Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 113,81 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix24.12.2023
ölçüsü113,81 Kb.
#190778
1   2   3   4   5   6   7   8
Elmir Huseynli(K.Q)

ALS-
in məqsəd və vəzifələri. 
ALS-in tətbiqi tipik həllər kitabxanası və parametrləşdilmiş cizgilərdən ibarət 
mühəndis üçün verilənlər bazasının yaradılmasına imkan verir. Cizgilər məcmusunun 
analizi əsasında, mütərəqqi həllər seçilir, sonra isə parametrləşdirilir və kitabxanaya 
daxil edilir. Gələcəkdə də bu kitabxanaların tirajı təyin olunub, müxtəlif konstruktor ALS-
nə daxil ola bilər. Bu tələblərə cavab verən çoxlu sayda müasir avtomatlaşdırılmış 
layihələndirmə sistemləri (AutoCAD, Catia, Buklid, Strim 100, Saphur, Pafec, Cadam, 
Cadds4x, Anul, İdeas) işlənmiş və öz tətbiqini tapmışdır. 
ALS-
in uğurlu istismarı onun altsistemləri, alətləri və modulları səviyyəsində qurulma 
prinsiplərinin həyata keçirilməsindən asılıdır. ALS-in hazırlanması böyük elmi-texniki 
problemləri özündə cəmləyir və onun tətbiqi külli miqdarda vəsait tələb edir. Bu 
baxımdan layihələndirmə sistemləri hazırlanarkən aşağıda verilən prinsiplərə əməl 
olunmalıdır. Yəni hazırlanan ALS o zaman yaxşı layihələndirmə sistemi hesab edilir ki, 
o həmin qurulma prinsiplərinə cavab versin: 
1. ALS insan maşın əlaqəli sistemdir; 
2. ALS pilləli sistemdir; 
3. ALS informasiya əlaqəli alt sistemlərin toplusudur; 
4. ALS açıq və daimi təkmilləşdirilən sistemdir; 
5. ALS elə xüsusi sistemdir ki, maksimum unifikasiyalı modellərdən istifadə edilir. 
CAD sistemlərinə aid olan AutoCAD proqramı Sadə cizgidən başlayaraq 3D modellərin 
qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. 
AutoCAD-
ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün 
olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və 
tələblərinə uyğunlaşdıra bilər. 


18
AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra 
onu .lsp faylı kimi yaddaşa vermək lazımdır. Əks halda AutoCAD bu faylı tanımayacaq 
və proqram yüklənməyəcək. AutoLİSP proqramlaşdırma dilində bütün əmrlər 
mötərizələr ilə əhatə edilir. Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər 
olmalıdır, əks halda proqram işləməyəcək. Mötərizədən kənarda yazılan yalnız və 
yalnız şərh ola bilər. Şərhi nöqtəli vergül işarəsindən sonra yazmaq lazımdır. 
Proqramı işə salmaq üçün Autocad proqramı açılır, Tools menyusundan Load 
Application seçilir. Buradan yaddaşa verdiyimiz .lsp faylı seçilir və Load əmri verilir. 
Visual LISP Autolisp-in AutoCAD-
dakı ekran formasıdır. Qısaca olaraq LİSP 
generatoru AutoCAD-
ın daxilində qüvvədə olur və menyu interfeysini təmin edir. Bütün 
göstəricilər AutoCAD sistemindən açılan Visual LİSP Editor proqramından AutoLİSP 
proqramına ötürülür. Visual LİSP-in başlıca xüsusiyyətləri aşağıdakılardır: 
1. Bu dildə bütün ifadələr yumru mötərizələr arasında yazılır. 
2. Operator açılmış sol mötərizədən sonra yalnız bircə dəfə istifadə olunur, 
dəyişənlər və konstantalar ondan sonra yazılır. 
3.İfadəni dəfələrlə mötərizə daxilinə yerləşdirməyə icazə verir. 
AutoCAD-
ın komandalarına müraciət etmək üçün command operatorundan istifadə 
olunur. 
Command operatoru açılan mötərizədən sonra yazılır. Daha sonra tələb olunan 
komandanın adı dırnaq işarəsi arasında yazılmalıdır və sonra komandanın 
parametrləri göstərilir. 
AutoCAD-
ın İşçi masa üzərində yarlıqı aşağıdakı kimi olur: 


19
Bu proqramın işçi pəncərəsinin görünüşünü verək: 
Proqramın sadə interfeysi və geniş arayış sistemi var. 


20

Yüklə 113,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin