Azərbaycan Respublikası adından 29 iyun 2016-cı il



Yüklə 116.18 Kb.
Pdf просмотр
tarix01.01.2017
ölçüsü116.18 Kb.

 

 

 

 

 

 

 

Q Ə R A R  

Azərbaycan Respublikası adından

 

 

29 iyun 2016-cı il   

   

 

         İş № 1(106)-427/2016  



 

                  Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyasının  hakimləri:  Babayev  Zəki  Baba  oğlu  (sədrlik  edən,  məruzəçi 



hakim), Dosiyev Amil Qaraxan oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Həbibov 

Fərid Fərhad oğlunun və barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlunun iştirakları ilə, Məmmədov Aydın Əhməd 

oğlunun şikayəti əsasında Hüseynov Murad Əli oğlunun barəsində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinə 

əsasən  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  məhkəmənin  hazırlıq  iclasının  nəticələri  əsasında  məhkəmə  baxışının 

keçirilməsindən  imtina  olunmasına  dair  Cəlilabad  rayon  Məhkəməsinin  1(073)-77/2016  saylı,  17  may  2016-cı  il  tarixli 

qərarından,  xüsusi  ittiham  qaydasında  şikayət  vermiş  şəxs  Aydın  Məmmədovun  apellyasiya  şikayətinə  məhkəmənin  binasında 

açıq məhkəmə iclasında, ilkin baxış keçirərək 

 

Müəyyən     etdi

 

Cəlilabad  rayon  Məhkəməsinin  1(073)-77/2016  saylı,  17  may  2016-cı  il  tarixli  məhkəmə  hazırlıq  iclasının  qərarı  ilə 



(Sədrlik  edən  hakim  Mirələm  Quliyev)  Məmmədov  Aydın  Əhməd  oğlunun  şikayəti  əsasında  Hüseynov  Murad  Əli  oğlunun 

barəsində  Azərbaycan  Respublikası  CM-in  147.2  və  148-ci  maddələrinə  əsasən  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmuşdur. 

 

Apellyasiya şikayətinin dəlilləri:  

 

Qərardan  xüsusi  ittiham  qaydasında  şikayət  vermiş  şəxs  Aydın  Məmmədov  apellyasiya  şikayəti  vermiş  və  şikayətini 



onunla  əsaslandırmışdır  ki,  o,  «Region-xəbər.info»  operativ  informasiya  portalı  və  «Region-TV.info»,  onun  rəhbəri  Hüseynov 

Murad Əli oğlu barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148.1-ci maddələrinə əsaslanaraq xüsusi ittiham qaydasında 

Cəlilabad  rayon  Məhkəməsinə  şikayətlə  müraciət  etmişdir.  Cəlilabad  rayon  Məhkəməsinin  17  may  2016-cı  il  tarixli  qərarı  ilə 

onun  M.Ə.Hüseynov  barəsində  Azərbaycan  Respublikası  CM-nin  147.2  və  148.1-ci  maddələrinə  əsasən  xüsusi  ittiham 

qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. 

Məhkəmə  qərarı  aşağıdakılara  əsasən  qanunsuz  və  əsassızdır.  Belə  ki,  o,  şikayətini  onunla  əsaslandırmışdır  ki,  «Region-

xəbər.info» operativ informasiya portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli oğlu ittiham olunur ondan ötrü 

ki,  «Region-xəbər.info»  portalında  22  fevral  2016-cı  il  tarixdə  M.Ə.Hüseynovun  müəllifliyi  ilə  «Azərişıqdan  qəribə  təyinat» 

başlığı  ilə  məqalə  dərc  edilmişdir.  Həmin  məqalədə  müəllif  «Cənub  Regional  İdarəsinin  apardığı  yoxlama  nəticəsində  xeyli 

yeyintisi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzə çıxan Aydın Məmmədov maddə ilə işdən çıxarılıb» yazmaqla onun 

barəsində  yalan  olduğunu  bilə-bilə,  onun  şərəf  və  ləyaqətini  ləkələyən,  onu  nüfuzdan  salan,  onun  mənimsəmə  və  vəzifə 

səlahiyyətlərindən  sui-istifadə  etmə  cinayətlərini  törətməkdə  ittiham  edən  məlumatları  kütləvi  informasiya  vasitəsində  kütləvi 

nümayiş  etdirdiyi  halda,  internet  informasiya  ehtiyatında  yaymaqla,  ona  böhtan  atmış,  yəni  kütləvi  informasiya  vasitəsində  və 

kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymışdır.  

Bundan  başqa,  həmin  portalda  M.Ə.Hüseynovun  müəllifi  olduğu  «Cəlilabadda  Azərişıq»  ASC-nin  rəisi  Aydın 

Məmmədov  «azan  səsinə»  nifrət  edir»  başlığı  ilə  məqalə  dərc  etmişdir.  Həmin  məqaləsində  müəllif  «Cəlilabad  ASC-yə  təyin 

olunmuş rəis Aydın Məmmədovun əslən ən dindar rayonlarından biri-Lerik rayonundan olsa da, özünü Şümirdən də (Şümir İmam 

Hüseynin başını kəsən ən qəddar insan) qəddar, ən qatı islam düşməni kimi aparır. Nədənsə bu zalım oğlu Aydın Məmmədovun 

«Allahu Əkbər» sözünə, azan səsinə qarşı allergiyası var. Gözünə harda məscid dəyirsə düşüb hamısının işığını kəsir» yazmaqla 

kütləvi  informasiya  vasitəsində  və  ya  kütləvi  nümayiş  etdirdiyi  halda  internet  informasiya  ehtiyatında  onun  şərəf  və  ləyaqətini 

nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və ona böhtan atmışdır. 

Belə ki, həmin məqaləsində müəllif onu oxucuya zülümkar, başkəsən, qaniçən bir şəxs kimi təqdim edir, hətta onu həmin 

əlamət və xarakterinə görə əzəli və əbədi düşmən obrazında tanınan Şümürdən də artıq hesab edir. Oxucu üçün aydın olsun deyə 

mötərizədə bunun açıqlamanı da vermişdir. Bundan sonra müəllif onun valideyinlərinin də ünvanına təhqiramiz ifadə işlətmişdir. 

Bundan başqa «Region-TV.info»-da onun müəllifliyi ilə «Cəlilabadda Azərişıq ASC-nin rəisi Aydın Məmmədov Əslində 

kimdir?» «Araşdırma» adlı sujeti yayımlanmışdır. Həmin sujetdə «Cənub Regional İdarəsinin apardığı yoxlama nəticəsində xeyli 

yeyintisi və  vəzifə səlahiyyətlərindən sui istifadə etməsi üzrə çıxan Adil Məmmədov maddə ilə işdən çıxarılıb». Müəllif davam 

edir:  «Cəlilabad rayonuna dağ zonasından təşrif gətirən Aydın qağamız elə işə başladığı gündən əlinə kəsiçi alət alıb Cəlilabad 

rayonuna qənim kəsilib, sanki Aydın qağamız üzüm bağında üzüm ağacı budayır» barədə məlumatları yalan olduğunu bilə-bilə, 

onun  şərəf  və  ləyaqətini  ləkələyən,  onu  nüfuzdan  salan, mənimsəmə  və  vəzifə  səlahiyyətlərindən sui-istifadə  etmə  cinayətlərini 

törətməkdə ittiham edən məlumatları kütləvi informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır. 

Bundan  başqa,  «Region-TV.info»-da  M.Ə.Hüseynovun  müəllifliyi  ilə  «Cəlilabadın  Azərişıq  ASC-nin  rəisi  Aydın 

Məmmədov əslində kimdir?» Araşdırma» adlı sujetin davamı olaraq yeni sujet yayımlamışdır. Həmin sujetdə müəllif davam edir: 

«Ötən  süjetimizdə  Cəlilabad  rayon  Azərişıq  İdarəsinin  rəhbəri  Aydın  qağamızın  Cəlilabad  rayonunda  yarıtmaz  əməlləri  barədə 

video kadrları çəkib sizlərə təqdim etmişik… Gəncədə hansı məmuru özbaşınalıq etdiyi üçün qadınlar tərəfindən döyülüb əyninə 

uzun tuman geyindirilərək küçəyə buraxılıb?» kimi onun barəsində məlumatları yaymaqla kütləvi informasiya vasitəsində və ya 

kütləvi  nümayiş  etdirdiyi  halda  internet  informasiya  ehtiyatında  dəfələrlə  «Aydın  qağa,  Aydın  qağamız»,  «yarıtmaz  əməlləri», 

«Gəncədə  hansı  məmuru  özbaşınalıq  etdiyi  üçün  qadınlar  tərəfindən  döyülüb  əyninə  uzun  tuman  geyindirilərək  küçəyə 

buraxılıb?» ifadələri ilə onun şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. 


 

2

Belə  ki,  müəllif  ona  açıq-aşkar  hədə-qorxu  gələrək,  onun  da  döyülərək  əyninə  uzun  tuman  geyindirilərək  küçəyə 



buraxıla biləcəyini bildirir. 

Bundan başqa, yenə də həmin portalda M.Ə.Hüseynov müəllifi olduğu «Cəlilabadda Aydın qağa ifşa edildi: Oğurluq və 

Əlikram  Hümbətovla  əlaqəsi  var?»  başlığı  altında  dərc  olunmuş  məqaləsində  «Cəlilabad  rayon  Elektrik  Paylayıcı  şəbəkəsinin 

müdiri  Aydın  Məmmədov  dövlətdən  mənimsədiyi  vəsaitin  üstü  açılmaqla  ifşa  edildi.  Rayon  ərazisində  olan  kəndlərdə  özünə 

yaxın sahə mantyorları ilə cinayət əlaqəsinə girərək böyük korrupsiya halına yol verib…A.Məmmədov hər kənddən 10.000 manat 

mənimsəməklə dövlətə külli miqdarda zərər vurub», «Aydın Məmmədovu Əlikram Hümbətova nə bağlayır?» yarım başlıqda isə 

yazır  ki,  «1992-1993-cü  illərdə  Ələkrəm  Hümbətovu  açıq  şəkildə  dəstəkləyənlərdən  biri  məhz  Aydın  Məmmədov  olduğu 

bildirilir.  Hətda  bu  iki  şəxsin  yaxın  qohumluq  əlaqələri  haqqında  məlumatlar  durmadan  daxil  olur.  DTX-nin  rəhbərliyi  çox 

istərdik ki, bu məsələni nəzarətə götürsün. Aydın Məmmədova məxsus mobil telefona Hollandiyadan gələn zənglər araşdırılsın» 

Kütləvi  informasiya  vasitəsində  və  kütləvi  nümayiş  etdirildiyi  halda  internet  informasiya  ehtiyatında,  yalan  olduğunu  bilə-bilə, 

onu ağır cinayət törətməkdə ittiham edən, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları qəsdən yaymaqla 

ona böhtan atmışdır.  

O, «Region-xəbər.info» portalında, «Region-TV.info» internet informasiya ehtiyatında və özünün «Facebook» səhifəsində 

onun haqqında yaydığı məlumatları şərəf və ləyaqətini nalayiq formada ləkələyən təhqir hesab edir. 

Beləliklə, «Region-xəbər.info» portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli oğlu yalan olduğunu bilə-

bilə  onu  cinayət  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  ağır  cinayətdə  ittiham  etməklə,  onun  şərəf  və  ləyaqətini  ləkələyən,  onu 

nüfuzdan  salan  məlumatları  kütləvi  informasiya  vasitəsində  və  kütləvi  nümayiş  etdirdiyi  halda  internet  informasiya  ehtiyatında 

yaymaqla ona böhtan atmış və təhqir etmişdir. 

Məhkəmə  işin  bu  faktiki  hallarını  düzgün  qiymətləndirməmiş,  əsassız  və  qanunsuz  olaraq  hazırlıq  iclasının  nəticələri 

əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. 

O, şikayətində şikayət olunan şəxs barəsində CPM-nin 293-cü maddəsi ilə nəzərdə tutulan bütün prosedurlara əməl etmiş; 

özü  haqqında  və  ittiham  olunan  şəxsin  törətdiyi  cinayət  əməlini,  həmin  əməlin  cinayət  qanunvericiliyi  ilə  nəzərdə  tutulan 

maddəsini,  əməlin  törədilməsini  təsdiq  edən  sübutları,  əməlin  harada,  nə  vaxt  və  necə  törədilməsini  və  cinayət  törətmiş  şəxsin 

məsuliyyətə cəlb edilməsi barədə xahişini şikayətində göstərmişdir. 

Məhkəmə  bütün  bunları  araşdırmadan,  sübutlara  diqqət  yetirmədən  əsassız  olaraq  məhkəmə  baxışının  keçirilməsindən 

imtina etmişdir. 

Məhkəmə  əslində,  açıq-aşkar  belə  bir  işə  baxılmasını  özünün  sonradan  kütləvi  informasiya  vasitələrində  adının 

hallanmasından  ehtiyat  edərək  məhkəmə  baxışının  keçirilməsindən  imtina  etmişdir.  Lakin  bu,  məhkəməyə  ədalətli  məhkəmə 

araşdırmasının aparılması üçün əsas vermir. 

Barəsində şikayət etdiyi şəxs müəllifi olduğu yazılarda və efirdə yayımladığı sujetlərdə başçılıq etdiyi təşkilatın təsərrüfat 

fəaliyyətini yox, onun şərəf və ləyaqətini qəsdən ləkələyən böhtan və təhqirlə müşayət olunan məlumatları dəfələrlə yaymışdır. 

Məhkəmə onun şikayətə əlavə etdiyi sübutları araşdırmadan şikayətini icraata qəbul etməkdən imtina etmişdir. 

Həmçinin M.Ə.Hüseynov törətdiyi cinayət əməli ilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları 

yaymaqla ona mənəvi ziyan vurmuşdur və o, bununla bağlı vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. 

Məhkəmə  onun  şikayətinin  icraata  qəbul  edilməsindən  əsassız  və  qanunsuz  olaraq  imtina  etmək  barədə  qərar  qəbul 

etmişdir. 

Apellyasiya  şikayətində  Cəlilabad  rayon  Məhkəməsinin 1(073)-77/2016 saylı,  20  avqust  2015-ci  il  tarixli  qərarının  ləğv 

edilməsi, şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. 

 

Apellyasiya şikayətinə qarşı etirazlar: 

 

Barəsində  şikayət  verilən  şəxs  Hüseynov  Murad  Əli  oğlu  apellyasiya  şikayətinə  qarşı  etiraz  vermiş  və  etirazını  onunla 



əsaslandırmışdır  ki,  məhkəmə  baxışı  zamanı  müəyyən  edilmişdir  ki,  «Azərişıq»  idarəsinin  rəhbəri  Məmmədov  Aydın  Əhməd 

oğlunun  ona  qarşı  məhkəmə  qarşısında  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  147.2  və  148-ci  maddələri  ilə  xüsusi 

ittiham  qaldırmasında  verdiyi  şikayət  əsassız  olduğuna  görə Cəlilabad  rayon  Məhkəməsi  tərəfindən  icraata  qəbul  edilməmiş və 

imtina barədə qərar çıxarılmışdır. 

Aydın Məmmədovun ona qarşı verdiyi şikayət qanunsuz və əsassızdır. O, Aydın Məmmədov haqqında yazılan  yazıların 

hamısını  başqa  saytlardan  götürmüş  və  həmin  saytlara  istinad  edərək  informasiyanı  öz  oxucularıyla  bölüşmüşdür.  Etirazını 

aşağıdakı arqumentlərlə əsaslandırır. 

1.  Azad  mediya  olaraq  22.02.2016-cı  il  tarixdə  «Aydın  qağamız  Cəlilabada  qənim  kəsilib?»  başlığı  altında  REGİON-

XƏBƏR.İNFO xəbər portalında gedən video sujet CAM.az (Curnalist Araşdırma Mərkəzi) saytına istinadən təqdim edilib. Həmin 

video kadrlarda yayımlanan «Aydın qağamız Əlinə kəsici alət alıb sanki rayona qənim kəsilib» kimi fikirlər ictimayətin mövqeyi 

olaraq  dərc  edilib.  Təqdim  edilən  video  kadrlarda  hər  hansı  bir  təhqirə  yol  verildiyini  hesab  etmirlər.  Digər  tərəfdən,  bu 

materiallar CAM.az saytından götürülmüşdür. Onlar bu sayta istinad etmişlər və materialı olduğu kimi çatdırmışlar. 

2.  21.04.2016-cı  il  tarixdə  Cəlilabad  «Azərişıq»  ASC-nin  rəisi  Aydın  Məmmədovla  bağlı  təqdim  edilən  «Azan  səsi»nə 

nifrət  edir»  başlıqlı  məqalə  AZEL.TV  saytına  istinad  olaraq  təqdim  edilir.  Aydın  Məmmədov  hesab  edir  ki,  onu  Şümürə 

bənzətmişlər,  amma  məqalənin  müəllifinin  kim  olduğunun  fərqinə  varmır.  Çünki  onu  Şümürə  bənzədən  onlar  yox,  məhz 

Azel.TV-dir. Məhkəməyə təqdim edilən bu yazının altında həmin yazının müəllifinin Azel.TV olduğu açıq-aşkar müəyyən edilir. 

3.  14.04.2016-cı  il  tarixdə  Cəlilabadın  Aydın  Qağası  yenidən  gündəmdə  ««100  minlik  şərəf  və  ləyaqət  tələbi»  başlıqlı 

video kadrın sonunda anons olaraq qeyd  edilib ki, gələn video  kadrlarda təqdim edəcəyik ki, Gəncədə hansı məmur özbaşınalıq 

etdiyi  üçün  qadınlar  tərəfindən  döyülüb,  əyninə  üzün  tuman  geyindirilərək  küçəyə  buraxılıb».  Bu  kimi  anonsun  Aydın 

Məmmədovla bağlı heç bir əlaqəsi yoxdur. Çünki həmin məqalədə Aydın Məmmədovun adı çəkilməyib. 

4.  Aydın  Məmmədovun  Əlikram  Hümbətovla  hansı  əlaqələrinin  olub-olmadığı  barədə  məlumatlar  Dosye.orq  saytından 

götürülmüş və həmin saytda gedən  yazıya bir cümlə də əlavə edilməmişdir. Bu da o deməkdir ki, Aydın Məmmədov  «Region-

Xəbər.info»nu xüsusi ittiham qaydasında məhkəməyə verməkdə haqlı deyil və həmin şikayət rədd edilməlidir. 

5. Aydın Məmmədov əgər hesab edirsə ki, onun şəxsiyyəti təhqir edilib və ya ona böhtan atıb, o zaman o həmin saytları 

məhkəməyə verməlidir, çünki informasiya mənbəyi məhz həmin saytlardır. 


 

3

6. Aydın Məmmədovun verdiyi şikayət CPM-nin 302-ci  maddəsinin  tələblərinə  cavab  vermədiyindən  şikayəti  icraata 



götürməkdən imtina barədə qərar verilməlidir. Aydın Məmmədovun məhkəməyə təqdim etdiyi dəlillər ona aid deyil. Çünki həmin 

yazıların müəlliflərini məhkəməyə verməlidir. 

7. İlkin araşdırma nəticəsində Cəlilabad rayon Məhkəməsində müəyyən olundu ki, həmin yazıların müəllifi o, deyil. Ona 

görə də Aydın Məmmədovun  verdiyi şikayət məlumatları CPM-nin 293-cü maddəsinin tələblərinə uyğun  olmayan şikayət kimi 

qiymətləndirildi və imtina haqqında qərar çıxarıldı. 

Etirazda  Məmmədov  Aydın  Əhməd  oğlunun  verdiyi  apellyasiya  şikayətinin  rədd  edilməsi  və  Cəlilabad  rayon 

Məhkəməsinin 1(073)-77/2016 saylı, 17 may 2016-cı il tarixli Qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. 

Tərəflərin çıxışları:  

 

Apellyasiya instansiyası məhkəməsində, barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlu apellyasiya şikayətinə 

qarşı  etiraz  etdiyini  bildirərək,  şikayətə  qarşı  verdiyi  yazılı  etirazına  uyğun  şəkildə çıxış  etdi, əlavə  olaraq göstərdi  ki,  ixtisasca 

idman  müəllimi  olsa  da  «Region-xəbər.info»  portalında,  «Region-TV.info»  internet  informasiya  ehtiyatına  rəhbərlik  etməklə 

jurnalistika  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  müvafiq  icazəsi  vardır.  Aydın  Məmmədov  barəsində  «Region-Xəbər.info»  xəbər 

portalında  şər  və  böhtan  xarakterli  məlumat  yaymamışdır.  Həmin  xəbər  portalında  verilmiş  məlumatlar  digər saytlara  istinadən 

verilmişdir.  Odur  ki,  Aydın  Məmmədovun  şikayəti  əsassız  və  qanunsuzdur.  «Region-Xəbər.info»  xəbər  portalında  verilmiş 

məlumatların  müəllifi  o,  deyildir.  Aydın  Məmmədov  həmin  məlumatları  təhqir  və  böhtan  hesab  edirsə,  onda  həmin  saytların 

rəhbərlərini  məhkəməyə  verməli  idi.  O,  «Region-Xəbər.info»  xəbər  portalında  qeyd  olunan  məlumatları  dərc  edərkən  başqa 

saytlardan  əldə  etdiyi  məlumatları  dərc  etsə  də,  həmin  məlumatların  həqiqiliyini  yoxlamamışdır.  Həmin  məlumatların 

doğruluğunu  yoxlamaq  üçün  Aydın  Məmmədovun  yanına  getsə  də,  sonuncu  onu  araşdırma  aparmaq  üçün  imkan  verməmiş, 

söyüb  qovmuş  və  heç  bir  informasiya  verməmişdir.  Bu  səbəbdən  də  məlumatların  doğruluğunu  yoxlaya  bilməmişdir.  Hazırda 

«Region-Xəbər.info»  xəbər  portalı  rəsmi  olaraq  bağlanmışdır.  Göstərilənləri  nəzərə  alaraq  ədalətli  qərar  qəbul  edilməsini, 

Məmmədov  Aydın  Əhməd  oğlunun  verdiyi  apellyasiya  şikayətinin  rədd  edilməsi  və  Cəlilabad  rayon  Məhkəməsinin  1(073)-

77/2016 saylı, 17 may 2016-cı il tarixli Qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. 

Xüsusi  ittiham  qaydasında  şikayət  vermiş  şəxs  Məmmədov  Aydın  Əhməd  oğlu  və  onun  müdafiəçisi,  Cəlilabad  rayon 

Hüquq Məsləhətxanasının vəkili İbrahimov Tağı Məmməd oğlu müəyyən edilən qaydada məhkəmə iclasının vaxtı və yeri barədə 

əvvəlcədən  xəbərdar  edilsələr də, A.Ə.Məmmədov  məhkəməyə  teleqram  ünvanlayaraq  məhkəməyə  gəlməyə  imkanı  olmadığını 

bildirmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş və məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə 

kollegiyası  Azərbaycan  Respublikası  CPM-nin  391-ci  maddəsinin  tələblərinə  uyğun  olaraq  A.Ə.Məmmədovun  və  onun 

müdafiəçisi T.M.İbrahimovun iştirakları olmadan apellyasiya şikayətinə ilkin baxılmasını mümkün hesab etdi. 

Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.1-ci maddəsinə görə apellyasiya şikayəti vermək 

hüququ  olan  şəxslər  və  apellyasiya  instansiyasında  ittiham  tərəfi  təmsil  edən  dövlət  ittihamçısı  məhkəmənin  iclasında  iştirak 

etmək  hüququna  malikdirlər.  Həmin  şəxslər  müəyyən  edilmiş  qaydada  məhkəmə  iclasının  keçirilməsinin  vaxtı  və  yeri  barədə 

əvvəlcədən xəbərdar edilirlər, lakin onların gəlməməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasına mane 

olmur. 


 

Hüquqi 

məsələlər:  

 

Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyi birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və 

qərarlarının  qanunliyi  və  əsaslığının  yoxlanılmasının  apellyasiya  icraatını  müəyyənləşdirmişdir.  Apellyasiya  icraatı  cinayət 

prosessinin  müstəqil  mərhələsi  olmaqla  şəxsiyyətin  hüquq  və  azadlıqlarının  qorunmasına,  ədalət  mühakiməsinin  məqsəd  və 

vəzifələrinin  yerinə  yetirilməsinə,  birinci  instansiya  məhkəməsinin  hökm  və  qərarlarının  qanuniliyinin  və  əsaslığının  təmin 

olunmasına yönəlmişdir. 

Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  391.2-ci  maddəsinə  görə  apellyasiya  şikayətinə  və  ya 

apellyasiya protestinə ilkin baxılması zamanı hər bir halda apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiya şikayətinin 

və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu 

Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın 

materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  xitam  verilməsi  və  ya  dayandırılması  üçün  əsasların  olub-

olmadığını;  cinayət  işi  üzrə  qətimkan  tədbirinin  dəyişdirilməsi,  ləğv  edilməsi  və  ya  seçilməsi  üçün  əsasların  olub-olmadığını; 

cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  birinci  instansiya 

məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. 

Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə baxılması Şirvan Apellyasiya Məhkəməsinin Cinayət 

Kollegiyasına  aiddir.  Belə  ki,  Azərbaycan  Respublikasının  Cinayət  Prosessual  Məcəlləsinin  72.2-ci  maddəsinə  görə  apellyasiya 

məhkəmələri  yurisdiksiyalarına  aid  edilmiş  rayon  (şəhər  məhkəmələrinin  qanuni  qüvvəyə  minməmiş  hökmlərindən  və  digər 

qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  apellyasiya  şikayəti  verilərkən  Azərbaycan  Respublikasının  Cinayət  Prosessual 

Məcəlləsinin 381-390-cı maddələrinin tələblərinə əməl edilmişdir. 

Bununla belə məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi Məmmədov Aydın 

Əhməd  oğlunun  xüsusi  ittiham  qaydasında  verdiyi  şikayəti  üzrə  məhkəmənin  hazırlıq  iclasının  nəticələri  əsasında  məhkəmə 

baxışının keçirilməsindən imtina etməkdə haqlı olmamışdır. 

Belə  ki,  iş  materiallarında  olan  Cəlilabad  rayon  Məhkəməsinin  1(073)-77/2016  saylı,  17  may  2016-cı  il  tarixli  hazırlıq 

iclasının qərarına əsasən müəyyən  edilir ki, məhkəmə şikayəti  icraata qəbul etməkdən imtina edərkən Azərbaycan Respublikası 

CPM-nin  302.1.3  və  300.1.3-cü  maddələrinə  istinad  etmiş  və  göstərmişdir  ki,  Adil  Məmmədov  tərəfindən  xüsusi  ittiham 

qaydasında  verilmiş  şikayətin  məzmunu  Azərbaycan  Respublikası  CPM-nin  293.3.1-293.3.7-ci  maddələrində  nəzərdə  tutulmuş 

tələblərə uyğun olmamışdır. Yəni əməli törətmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi və şikayətin verildiyi tarix 

(il, ay və gün) və yer göstərilməmişdir. 

Qeyd olunmalıdır ki, cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında 

şikayətlərə  ilkin  baxılmasının  qaydası  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  298-302-ci  maddələrində 

nəzərdə tutulmuşdur. 



 

4

Azərbaycan  Respublikası  CPM-nin  298.5-ci  maddəsinə  əsasən  məhkəmənin  hazırlıq  iclası  keçirilənədək  cinayət  işinin, 



məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətin  baxılmaq  üçün  verilmiş  olduğu 

hakimlər  onlara  daxil  olmuş  sənədləri,  o  cümlədən  cinayət  prosesinin  tərəflərindən  daxil  olmuş  əlavə  sənədləri,  vəsatət  və 

ərizələri öyrənirlər. 

Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş 

icraatın  materiallarında  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətdə,  irəli  sürülmüş  ittihamın  mahiyyəti  üzrə  cinayət  prosesi 

tərəflərinin  iştirakı  ilə  məhkəmə  baxışının  təyin  edilməsinin  mümkünlüyünün  yoxlanılması  məqsədi  ilə  ilkin  dinləmələrdən 

ibarətdir. 

Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq 

iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun 

olub-olmaması barədə məsələlərə baxılır. 

Həmin  Məcəllənin  299.6.1-ci  maddəsinə  əsasən  xüsusi  ittihamçı  məhkəmə  baxışı  zamanı  tədqiq  etmək  niyyətində 

olduqları xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir. 

Həmin  Məcəllənin  300.1-ci  maddəsinə  əsasən  məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində  xüsusi  ittiham 

qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin 

öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlardan biri qəbul edilir. 

Həmin  Məcəllənin  302.1-ci  maddəsinə  əsasən  aşağıdakı  hallarda  məhkəmə  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid 

olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu 

Məcəllənin  293.3.1-293.3.7-ci  maddələrində  nəzərdə  tutulmuş  tələblərə  uyğun  olmadıqda;  cinayət  məsuliyyətinə  cəlb  etmə 

müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli 

olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət 

əsassız  olduqda  və  şikayət  vermiş  şəxsin  dəlillərini  təsdiq  edən  sübutları  əks  etdirmədikdə;  şikayəti  vermiş  şəxs  şikayətindən 

imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin mənasına görə xüsusi ittiham 

qaydasında  şikayət  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  kim  tərəfindən  törədilməsi  (şəxsin  soyadı,  adı,  atasının  adı  və 

yaşayış  yeri)  və  əməlin  məhz  həmin  şəxs  tərəfindən  törədilməsinin  nə  ilə  təsdiq  edilməsi  ilə  bağlı  tələblərə  uyğun  olmadıqda 

məhkəmə  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  məhkəmənin  hazırlıq  iclasının  nəticələri  əsasında  məhkəmə  baxışının 

keçirilməsindən imtina edir. 

Lakin  iş  materiallarından  görünür  ki,  xüsusi  ittiham  qaydasında  şikayət  vermiş  şəxs  Məmmədov  Aydın  Əhməd  oğlu 

xüsusi  ittiham  qaydasında  verdiyi  şikayətində  Azərbaycan  Respublikası  CPM-nin  293.3.1-293.3.7-ci  maddələrində  nəzərdə 

tutulmuş  tələblərə  uyğun  olaraq  özü  haqqında  bütün  məlumatları  göstərmiş,  həmçinin  xüsusi  ittiham  qaydasında  şikayətində 

cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin «Region-xəbər.info» portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli 

oğlu tərəfindən törədilməsini qeyd etməklə, həmin şəxs barəsində də bütün məlumatları göstərmiş, əməlin məhz Mürad Hüseynov 

tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi ilə bağlı sübutları şikayətinə əlavə etmişdir. Xüsusi ittiham qaydasında verilmiş 

şikayətdə tarix göstərilməsə də, şikayətə əlavə edilmiş sənədlərdən şikayətin 19 aprel 2016-cı il tarixdə tərtib edildiyi və 05 may 

2016-cı il tarixdə Cəlilabad rayon Məhkəməsinə göndərilməsi müəyyən edilir. 

Xüsusi  ittiham  qaydasında  verilmiş  şikayətdə  Aydın  Məmmədov  tərəfindən  tarixin  göstərilməməsini  həmin şikayət  üzrə 

məhkəmə  baxışının  keçirilməsindən  imtina  kimi  qiymətləndirmiş  birinci  instansiya  məhkəməsinin  mövqeyi  ilə  bağlı  məhkəmə 

kollegiyası qeyd edir ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli 

sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün 

yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarət olduğundan və həmin məcəllənin 299.2-ci maddəsinə əsasən hazırlıq iclasının 

keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən edildiyindən, şikayətdə tarixin göstərilməməsi ilə əlaqədar formal pozuntunun 

məhkəmənin  hazırlıq  iclası  mərhələsində  aradan  qaldırılması mümkün  olmuşdur.  Belə  ki,  məhkəmə  öz  təşəbbüsü  ilə  şikayətdə 

tarixin  qoyulmamasının  səbəbini  araşdıraraq  A.Məmmədova  şikayətdə  tarixin  qoyulmasını  təklif  edə  bilərdi.  Lakin  məhkəmə 

Adil  Məmmədovun  iştirak  etdiyi  hazırlıq  iclasında  bu  boşluğu  aradan  qaldırmaqla  bağlı  tədbirlər  görməmiş,  şikayətdə  tarixin 

qoyulmamasının  səbəbini  araşdırmamış,  A.Məmmədovla  müzakirə  edərək  şikayətdə  hansı  tarixin  qoyulması  məsələsini  təmin 

etməmişdir. 

Bundan  başqa  qeyd  olunmalıdır  ki,  məhkəmənin  qərarından  verdiyi  apellyasiya  şikayətində  xüsusi  ittiham  qaydasında 

şikayət  vermiş  şəxs  Məmmədov  Aydın  Əhməd  oğlu  göstərmişdir  ki,  «Region-xəbər.info»  portalı  və  «Region-TV.info»,  onun 

rəhbəri Hüseynov Murad Əli oğlu yalan olduğunu bilə-bilə onu cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır cinayətdə ittiham 

etməklə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş 

etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmış və təhqir etmişdir. Məhkəmə işin bu faktiki hallarını 

düzgün qiymətləndirməmiş, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən 

imtina  etmişdir.  O,  şikayətində  şikayət  olunan  şəxs  barəsində  CPM-nin  293-cü  maddəsi  ilə  nəzərdə  tutulan  bütün  prosedurlara 

əməl  etmiş;  özü  haqqında  və  ittiham  olunan  şəxsin  törətdiyi  cinayət  əməlini,  həmin  əməlin  cinayət  qanunvericiliyi  ilə  nəzərdə 

tutulan  maddəsini,  əməlin  törədilməsini  təsdiq  edən  sübutları, əməlin harada,  nə  vaxt  və  necə  törədilməsini  və  cinayət  törətmiş 

şəxsin məsuliyyətə cəlb edilməsi barədə xahişini şikayətində göstərmişdir. Barəsində şikayət etdiyi şəxs müəllifi olduğu yazılarda 

və  efirdə  yayımladığı  sujetlərdə  başçılıq  etdiyi  təşkilatın  təsərrüfat  fəaliyyətini  yox,  onun  şərəf  və  ləyaqətini  qəsdən  ləkələyən 

böhtan və təhqirlə müşayət olunan məlumatları dəfələrlə yaymışdır. Məhkəmə onun şikayətə əlavə etdiyi sübutları araşdırmadan 

şikayətini icraata qəbul etməkdən imtina etmişdir. Həmçinin M.Ə.Hüseynov törətdiyi cinayət əməli ilə onun şərəf  və ləyaqətini 

ləkələyən  və  onu  nüfuzdan  salan  məlumatları  yaymaqla  ona  mənəvi  ziyan  vurmuşdur  və  o,  bununla  bağlı  vurulmuş  ziyanın 

ödənilməsini  tələb  etmişdir.  Məhkəmə  bütün  bunları  araşdırmadan,  sübutlara  diqqət  yetirmədən  onun  şikayətinin  icraata  qəbul 

edilməsindən əsassız və qanunsuz olaraq imtina etmək barədə qərar qəbul etmişdir. 

Barəsində  şikayət  verilən  şəxs  Hüseynov  Murad  Əli  oğlu  isə  apellyasiya  şikayətinə  qarşı  verdiyi  etirazında  «Region-

xəbər.info»  portalında  və  «Region-TV.info»  internet  informasiya  ehtiyatında  Aydın  Məmmədov  barəsində  şər  və  böhtan 

xarakterli  məlumat  yaymadığını,  xəbər  portalında  verilmiş  məlumatları  digər  saytlara  istinadən  verdiyini  qeyd  etməklə,  Aydın 



 

5

Məmmədov  şəxsiyyətinin  təhqir  edildiyini  və  ya  ona  böhtan  atıldığını  hesab  edirsə  həmin  saytları  məhkəməyə  verməli 



olduğunu göstərmiş, informasiyanın mənbəyinin məhz həmin saytlar olduğunu bir daha vurğulamışdır. 

Göstərilənlərlə  bağlı  qeyd  olunmalıdır  ki,  «Xüsusi  ittiham  qaydasında  şikayətlərə  dair  işlərə  baxılması  üzrə  məhkəmə 

təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli,        3 saylı qərarının 2-ci 

bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb 

olan  əməllərin  törədilməsinə  görə  cinayət  məsuliyyətinin  nəzərdə  tutulması  hər  kəsin  mənəvi  dəyəri  olan  şərəf  və  ləyaqətini, 

nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi 

keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və 

əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin 

cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 

Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio 

və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, 

əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və 

təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına 

görə,  şəxs  böhtana,  yəni  yalan  olduğunu  bilə-bilə  hər  hansı  şəxsin  şərəf  və  ləyaqətini  ləkələyən  və  ya  onu  nüfuzdan  salan 

məlumatları  yaymaya  və  təhqirə,  yəni  şəxsiyyətin  şərəf  və  ləyaqətini  nalayiq  formada  qəsdən  alçaltmaya  görə  o  halda  cinayət 

məsuliyyətinə  cəlb  edilə  bilər  ki,  təhqir  və  böhtan  xarakterli  məlumatlar  onun  tərəfindən  kütləvi  çıxışlarda,  kütləvi  nümayiş 

etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış 

olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər 

kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 

iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya 

əsərləri,  reklam  və  sair)  başa  düşülür.  Kütləvi  informasiya  vasitəsi  və  kütləvi  nümayiş  etdirildiyi  halda  internet  informasiya 

ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın 

və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. 

Həmçinin  qeyd  olunmalıdır  ki,  Qərarının  4-cü  bəndində  məhkəmələrə  tövsiyyə  edilmişdir  ki,  Avropa  Məhkəməsinin 

presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir.  Bununla 

belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin 

nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, 

mətbuatın  demokratik  cəmiyyətdə  oynadığı  “gözətçi”  rolu  xüsusi  əhəmiyyət  kəsb  edən  amildir  (bax,  Qudvin  Birləşmiş  Krallığa 

qarşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət  və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq 

kəsb  edən digər  məsələlər  barədə  məlumat  və  fikirləri  yaymaqdan  ibarətdir  (bax,  başqa  bir  çox  mənbələrlə  yanaşı,  De  Haes və 

Gijsels  Belçikaya  qarşı,    §  37  və  Kolombani  və  digərləri  Fransaya  qarşı,  §  55).  Lakin  mətbuat  müəyyən  hədləri,  xüsusilə 

başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları 

fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi 

xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə 

açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). 

Kütləvi  informasiya  vasitələri  haqqında  Azərbaycan  Respublikası  Qanununun  10-cu  maddəsində  qeyd  olunmuşdur  ki, 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qorunan  sirləri  yaymaq,  mövcud  konstitusiyalı  dövlət  quruluşunu  zorakılıqla 

devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi 

təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik 

materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən 

istifadə olunmasına yol verilmir. 

Göründüyü  kimi  barəsində  şikayət  verilən  şəxs  Murad  Hüseynov  «Region-xəbər.info»  portalında  Aydın  Məmmədov 

barəsində  şər  və  böhtan  xarakterli  məlumatları  yaymadığını,  xəbər  portalında  verilmiş  məlumatları  digər  saytlara  istinadən 

verdiyini  qeyd  etsə  də,  yuxarıda  göstərilən  beynəlxalq  və  daxili  qanunvericiliyin  tələbini  pozmaqla  yanaşı,  rəhbəri  olduğu 

informasiya portalında dərc etdirdiyi məlumatlara və sujetlərə şərhlər verməklə, həmin məlumatların özünə aid olan məlumatlar 

olması görüntüsünü yaratmışdır. Birinci instansiya məhkəməsi isə həmin hallara diqqət verməmişdir. 

Bundan  başqa  barəsində  şikayət  verilən  şəxs  Hüseynov  Murad  Əli  oğlu  «Region-xəbər.info»  portalında  və  «Region-

TV.info» internet informasiya ehtiyatında Aydın Məmmədov barəsində cinayət xarakterli məlumatları da digər saytlara istinadən 

verdiyini qeyd  etsə də, həmin məlumatların həqiqi olub-olmamasını araşdırmamış, məlumatların həqiqiliyi barədə kifayət qədər 

informasiyaya  malik  olmadığı  halda  həmin  məlumatları  xəbər  portalında  dərc  etməkdən  çəkinməmişdir.  Birinci  instansiya 

məhkəməsi isə həmin halları ümumiyyətlə diqqətdən qaçırmış, xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina 

etməkdə haqlı olmamışdır. 

Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 7-ci bəndində 

göstərilir  ki,  məhkəmələrə  tövsiyə  edilsin  ki,  xüsusi  ittiham  qaydasında  şikayətlər  əsasında  işlərə  baxılarkən  yayılmış 

məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə 

müdaxilə  olub-olmamasına  diqqət  yetirsinlər.  Nəzərə  alınmalıdır  ki,  Avropa  Məhkəməsinin  presedent  hüququna  görə,  ifadə 

azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən 

təminat  isə  onunla  şərtlənir  ki,  onlar  jurnalist  etikasına  müvafiq  olaraq  düzgün  və  etibarlı  məlumatı  təqdim  etmək  məqsədilə 

vicdanla  fəaliyyət  göstərsinlər  (bax,  başqa  mənbələrlə  yanaşı,  Radio  Frans  və  digərləri  Fransaya  qarşı,  §37  və  yuxarıda  qeyd 

olunmuş  Kolombani  və  digərləri,  §65).  Yerlərdə  seçilmiş  nümayəndələr  və  ya  vəzifəli  şəxslər  tərəfindən  törədilməsi  güman 

olunan  cinayətlər  barədə  ictimaiyyəti  xəbərdar  etmək  vəzifəsi  mətbuata  aid  olsa  da,  müəyyən  şəxslərin  adlarını  və  vəzifələrini 

qeyd  etməklə  onları  birbaşa  ittiham  etmə  jurnalistləri  öz  iddiaları  üçün  kifayət  qədər  faktiki  əsasları  təqdim  etmək  öhdəliyini 

müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). 

Məhkəmə  kollegiyası  həmçinin  qeyd  edir  ki,  xüsusi  ittiham  qaydasında  şikayət  vermiş  şəxs  A.Ə.Məmmədovun 

şikayətində  qeyd  etdiyi  «Region-xəbər.info»  portalı  və  «Region-TV.info»,  onun  rəhbəri  Hüseynov  Murad  Əli  oğlu  barəsində 

məlumatların  onun şərəf  və  ləyaqətini  alçaldan məlumatlar  olmasını  müəyyən  etmək  yalnız  məhkəmə  araşdırmasının  gedişində 

mümkündür.  


 

6

Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə  gəlir  ki,  xüsusi  ittiham  üzrə  şikayət  vermiş  şəxs  Məmmədov 



Aydın  Əhməd  oğlunun apellyasiya  şikayəti  təmin  edilməli, A.Ə.Məmmədovun şikayəti  əsasında  Hüseynov  Murad  Əli  oğlunun 

barəsində  Azərbaycan  Respublikası  CM-in  147.2  və  148-ci  maddələrinə  əsasən  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

məhkəmənin  hazırlıq  iclasının  nəticələri  əsasında  məhkəmə  baxışının  keçirilməsindən  imtina  olunmasına  dair  Cəlilabad  rayon 

Məhkəməsinin  1(073)-77/2016  saylı,  17  may  2016-cı  il  tarixli  qərarı,  xüsusi  ittiham  qaydasında  şikayət  vermiş  şəxs  Aydın 

Məmmədovun  apellyasiya  şikayətinə  əsasən  ləğv  edilməli,  M.Ə.Hüseynov  Azərbaycan  Respublikası  CM-in  147.2  və  148-ci 

maddələrində  nəzərdə  tutulmuş  cinayət  əməlini  törətdiyi  üçün  onun  cinayət  məsuliyyətinə  cəlb  edərək  barələrində  hökm 

çıxarılması  ilə  bağlı  A.Ə.Məmmədovun  xüsusi  ittiham  qaydasında  verdiyi  şikayət  ərizəsi  Cəlilabad  rayon  Məhkəməsinə 

məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməlidir. 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8-ci maddəsində 

nəzərdə  tutulmuş hallarda apellyasiya  instansiyası  məhkəməsi öz  qərarı  ilə  məhkəmə  baxışının  nəticələri üzrə  çıxarılmış  birinci 

instansiya məhkəməsinin hökm və  ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  materialları  birinci  instansiya  məhkəməsinə  məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi 

mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. 

Şərh  edilənlərə  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  391  və  392-ci  maddələrinin  tələblərini  rəhbər  tutaraq 

məhkəmə kollegiyası 

 

Qərara 



 aldı: 

 

Xüsusi ittiham üzrə şikayət vermiş şəxs Məmmədov Aydın Əhməd oğlunun apellyasiya şikayəti təmin edilsin. 

Məmmədov  Aydın  Əhməd  oğlunun şikayəti  əsasında  Hüseynov  Murad Əli  oğlunun  barəsində  Azərbaycan  Respublikası 

CM-in  147.2  və  148-ci  maddələrinə  əsasən  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  məhkəmənin  hazırlıq  iclasının  nəticələri 

əsasında  məhkəmə  baxışının  keçirilməsindən  imtina  olunmasına  dair  Cəlilabad  rayon  Məhkəməsinin  1(073)-77/2016  saylı,  17 

may  2016-cı  il  tarixli  qərarı,  xüsusi  ittiham  qaydasında şikayət  vermiş  şəxs  Aydın  Məmmədovun  apellyasiya  şikayətinə  əsasən 

ləğv edilsin. 

Hüseynov  Murad  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-in  147.2  və  148-ci  maddələrində  nəzərdə  tutulmuş  cinayət 

əməlini  törətdiyi  üçün  onun  cinayət  məsuliyyətinə  cəlb  edərək  barəsində  hökm  çıxarılması  ilə  bağlı Məmmədov  Aydın  Əhməd 

oğlunun  xüsusi  ittiham  qaydasında  verdiyi  şikayət  ərizəsi  Cəlilabad  rayon  Məhkəməsinə  məhkəmənin  hazırlıq  iclasının 

keçirilməsi mərhələsinə göndərilsin. 

Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə 

bilər. 

 

Əsli ilə düzdür: 



 

Hakim:   

 

 

 



 

 

 



 

Zəki Babayev 



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə