Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi


AZƏRBAYCAN ALÜMİNİUM SƏNAYESİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix25.12.2016
ölçüsü0,91 Mb.
#2975
1   ...   21   22   23   24   25   26   27   28   29
4.AZƏRBAYCAN ALÜMİNİUM SƏNAYESİ 

4.1. Azərbaycan alüminium sənayesinin tarixi və mövcud vəziyyəti 

Ənənəvi  olaraq  Respublikada  alüminium  sənayesinin  əsasını  təşkil  etmiş  “Gəncə 

Gil-torpaq” müəssisəsində xammal kimi yerli Zəylik alunit və xaricdən idxal olunan boksit 

filizlərindən gil-torpaq istehsal edilərək Sumqayıt Alüminium Zavodunda ilkin alüminium 

istehsalı üçün istifadə edilirdi. 

Ölkəmizdə  fəaliyyət  göstərən  ən  iri  alüminium  müəssisələri  Sumqayıt  Alüminium 

Zavodu və Gəncə Gil-torpaq  kombinatı olmuşdur. 



29 

 

Sumqayıt Alüminium Zavodu tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən 



istehsal sexlərinin- elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-

ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə- ilkin alüminium alınmışdır. 

1959-1960-cı  illərdə  ikinci  seriyasının  korpusları  tikilmiş,  1964-cü  ildə  elektroliz 

sexinin  alüminium  məftil  istehsal  edən  şöbəsi,  1968-ci  ildə  məişət  soyuducuları  üçün 

buxarlandırıcı istehsal  edən sexi,  1974-cü ildə  alüminium  və  latun  metallardan qab-qacaq 

istehsal  edən  sexi,  1976-ci  ildə  təkrar  alüminium  külçəsi  istehsal  edən  sexi,  1977-ci  ildə 

həmin  sexin  metal  tullantılarından  latun  və  mis  külçələri  istehsal  edən  şöbəsi  işə 

düşmüşdür. Müəssisə 1997-ci ildə fəaliyyətini dayandırmışdır. 

Alüminium sahəsində fəaliyyət göstərən digər müəssisə Gəncə Gil-torpaq kombinatı 

olmuşdur.  Ötən  əsrin  ortalarında    fəaliyyətə  başlamış  Gəncə  Gil-torpaq  İstehsalat 

Sahəsində  Daşkəsən  rayonunun  Zəylik  mədənindən  gətirilən  alunit  və  idxal  boksit 

filizindən  istifadə  edilməsi  nəzərdə  tutuluşdur.  İstehsalat  prosesi  zamanı  il  ərzində  əmələ 

gələn 2 milyon ton şlamın yığılması məqsədilə müəssisənin ərazisində ümumi sahəsi 159 

hektar  olan  2  ədəd  şlam  hovuzu  tikilərək  istifdəyə  verilmişdir.  1976-cı  ildə  müəssisədə 

istehsal  gücü  300  min  ton  boksit  filizinin  emalı  xətti  işə  salınmış  və  xarici  ölkələrdən 

(Qvineya  və  Hindistan)  idxal  olunan  boksitin  emalına  başlanmışdır.Bu  müəssisənin  illik 

istehsal gücü boksit xətti üçün 300 min ton, alunit xətti üçün 150 min ton təşkil etmişdir. 

Ötən əsrin 90-cı illərində yaşanan problemlər ölkədə alüminium istehsalını kəskin azaltmış 

və müəssisə 1997-ci ildə fəaliyyətini dayandırmışdır. 

2000-ci  ildə  Daşkəsən  Zəylik  alunit  mədən  müəssisəsinin,  Gəncə  Gil-torpaq 

kombinatının  və  Sumqayıt  Alüminium  Zavodunun  bazasında  “Azəralüminium”  ASC 

yaradılmışdır.  2002-ci  ildə  respublikanın  alüminium  istehsalı  müəssisələri  yenidən  bərpa 

olunaraq  istehsala  başlamış  və  bu  alüminium  sənayesi  qeyri-neft  sektorunun  aparıcı 

sahəsinə çevrilmişdir. 

2008-ci  ildən  başlayan  və  sonrakı  illər  dərinləşən  iqtisadi  böhran  dünyanın  bütün 

ölkələrində  alüminium  istehsalı  sənayesinə  ciddi  təsir  göstərmiş,  bir  sıra  zavodlar 




30 

 

fəaliyyətini  dayandırmış,  bəziləri  isə  istehsalını  məhdudlaşdırmışdır.  Bu  illər  ərzində 



dünyada  alüminiumun  qiyməti  təqribən  iki  dəfə  azalmışdır  ki,  bu  da  istehsalı  idxal 

xammalından  asılı  olan  Azərbaycan  alüminium  sənayesinin  aparıcı  müəssisələri  Gəncə 

Gil-torpaq  kombinatının  və  Sumqayıt  Alüminium  Zavodunun  dayanmasına  səbəb 

olmuşdur. 

Azərbaycan  Respublikasında  əlvan  metallurgiya  sənayesinin  aparıcı  sahəsi  olan 

boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat 

(alüminium  vərəq-rulon  və  lövhə  şəklində,  hər  iki  üzü  boyanmış  vərəq  və  lövhə) 

məhsullarının istehsalı bu sahə üzrə aparıcı şirkət olan Det-AL Holding tərəfindən həyata 

keçirilir.  

Şirkətin  baza  müəssisəsi  olan  Det-AL  Alüminium  Kompleksi  Gəncə  şəhərində 

yerləşir.  Kompleksin  ümumi  ərazisi  81  hektar,  ümumi  tikinti  altı  sahə  isə  102.000  m

2

 



ərazini  əhatə  edir.  Kompleksin  tərkibinə  4  zavod  (Elektroliz  Zavodu,  Anod  Prosesləri 

Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu) və 

2  köməkçi  sahə  (110  kvt-luq  və  Silisium  Düzləndirici  Yarımstansiya,  Mexaniki  Təmir 

Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlət daxildir. Holdinqin ümumi işçi 

sayı isə 910 nəfərdir.  

Det-AL  Alüminium  Kompleksinin  təməli  2008-ci  ildə  qoyulmuşdur.  2011-ci  ildə 

Kompleksin  ilk  50.000  tonluq  istehsal  gücünə  malik  1-ci  fazası  işə  başlamışdır.  2013-cü 

ilin  may  ayından  etibarən  Det-AL  Alüminium  Kompleksinin  Yarımfabrikat  məhsulları 

istehsal  edən  (Metal  Tökmə  və  Fasiləsiz  Yayma  Zavodu,  Təzyiqlə  Emal  və  Boyama 

Zavodu)  zavodları  sınaq  məqsədilə  fəaliyyətə  başlamışdır.  Zavodun  ümumi  ilkin 

alüminium  istehsal gücü ildə 50 min tondur. 

 

 



 

 


31 

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin