Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında



Yüklə 366,92 Kb.
səhifə1/3
tarix08.02.2020
ölçüsü366,92 Kb.
#30409
  1   2   3
582 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 6 may tarixli 242 saylı qərarına əsaslanaraq Ali Attestasiya Komissiyasının təqdim etdiyi «Ali Attestasiya Komissiyası haqqında», «Alimlik dərəcələri və elmi adlar verilməsi qaydası haqqında», «İxtisaslaşdırılmış şuralar haqqında» və «Ali Attestasiya Komissiyasının Ekspert şurası haqqında» Əsasnamələr təsdiq edilsin (əlavə olunur).
Baş nazirin Birinci müavini

V.ƏHMƏDOV

İşlər müdiri

F.MURADƏLİYEV
Bakı şəhəri, 29 oktyabr 1992-ci il

№ 582


Azərbaycan Respublikası Nazirlər Kabineti
1992-ci il 29 oktyabr tarixli 582 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Ali Attestasiya Komissiyası haqqında Müvəqqəti

Əsasnamə
1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin, mədəniyyət və incəsənətin bütün istiqamətləri üzrə elmi və elmi-pedaqoji işçilərə alimlik dərəcələri və elmi adlar verən dövlət orqanıdır.

Ali Attestasiya Komissiyası (AAK) nazirlik statusuna malikdir və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, həmçinin bu Əsasnaməni rəhbər tutur.

Ali Attestasiya Komissiyası elmlər doktoru və namizədi alimlik dərəcələrinin, professor, dosent və baş elmi işçi elmi adlarının verilməsi ilə əlaqədar olaraq yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının vəziyyəti və təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır.

2. Ali Attestasiya Komissiyası alimlik dərəcələri və elmi adlar almaq istəyənlər üçün tələblərin eyniliyini təmin edir: dissertasiya işlərinin keyfiyyətinə, onların elmi və əməli dəyərinə nəzarəti, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasına ümumi rəhbərliyi həyata keçirir; elmin və xalq təsərrüfatı sahələrinin inkişaf perspektivlərini nəzərə alaraq respublikanın elmi potensialının formalaşmasında iştirak edir.

3. AAK ona həvalə edilmiş vəzifələrə uyğun olaraq:

a) ali məktəblərdə, elmi-tədqiqat idarələri, elmi-istehsalat birlikləri və digər elmi müəssisələrin nəzdində doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış şuralar yaradır; şuraların tərkibini və müdafiə hüququ verilən ixtisasların siyahısını müəyyənləşdirir; müvafiq sahədə müdafiə olunan işlərin sayını nəzərə almaqla lazım gələrsə müxtəlif elmi təşkilatların ümumiləşmiş şurasını yaradır; şuraların vaxtaşırı attestasiyasını keçirir; şuralarda müdafiə olunan dissertasiya işlərinə, elmin inkişaf meyllərinə uyğun olaraq aspiranturalarda yeni ixtisasların açılması, yaxud müəyyən ixtisasların bağlanması məsələlərinə baxır;

b) ali məktəblər və elmi tədqiqat idarələri yanında şuraların tövsiyələrinə əsasən elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri, müvafiq şuraların təqdimatına əsasən professor, dosent və baş elmi işçi elmi adları verir; elmi dərəcələr üzrə diplom verilməsi haqqında qərarlar qəbul edir; lazım gəldikdə şuraların qərarını ləğv edir;

v) dünya təcrübəsinə müvafiq olaraq elmin bəzi sahələrində RHD və MS alimlik dərəcələrinin müdafiəsinə icazə verir və həmin dərəcələrin təsdiqinə baxır;

q) Azərbaycan Respublikası Dövlət Planlaşdırma və İqtisadiyyat Komitəsi, Respublika Elmlər Akademiyası, Xalq Təhsili Nazirliyi, digər Nazirlik və Baş idarələrlə birlikdə elmi və elmi-pedaqoji kadrlar hazırlığının planlaşdırılmasında, aspiranturanın fəaliyyətinin təkmilləşdirilməsində iştirak edir;

ğ) müdafiə edilmiş dissertasiya işlərinin təhlilini aparır; dissertasiya işlərində şərh olunmuş elmi və nəzəri müddəaların praktikada tətbiqi imkanlarına dair tövsiyələri Respublika nazirlikləri və baş idarələrinə göndərir;

d) dissertasiyalara, alimlik dərəcəsi və elmi ad iddiaçılarına, ixtisaslaşdırılmış şuralara, onların sədrlərinə və üzvlərinə, ekspert şuralarına aid tələbləri müəyyənləşdirir və təsdiqləyir;

e) nazirliklər, idarələr, digər əlaqədar təşkilatlarla birgə dissertasiyaların, elmi-tədqiqat işlərinin əhəmiyyətini elmi-texniki və sosial tərəqqi baxımından araşdırır; yeni elmi istiqamətlərin formalaşmasına və inkişafına təsir edir; elmi müəssisələrdə, ali məktəblərdə dissertasiya müdafiəsi üzrə ixtisaslaşmış şuralar üçün müvafiq tövsiyələr hazırlayır;

ə) elmlər doktoru və elmlər namizədi diplomlarını, professor, dosent və baş elmi işçi attestatlarını tərtib edir, başqa dövlətlərin alimlik dərəcələri və elmi adları haqqında diplomları və attestatları eyniləşdirir.

4. Ali Attestasiya Komissiyasının aşağıdakı hüquqları var:

a) alimlik dərəcələri və elmi adlar verən şuraların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; Ali Attestasiya Komissiyası üzvlərinin alimlik dərəcələri və elmi adlar verən şuraların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; Ali Attestasiya Komissiyası üzvlərinin alimlik dərəcələri və elmi adlar verən şuralarının fəaliyyət göstərdiyi müəssisələrdən (təşkilatlardan) həmin şuraların fəaliyyətinə aid lazımi informasiya almaq;

b) şuraların rəhbərlərinin iş təcrübəsini öyrənib ümumiləşdirməkdən ötrü Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin və kollegiyasının iclaslarında onların hesabatlarını dinləmək;

v) müvafiq tələblərə cavab verməyən dissertasiya işləri üçün alimlik dərəcələri verən və dissertasiyaların müdafiəsi ilə əlaqədar müəyyən olunmuş qaydaları pozan şuraları ləğv etmək;

q) elmi və elmi-pedaqoji işçiləri alimlik dərəcələrindən, elmi adlardan müəyyən olunmuş qaydada məhrum etmək;

ğ) zəruri hallarda ayrı-ayrı dissertasiya işləri üçün opponentləri və rəy verənləri təyin etmək, ali məktəblərin, müəssisələrin, idarələrin və təşkilatların yüksək ixtisaslı mütəxəssislərini dissertasiya işlərinin ekspertizasına, alimlik dərəcələri və elmi adlar verən şuraların fəaliyyətinin yoxlanılmasına cəlb etmək(1);

d) namizədlik imtahanlarının keçirilməsinə nəzarət etmək;

e) alimlik dərəcələri və elmi adlar verilməsi haqqında vəsatət qaldırılan şuraların və elmi şuraların fəaliyyət göstərdiyi təşkilatlardan və idarələrdən müəyyən edilmiş qaydada illik hesabat almaq; ölkədə yüksək ixtisaslı elmi-pedaqoji və elmi kadrların attestasiyasının təkmilləşdirilməsi sahəsində təkliflər hazırlamaqdan və tədbirlər həyata keçirməkdən ötrü nazirliklər və baş idarələrdən lazımi məlumatlar almaq;

ə) yüksək ixtisaslı və elmi-pedaqoji kadrların attestasiyası sisteminin təkmilləşdirilməsi, ixtisaslar üzrə yeni nomenklaturaların müəyyənləşdirilməsi, yeniləşdirilməsi və ləğvi haqqında Nazirlər Kabinetinə təkliflər vermək;

j) yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sisteminin təkmilləşdirilməsi, dissertasiyaların elmi səviyyəsinin və praktik dəyərinin yüksəldilməsi ilə bağlı problemlərin müzakirəsi üçün müəyyən olunmuş qaydada idarələrarası müşavirələr çağırmaq;

z) yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması və attestasiyası məsələlərinə dair beynəlxalq təşkilatların, müşavirələrin, konfransların işində iştirak etmək, başqa ölkələrin müvafiq təşkilatları ilə təcrübə mübadiləsini həyata keçirmək;

i) Ali Attestasiya Komissiyasının Bülletenini nəşr etmək.

5. AAK öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin bu Əsasnaməni rəhbər tutur. AAK aşkarlıq şəraitində, müvafiq məsələlərin həllinə geniş ictimaiyyəti cəlb etməklə işləyir.

Alimlərin elmi və elmi-pedaqoji kadrların attestasiyası sistemində iştirakı onların ictimai-elmi fəaliyyətinin mühüm cəhəti sayılır.

6. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasına sədr başçılıq edir.

Ali Attestasiya Komissiyasının sədr müavinləri və baş elmi katibi vardır. Sədr yerində olmadıqda onun vəzifəsini müavinlərindən biri icra edir. Sədrin müavinləri və baş elmi katib arasında vəzifələri Ali Attestasiya Komissiyasının Rəyasət heyəti ilə razılıq əsasında sədr bölüşdürür. Komissiyanın sədri, onun müavinləri və baş elmi katib AAK-ın ekspert şuralarının, attestasiya şöbələrinin və başqa bölmələrinin fəaliyyətinə nəzarət edir və həmin fəaliyyəti istiqamətləndirir; Ali Attestasiya Komissiyasının sədri qüvvədə olan qanunlar və Nazirlər Kabinetinin qərarları əsasında alimlik dərəcələri və elmi adlar verilməsi ilə əlaqədar yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını təşkil etmək üçün idarə tabeliyindən asılı olmayaraq müəssisələr və təşkilatlar tərəfindən icra olunmaqdan ötrü məcburi sayılan vəziyyətini yoxlayır.

7. Respublika Ali Attestasiya Komissiyasının ali elmi-ictimai orqanı ildə ən azı iki dəfə çağrılan Plenumdur. Plenumun tərkibinə elmin əsas istiqamətləri üzrə görkəmli alim və mütəxəssislər daxildir. Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin təqdimatı ilə Plenumun tərkibi vaxtaşırı təzələnir. Ali Attestasiya Komissiyasının Plenumu ekspert şuralarının, alimlik dərəcələri və elmi adların verilməsi üçün vəsatət qaldıran şuraların fəaliyyəti haqqında Rəyasət Heyətinin hesabatını dinləyir, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasına dair sənədləri təsdiq olunmaq üçün tövsiyə edir.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası plenumunun üzvləri zəruri hallarda müəyyən olunmuş qaydada alimlik dərəcələri və elmi adlar verilməsi haqqında Rəyasət Heyətinə tövsiyələr hazırlamaq, yüksək ixtisaslı elmi və elmi-pedaqoji işçilərin attestasiyasının təkmilləşdirilməsinə dair təklifləri nəzərdən keçirmək, AAK-a göndərilən apellyasiya və şikayət işlərinə baxmaq üçün cəlb edilirlər.

8. Plenumlararası dövrdə Ali Attestasiya Komissiyasının rəhbər orqanı Rəyasət Heyətidir. Rəyasət Heyəti öz işi haqqında plenuma hesabat verir. Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti alimlik dərəcələri verən ixtisaslaşdırılmış şuraların təşkili qaydasını hazırlayır, dissertasiyaların müdafiəsi üzrə şuraların tərkibini təsdiq edir, onlara müvafiq ixtisaslar üzrə dissertasiya işlərinə baxmaq hüququ verir; ekspert şuralarının yaradılması haqqında qərarlar çıxarır və öz işində həmin qərarlara istinad edir; elmlər doktoru alimlik dərəcəsi və professor elmi adı verilməsi haqqında qərarlar qəbul edir; alimlik dərəcələri və elmi adlar verən şuraların sədrlərinin işi haqqında hesabatları, Dövlət Attestasiya İnspeksiyasının məlumatını vaxtaşırı dinləyir. Ali Attestasiya Komissiyasının müzakirəsinə verilən sənədlərin layihələrini nəzərdən keçirir, dissertasiyaların müdafiəsi və elmi adlar verilməsi ilə əlaqədar başqa məsələləri həll edir.

9. Ali Attestasiya Komissiyasının kollegiyası AAK-ın sədrindən (kollegiyanın sədri), sədrin müavinlərindən, baş elmi katibindən, habelə AAK-ın başqa rəhbər işçilərindən ibarət tərkibdə yaradılır və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Kollegiya müntəzəm keçirilən iclaslarında Ali Attestasiya Komissiyasının cari fəaliyyəti, qəbul olunan qərarların icrası, kadrların seçilməsi və onlardan istifadə edilməsi ilə əlaqədar məsələləri, mühüm əmrləri, təlimatların və qərarların layihələrini, şöbə rəhbərlərinin hesabatlarını müzakirə edir; dissertasiya müdafiəsi üzrə şuraların tərkibini təsdiq edir və onlara müvafiq ixtisaslar üzrə dissertasiya işlərini müzakirə etmək hüququ verir, dosent və baş elmi işçi elmi adları verilməsi haqqında ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin şuralarının vəsatətlərinə və elmlər namizədi alimlik dərəcəsi verilməsi ilə əlaqədar məsələlərə baxır.

10. Azərbaycan Ali Attestasiya Komissiyası Plenumunun, Rəyasət Heyətinin və kollegiyasının qərarları üzvlərin üçdə ikisinin səs çoxluğu ilə (açıq səsvermə) qəbul edilir. Kollegiyanın qərarları haqqında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə, zəruri hallarda isə Plenuma müntəzəm məlumat verilir. Sədr ilə kollegiyanın və ya Rəyasət Heyətinin üzvləri arasında fikir ayrılığı olduqda Sədr bu barədə AAK-ın Rəyasət Heyətinə və Plenumuna məlumat verir.

11. Təqdim olunan dissertasiyaların elmi ekspertizası, habelə elmi adlar verilməsi haqqında vəsatətlərə baxılması üçün Ali Attestasiya Komissiyası elmin müxtəlif sahələri üzrə görkəmli alimlərdən, xalq təsərrüfatı mütəxəssislərindən, mədəniyyət xadimlərindən ibarət ekspert şuraları yaradır.

Ekspert şuralarının tərkibi Elmlər Akademiyasının, ali məktəblərin və elmi tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış şuralarının, habelə əlaqədar nazirliklərin və baş idarələrin tövsiyələri nəzərə alınmaqla müəyyənləşdirilir, Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilir. Hər yeni müddət üçün şuranın tərkibinin ən azı üçdə biri təzələnir.

12. Ali Attestasiya Komissiyası aparatının strukturu və ştat cədvəli Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

Ali Attestasiya Komissiyası aparatının ştat cədvəli, habelə şöbələr haqqında əsasnamələr Ali Attestasiya Komissiyasının kollegiyasında müzakirə və təsdiq edilir. Ali Attestasiya Komissiyası və ekspert şuralarının üzvlərinin, habelə opponentlərin və rəy verənlərin əmək haqqı müəyyən edilmiş qaydada ödənilir.

13. Ali Attestasiya Komissiyasının üzərində Azərbaycan Respublikasının Dövlət gerbi və AAK-ın adı təsvir olunmuş möhürü vardır.

(1) Qeyd: Ali Attestasiya Komissiyasının fəaliyyətində iştirak etdiyi müddətdə alim və mütəxəssislərin daimi iş yerində olmaması üzürlü sayılır.


Azərbaycan Respublikası Nazirlər Kabineti
1992-ci il 29 oktyabr tarixli 582 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Ali Attestasiya Komissiyası alimlik dərəcələri və elmi adlar

verilməsi qaydası haqqında Müvəqqəti

Əsasnamə
I. Ümumi müddəalar

1. Əsasnamə elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinin, professor, dosent və baş elmi işçi adlarının verilməsi qaydalarını müəyyən edir.

2. Elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri müvafiq olaraq doktorluq və namizədlik dissertasiyalarının açıq müdafiəsindən sonra ixtisaslaşdırılmış şuranın vəsatəti əsasında müvafiq ekspert şurasının qərarı nəzərə alınmaqla Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası (AAK) tərəfindən verilir.

3. Professor, dosent, baş elmi işçi adlarını ali məktəblərin və ya elmi tədqiqat müəssisələrinin elmi şuralarının təqdimatı ilə AAK verir.

4. Müəyyən edilmiş nümunə əsasında elmlər doktorları və namizədlərinə diplomlar, professor, dosent və baş elmi işçilərə isə attestatlar verilir.

II. Dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralar

Doktorluq və namizədlik dissertasiyalarını müdafiəyə qəbul etmək hüququ AAK-ın qərarı ilə yaradılmış ixtisaslaşdırılmış şuralara verilir. Həmin şuralar elmin müvafiq sahələrində öz nailiyyətləri ilə tanınmış və görkəmli alimləri olan ali məktəblər, akademiya institutları, sahə elmi-tədqiqat institutları və elm-istehsalat birlikləri yanında yaradılır.

İxtisaslaşdırılmış şuraların yaradılması haqqında vəsatəti nazirliklər, Elmlər Akademiyası, sahələrarası elmi-texniki birliklər qaldırır. Həmin təşkilatlar və müəssisələr ixtisaslaşdırılmış şuraların fəaliyyətinə nəzarət edir.

5. İxtisaslaşdırılmış şuraların tərkibinə yüksək elmi reytinqə malik, elmi kadrların yetişdirilməsində fəal iştirak edən nüfuzlu alimlər seçilirlər. Elmi reytinqləri bərabər olduqda həmin mütəxəssislərin işlədikləri kollektivlərin fikri əsas götürülür.

İxtisaslaşdırılmış şuranın yaradılması qaydası Azərbaycan Respublikası AAK-ın ixtisaslaşdırılmış şuralar haqqında Əsasnaməsi ilə müəyyən edilir.

Müdafiə prosesində dissertasiyalar üçün irəli sürülmüş tələblərə aşağı səviyyədə əməl edilməsi və müdafiə qaydalarının pozulması aşkar edilərsə AAK müvafiq şuranın fəaliyyətini müvəqqəti dondura, yaxud tamamilə dayandıra bilər.

6. İxtisaslaşdırılmış şuralar Ali Attestasiya Komissiyasının rəhbərliyi altında işləyir. Onların işinə nəzdində olduqları təşkilatların rəhbərləri nəzarət edir. Həmin təşkilatların rəhbərləri ixtisaslaşdırılmış şuraların işi üçün lazımi şərait yaradırlar.

İxtisaslaşdırılmış şura nəzdində olduğu təşkilatın gerbli möhüründən istifadə edir. Şura bir neçə təşkilatın nəzdindədirsə onda o, ümumi razılaşma əsasında həmin təşkilatlardan birinin Möhüründən istifadə etməlidir.

7. Dissertasiyaların müdafiəsi və attestasiya məsələləri ilə bağlı sənədlərin tərtibi, həmçinin dissertasiyaların baxılması və müdafiəsi ilə əlaqədar xərclərin ödənilməsi ixtisaslaşdırılmış şuraların fəaliyyət göstərdiyi təşkilatların üzərinə qoyulur.

İxtisaslaşdırılmış şuraların dissertasiyaların baxılması və müdafiəsi üçün lazımi vəsaitlərlə təmin edilməsini həmin şuraların yaradılması haqqında vəsatət qaldırmış müvafiq nazirlik, idarə, Elmlər Akademiyası, sahələrarası elmi-texniki komplekslər və dövlət birlikləri həyata keçirir.

III. Namizədlik imtahanları

8. Elmlər namizədi alimlik dərəcəsinin iddiaçısı fəlsəfə, xarici dil, rus dili, psixologiya, pedaqogika, informatika və ixtisas fəndlərindən namizədlik imtahanları verir. Namizədlik imtahanının hansı xarici dildən verilməsini AAK-ın razılığı ilə ixtisaslaşdırılmış şura müəyyən edir.

9. Namizədlik imtahanlarının qəbul edilməsi üçün müvafiq ixtisaslar üzrə aspiranturaları və ixtisaslaşdırılmış şuraları olan təşkilatların nəzdində imtahan komissiyası yaradılır.

10. Namizədlik imtahanlarının keçirilməsi ilə bağlı xərcləri imtahan komissiyasının yaradıldığı təşkilat ödəyir.

11. Namizədlik imtahanlarının proqramı və imtahanların aparılma qaydası AAK, Elmlər Akademiyası və Xalq Təhsili Nazirliyi tərəfindən müəyyən edilir.

IV. Dissertasiyalara qoyulan tələblər

12. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olub aşağıdakı tələblərdən birinə cavab verməlidir:

iddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mühüm xalq təsərrüfatı, sosial-mədəni və ya siyasi əhəmiyyəti olan elmi problemin həllini təmin edir;

dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;

elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış texniki, iqtisadi və ya texnoloji işləmələr həll olunur.

13. Elmlər namizədi alimlik dərəcəsi üçün təqdim edilmiş dissertasiya müstəqil elmi iş olub aşağıdakı tələblərdən birinə cavab verməlidir:

dissertasiyada müvafiq elm sahəsi üçün mühüm əhəmiyyəti olan hər hansı məsələnin yeni həlli təklif olunur;

mühüm tətbiqi əhəmiyyəti olan texniki, iqtisadi, yaxud texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.

14. Dissertasiya müəllifin təkbaşına yazdığı və açıq müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı və mövcud faktlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin əməli təcəssümü barədə məlumatlar, nəzəri əhəmiyyətə malik dissertasiyalarda isə elmi nəticələrin istifadəsi üçün tövsiyələr göstərilməlidir.

Dissertasiya çapa göndərilən işlərə qoyulmuş tələblərə uyğun tərtib edilməlidir.

15. Elmi məruzə formalı dissertasiya iddiaçının elmi axtarışlarının nəticələrinin və elmi-praktik əhəmiyyəti olan işlərinin ümumiləşdirilmiş şərhindən ibarət olmalıdır.

İddiaçının elmi nəticələrinin əhəmiyyətini və dissertasiyanın elmi məruzə formasında müdafiə olunmasının məqsədəuyğunluğunu AAK-ın icazəsi ilə tədqiqatçının işi yerinə yetirdiyi müəssisə müəyyənləşdirir.

Dissertasiyanı elmi məruzə formasında, müstəsna hallarda, böyük xidmətləri olan, xaricdə elmi əsərləri və məruzələri ilə tanınan, respublikanın inkişafına öz elmi potensialı ilə təkan verən şəxslər müdafiə edə bilərlər.

16. Dissertasiyaların mövzuları bir qayda olaraq təşkilatların əsas elmi istiqamətləri ilə əlaqələndirilməli və bu təşkilatların elmi (elmi-texniki) şuraları tərəfindən hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.

17. Doktorluq və namizədlik dissertasiyasının əsas elmi nəticələri respublikanın və xarici ölkələrin elmi mətbuatında dərc edilməlidir.

Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə həmçinin ixtiralar haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, dövlət təşkilatında deponent olunmuş və elmi jurnallarda xülasəsi verilmiş əlyazmalar, preprintlər, məruzələrin çap olunmuş tezisləri, müəssisələrin tikintisi, genişləndirilməsi, rekonstruksiyası və texniki yeniləşdirilməsi barədə layihələrin texnoloji hissələri, yeni materiallara dair informasiya kartları (dövlət informasiya bankına daxildirsə) aiddir.

18. Dissertasiyanın yazılışı zamanı iddiaçı iqtibas etdiyi materiallara və ayrı-ayrı nəticələrin mənbələrinə və müəlliflərinə istinad etməlidir.

Dissertasiyada kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə iddiaçı bunu dissertasiyada qeyd etməyə borcludur.

Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgə materiallardan istifadə edildikdə, dissertasiya istənilən mərhələdə ekspertizadan qaytarılır və dissertanta yenidən müdafiə hüququ verilmir.

V. Dissertasiyaların təqdim olunması və müdafiəsi

19. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu təşkilat dissertasiyanın ilkin ekspertizasını keçirir və onun haqqında rəy verir. Rəydə dissertasiyada şərh olunan elmi nəticələrin alınmasında müəllifin konkret iştirakı; tədqiqat nəticələrinin dürüstlük dərəcəsi; dissertasiyanın elmi məruzə kimi müdafiəsinin əsaslandırılması; dissertasiyanın müvafiq olduğu ixtisas; müəllif tərəfindən dərc olunmuş işlərdə dissertasiya materiallarının dolğun əks etdirilməsi göstərilməlidir.

Təşkilatın rəhbəri rəyin keyfiyyəti, obyektivliyi və hazırlanma müddəti üçün cavabdehdir.

Rəy iddiaçıya ilkin ekspertizaya təqdim olunduğu gündən etibarən namizədlik dissertasiyası üçün ən geci iki ay, doktorluq dissertasiyası üçün isə ən geci üç ay müddətində verilməlidir.

20. İxtisaslaşdırılmış şura Ali Attestasiya Komissiyasının müəyyən etdiyi siyahı üzrə sənədlər hazır olduqda dissertasiyanı ilkin müzakirə üçün qəbul edir. İxtisaslaşdırılmış şurada dissertasiyaların ilkin müzakirəsi ixtisaslaşdırılmış şura haqqında Əsasnaməyə uyğun aparılır.

21. Əgər dissertasiyanın mövzusu müxtəlif ixtisasların qovşağına uyğun gələrsə və ixtisaslaşdırılmış şuranın bu ixtisaslardan bəziləri üzrə dissertasiya müdafiəsi keçirmək hüququ olmazsa, onda şura müdafiəni birdəfəlik keçirir. Birdəfəlik iclas üçün şuranın tərkibini AAK müəyyən edir.

22. İxtisaslaşdırılmış şura lazımi sənədlər verildiyi gündən namizədlik və doktorluq dissertasiyalarını uyğun olaraq ən geci iki və üç ay müddətində müdafiə üçün qəbul edir.

23. Doktorluq və namizədlik dissertasiyaları müdafiəyə təqdim olunduğu hallarda ixtisaslaşdırılmış şuranın icazəsi ilə doktorluq dissertasiyaları üzrə təqribən iki çap vərəqi, namizədlik dissertasiyaları üzrə isə təqribən bir çap vərəqi həcmində avtoreferatlar nəşr olunmalıdır.

Elmi məruzə şəklində dissertasiyalar üzrə avtoreferat nəşr olunmur. Elmi məruzə özü avtoreferat kimi qəbul edilir.

Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, tədqiqatlarda müəllifin şəxsi əməyi, onların yenilik dərəcəsi və tədqiqat nəticələrinin praktiki əhəmiyyəti göstərilməlidir. Dissertasiyanın avtoreferatı ixtisaslaşdırılmış şuranın müəyyən etdiyi sayda mətbəə üsulu ilə və ya çoxaldıcı aparatlarda çap edilir.

Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış ixtisaslaşdırılmış şuranın üzvlərinə, əlaqədar idarələrə və təşkilatlara göndərilir. Avtoreferatın göndəriləcəyi ünvanların siyahısını dissertasiyanı müdafiəyə qəbul edən ixtisaslaşmış şura müəyyən edir. Siyahıya dissertasiyanın profili üzrə ixtisaslaşdırılmış şuralar, əlaqədar təşkilatlar və həmin ixtisas üzrə görkəmli mütəxəssis-alimlər daxil edilir. Avtoreferatların hökmən göndərildiyi təşkilatların siyahısını AAK müəyyən edir.

Avtoreferat dissertasiyanın yazıldığı dildə olmalıdır.

24. Müdafiəyə təqdim olunan dissertasiyanın bir nüsxəsi və avtoreferatın iki nüsxəsi müdafiəyə ən azı bir ay qalmış şuranın olduğu təşkilatın kitabxanasına verilir və orada əlyazması şəklində saxlanılır.

25. İxtisaslaşdırılmış şuralar dissertasiyalar üzrə həmin elm sahəsində səriştəsi olan alimlərdən opponent təyin edirlər.

Doktorluq dissertasiyası üzrə üç nəfər elmlər doktoru rəsmi opponent kimi təyin olunur. Həmin opponentlərdən yalnız biri müdafiənin aparıldığı şuranın üzvü ola bilər.

Namizədlik dissertasiyası üzrə iki nəfər rəsmi opponent təyin edilir. Onlardan biri mütləq elmlər doktoru olmalıdır, ikincisi isə elmlər namizədi də ola bilər.

Zəruri hallarda rəsmi opponentlər Ali Attestasiya Komissiyası tərəfindən təyin edilə bilərlər.

26. Ali Attestasiya Komissiyasının işçiləri, onun Rəyasət Heyətinin üzvləri, ekspert şurasının rəhbərləri, dissertasiya müdafiə ediləcək ixtisaslaşdırılmış şuranın sədri, onun müavini, elmi katib, iddiaçının elmi rəhbəri, dərc olunmuş işlər üzrə ortaq müəlliflər, həmçinin dissertasiyanın yerinə yetirildiyi və ya iddiaçının işlədiyi kafedra, laboratoriya, şöbənin əməkdaşları, müəssisənin rəhbərləri rəsmi opponentlər ola bilməzlər.

Bir qayda olaraq rəsmi opponentlər müxtəlif təşkilatların işçiləri olmalıdır.

İdarə aparatının rəhbər işçilərinə onların tabeliyində olan təşkilatlarda dissertasiya müdafiə etməyə icazə verilmir.

27. Rəsmi opponent dissertasiyanı və onun mövzusu ilə əlaqədar mətbuatda dərc olunmuş işləri araşdırmaq əsasında ixtisaslaşdırılmış şuraya rəy təqdim edir.

Həmin rəydə seçilmiş mövzunun aktuallığı, onun nəticələrinin yeniliyi və işin dissertasiyalara qoyulan tələblərə cavab verməsi öz əksini tapmalıdır.

Rəsmi opponentlərin yazılı rəylərinin surətləri müdafiəyə azı on gün qalmış iddiaçıya verilməlidir.

İxtisaslaşdırılmış şura rəsmi opponenti dəyişə bilər və ya onun yazdığı rəy qoyulmuş tələblərə cavab vermədikdə həmin rəyi təzədən işləmək üçün rəsmi opponentə qaytara bilər.

Rəsmi opponent yazdığı rəyin keyfiyyəti və obyektivliyi üçün və həmçinin ixtisaslaşdırılmış şura tərəfindən müəyyən edilmiş rəyin müddəti üçün cavabdehdir.

28. İxtisaslaşdırılmış şuralar xalq təsərrüfatının və ya müvafiq elmi sahələrin inkişafında görkəmli mövqe tutan təşkilatları (müəssisələri) dissertasiyalar üzrə aparıcı təşkilatlar kimi təyin edirlər.

Aparıcı təşkilatın (müəssisənin) rəyində dissertasiya müəllifinin əldə etdiyi nəticələrin elm və istehsalat üçün əhəmiyyəti əks olunur. Rəydə həmçinin dissertasiyanın nəticələrindən istifadə etmək haqqında konkret tövsiyələr də olmalıdır.

Aparıcı təşkilatın (müəssisənin) rəyi onun keyfiyyəti və obyektivliyi üçün şəxsən məsuliyyət daşıyan rəhbər və ya onun müavini tərəfindən təsdiq edilir.

Aparıcı təşkilatın rəyinin surəti iddiaçıya müdafiəyə ən azı on gün qalmış təqdim edilir.

İxtisaslaşdırılmış şura aparıcı təşkilatın (müəssisənin) rəyini, əgər bu rəy qoyulmuş tələblərə cavab vermirsə, geri qaytara və ya aparıcı təşkilatı dəyişə bilər.

29. Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən işlərin nəşrindən iki ay sonra doktorluq dissertasiyasının, bir ay sonra isə namizədlik dissertasiyasının müdafiəsi təşkil edilə bilər.

Müəllifin dərc edilmiş işlərinin dissertasiya materiallarını tam əhatə etdiyini ixtisaslaşdırılmış şura müəyyənləşdirir.

30. İxtisaslaşdırılmış şuranın iclası o vaxt səlahiyyətli hesab edilir ki, onun işində tərkibin ən azı üçdə iki hissəsi iştirak etsin. Doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində ixtisas üzrə iştirak edən doktorların sayı müvafiq olaraq 3-dən və 2-dən az olmamalıdır.

Əgər iclasda iştirak edən elmi şura üzvlərinin ən azı üçdə iki hissəsi alimlik dərəcəsi verilməsinə səs vermişdirsə, ixtisaslaşmış şuranın qərarı müsbət hesab edilir.

31. Dissertasiyanın rəsmi (açıq) müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət etmək şəraitində keçməlidir. Bu zaman dissertasiyada olan bütün nəticələrin, elmi və praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması hərtərəfli təhlil edilməlidir.

Rəsmi opponentlər dissertasiyanın müdafiəsində iştirak etməyə borcludurlar. Müsbət rəy vermiş yalnız bir opponentin üzürlü səbəbə görə müdafiədə iştirak etməməsinə icazə verilir. Bu halda şuranın iclasında həmin opponentin rəyi oxunur.

32. Dissertasiyanın müdafiəsi qurtardıqdan sonra ixtisaslaşdırılmış şura gizli səsvermə keçirir. Səsvermə qaydası və hesablayıcı komissiyanın işi Əsasnamə ilə müəyyən edilir.

33. Gizli səsvermədən sonra dissertasiyanın müdafiəsinin nəticələrinə görə müsbət qərar qəbul olunduqda ixtisaslaşdırılmış şura dissertasiya haqqında açıq səsvermə yolu ilə son rəy qəbul edir.

Son rəydə dissertasiyanın müəllif tərəfindən alınmış mühüm elmi nəticələri göstərilir, onların dürüstlüyü, yeniliyi, nəzəriyyə və praktika üçün əhəmiyyəti qiymətləndirilir, dissertasiyanın nəticələrinin istifadəsi haqqında təklif verilir və onun bu Əsasnamənin 12-ci, yaxud 13-cü bəndinin tələblərinə cavab verdiyi göstərilir.

İddiaçının xahişi ilə bir ay müddətində son qərarın surəti ona verilir.

34. Dissertasiyanın müdafiəsi haqqında müsbət qərar qəbul olunduqda onun bir nüsxəsi avtoreferatla, iki nüsxəsi isə müəyyən edilmiş nümunəyə uyğun olaraq dissertasiyanın uçot vərəqi ilə birlikdə Respublika elmi-texniki informasiya mərkəzinə göndərilir.

İxtisaslaşdırılmış şura müdafiədən sonra 1 ay müddətində dissertasiyanın 1-ci nüsxəsini və iddiaçının attestasiya işini AAK-a göndərir.

İddiaçının attestasiya işinin ikinci nüsxəsi 10 il ərzində ixtisaslaşmış şurada saxlanılır. İddiaçının attestasiya işləri AAK-ın müəyyən etdiyi qayda üzrə tərtib edilir.

İxtisaslaşdırılmış şuranın dissertasiya müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda diplomun surəti, namizədlik imtahanlarının verilməsi haqqında vəsiqə, kadrların uçotu üzrə şəxsi vərəqə, dissertasiyaya rəy, elmi işlərin nüsxəsi və dissertasiya iddiaçıya qaytarılır. Lakin dissertasiyanın bir nüsxəsi kitabxana fondundan götürülərək 10 il müddətində saxlamaq üçün ixtisaslaşdırılmış şuraya verilir.

Dissertasiya üzrə rəylər, avtoreferat, iclasın stenoqramı, səsvermə üzrə qərar ixtisaslaşdırılmış şurada qalır və tələb edildikdə təkrar müdafiə yerinə göndərilə bilər.

Müdafiə günündən etibarən 1 ay müddətində ixtisaslaşdırılmış şuranın mənfi qərarı, avtoreferat və ixtisaslaşdırılmış şuranın iclasının stenoqramı AAK-a göndərilməlidir.

35. İxtisaslaşdırılmış şuranın mənfi qərarını almış dissertasiya işi yenidən işlənmək şərtilə bir ildən sonra təkrar müdafiəyə təqdim edilə bilər. Həmin şərtlə AAK-ın mənfi qərarını almış dissertasiya işi də təkrar müdafiəyə təqdim edilə bilər. Təkrar müdafiədə opponentlərin tərkibi tamamilə dəyişilməlidir.

36. Elmlər namizədi alimlik dərəcəsi olmayan iddiaçı xüsusi hallarda doktorluq dissertasiyası müdafiə edə bilər. Bu halda iddiaçı müəyyən edilmiş qaydalar əsasında namizədlik imtahanları verməlidir.

Elmlər namizədi alimlik dərəcəsi olmayan iddiaçının elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya bu Əsasnamənin 12-ci bəndinə deyil, 13-cü bəndinə uyğun olarsa, ixtisaslaşdırılmış şura ona elmlər namizədi alimlik dərəcəsi verir.


Yüklə 366,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin