16
(müəssisələr, sənaye robotları) qısa müddətdə və səmərəli layihələndirmək məqsədi
ilə AutoCAD (qrafiki ALS), Mathcad (riyazi ALS) kimi proqram paketləri işlənmişdir.
Avtomatlaşdırılmış layihələndirmə proseslərinin kompüterlərin
köməyi ilə həlli
problem-
ləri, ALS-in yaradılmasına gətirib çıxarır. Burada məsələlər kompleks şəkildə
həll olunur. Yəni, texniki obyektin texnoloji və konstruktor sənədlərinin hamısının və
yaxud əksəriyyətinin ALS-in köməyi ilə yerinə yetirilməsi nəzərdə tutulur. Bu problemlər
müasir hesablama texnikasının vəsaitləri və riyazi təminatın vəhdəti şəklində həll edilir.
ALS-
in hazırlanmasında məqsəd aşağıdakılardan ibarətdir:
-
layihələndirmənin keyfiyyətinin yüksəldilməsi və ona sərf edilən materialların
azaldılması;
•
layihələndirmənin yerinə yetirilmə müddətinin azaldılması;
•
layihələndirmə prosesinin yerinə yetirilməsi üçün mühəndis-texniki işçilərin
sayının azaldılması.
Müasir dövrdə avtomatlaşdırılmış layihələndirmə nəinki maşınqayırmada, eyni
zamanda bütün elm və texnika sahələrində mühəndislik fəaliyyətinin bütün sahələrini
əhatə edir. Belə ki, detalların, mürəkkəb maşın və mexanizmlərin konstruksiyalarının,
elektrotexniki qurğuların, radioelektron aparatların, texnoloji
proseslərin, rəqəmli
proqramla idarə olunan dəzgahlar üçün yeni proqramların hazırlanması
diqqət
mərkəzindədir. Halhazırda dünyada buraxılan maşınqayırma obyektlərinin yarıdan çox
hissəsi ALS-dən istifadə olunmaqla layihələndirilir.
ALS-
in əsas xüsusiyyətlərindən biri də natura sınağını yerinə yetirmədən obyektin
və onun ayrı-ayrı aqreqatlarının hərəkətlərini təyin etməyə, detalların həndəsi təsvirini,
davamlı hesabatların aparılmasını, tipik həllərdən istifadə edərək texnoloji sənədlərin
hazırlanmasını avtomatlaşdırmağa imkan verən kompüter modellərinin yaradılmasıdır.
Obyektin kompüter modeli istehsalatın hazırlanmasının bütün mərhələlərində istifadə
oluna bilər.
Konstruktor elementlərin xassələrinin möhkəmliyini qiymətləndirməyə və onları
möhkəmlik ehtiyatı və çəki baxımından optimallaşdırmağa imkan verir. Sistem
17
konstruktor elementlərin xassələrinin möhkəmliyini qiymətləndirməyə və çəki nöqteyi-
nəzərdən
optimalla
şdırmağa imkan verir.
Dostları ilə paylaş: