Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisad Kolleci


Şriftin ölçüsünü d ə yişm ə k üçün istifadə olunan düymələr



Yüklə 1,41 Mb.
səhifə3/5
tarix26.10.2023
ölçüsü1,41 Mb.
#161784
1   2   3   4   5
6848(vord)

Şriftin ölçüsünü d ə yişm ə k üçün istifadə olunan düymələr
Düymələrdən istifadə etməklə mətnin müəyyən atributlarına “aşağı indeks” və “yuxarı indeks” mənimsətmək olar. Aşağıda hər iki düymənin yerinə yetirdiyi funksiyaya nümunə göstərilir. 1.Strikethrough (Надстрочный знак-Sətirüstü) əmrinə nümunə: E = mc 2
2.Superscript (Подстрочный знак-Sətiraltı) əmrinə nümunə: H 2 SO 4

Underline (Подчеркнутый - Altıx ə tli) düyməsin ə aid olan xəttlərin üslubu

Home (Главная - Əsas) qoşması, Font (Шрифт Yazı tipi) qrupu, Strikethrough (Зачеркнутый - Üstüxətli) ə mri
Mətn redaktorunda mətn yığarkən istifadəçi susma prinsipinə görə əsasən qara rəngdən istifadə edir. Buna səbəb qara rəngli şriftin işgüzar sənədlərin hazırlanmasında geniş istifadə olunmasıdır. İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, Word mətn redaktoru təkcə işgüzar sənədlərin hazırlanmasında deyil, digər sənədlərində, məsələn, açıqcaların, reklam vərəqlərinin və Veb-səhifələrin hazırlanmasında istifadə edilə bilər. Odur ki, istifadəçi hazırladığı sənədin xarakterindən asılı olaraq şriftin rəngini dəyişə bilər.
Fraqmentdəki şriftləri rəngləmək üçün sadəcə olaraq dialoq pəncərəsindəki istənilən rəngi seçmək kifayətdir. Bəzən rəngləmək üçün istifadə olunacaq rəng dialoq pəncərəsində olmur. Bunun üçün dialoq pəncərəsinin üzərindəki More Colors (Другие цвета-Başqa rənglər) əmrini aktivləşdirmək lazımdır. Bəzən istifadəçi hazırladığı sənəddən seçilmiş fraqmentə qradiyent tətbiq etməli olur. Bunun üçün dialoq pəncərəsindəki Credient (ГрадиентнаяQradiyent) əmrini seçmək kifayətdir. Masaüstünə Credient (Градиентная-Qradiyent) diaoq pəncərəsi açılacaq. Dialoq pəncərəsi istifadəçiyə seçilmiş fraqmenti bir rənglə deyil, daha mürəkkəb rənglərdən (qradiyent dolumlarından) istifadə etməklə rəngləməyə şərait yaradır. İstifadəçi seçilmiş fraqmentdəki müxtəlif sözləri müxtəlif rənglərlə rəngləyə bilər. Hətta fraqmentdəki bir sözə daxil olan simvoların hər birini müxtəlif rənglərlə rəngləmək mümkündür.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin