Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Universiteti



Yüklə 7,04 Kb.
tarix25.12.2023
ölçüsü7,04 Kb.
#196144
Sillogizm.pptx - 1

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Universiteti

İxtisas: Dövlət və ictimai münasibətlər

  • İxtisas: Dövlət və ictimai münasibətlər
  • Qrup: 232-203B
  • Kurs: I
  • Fənn: Məntiq
  • Tələbə: Elmir Musayev
  • Müəllim: Fazil Rüstəmov
  • Mövzu: Sillogizm

Sillogizm

  • Sillogizm — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə sözdür.

Deduktiv əqli nəticə

  • Əqli nəticə elə təfəkkür formasıdır ki, onun vasitəsilə bir neçə sadə hökmdən yeni hökm alınır. Deduksiya da əqli nəticənin bir növüdür. Deduksiya elə bir əqli nəticədir ki, verilmiş predmet və hadisələrə əsaslanaraq yeni nəticə hasil edirik. Burada fikir ümumidən konkretə gedir.
  • Deduktiv əqli nəticənin ən çox işlədilən növü sadə qəti sillogizmlərdir. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır.

Bilavasitə əqli nəticədə hökmün kəmiyyəti dəyişdirilmir. Bu cür əqli nəticənin formaları aşağıdakılardan ibarətdir:

  • Bilavasitə əqli nəticədə hökmün kəmiyyəti dəyişdirilmir. Bu cür əqli nəticənin formaları aşağıdakılardan ibarətdir:

çevirmə
dəyişmə
qarşılaşdırma
məntiqi kvadrat üzrə əqli nəticə
Çevirmə
Hökmlərin çevrilməsində məqsəd subyektin başlanğıc hökmün redikatına zidd olan məfhuma qarşı münasibətini bildirməkdən ibarətdir.
Dəyişmə
Hökmün predikatının həcmini və onun subyektə olan münasibətini dəqiqləşdirmək üçün dəyişmədən istifadə olunur.
Qarşılaşdırma
Hökmlərin qarşılaşdırılması elə ( bilavasitə) əqli nəticədir ki, burada hökm 2 dəfə dəyişikliyə uğrayır, yəni hökm dəyişir, həm də çevrilir.
Məntiqi kvadrat üzrə əqli nəticə
Məntiqi kvadrat sxemində nümayiş etdirilən A,E,İ,O qəti hökmlər arasındakı münasibəti nəzərə alaraq bir hökmün həqiqiliyindən və yalanlığından, digər hökmün həqiqiliyi və ya yalalığı nəticəsini çıxarmaq olar.

Sadə qəti sillogizm

  • Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır.
  • Sadə qəti sillogizmlər üç hissədən ibarət olur:

Böyük müqəddimə
Kiçik müqəddimə
Nəticə

Sillogizmlərin qaydaları

  • Terminlərin qaydaları: Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə almaq mümkün deyil. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır. Orta terminlər eyni mənalarda işlənməlidir.
  • Müqəddimələrin qaydaları: İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri iqrari olmalıdır. Müqəddimələrdən biri inkaridirsə, nəticə də inkari olacaqdır. İki xüsusi hökmdən nəticə çıxmır. Ən az biri ümumi olmalıdır və müqəddimələrdən biri xüsusidirsə nəticə də xüsusidir.

Sillogizmin fiqur və modusları

  • Sillogizmlərdə orta terminin yerinin dəyişməsindən asılı olaraq sillogizmin 4 fiquru meydana çıxır.
  • Sillogizmin düzgün qurulması üçün hər bir fiqurun qaydası ödənməlidir. Həmçinin sillogizmin modusları anlayışı da var ki, burda söhbət müqəddimələrdəki hökmlərin kəmiyyət və keyfiyyətə görə bir-birindən fərqlənməsidir.
  • Moduslar təhlil aparan zaman meydana çıxır, lakin əvvəlcədən hər bir fiqur üçün hesablanmış stabil moduslar mövcuddur.

Modusları: AAA, AEA, Aİİ, EİO
    • İkinci fiqur: Böyük müqəddimə ümumi, müqəddimələrdən biri isə inkari olmalıdır.

Modusları: EAE, AEE, EİO, AOO

Modusları: AAİ, Aİİ, EAO, EİO.
    • Dördüncü fiqur: qanunları birinci fiqurun qanunları ilə eynidir.

Modusları: AAİ, AEE, EAO, EİO

Polisillogizm

  • Mürəkkəb ixtisadi sillogizmlər Polisillogizm adlanır, bu bir neçə sadə qəti sillogizmin birləşməsindən əmələ gəlir və iki növü: yüksələn, enən növləri mövcuddur. Məsələn:
  • Hüquq pozuntusu cinayət işidir.
  • Adam öldürmək hüquq pozuntusudur.
  • Balta ilə boyun vurmaq adam öldürməkdir.
  • Məcid balta ilə boyun vurmuşdur.
  • Məcidin hərəkəti cinayət işidir.

Ədəbiyyat siyahısı

  • M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001
  • Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011
  • https://az.wikipedia.org/wiki/Sillogizm

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR !


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin