolizminin 

yavaşıması və 

qan plazmasında 

onun 

konsentrasiyasının 



artması ehtimalı 

Pasiyentdə fenitoinin 

toksik təsiri əlamətləri 

meydana çıxdıqda, 

dərman vasitəsinin 

dozasının azaldılması 

zərurəti yarana bilər 

Qrizeoful-

vin 

Qaraciyər 



fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

Qrizeofulvin 

metabolizminin 

sürətlənməsi və 

qan plazmasında 

onun 


konsentrasiyasının 

azalması  

Göbələk əleyhinə 

aktivliyin aşağı düşməsi 

Eritromisin  Karbamazepin 

Karbamazepin 

metabolizminin 

yavaşıması və 

qan plazmasında 

onun 


konsentrasiyasının

artması  

Karbamazepinin toksik 

təsiri əlamətlərini aşkar 

etmək və ehtiyac 

yarandıqda dozasını 

aşağı salmaq məqsədilə 

pasiyentin vəziyyətinin 

diqqətlə müşahidə 

olunması  

Klaritromi-

sin 


Karbamazepin 

Karbamazepin 

metabolizminin 

yavaşıması və 

qan plazmasında 

onun 


konsentrasiyasının

artması  

Bu kombinasiyanın təyin 

edilməsi hallarında 

karbamazepinin toksik 

təsiri əlamətlərini aşkar 

etmək məqsədilə 

pasiyentin vəziyyəti 

diqqətlə müşahidə 

olunmalıdır. Ehtiyac 

yarandıqda 

karbamazepinin dozasını 

azaltmaq lazımdır 

 

 



 

 


 66

Metabolizmi 

CYP3A4 

vasitəsilə 



həyata 

keçirilən 

virus 

əleyhinə 



vasitələr  

Qaraciyər 

fermentlərinin 

induktorları 

olan EƏDV-lər 

(məsələn, 

karbamazepin, 

fenitoin, 

fenobarbital) 

EƏDV-lər virus 

əleyhinə 

vasitələrin 

metabolizmini 

sürətləndirə və 

onların qan 

plazmasında 

konsentrasiyasını 

aşağı sala bilər 

Virus əleyhinə 

vasitələrin 

effektivliyinin azalması, 

virusların 

replikasiyasının 

güclənməsi və 

rezistentliyinin inkişaf 

etməsi 


 

Dazıotu (Hypеricum pеrforatum) dərman vasitələri ilə eyni 

vaxtda təyin edildikdə karbamazepin, fenobarbital və fenitoin kimi 

EƏDV-lərin qan plazmasında konsentrasiyasının aşağı düşməsi 

mümkündür. Dərman vasitələrinin Britaniya Milli Formulyarı 

(British National Formulary) belə kombinasiyalara yol verilməsini 

tövsiyə etmir. Axşam primulası bitkisinin yağını da ehtiyatla tətbiq 

etmək lazımdır, lakin bu halda tövsiyələr daha zəif dəlillərə 

əsaslanmışdır. Aromaterapiya üçün istifadə edilən bir sıra dərman 

vasitələri (məsələn, aptek hissopu, rozmarin, şirin razyana, adaçayı, 

acı yovşan bitkiləri  əsasında hazırlanmış) MSS-ə aktivləşdirici təsir 

göstərirlər və buna görə də tutmaları provokasiya edə bilərlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 67


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin