Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

Kitabları:  ―Sahildə‖  (1958),  ―Adanın  sirri‖  (1959),  ―Dənizin  övladları‖  (1963), 

―Buz  qala‖  (1965),  ―Könlümün  səsi‖  (1967),  ―Üç  dəniz  arxasında‖  (1970),‖Bir 

yarpağam‖  (1974),    ―Elə  arxalan‖  (1978),  ―Əbədilik‖  (1979),    ―Odlar  yurdum‖ 

(1981), ―Nur körpüsü‖ (1985), ―Dünya arxayındır etibarıma‖ (1990) və s. 



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 


91 

 

21 Mart - Yazıçı Böyükağa Talıblının anadan olmasının  120 illiyi,  



                 (1897-1938) 

 

 

 

 



 

 

 



 

Böyükağa  Mirqasım  oğlu Talıblı  Masallı rayonunun  Qoduman  kəndində 

anadan olmuşdur. Bakı Realni  Məktəbində  təhsil  almışdır  (1909-1915). Petroqrad 

Vilayət Komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, 

bir  il  sonra  orada  azərbaycanca  buraxılan  ―Hürriyyət‖  qəzeti  redaksiyasının 

əməkdaşı olmuş, Xalq Komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir 

təyin  edilmişdir.  Krım  cəbhəsində  əksinqilabi  qüvvələrə  qarşı  vuruşmuş,  eyni 

zamanda  ―Melitopolskiye  izvestiya‖  qəzeti  redaksiyası  ilə  əməkdaşlıq  etmişdir 

(1915-1920).  1920-ci  ilin  mayında  Azərbaycana  fəhlə-kəndli  müfəttişliyi 

komissarının  müavini  vəzifəsinə  göndərilmiş,  sonra  burada  Xalq  Təsərrüfatı 

Şurasının  sədri  olmuşdur.  Azərbaycan  xalq  ədliyyə  komissarı,  Mərkəzi  Statistika 

İdarəsinin  rəisi,  Sovet  Quruluşu  və  Hüquq  İnstitutunun  direktoru,  respublika 

prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923-1932). 

―Kommunist‖ qəzetinin ikinci rəsmi redaktoru olmuşdur.  

Böyükağa Talıblı 1938-ci ildə həlak olmuşdur. 

Kitabları: ―Keyf içində‖ (1929), ―Tövbə‖ (1930), ―Dirək‖ (1971), ―Seçilmiş 

əsərləri‖ (1938) kitablarının müəllifi olmuşdur. 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

92 

 

22 Mart - Yazıçı Cahanbaxışın anadan olmasının 115 illiyi, (1902-1972) 



 

 

 



 

 

 



 

 

 



 

Cavadzadə  Cahanbaxış  Salman  oğlu  Gəncə  şəhərində,  çəkməçi  ailəsində 

anadan  olmuşdur.  7  yaşından  mollaxanada  ibtidai  təhsil  almış,  1911-1913-cü 

illərdə  ikisinifli  rus-tatar  məktəbində  oxumuşdur.  1914-cü  ildə  Gəncə  Ruhani 

Seminariyasına  daxil  olmuşdur.  1919-cu  ildə  üçaylıq  pedoqoji  kursda    təhsil  alıb 

ibtidai  məktəbin  təcrübəçi  müəllimi  olmuşdur.  İlk  mətbu  nəsr  əsəri  olan  ―Yaxşı 

həyat‖  ―Qızıl  Gəncə‖  jurnalında  dərc  olunmuşdur.  Azərbaycanda  Sovet 

hakimiyyəti  qurulduqdan  sonra  Vrangelə  qarşı  cəbhəyə  göndərilmişdir.  Sonra 

Azərbaycan  atıcı  polkunda  müəllim  olmuşdur.  Azərbaycan  diviziyası  ilə  Cənubi 

Azərbaycanın  şimal  əyalətlərinə,  Gilana-  Kiçik  xanın  yaratdığı  respublikaya 

göndərilmişdir.  1921-ci  ilin  iyul  ayınadək  İranda  qalmışdır.  1921-ci  ilin 

avqustunda  tərxis  olunub  Gəncəyə  göndərilmişdir.  Elə  o  vaxtdan  Çoban  Abdallı 

kənd  ibtidai  məktəbinə  müəllim  və  müdir  təyin  edilmişdir  (1921-1925).  Sonra 

Gəncədə müxtəlif məktəb və texnikumlarda işləmişdir (1925-1929). 1929-cu ildə 

Moskva  Dövlət  Pedoqoji  İnstitutuna  daxil  olmuş,  oranı  müvəffəqiyyətlə 

bitirmişdir.  1933-1943-cü  illərdə  Bakıda  yaşamışdır.  Baş  Mətbuat  İdarəsində 

redaktor,  sonra  ―Azərnəşr‖də  tərcüməçi  redaktor,  müharibə  dövründə  isə 

Azərbaycan  Radio  Komitəsinin  Cənubi  Azərbaycan  şöbəsində  redaktor,  həm  də 

M.F.Axundov  adına  Pedoqoji  İnstitutunda  müəllim  olmuşdur.  H.  Zərdabi  adına 

Gəncə  Dövlət  Pedoqoji  İnstitutunda  Qərbi  Avropa  ədəbiyyatı  tarixindən 

mühazirələr  oxumuşdur.  Eyni  zamanda  (1943-1950)  Tbilisidə  ―Zarya  Vostoka‖ 

qəzeti  redaksiyasında  tərcüməçi  işləmiş,  oçerk  və  hekayələr,  tənqidi  məqalələr 

yazmış,  Avropa,  rus  yazıçılarından  vaxtaşırı  tərcümələr  etmiş,  M.Şoloxovun 

―Əsərləri‖nin  6  cildini  Azərbaycan  dilinə  çevirmişdir.  Səməd  Vurğunun  gənclik 

illərindən  bəhs  edən  ―Ömrün  pərişan  günləri‖  romanı  ―Azərbaycan‖  jurnalının 

1997-ci  il  11-12-ci  saylarinda  dərc  olunmuşdur.  1946-cı  ildən  birpərdəli 

komediyalar qələmə almışdır. Xidmətlərinə görə medalla təltif edilmişdir. 

1972-ci il fevralın 6-da Gəncədə vəfat etmişdir.  



Kitabları: ―Qonşular‖ (1937), ―Xanəndə, eşşək və oynağan dəvə‖ (1938), 

―İntiqam‖ (1939), ―Hekayələr‖ (1974)  və s. 



Ədəbiyyat: Əhmədov Teymur -Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



93 

 

22 Mart - Xalq yazıçısı İsmayıl Şıxlının  anadan olmasının 95 illiyi,  



                (1922-1996) 

 

Şıxlınski 



İsmayıl 

Qəhrəman 

oğlu 

(İsmayıl 



Şıxlı)  Qazaxın   İkinci  Şıxlı   kəndində,  müəllim  ailəsində 

anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib, 

Qazax  Pedaqoji  Məktəbində  təhsil  almışdır  (1933-1936). 

Sonra  Azərbaycan  Pedaqoji  İnstitutunun  dil  və  ədəbiyyat 

fakültəsində  təhsilini  davam  etdirmişdir.  (1937-1941). 

Azərbaycan  Pedaqoji  İnstitunun  filologiya  fakültəsində 

aspirant  (1946-1949),  müəllim,  baş  müəllim  olmuş,  xarici 

ölkələr 


ədəbiyyatı 

kafedrasının 

müdiri, 

bir 


müddət Azərbaycan  Yazıçılar  İttifaqının  katibi  (1965-

1968) 


kimi 

çalışmısdır. ―Azərbaycan‖ 

jurnalında baş 

redaktor 

(1976-

1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar 



İttifaqının  katibi  (1981-1987)  olmuşdur.  Azərbaycan  Yazıçılar  Birliyinin 

Ağsaqqallar  Şurasının  sədri  seçilmişdir  (1991).  İlk  mətbu  əsəri  ―Quşlar‖ 

şeiri 1938-ci 

ildə ―Ədəbiyyat‖ 

qəzetində dərc 

olunmuşdur. 

Ədəbi 

yaradıcılığa 1947-ci  ildə  ―İnqilab  və  mədəniyyət‖  jurnalında  çap  etdirdiyi 



―Həkimin  nağılı‖    hekayəsi  ilə  başlamışdır.  Bundan  sonra  dövri  mətbuatda 

müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə 

tərcümə  olunmuşdur.  Xidmətlərinə  görə  ―Qızıl  Ulduz‖  (1945),  ―Şərəf  nişanı‖ 

(1971),  ―Qırmızı  əmək  bayrağı‖  (1979),  II  dərəcəli  ―Böyük  Vətən  Müharibəsi‖ 

(1985)  ordenləri  və  medallarla  təltif  edilmişdir.  Azərbaycan  SSR  Ali  Sovetinin 

Fəxri  Fərmanına  (1973)  və  ―Şöhrət‖  ordeninə  layiq  görülmüşdür  (04.07.1994). 

İsmayıl Şıxlı gözəl nasir olmaqla yanaşı, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist 

idi.   O,  Azərbaycan  Komsomolu  Mükafatı  laureatı  (1976),  filologiya  elmləri 

namizədi (1954), Azərbaycanın Xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali 

Sovetinin deputatı (1986, 1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991) 

olmuşdur. 

İsmayıl  Şıxlı  1995-ci  il iyulun  26-da Bakıda vəfat  etmiş,  Fəxri  Xiyabanda 

dəfn olunmuşdur. 

Kitabları:  ―Yetər  Aslanova‖  (1949),  ―Kerç  sularında‖  (1950),  ―Dağlar  səslənir‖ 

(1951),  ―Daşkəsən‖(1953),    ―Ayrılan  yollar‖  (1957),  ―XVIII  əsr  xarici  ədəbiyyat 

tarixi‖ (1970), ―XX əsr xarici ədəbiyyat tarixi‖ (1974), ―Mənim rəqibim‖ (1975), 

―Xatirəyə  dönmüş  illər‖  (1980),    ―Dəli  Kür‖  (1983),    ―Məni  itirməyin‖  (1984), 

―Cəbhə  yolları‖  (1985),  ―Seçilmiş  əsərləri  (I-II  cild)‖  (1986),  ―Daim  axtarışda‖ 

(1988),  ―Namərd  gülləsi‖  (1991),  ―Ölüləri  qəbiristanda  basdırın‖  (1992),  ―Ölən 

dünyam‖ (1995) və s. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 


94 

 

 



22 Mart - Yazıçı Fəthi Xoşginabinin anadan olmasının 95 illiyi, (1922-1989) 

 

Fəthi 


Həmzə 

Əli 

Təbriz 

şəhərinin 



100 

kilometrliyində  olan  Xoşginab  kəndində  doğulmuşdur. 

İbtidai  təhsilini  burada  almış,  15  yaşından  İranın 

şəhərlərində  fəhləlik  etmişdir.  Təbriz  partiya  şəhər 

komitəsində  təbliğat  komissiyasının  sədri  kimi  ―21  Azər‖ 

inqilabında  fəal  iştirak  etmişdir.  Cənubi  Azərbaycanda 

Milli  hökumət  qurulllduqdan  sonra,    ADR  MK-nın  orqanı 

‖Azərbaycan‖  qəzetinin məsul redaktoru işləmişdir. 1946-

cı il dekabrın 12-dən siyasi mühacir kimi Sovet İttifaqında 

yaşamışdır. Burada ―Azərbaycan‖qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor 

işləmiş  (1947-1956),  Moskvada,  ali  ədəbiyyat  kurslarında  təhsil  almışdır  (1956-

1958).    Ədəbi  fəaliyyətə  gənc  yaşlarında  farsca  yazdığı  şeir  və  hekayələrlə 

başlamışdır. 6-cı sinifdə ikən ―Şaxtada qalmış bir qadın‖ adlı mənzum hekayəsinə 

görə Azərbaycan Maarif  İdarəsi tərəfindən mükafatlandırılmışdır. İlk mətbu şeiri 

olan  ―Mən  kəndliyəm‖  1943  -  cü  ildə  Tehranda  dərc  olunmuşdur.  Onun  doğma 

Azərbaycan  dilində  yazıb-yaratmaq  imkanı  isə  1945-  ci  ildən  sonra  yaranmışdır. 

Bu vaxtdan siyasi felyeton və məqalələri, eləcə ə ―Zeynəb‖, ―Mehri‖, ―Züleyxa‖, 

―İbrahim‖,  ―Usta  Ələkbər‖  və  s.  hekayələri,  ―Suvarılmış  poladlar‖,  ―Eşq  və 

müharibə‖  povestləri  Təbrizdə  çap  olunmuşdur.  Mühacirət  dövrü  Bakıda 

Azərbaycan  Demokrat  Yazıçıları  Cəmiyyətinin  sədri  olmuşdur.  İran  inqilabından 

dərhal sonra Təbrizdə Azərbaycan şairlər və yazıçılar cəmiyyətini yaratmış, onun 

sədri  seçilmişdir  (1979-1980).  Bu  cəmiyyətin  orqanı  ―Ülkər‖  jurnalını  təsis 

etmişdir.  Tərcüməçi  kimi  də  fəaliyyət  göstərmiş,  rus,  belorus  və  digər  xalqların 

ədəbiyyatından  nümunələri  fars  dilinə    çevirmişdir.  Hekayə,  povest  və  romanları 

rus,  fars,  tacik,  bolqar,  gürcü  dillərinə  tərcümə  olunmuşdur.  İnqilabi  fəaliyyətinə 

görə ―21 Azər‖ medalı ilə təltif edilmişdir.  

Fəthi  Xoşginabi  1989-cu  ildə  Moskvada  vəfat  etmiş,  Bakıda  dəfn 

olunmuşdur.  



 Kitabları: ―İki dost‖ (1951), ―Son bayraqdar‖ (1956), ―Hekayələr‖ (1956), 

 ―Məhəbbət və nifrət‖ (1965), ―Ata, iki qardaş‖ (1983), ―Ata‖ (1959) və s. 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 



 

 

 

95 

 

24 Mart - Yazıçı Məmməd Səid Ordubadinin anadan olmasının  145 illiyi, 



             (1872-1950) 

 

  

        Məmməd  Hacı  Ağa  oğlu  Səid  Ordubadi  Ordubad  şəhərində  anadan 

olmuşdur.  Ordubadi  ilk  təhsilini  atasından  almışdır.  Atasının  ölümündən  sonra 

onun  əsas  müəllimi  Məmməd  Tağı  Sidqi  olmuşdur.  O,  Sidqinin  ―Əxtər‖  adlı 

dördsinifli  məktəbində  təhsil  almışdır.  Ordubadinin  mətbuatda  ilk  şeiri  1903-cü 

ildə  dərc  olunmuşdur.  İlk  kitabı  ―Qəflət‖  1906-cı  ildə  Tiflisdəki  ―Qeyrət‖ 

mətbəəsində  çap  edilmişdir.  İkinci  kitabı  ―Vətən  və  hürriyyət‖  1907-ci  ildə 

çıxmışdır.  O,  Bakıda  nəşr  olunan  qəzet  və  jurnallara,  Tiflisdə  çıxan  ―Molla 

Nəsrəddin‖  jurnalına  yazılar  göndərir,  ―İrşad‖,  ―Tərəqqi‖,  ―Tazə  həyat‖  və  s. 

qəzetlərdə  müxbir  sifətilə  müntəzəm  əməkdaşlıq  edirdi. M.S.Ordubadinin 

jurnalistik  fəaliyyətində  ―Molla  Nəsrəddin‖  jurnalı  ilə  əməkdaşlığı  xüsusi  yer 

tutur.  ―Hərdəmxəyal‖,  ―Divanə‖,  ―Qardaşım  İbrahimə‖  və  s.  imzalarla  jurnalda 

onlarla  felyeton  çap  etdirmişdir.  1908-ci  ildə  ―İki  cocuğun  Avropaya  səyahəti‖ 

Ordubadinin  birinci  romanı  idi.  M.S.Ordubadinin  20-ci  illərdəki  yaradıcılığı 

olduqca zəngin və ədəbi növlərin rəngarəngliyi ilə seçilən məhsuldar bir dövrdür. 

Oxucular  onun  ―Analıq‖,  ―Mənim  şeirlərim‖,  ―Mollanın  yuxusu‖,  ―Kənd 

alverçisi‖, ―Köhnə adamlar‖ kimi poeziya məcmuələri ilə tanış olublar. Ordubadi 

Azərbaycan  dilində  çıxan  mətbuat  orqanlarının,  demək  olar  ki,  hamısında  fəal 

əməkdaşlıq  edib:  ―Əxbar‖,  ―Kommunist‖  qəzetlərində,  ―Füqəra  füyuzatı‖  və 

―Molla Nəsrəddin‖ jurnallarının redaktor müavini, ―Yeni yol‖ qəzetində redaktor 

vəzifəsində  çalışıb.  Milli  səhnə  sənətinin  inkişafı  üçün  yorulmadan  çalışan 

Ordubadi  Azərbaycan  teatrında  hazırlanan  ilk  dram  əsərlərinin  müəlliflərindən 

biri  olub.  Onun  ―Dinçilər‖,  ―Sabotajçılar‖,  ―Cəmiyyət-əqvami‖,  ―Oktyabr 

inqilabı‖,  ―Sədəf‖  və  digər  pyesləri  Bakı  teatrlarının  səhnələrində 

müvəffəqiyyətlə  tamaşaya  qoyulub.  ―Dumanlı  Təbriz‖  ilə  ədəbiyyatımızda 

novator romançı kimi seçilən M.S.Ordubadi ―Gizli Bakı‖ romanı ilə daha da bir 

yeni  mühüm  addım  atmış  olub.  ―Qılınc  və  qələm‖  əsərini  ədib  1939-1941-ci 

illərdə yazıb.  

     Ədib uzun sürən ağır xəstəlikdən sonra 1950-ci il mayın 1-də vəfat edib.  

Kitabları:  ―Qəflət‖  (1906),  ―Qanlı  illər‖  (1911),  ―Mollanın  yuxusu‖  (1929), 

―Dumanlı  Təbriz‖  (1948),  ―Qılınc  və  qələm‖  (1949),  ―Gizli  Bakı‖(1961),  

―Döyüşən şəhər‖ (1969) və s. 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 


96 

 

 



25 Mart - Şair Almas İldırımın anadan olmasının 110 illiyi, (1907-1952) 

 

Almas  İldırım  (İldırım  Almaszadə)  Bakının  Qala 

kəndində  anadan  olub.  A.İldırımın  bəy  nəslinə 

mənsubluğu  üçün  Azərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan sonra o, sovet totalitar rejiminin hədəfinə 

çevrilib.  Əvvəlcə  gənc  Almas   Azərbaycan  Dövlət 

Universitetinin   şərq  ədəbiyyatı  fakültəsindən  xaric 

edilib.  1926-cı  ildə  şair Süleyman  Rüstəm ilə  birlikdə 

―Dün  bugün‖  adlı  şeir  məcmuəsi  çap  etdirib. 1928-də 

şeirlərində 

ifadə 

olunan 


millətçi 

fikirlərə 

görə Dağıstana sürgün  edilib.  Sürgündə  ―Dağlardan 

xatirələr‖,  ―Ləzgi  elləri‖,  ―Krımda  axşamlar‖, 

―Səlimxan‖  və  ―Günah  kimdədir?‖  adlı  şeirlərini  yazıb. 1930-cu  ildə  Bakıya 

qayıdıb    və  ―Dağlar  səslənərkən‖  şeirlər  məcmuəsini  nəşr  etdirib.  Lakin  kitab 

senzuradan  keçməyib  və  şairin Azərbaycan  Yazıçılar  Birliyindən  qovulmasına 

səbəb olub. 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq 

körpəsi Azəri də götürüb  bir dəvə karvanına qoşulub və böyük məşəqqətlə İrana 

keçib. Almas İldırım İranda dərhal həbs olunub. 25 gün dustaqda qalıb. Nəhayət, 

azad  edilib, Məşhəd şəhərinə  göndərilib.  Almas  İldırım  İranda  qala  bilməyib 

tezliklə Türkiyəyə  gedib  və  1934-cü  ildə  Almas  İldırım  Türkiyə  vətəndaşlığına 

qəbul edilib. Almas İldırım Türkiyədə keçirdiyi on yeddi illik həyatında jurnal və 

məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyətçi və istiqlalçı bir şair 

kimi  tanınıb.  Yazdığı  şeirlər  ―Boğulmayan  səs‖  adı  altında  çap  olunub.  Bundan 

başqa, ―Azərbaycan mahnıları‖ adlı kitabı da var.  

Almas İldırım 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edib. 

Kitabları:  “Azərbaycanın  didərgin  salınmış  övladı  şair  Almas  İldırımın 

şerləriylə‖. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev.(1990), ―Qara dastan‖ 

(1994) , ―Seçilmiş əsərləri‖ (2004)  və s. 

Rusca: ―Азербайджан; До свидания, Баку!‖ (1993), ―Прощай Баку!; 

Азербайджан‖ (стихи) (1993), ―Что было? Не вернулся‖ (стихи), "Молодёжь 

Азербайджана", (1994)  



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

97 

 

 



30 Mart - Şair, həkim Paşa Qəlbinurun anadan olmasının 65 illiyi, (1952) 

 

Paşa  Qəlbinur  Şəmkir  rayonunun Çinarlı  qəsəbəsində, 



qulluqçu  ailəsində  anadan  olmuş,  M.Müşfiq  adına  kənd  orta 

məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov 

adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  müalicə-

profılaktika fakültəsində təhsilini davam etdirmiş, (1968-1975) 

institutun  göz  xəstəlikləri  kafedrasında  assistent,  həm  də 

ictimai  peşələr  fakültəsində  dekan  müavini  işləmişdir  (1981-

1988).  Hazırda  həmin  kafedranın  professoru  (1988-ci  ildən), 

həm  də  kafedranın  müdiridir  (1991-ci  ildən).  Tibb  elminə  dair  yüzdən  çox  elmi 

əsərin,  on  elmi  kəşfin  müəllifidir.  On  mindən  çox  cərrahiyyə  əməliyyatı 

aparmışdır.  Brüsseldə  (Belçika)  51-ci  Ümumdünya  İxtiralar  Salonunda  ―Brüssel 

Evrika 2002‖ sərgisində ―Oftalmologiyada yeni dərman preparatı Aktirol‖un kəşfı 

Böyük  qızıl  medala  və  Belçika  Maliyyə  Nazirliyinin  xüsusi  prizinə  layiq 

görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi 

Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002). Azərbaycan Alimlər 

İttifaqı  İdarə  Heyətinin  (1989),  Amerika  və  Dünya  Türk  Cümhuriyyətləri 

Oftalmoloji  Birliyinin  İdarə  Heyətinin  üzvü  (1997),  Azərbaycan  üzrə  Nobel 

İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). ABŞ-

ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində ―İlin 

adamı‖ mükafatına, Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və 

iltifat diplomuna (2000) layiq görülmüşdür. ―Araz‖ ali ədəbi mükafatın laureatıdır 

(1996).  Aybəniz  Əliyeva  ―Paşa  Qəlbinur‖  (1996),  A.Məmmədov  ―Qəlbinur 

poeziyası XXI əsrin astanasında‖ (1999) kitabını ona həsr etmişdir. ―Paşa Qəlbinur 

–  50‖  biblioqrafiya  məlumat  kitabı  buraxılmışdır.    Ədəbi  fəaliyyətə  1978-ci  ildə 

"Ulduz"  jurnalının  4-cü  sayında  çap  etdirdiyi  ―Xal‖,  ―Ay  gecəyə  hicran  sıxır‖, 

―Mən ilhamı gözlərimlə görmüşəm‖ şeirləri ilə başlamışdır. ―Gözlər‖ adlı ilk şerini 

13  yaşında  ikən  yazmışdır.  Dövri  mətbuatda  vaxtaşırı  çıxış  edir.  1992-ci  ildən 

Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü,  Ümumittifaq  Komsomol  Mükafatı  laureatı 

(1983),  tibb  elmləri  doktoru  (1987),  professor  (1988),  Amerika  Oftalmologiya 

Akademiyasının  həqiqi  üzvü  (1994),  Rusiya  Tibb  Elmləri  Akademiyasının  fəxri 

doktoru  (2005),  Dünya  Türk  Cümhuriyyətləri  Oftalmoloji  Blrliyinin, Dünya 

Azərbaycanlıları Konqresinin həmsədridir (2008). 

Kitabları: ―Ay bir əlçim buluddur‖ (1984), ―Payız məktubu‖ (1987), ―Rəngli göz 

yaşları‖ (1990), ―Ağlıma gələnlər başıma gəldi‖ (2003) və s. 



Şeirlərinə yazılmış mahnılar: ―Anam elçi gedən gün‖, 

Bənzərsizim‖ və s.  



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 


98 

 

 



30 Mart - Tərcüməçi Reyhan Salamovanın anadan olmasının 90 illiyi,  

                 (1927-1998

 

) 

 

 



 

 

 



 

 

 



Reyhan  Ələkbər  qızı  Salamova  Azərbaycanın  Zaqatala  şəhərində,  sənətkar 

ailəsində  anadan  olmuşdur.  1928-ci  ildə  ailəliklə  Bakıya  köçmüşlər.  Burada  132 

saylı orta məktəbin yeddinci sinfini bitirib, əczaçılıq texnikumunda təhsil almışdır 

(1943-1947).  ADU-nun  filologiya  fakültəsinin  jurnalistika  şöbəsini  bitirdikdən 

sonra  əmək  fəaliyyətinə  ―Azərnəşr‖də  redaktor  kimi  başlamışdır  (1953-1956). 

―Uşaqgəncnəşr‖də  korrektor,  kiçik  redaktor,  redaktor  (1957-1962),  ―Azərnəşr‖də 

redaktor  (1962-1966),  ―Gənclik‖  nəşriyyatında  redaktor,  böyük  redaktor  (1967-

1988)  olmuşdur.  İlk  tərcüməsi  ruscadan  ―Cırcırama  və  qarışqa‖  hekayələr 

toplusudur.  Azərbaycan  Jurnalistlər  İttifaqının  nəşriyyat  üzrə  müvəkkili  (1972-

1988) olmuşdur. 

 Reyhan Salamova 1998-ci il martın 24- də dünyasını dəyişmişdir.  

 

Tərcümələri: ―Cırcırama və qarışqa‖( 1957), ―Nədən qorxdular‖ (1958), ―Sünbül‖ 

(1959),  L.Larionova.‖Bizi  kim  oyadır‖  (1960),  V.Bianki    ―Qara  şahin‖  (1961), 

N.Nosov ―Hekayələr‖ (1967), Y.Permyak ―Nazik sim‖ (1977), V.Kava  ―Sükutun 

ətri‖ (1981), ―Dünya uşaq ədəbiyyatı kitabxanası‖ (1988) və s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



99 

 

 



 

Xarici ədəbiyyat 

11 Mart - İngilis yazıçısı Duqlas Adamsın anadan olmasının 65 illiyi,  

                 (1952-2001) 

 

 

 

 

 

 

 

 

İngilis  yazıçısı,  dramaturqu  və  ssenaristi,  yumoristik  fantastik  əsərlər 

müəllifi  Duqlas  Adams  Böyük  Britaniyanın  Kembric  şəhərində  anadan  olub. 

İngilis  ədəbiyyatı  üzrə  bakalavr  və  magistr  dərəcələrini  alan  Adams  1978-ci  ilin 

martında  BBC  radiosunda  dördseriyalı  ―Avtostoplarda  səyahət  edənlər  üçün 

qalaktika bələdçisi‖ yayına çıxıb və çoxlu mükafat qazanıb. Bir qədər sonra  yazıçı 

eyniadlı  kitabını  çap  etdirib.    Bu  kitab  çox  böyük  uğur  qazanır  və  1984-cü  ildə 

ingilis  bestsellerlərinin  siyahısında  ilk  yeri  tutub.  Duqlas  Adams  Golden  Pen 

mükafatını  (mükafat  1000000  nüsxə  kitabın  satışına  görə  verilir)  almış  ən  gənc 

yazıçı olub. Daha sonra yazıçı bu kittabın davamı olan ―Kainatın qurtaracağındakı 

restoran‖  (1980),  ―Həyat,  Kainat  və  digər  hər  şey‖  (1982)  kitablarını  yazıb. 

D.Adams həm də bir çox məşhur serialların ssenarisinin müəllifidir.  

Duqlas  Adams  həm  də  ətraf  mühit  və  yoxolma  təhlükəsi  qarşısında  qalan 

növlərin müdafiəsi hərəkatının fəal üzvü olub.  

Yazıçı 2001-ci il mayın 11-də, 49 yaşında ürək tutmasından vəfat edib. 

  


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin