Emosional-stress qıcıqlandırıcılarının (vahimə hissiyyatı, baş verənləri
anlamamaq, xilas olmağa inanmamaq) təsiri nəticəsində əmələ gələn psixogen şok,
gəmi qəzasına uğrayanları digər stressorların (ağrı, soyuq, susuma və s.) təsirindən
olduqca əvvəl ölümə gətirib çıxara bilər.
Emosional-stress qıcıqlandırıcılarının məhvedici təsirinə fərdin dözmə
imkanı iki amillər qrupundan asılıdır. Birinci qrup şəxsin mənəvi-iradə
xüsusiyyətlərini - soyuqqanlılığını, yaşamaq istəyini, diqqətini və səylərini
başlıcaya cəmləşdirmək bacarığını, məqsədə çatmaq inadını və qətiyyətini əhatə
edir. Qorxu hissiyyatını aradan qaldırmağa yönəldilmiş bu keyfiyyətlərin büruzə
verilməsi orqanizmin sağ qalmağa səfərbər olunmasına kömək edir.
İkinci amillər qrupu – təlim və məşq prosesində işlənilmiş vərdiş və
bacarıqdır. Onların olmamasını orqanizmin yalnız sağ qalmaya yönəltmək və
səfərbər etməklə əvəzləmək mümkün deyil. Məşqlər nəticəsində insanda ekstremal
vəziyyətlərdə sağ qalma imkanları barədə təsəvvür qalaraq möhkəmlənir və ona
daha düzgün münasibət yaranır. Bu emosional gərginliyi azaldır və psixogen
şokun əmələ gəlməsinə əks təsir göstərir.
Dostları ilə paylaş: