Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix25.12.2016
ölçüsü0,91 Mb.
#2975
1   2   3   4   5   6   7   8   9   ...   29
 

 

 

 


 

Alüminium yarımfabrikatlar və son məhsulların istehsalı, mövcud vəziyyət, qlobal 



inkişaf trendləri 

1.GİRİŞ 

 

Alüminium 

–  müasir  dövrümüzdə  ən  çox  istifadə  edilən  metallardan  biridir. 

Alüminium elemetlərin dövri sisteminin 3-cü qrupundandır. Atom nüvəsi 13, atom kütləsi 

26,9815,  sıxlığı  2,7  q/sm

3

-dir.  O,  gümüşü  rəngli  yüngül  və  yumşaq  metaldır.  Əsasən, 



korroziyaya  qarşı  müqaviməti  ilə  tanınır.  Bu  müqavimətin  əsasını  isə  alüminiumun 

havanın  təsirindən  səthində  oksid  təbəqəsi  yaranması  səbəbindən  passivasiya  xüsusiyyəti 

təşkil edir. Digər tərəfdən, alüminium istiliyi və elektriki yaxşı keçirir. Cu, Si, Mg, Mn, Zn 

və  Ni-lə  əmələ  gətirdiyi  ərintilər  (maqnal,  duralüminium,  elektron,  silümin  və  s.)  yüksək 

mexaniki  davamlığa  malikdir.  Aüminium  təbiətdə  ən  çox  yayılan  kimyəvi  elementlər 

arasında üçüncü (oksigen və silisiumdan sonra), təbiətdə ən çox yayılan metallar arasında 

isə birinci yeri tutur. Yer qabığında kütləcə miqdarı 8 %-dir. 

 

 Alüminium  təbiətdə  ancaq  birləşmələr  şəklində  tapılır,  süxurlarda  alüminium  – 



oksidi şəklində daha çox təsadüf edilir. Alüminium ən qədim və ən məşhur birləşməsi isə 

alumentdir

. Belə ki, alumen hələ eramızdan 500 il  əvvəl yunanlar və romalılar tərəfindən 

parça  boyamaq  üçün  istifadə  edilmişdir.  Əslində,  “alüminium”  sözünün  özü  də  elə  latın 

dilində olan bu “alümen” sözündən götürülmüşdür. 



 

Alüminium ilk dəfə Danimarka  fiziki Hans Ersted tərəfindən 1825-ci ildə boksitdən 



alınmışdır.  1854-cü  ildə  fransız  alimi  Henri  Etenom  Sent-Kler  Devilem  ilk  dəfə 

alüminiumu  sənaye  üsulu  ilə  almışdır.  O,  1855-1890-ci  illər  ərzində  200  ton  alüminium 

metalı əldə etmişdir. Artıq 100 ildən artıq müddətdir ki, alüminium istehsalında elektroliz 

üsulundan istifadə  etməklə  Eru-Xolla texnologiyası  tətbiq olunur. Bu üsul böyük həcmdə 

yüksək  təmiz  tərkibli  alüminium  istehsal  edilməsi  ilə  yanaşı,  qiymətin  də  dəfələrlə  aşağı 

düşməsinə təsir göstərir. 

2-ci  Dünya  müharibəsindən  sonra  alüminium  istehsalı  sürətlə  artmağa  başlamışdır. 

1939-cü ildə 620 min ton olduğu halda, 1943-cü ildə artaraq 1,9 mln. ton olmuşdur. 1956-

cı ildə dünya üzrə 3,4 mln. ton, 1965-ci ildə 5,4 mln. ton, 1980-cı ildə 16,1 mlnş ton, 1990-

cı  ildə  isə  18  mln.  ton  alüminium  istehsal  olunmuşdur.  20-ci  əsrin  sonları  21-ci  əsrin 

əvvələrində  alüminium  istehsalında  sürətli  artım  başlamışdır.  Belə  ki,  Beynəlxalq 

Alüminium İnstitutunun (İnternational Aluminium İnstitute, İAİ) məlumatına əsasən 2007-

ci  ildə  alüminium  istehsalı  37,41  mln.  ton,  2012-ci  ildə  47,78  mln.  ton,  2013-cü  ildə  isə 

51,2.  mln  ton  olmuşdur.  İstehsalın  artımı  ilə  əlaqədar  alüminium  istehsal  müəssisələrinin 

də sayı çoxalmışdır. 

 

  




 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin