Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Seydəliyeva Aydan İlham qızı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix02.01.2022
ölçüsü10,28 Mb.
#1676
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
Seydəliyeva Aydan İlham qızı 

 

1992-ci ildə Qax şəhərində 



ziyalı ailəsində anadan olub. 

1999-cu ildə Bakı şəhəri Xətai 

rayonu 88 saylı orta məktəbin 

1-ci sinfinə gedib. Orta təhsil 

müddətində dərs əlaçısı olmaqla 

bərabər, müxtəlif fənn olimpi-

ada və müsabiqələrinin iştirak-

çısı və qalibi olub. 2008-ci ildə 

H.Əliyevin 85 illik yubileyinə həsr 

olunmuş inşa yazı müsabiqəsində 

Respublika birincisi olub və 

Yeni Azərbaycan Partiyasının 

təqaüdünə layiq görülüb. 2010-

cu ildə G.Əsgərova adına 200 

saylı məktəbi əla qiymətlərlə bitirərək həmin il yüksək bal-

la Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə 

daxil olub. Təhsil aldığı müddətdə müxtəlif elmi seminar 

və konqreslərdə iştirak edib. 2014-cü ildə Hacettepe Uni-

versiteti Tibb fakültəsində 4 fərqli ixtisas üzrə iş təcrübəsi 

keçib. 2015-ci ildə Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq 

Cəmiyyətinin (GAMCA) təşkil etdiyi konqresin iştirakçısı olub, 

həm də konqresin proqramına daxil olan ümumi və vaskulyar 

cərrahiyyə üzrə treyninq kurslarında iştirak edərək müvafiq 

sertifikata layiq görülüb. Həmin ildə tələbə və gənc həkimlər 

üçün keçirilən II Beynəlxalq Tibb Konqresində elmi məruzə ilə 

çıxış edərək sertifikat alıb. Elmi məruzəsi konqresin əcnəbi 

həkim qonaqları tərəfindən də maraqla qarşılanıb və iranlı 

mütəxəssis tərəfindən A.Seydəliyava öz ölkəsinə dəvət alıb. 

Beynəlxalq dil sertifikatı var (IELTS). 2015-ci ilin oktyabr 

ayında Vyanada nəşr olunan “Austrian Journal of Technical and 

Natural Sciences” jurnalında elmi məqaləsi dərc olunub. 

Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir. Başlı-

ca arzusu təhsilini xaricdə davam etdirmək, qabaqcıl dün-

ya səhiyyəsinin elmi və təcrübi nailiyyətlərinə yiyələnərək 

Azərbaycan xalqı qarşısında həkim vəzifəsini şərəflə icra 

etməkdir.




Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin