AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.04.2017
ölçüsü0,61 Mb.
#15053
1   2   3   4   5   6   7

EMŞ-dan mühafizə tədbirləri və avadanlıqlarları 

Avadanlığın(tədbirin) 

adı 

Elektromaqnit şüalanması 



Sənaye tezlikli 

elektromaqnit 

ş

üalanması 



RT 

YT 


Paltar 

Tətbiq olunmur 

Radiomühafizə 

kastyumları, 

kombinezonlar, 

pambıq 


parça- 

dan mikrofəftil- 

lərlə işlənmiş 

gödəkcələr,döş- 

lüklər,xalatlar 

Xüsusi parçadan ti 

kilmiş ,ekranlaşdı 

rılmış  kostyum  və 

kombinezonlar. 

ekranın müqavi- 

məti  10  kOmdan 

artıq olmamalıdır. 

Ayaqqabı 

Tətbiq olunmur 

Mikroməftillə iş- 

lənmiş ayaqqabı 

lar 

Mikroməftillə iş- 



lənmiş çəkmə və 

yarımçəkmələr,ke- 

çiriciliyi  artırılmış 

rezin qaloşlar 

Ə

llərin mühafizə 



vasitələri 

Tətbiq olunmur 

Pambıq parça- 

dan mikroməf- 

tillə işlənmiş əl- 

cəklər. 


Elektriki keçirən 

parçadan hazır- 

lanmış əlcəklər. 

Baş,üz və gözlərin 

mühafizə vasitələri 

Tətbiq olunmur 

Birbaşa  ventil- 

yasiya  ilə  təmin 

olunmuş  eynək- 

lər.Radioəksetdi- 

rici  materialdan 

hazırlanmış  mas 

kalar. 

Metal  və  yaxud 



metallaşdırılmış 

plastmastdan  ha- 

zırlanmış  maskala 

lar. 


Alət və qurğular 

Məsafədən idarə 

olunan 

Məsafədən  idarə 



olunan 

Qoyub 


çıxarıla 

bilən  fərdi  ekran- 

lar 

Fərdi torpaqlama 



Tətbiq olunur 

Tətbiq olunur 

Tətbiq olunur 

 

Sənaye  müəssisələrində  mühafizə  tədbirləri  kollektiv  və  fərdi  şəkildə 



həyata  keçirilə  bilər.  Kollektiv  formada  mühafizə  üsullarına  əyani  olaraq 

ş

üalanmanın  təsir  nəticələrini  və  onun  profilaktikasının,  yəni  qarşısını 



alınmasının  öyrənilməsi  məqsədi  daşıyan  müxtəlif  plakatlardan  istifadə 

olunması,  şüalanmanın  orqanizmə  təsiri  haqqında  mühazirələrin  oxunması, 

işçilər üçün konkret işlərə müvafiq optimal iş və istirahət rejiminin yaradılması, 

ş

üalandırıcı  obyektlərin  yerləşdirilməsinin  səmərəliliyi,  şüalanma  mənbələrinin 



mümkün qədər ekranlaşdırılması tədbirləri aid edilir. 

Fərdi mühafizə tədbirlərinə işçilərin periodik olaraq həkim müayinəsinədn 

keçirilməsi,  təhlükəsizlik  texnikası  qaydaları  ilə  fərdi  tanışlıq,  sistematik 

instruktajların  keçirilməsi,  EMŞ-si  ilə  ancaq  xidməti  müddətində  kontakda 

olmaq,fərdi mühafizə vasitələrindən istifadənin zəruriliyi aid edilir. 

Ümumi xarakter daşıyan mühafizə tədbirlərinin keçirilməsi ilə yanaşı bir 

sıra xüsusi tədbirlərin keçirilməsi də məqsədəuyğun hesab edilir. Bu halda qeyd 

olunan  şüalanma  növlərindən  mühafizə  üçün  yer  və  azimutal  bucağı 

məhdudlaşdırır  və  antennanın istiqamətlənmə  diaqrammasını  yuxarı qaldırırlar. 

Bu  işləri  sırf  təşkilatı  işlərə  aid  etmək  olmaz.Bunun  üçün  əlavə  tikinti  və 

mühəndis 

işləri 


həyata 

keçirilməlidir. 

Antennanın 

istiqamətlənmə 

diaqrammasının dəyişməsi radioşüalandırıcı obyektin bir sıra xarakteristikalarını 

dəyişir. Bu  qrup  mühafizə tədbirlərinə   məsafə  ilə bağlı  mühafizə  tədbirləri də 

aid  edilir.  Bu  tədbirlərdə  şüalanmaya  məruz  qalan  obyekt  mümkün  qədər 

ş

üalanma  mənbəyindən  uzaqlaşdırılır,  imkan  daxilində  idarəetmə  müəyyən 



məsafədən  həyata  keçirilir.  Məlum  olduğu  kimi,  məsafənin  kvadratı  ilə 

mütənasib olaraq şüalanmanın intensivliyi azalır. 

RT  və  YT  EMŞ-dan  mühafizədə  mühəndis-texniki  işlərin  təşkilində 

mühafizə vasitələrinin və qurğularının hansı prinsip əsasında işləməsini hökmən 

nəzərə alınmalıdır. Verilən məsələdə əsas prinsip kimi radiosönmənin ikitərəfli 

və difraksiya xarakterli olmasıdır. 

Birbaşa sönmə dedikdə elektromaqnit enerjisinin hər hansı bir materialdan 

keçdikdə  onun  dəfələrlə  zəifləməsi  başa  düşülür.  Ən  böyük  birbaşa  sönmə 

yaradan məmulatlar metal ekranlardır. Lakin, konkret gigiyenik məqsədlər üçün 

mühafizə  materialının  qalınlığı  prinsipial  məna  kəsb  etməyib  ,  ancaq  iqtisadi 

göstəricilərinə  görə  əhəmiyyət  daşıyır.  Metaldan  hazırlanmış  ekranların  EMŞ-

nın söndürmə xüsusiyyəti məlumat kitablarında verilən xüsusi normaqrammalar 

vasitəsi ilə qiymətləndirilir. 

Tikinti  materialları  və  onlardan  hazırlanmış  konstruksiyalarda  EMŞ-dan 

özünəməxsus  birbaşa  söndürmə  xüsusiyyətlərinə  malikdir.  Cədvəl  7-də  bəzi 

tikinti materiallarının həmin mühafizə xüsusiyyətləri göstərilmişdir  

Müxtəlif  ekranlaşdırıcı  materiallardan  istifadə  etdikdə  birbaşa  sönmənin 

qiymətini ölçmə nəticələrinə əsasən müəyyən edirlər. 

Ə

gər  düşən  dalğa  cəbhəsi  hər  hansı  ekranlaşdırıcı  vasitənin  səthini 



bürüyürsəbu halda difraksiya sönməsini qiymətləndirmək lazım gəlir. Bu halda 

mühafizə  tədbirlərinin  effektivliyi  mühafizə  ekranının  ölçüləri  ilə  şüalandırılan 

dalğa uzunluğunun qiyməti arasındakı nisbətindən asılı olur. 

Mühafizə tədbirlərinin həyata keçirilməsində qarşıya çıxan çətinliklərdən 

biri ətrafda yerləşən radioəksetdirici səthlərin olması ilə izah olunur. Bu həmin 

ə

ksetdiricilərdən  əks  olunan  siqnallar  əsas  hədəfdə  aparılan  ölçmələrin 



effektivliyini  aşağı  salır.  Bu  halda  şüalanma  sönməsinin  qiymətinin 

hesablanması  üçün  xüsusi  əmsallardan    (şüalanma  diaqrammasının  təsirinin 

nəzərə alınması üçün) istifadə olunur. Əgər hesablama nöqtəsi dəqiq olaraq əks 

olunan şüalanmanın istiqamətində olarsa bu halda sönmənin qiymətinin düsturu 

ə

sasında hesablanır [ 3]. 



Cədvəl 7. 

Mikrodalğa diapazonunda bəzi tikinti materiallarının 

mühafizə xüsusiyyətləri.(N.Q.Şandala görə) 

Material və ya 

konstruksiya 

Qalınlığı.sm 

Tezliklərdə birbaşa sönmə,dB 

3,0 QHs 


10,0QHs  37,5 QHs 

Metallaşdrılmış 

ş

üşə 


kərpic 

15 



15 

15 


Suvaq  

1,8 


12 



Ş

üşə  


0,28 



Taxta  


5,0 

8,4 


Taxta  



2,5 

5,0 


Taxta  



1,6 

2,8 


Binanın divarı 



70 

16 


21 

Mərtəbələrarası örtük 



80 

20 


22 

Ikiqat pəncərə 



13 



Birqat pəncərə 

4,5 


Kərpic 



1,2 

10 


15 

15 


 

Radioudma 

prinsipinə 

ə

saslanan 



mühafizə 

üsulu 


antennanın 

yüklənməsində sərbəst fəzanın analoqunun yaradılması üçündür. 

Radiouducu  materiallar  aşağıdakı  tələblərə  cavab  verməlidir  :  böyük 

tezlik diapazonunda elektromaqnit dalğalarının maksimal udmasını təmin etmək, 

ə

ks  olunmanın  minimal  olması,  zərərli  buxarlanmaların  olması,  yanğın 



təhlükəsizliyi , ölçülərin böyük olmaması və s.  

Müəyyən  olunmuşdur  ki,  ən  yüksək  uduculuq  qabiliyyətinə  malik  olan 

formalar oyuqları olan konstruksiyalar, piramida və çıxıntıları olan səthlərdir. 

Beləliklə, EMŞ ətraf mühitə nüfuz etməsinə imkan verilmir. Güc uducusu 

kimi  içərisi  uducu  materiallarla  doldurulmuş  koaksial  və  yaxud  dalğaötürənin 

hər  parçasından  istifadə  olunur.  Elektromaqnit  enerjisi  uducu  materiallarda 

udularaq  istiliyə  çevrilir.  Uducu  element  kimi  qrafitdən,qumlu  sementdən,  toz 

şə

killi  dəmirdən,  ağac  və  sudan  istifadə  olunur.  Traktda  şüalanmanı  azaltmaq 



məqsədi ilə attenuyatordan  da istifadə etmək olar. 

Ə

gər  RT  və  YT  şüalanma  mənbəyi  binanın  işərisindədirsə  bu  halda 



mühafizəni elektromaqnit enerjisinin ekranlaşdırıcı vasitələrədən nüfuz olunma 

yerlərində  təşkil  etmək  lazımdır.  Bunun  üçün  radiohermetikliyi  artıran 

materiallardan istifadə olunmaqla yanaşı uducu yüklərdən də istifadə etmək olar. 

Xaricdə  yerləşən  mənbələrdən  mühafizə  üçün  radioəksetdirici  materiallar, 

metallaşdırılmış  pərdələr  və  pəncərələrdə  metal  torlar  tətbiq  olunur.  Qeyd 

olunan  mühafizə  vasitələrinin    effektivliyi  YT  diapazonunda  olur.  Aşağı 

tezliklərdə onların tətbiqi difraksiya hadisəsi ilə əlaqədar olaraq məhdudlaşır. 

EMŞ  fərdi  mühafizənin  əsasını  birbaşa  sönmə  prinsipi  təşkil  edir. 

Parçaların  ekranlaşdırıcı  xüsusiyyəti  metallaşdırılmış  liflərin  xüsusi  çəkisindən 

asılı  olur.  Hal-hazırda  Rusiyada  iki  cür  ekranlaşdırılmış  parçalar  buraxılır. 

Bunların istehsalı açıq və bağlı növlü metallaşdırma əsasında təmin olunur [ 4]. 

Birinci növ paltarlar üzərində çox nazik təbəqəli metalla sarınmış pambıq 

liflərdən  ibarətdir.  Belə  liflərdən  toxunmuş  parçalar  metal  parlaqlığı  verir.  Bu 

parçalar  yaxşı  ekranlaşdırıcı  xüsusiyyətlərə  malik  olsalar  da  onlardan  geniş 

surətdə  istifadə  olunmur.  Bu  onunla  əlaqədardır  ki,  bu  parçadan  hazırlanmış 

kostyum  ətrafdakılara  psixoloji  cəhətdən  pis  təsir  göstərir,digər  tərəfdən  belə 

parçalardan istifadə elektrotravma hallarını və  K zədələnmələri yaradır. 


kinci növ parçalarda metallaşdırma bağlı üsulla aparılır. Belə ki, nazik və 

möhkəm mikroməftil bilavasitə pambıq lifin içərisinə salınır. 

Eynəklər  xüsusi  mühafizə  paltarlar  ilə  birlikdə  və  yaxud  ayrıca  istifadə 

oluna bilər. Eynəyin şüşələri (linzaları) xüsusi materialdan hazırlanır və üzərinə 

qurğuşun oksidi çəkilir. 

Mühafizə  materialları  işığa  şəffaf  olan  istənilən  materialdan  hazırlana 

bilər. Maskanın üzərinə xüsusi maddələrdən radioşüalanmanı əks etdirən nazik 

təbəqə  və  yaxud  metal  tor  çəkilir.  Maskanın  forması  və  ölçüləri  elə  seçilir  ki, 

göz  səviyyəsində  difraksiya  sönməsinin  qiyməti  mühafizəedici  materialın 

sönməsindən  az  olmasın.  Mühafizə  maskalarında  nəfəsalma  və  istilik 

mübadiləsinin təmin olunması üçün onun perimetri boyu deşiklər açılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

2.2.Fərdi  və  məişət avadanlıqlarının  şüalanmasından  mühafizə 

istiqamətləri. 

ndiyə  kimi  mobil  telefonların  şüalanmasının  insan  orqanizminə  təsir 

xüsusiyyətləri  demək  olar  ki,  hələ  də  tam  aydınlaşdırılmayıb.  Müxtəlif  ölkə 

alimlərinin  bioloji  obyektlər  üzərində  apardıqları  çoxsaylı  tədqiqat nəticəlri  bir 

çox hallarda uyğun gəlmir, digər hallarda isə , ümumiyyətlə ziddiyətli xarakter 

daşıyır.  Mübahisə  doğurmayan  yeganə  fakt  odur  ki,  mobil  telefonların 

ş

üalanmaları  insan  orqanizmi  üçün  zərərlidir.  Buna  görə  də,  mobil  telefon 



istifadəçiləri bir sıra ehtiyat tədbirləri həyata keçirilməlidirlər  [ 13 ]: 

-

  Lazım olmayan hallarda mobil telefondan istifadə etməyin; 



-

  Fasiləsiz olaraq 3-4 dəqiqədən artıq danışmayın; 

-

  Uşaqların telefondan istifadə etməsinə icazə verməyin; 



-

  Telefon alanda elesini seçin ki, onun maksimal şüalanma gücü az olsun; 

-

  Avtomobildə  telefondan  istifadə  etdikdə  çalışın  ucadan  danışan  rabitə 



sistemi olan “hands-free” avadanlıqdan istifadə edin. Yaxşı olar ki, onun 

antennası maşının üstündə,mərkəzi hissədə yerləşdirilsin. 

Mobil  telefonla  danışan  şəxsin  ətrafında  olanlara  telefonun  elektromaqnit 

ş

üalanmasının heç bir mənfi təsiri yoxdur. 



Müxtəlif  markalı  telefonları  və  müxtəlif  standartları  qarşılıqlı  müqayisəsini 

apararaq aşağıdakı ümumi nəticələrə gəlmək olar : 

-

  Telefonla nə qədər çox danışılarsa, onun insana təsiri bir o qədər böyük 



olur; 

-

  Insan orqanizminə ən çox təsir göstərən analoq standartlarından NMT450i 



və  AMPS  sistemləridir.  Belə  ki,  bu  sistemlərin  həm  baza  stansiyalarının 

həmçinin dətelefonun özünün vericisinin gücü böyük olur. Müasir rəqəmli 

standartlardan  hesab  edilən  GSM  1800  və  GDMA  sistemləri  insan 

orqanizminə daha az təsir göstərirlər; 



-

  Telefon  nə  qədər  baha  olarsa,  onun  insan  orqanizminə  təsirinin  zəif 

olması  ehtimalı  bir  o  qədər  yüksəkdiir.  Telefonda  qəbuledicinin 

həssaslığının böyük olması eşitmə məsafəsinin artmasına kömək etməklə 

yanaşı az güclü vericidən istifadəni mümkün edir; 

-

  Ola bilər ki, insan sağlamlığına olan təsir bilavasitə mobil telefondan yox, 



ümumiyyətlə  digər  mənbələrdən  olan  şüalanmalardan  və  qeyri-normal 

həyat tərzi ilə bağlı olsun. 

Mikrodalğalı  soba  aldıqda  onun  sanitar-gigiyenik  normalara  cavab  verən 

sertifikatının  olmasını  dəqiqləşdirin.  Mikrodalğalı  sobanın  xüsusiyyətlərini 

bilərək,onu dövrəyə qoşandan sonra ondan 1,5 m məsafəyə uzaqlaşın.Bu halda 

onun heç bir zərərli təsiri müşahidə olunmur. 

Mikrodalğalı  soba  aldıqda  çalışın    ki,  onun  enerji  tələbatı  az  olsun.  Belə 

sobaların sənaye tezliyində yaratdığı maqnit sahəsinin qiyməti aşağı olur. 

Bu  sistemlərdən  mühafizə  üçün  istifadənin  əsas  prinsipi  ondan  ibarətdir  ki, 

elektromaqnit  şüalanmasının  səviyyəsi  buraxıla bilən  hədd daxilində olmalıdır. 

Hər bir radioverici qurğu sanitar pasporta malik olur. Bu pasportda onun sanitar-

mühafizə  zonasının  sərhədləri  göstərilir.  Ancaq  bu  pasportun  olduğu  halda 

Dövlət  sanitar  epidemioloji  mərkəzin  yerli  orqanı  stansiyadan  istifadəyə  icazə 

verir.Bu təşkilat periodik olaraq obyektdə nəzarət ölçmələrini həyata keçirir ki, 

bunun  məqsədi  isə  şüalanmanın  buraxıla  bilən  səviyyəyə  uyğun  olmasının 

nəzarəti və təsdiqlənməsidir. 

Məişət cihazları alarkən onların lazımi sertifikata malik olmalarını yoxlamalı 

və  mümkün  qədər  az  güclü  işlədicilərdən  seçilməlidir.  Çünki  qeyd  etdiyimiz 

kimi,  sənaye  tezlikli  elektrik  işlədicilərində  yaranan  maqnit  sahəsinin  qiyməti 

ə

sasən işlədicinin gücündən asılı olur. 



Mənzildə  sənaye  tezliklinmaqnit  sahəsinin  mənbələrinə  yeni  konstruksiyalı 

(“buz  bağlamayan”)    soyuducular  ,müxtəlif  tipli  qızdırcılar  ,televizorlar 



,siqnalizasiya  sistemləri  ,  düzləndiricilər  və  s.  aid  edilir.  Əgər  qeyd  olunan 

işlədicilər gecələr də işləyirsə,mənzildə yataq yerlərin bu mənbələrdən 2 m-dən 

az olmayan məsafədə yerləşdirilməsi tövsiyə olunur. 

Kollektiv  mühafizə  tədbirlərindən  ilkin  yerinə  yetirilməli  olanlardan  biri 

elektrik  ötürücü  qurğuların  layihələndirilməsini  müəyyən  tələblər  səviyyəsində 

həll edilməsidir.Bu tədbirlərə aşağıdakılar aid edilir: 

-

  əgər  ötürücü  məftillərin  yaratdığı  elektrik  sahə  intensivliyinin  qiyməti 



buraxıla  bilən  həddən  yuxarıdırsa,  bu  halda  yaşayış  məntəqələri  xəttin 

yaxınlığında olmamalıdır; 

-

  əhalinin gediş-gəlişi üçün qadağan olan zonalar müəyyənləşdirilməlidir; 



-

  təhlükəli zonaya təsadüfən gələn şəxslər üçün xəbərdarlıq göstəricilrinin 

qoyulması tələb olunur və s. 

Elektrik  ötürücü  xəttlərin  yaratdığı  elektromaqnit  şüalanmasından  əhalinin 

mühafizə  olunmasının  əsas  prinsipləri  :  sanitar  mühafizə  zonalarının 

yaradılması,yaşayış  mənzillərində  gərginliyin  aşağı  salınması,bunun  mümkün 

olmadığı hallarda isə şüalanmadan mühafizə ekranları tətbiq olunmasıdır. 

Elektrik  ötürücü  xəttlərinin  sanitar-mühafizə  sərhəddi  sahə  gərginliyinin 

böhran qiymətinə əsasən müəyyənləşdirilir. Bu qiymət 1kV/m qəbul edilmişdir. 

Sanitar-mühafizə  zonalarının  sərhədləri  daxilində  aşağıdakılar  qadağan 

olunur : 

-

  yaşayış, ictimai binaların və qurğuların tikilməsi; 



-

  avtomobillərin  dayanacağə  və  saxlanılması  üçün  meydançaların 

quraşdırılması; 

-

  avtomobillərə  xidmət  stansiyalarının  ,neft  və  neft  məhsullarının 



anbarlarının tikintisi; 

-

  yanacaq materialları ilə əməliyyat aparılması,maşın və mexanizmlərin hər 

hansı bir təmirinin həyata keçirilməsi. 

Çox  yüksək  gərginlik  xəttlərinin  (750  və  1150  kV)  yerləşdirilməsinə  daha 

ciddi tələblər irəli sürülür. Belə ki, bu xəttlərlə ən yaxın yaşayəş məntəqələrinin 

arasındakı məsafə 250-300 metrdən az olmamalıdır. 

Elektrik  xəttlərinin  gərginliyini  müəyyənləşdirmək  üçün  yerli  energetika 

müəssisələrinə  müraciət  etməklə  yanaşı  onu  bilmək  lazımdır  ki,  elektrik 

dirəklərində ötürücü xəttin gərginliyi göstərilir. 

Xəttin  konstruktiv  quruluşuna  görə  də  vizual  olaraq  gərginliyin  qiymətini 

təyin etmək olar. Məsələn, fazada olan məftillərin sayına görə (dirəklərdə olan 

məftillərin sayına görə yox!) – 330 kV-2 məftil, 500 kV-3 məftil. 

330  kV-dan  aşağı  gərginliklərin  təyin  olunması  üçün  dirəklərdəki 

izolyatorların  sayına  baxmaq  lazımdır.  Bu  halda  gərginlik  220  kV  olduqda 

onların sayı 10-15, 110 kV olduqda onların sayı 6-8; 35 kV olduqda onların sayı 

3-5, 10 kV və aşağı olduqda 1 ədəd olur. 

Ə

gər bağ sahəsi sanitar-mühafizə zonasının sərhəddində yerləşirsə, bu halda 



ə

razi  üzrə  nəzarət  laboratoriyasından  mütəxəssis  dəvət  olunmalıdır.  Onun 

göstərişlərinə  uyğun  olaraq  sakinlərin  çox  qala  biləcəkləri  sahələr  təyin 

olunmalıdır. 

Sanitar-mühafizə  zonalarının  ərazilərini  kənd  təsərrüfatı  bitkilərinin 

yetişdirilməsi (əkini) üçün istifadə etmək olar. Lakin elə bitkilər seçilməlidir ki, 

onlara xidmətdə əl əməyi tələb olunmasın. 

Ə

gər bu və ya digər səbəbdən sanitar-mühafizə zonalarının kənarlarında olan 



ə

razilərdə  elektrik  sahə  gərginliyinin  qiyməti  0,5  kv/m-dən  çox  (yaşayış 

binasının içərisində), yaşayış evinin ətrafında 1,0 kv/m-dən çox olarsa, sahənin 

aşağı salınması üçün tədbirlər görülməlidir. Bunun üçün mənzilin damına ( əgər 



dam metal örtüklə örtülməyibsə) istənilən metaldan hazırlanmış tor çəkilməli və 

o, iki nöqtədə yerlə birləşdirilməlidir. Əgər dam metal örtüklə örtülübsə, onu iki 

yerdən  torpaqlamaq  kifayətdir.  Digər  mühafizə  tədbiri  kimi  həyətyanı  sahədə 

hündürlüyü 2 m-dən çox olmayan ağac və kollardan istifadə etmək olar. 

Mühəndis-texniki  işçilərin  kollektiv  mühafizəsini  təmin  etmək  məqsədilə 

mühafizə  örtükləri  adlanan  vasitələrdən  istifadə  olunur.  Bunlara  bəzən 

ekranlayıcı örtüklər də deyirlər. 

Ekranlayıcı  örtükləri  diametri  3-5  mm  və  aralarındakı  məsafə  20  sm  olan 

paralel  naqillərdən  hazırlayırlar.  Bu  örtüklər piyadaların hərəkət  etdiyi  yolların 

üstündə,  yer  səthindən  2,5m  hündürlükdə  quraşdırlır.  Bu  halda  örtüyün 

mərkəzində şüalanmanın intensivliyi 17 dəfə, kənarlarında isə 4 dəfə azalır. Bir 

sıra  hallarda  gərginliyi  400  və  500  kV  olan  qurğularda  4,5m,  750kV  olan 

qurğularda  isə  6  m  məsafədə  ekranlar  yerləşdirilir.  Bütün  hallarda  ekranlayıcı 

qurğu torpaqlanır. Torpaqlanma müqaviməti 10 Om olmalıdır [ 12 ]. 

Gərginliyi  buraxıla  bilən  həddən  yuxarı  olan  sənaye  tezlikli  şüalanmaların 

təsirindən qorumaq üçün fərdi mühafizə vasitələrindən geniş istifadə olunur. Bu 

fərdi vasitələr içərisində çox nazik məftildən hazırlanmış, adi parçadan tikilmiş 

paltarlar aid edilir. Hal-hazırda perspektivli hesab olunan polimer keçiricilərdən 

hazırlanmış  paltarların  tətbiqi  üzrə  tədqiqatlar  aparılır.Mühafizə  paltarlarından 

istifadə olunduqda onun bütün hissələri naqillə etibarlı birləşdirməli,naqil isə ya 

keçirici ayaqqabıya,yaxud bilavasitə yerə birləşdirilməlidir. 

Mühafizə-profilaktik  tədbirlər  də  işçilərin  mühafizə  olunmasının  bir 

istiqamətidir.  Bu  istiqamətdə  işçi  işə  qəbul  edilən  vaxt  və  iş  müddətində  onun 

sağlamlıq göstəriciləri nəzarətdə saxlanılır. 

Sənaye  tezlikli  elektromaqnit  şüalanmasının  ekoloji  və  istehsal 

təhlükəsizliyinin  kollektiv  şəraitdə  təmin  olunması  üçün  mühəndis-texniki 



mühafizə vasitələrindən, o cümlədən “məsafə” ilə mühafizə; ekranlaşdırma,yerə 

birləşdirmə və digər üsullarən tətbiqi nəzərdə tutulur   [ 3] (Cədvəl 8) 



Cədvəl 8.

 Sənaye tezlikli elektromaqnit şüalanmalarından mühafizə 

tədbirləri. 

Mühafizə 

tədbirinin 

adı 


Kollektiv mühafizə 

Fərdi mühafizə 

 

 

 



 

 

 



Təşkilatı 

mühafizə 

tədbirləri 

Müalicə-profilaktik tədbirlər 

Elektromaqnit şüalanmalar 

 haqqında    əyani  xəbərdarlıq 

vasitələrinin tətbiqi. 

şə

 qəbulda tibbi arayışın tələb olun- 



ması. 

Ehtiyatlı olmaq üsullarını 

göstərən vasitələrdən istifadə. 

ş

çilərin  periodik  olaraq  həkim 



müayinəsindən keçirilməsi. 

EMŞ 


haqqında 

təhlükə 


sizliyin  təmin  olunması  üçün 

mühazirələrin keçi- rilməsi. 

ş

  yerlərində  sənaye  tezlikli  EMŞ 



real  səviy-  yəsi  haqqında  məlumat- 

ların verilməsi. 

“Vaxtla” mühafizə tədbirləri. 

ş

çilərin  optimal  əmək  və 



istirahət  rejiminin  işlənib 

hazırlanması. ş  vaxtı  EMŞ 

mənbələri ilə minimum sayda 

kontakt-  da  olmağın  təmin 

olunma sı. 

Sənaye  tezlikli  EMŞ  mənbələri  ilə 

ancaq  istehsal  prosesi  ilə  əlaqədar 

kontaktda olmaq.Kontaktda  olduqda 

dəqiq  olaraq  konkurent  hallar  üçün 

tərtib  edilmiş  reqlamentə  əməl 

etməsi. 

Mühəndis


-texniki 

tədbirlər 

Mənbələrin  ekranlaşmasını, 

örtüklərin  çəkilməsi,  torpaq 

lamaların  aparılması,  avadan 

lığın düzgün yerləşdirilməsi. 

Fərdi mühafizə vasitələri 

(kombinezonlar,ayaqqabılar,eynəklə

r,şlemlər,maskalar) 

ilə 


təmin 

olunma. 


Qeyd etmək lazımdır ki, sınaye tezlikli EMŞ mənbələrində işləmək ancaq 

18 yaşı tamam olmuş şəxslərə icazə verilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin