AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.04.2017
ölçüsü0,61 Mb.
#15053
1   2   3   4   5   6   7

1.2.Canlı aləmin ionlaşdırıcı  şüaıara  həssaslığı və  radiasiyadan 

istifadənin ekoloji-iqtisadi aspektləri. 

Məlum olduğu kimi, hər bir kimyəvi elementin müxtəlif cür atomları olur. 

Bu elementlərin bir hissəsi radioaktiv, digərləri isə belə xassəyə malik deyillər. 

Elementlərin  belə  növləri  izotoplar  adlandırılır.  Məsələn,  karbonun,  oksigenin 

və  digər  elementlərin  bir  neçə  izotopları  vardır.  Radioaktiv  izotoplar  qeyri-

sabitdir, parçalanmada bunlar şüalanma buraxaraq digər izotoplara çevrilir. Hər 

bir  radioaktiv  izotop  özünün  atom  çəkisi  və  yarımparçalanma  müddəti  ilə 

səciyyələndirilir.  Ekoloji  nöqteyi-nəzərdən  əhəmiyyətli  radioaktiv  izotoplar  

cədvəl  3-də  göstərilmişdir.  Göründüyü  kimi, 

45

  Ca  –  kalsium  elementinin 



radioaktiv  elementidir.  Onun  atom  çəkisi  65,  yarımparçalanma  müddəti  160 

gündür [ 7]. 



Cədvəl 3. 

Ekoloji əhəmiyyətli radioaktiv izotoplar. 

A qrupu.Təbii fon şüalanmasında iştirak edən təbii izotoplar 

zotoplar 

Yarımparçalanma 

dövrü 

Ş

üalanma növü 



Uran – 235 (

235 


U) 

7·10


8

 il 


α

 və γ 


Uran – 238 (

238


U) 

4,5·10


9

il 


α

 və γ 


Radium – 226 (

226


Ra) 

1620 il 


α

 və γ 


Torium – 232 (

232


Th) 

1,4·10


10

il 


α

 və γ 


Kalium – 40 (

40

Ka) 



1,3·10

il 



β

 və γ 


Karbon – 14 (

14 


C) 

5668 il 


β

 

B qrupu. Orqanizmi təşkil edən komponentlərin tərkibinə daxil olan bəzi 



izotoplar 

Kalsium – 45 (

45

Ca) 


160 gün 

β

 



Karbon – (

14

C) 



5668 il 

β

 



Kobalt – 60 (

60

Co) 



5,27 il 

β

 və γ 



Mis – 64 (

64

Cu) 



12,8 saat 

β

 və γ 



Yod-131 (

131


I) 

3 gün 


β

 və γ 


Dəmir – 59 (

59

Fe) 



45 gün 

β

 və γ 



Hidrogen – (Tritium) 

12,4 il 


β

  

Fosfor- 32 (



32

P) 


14,5 il 

β

  



Kalium – 42 (

42

K) 



2,6 il 

β

 və γ 



Natrium – 22 (

22

Na) 



 

β

 və γ 



C qrupu. Böyük miqdarda parçalanma məhsullarında olan radioaktiv 

izotoplar. 

Stronsium – 90 (

90

Sr) 



28 il 

β

  



Stronsium – 89 (

89

Sr) 



53 gün 

β

  



Sezium – 137 (

137


 Cs) 

33 il 


 γ 

Sezium – 134 (

134

Cs) 


2,3 il 

β

 və γ 



Civə - 106 (

106


Hg) 

1 il 


β

  

Civə - 103 (



103

Hg) 


40 gün 

β

 və γ 



Sirkonium – 95 (

95

Zr) 



65 gün 

β

 və γ 



Plutonium – 239 

(

239



Pu) 

2,4·10


10

il 


β

 və γ 


Yod – 131 (

131


I) 

3 gün 


β

 və γ 


Uran – 235 (

235


U) 

7·10


il 


α

 və γ 


Uran – 238 (

238


U) 

4,5·10


9

 il 


α

 və γ 


 

Yuxarıdakı  cədvəldən  görünür  ki,  ekoloji  nöqteyi-nəzərdən  əhəmiyyətli 

sayılan  radioaktiv izotopları bir-birindən müəyyən xüsusiyyətlərinə görə yaxşı 

seçilən 3 qrupa (A,B,C)  bölmək olar.A qrupuna daxil olan elementlər təbiətdə 

fon  şüalanmasını  yaradan  elementlərdir.  B  qrupuna  daxil  olan  elementlər  isə 

bilavasitə bitki və heyvan orqanizmlərinin tərkibedici elementləridir.C qrupuna 

isə  daxil  olan  elementlər  isə  uranın  və  digər  radioaktiv  elementlərin  bölünmə 


məhsuludur.  Bu  elementlər  əsasən  ona  görə  təhlükəli  hesab  olunurlar  ki,  onlar 

nüvə  partlayışları  və atom  elektrik  stansiyalarının  istismar  qaydalarının  (yaxud 

texniki nasazlıq) pozulması nəticəsində ətraf mühitə böyük miqdarda yayılırlar. 

Elmi-texniki ədəbiyyatdan məlumdur ki, müxtəlif növ orqanizmlər güclü 

radiasiya şüalanmalarına qarşı müxtəlif dözümlülüyə malik olurlar. Şəkil 2-də 3 

növ orqanizmlər qrupuna məxsus canlıların müəyyən dozalı rentgen və yaxud γ 

ş

üalanmasına  həssaslığı  göstərilmişdir.  Orqanizmlərin  kiçik  müddət 



(dəqiqə,saat) ərazində qəbul etdikləri böyük dozaya – kəskin doza, böyük zaman 

ə

rzində  kiçik  dozalar  qəbul  etməsinə  -  xroniki  doza  deyilir.  Sol  tərəfə 



istiqamətlənmiş  oxa  uyğun  gələn  şüalanma  qiyməti  onu  göstərir  ki,  bu 

qiymətdən  böyük  qiymətlərdə  həyat  eşqi  pozula  və  yaxud  məhv  ola 

bilər.Məsələn, 200 rad qiymətindəki doza bir sıra həşəratların embrionunu məhv 

edir.  5000  rad  tam  toxumsuzluğa  gətirib  çıxarır.  Radiasiyaya  daha  dözümlü 

növlərin  hamısını  məhv  etmək  üçün  isə  100000  rad  tələb  olunardı.  Şəkildən 

görünür  ki,  digər  orqanizmlərə  nisbətən  mikroorqanizmlər  radiasiya 

ş

üalanmalarına daha davamlı olurlar [ 8]. 



 

     ıı                 ıııHeyvanlar       

                                      Həşəratlar 

                                 ııı      

          ııı 

                                                                                     Bakteriyalar 

                                                                             ııı     

ııı 


 

 

10



2                                     

10

3                                      



10

4                               

10

5

                     10



6

 

Doza,rad 



Şəkil 2 .

 Üç müxtəlif qrup orqanizmin rentgen və ya γ şüalanmasına   

həssaslığının müqayisəsi. 

Aşağı  dozalı  xroniki  təsirləri  ölçmək  olduqca  mürəkkəbdir.  Çünki  belə 

ş

üalanmaların təsiri özünü on illər ərzində yavaş-yavaş göstərir. Bir çox hallarda 



bu  genetik  xüsusiyyətlərin  dəyişməsinə  gətirib  çıxarır.Məsələn,  müəyyən 

olunmuşdur ki,  (Sparrod,1962) şam ağacını 10 il müddətində sutka ərzində bir 

rentgen  şüalanmaya  məruz  qoyduqda  onun  boy  artmasına  olan  təsir  dozanın 

kəskin qiymətində olan (sutkada 60 R) təsirlə eyni olur. 

Ali  bitkilərdə  ionlaşdırıcı  şüalanmaya  həssaslıq  hüceyrə    nüvəsinin 

ölçüləri  ilə  daha  dəqiq  desək  xromosomun    yaxud  DNK-nın    həcmi  ilə  düz 

mütənasibdir.Təyin  olunmuşdur  ki,  xromosomun  həcminin  dəyişməsi  onların 

ş

üalanmaya olan həssaslığını üç dəfə artırır. 



Xromosomun  həcmi  ölçüləri  böyüdükcə  ,onun  şüalanma  hissəcikləri  ilə 

toqquşma ehtimalını qat-qat artırır. 

Ali  heyvanlarda  bitkilər  üçün  yuxarıda  göstərdiyimiz  qanunauyğunluq 

qeydə  alınmayıb.  Yəni  ,onların  radiasiya  həssaslığının  qiymətinin  hüceyrə 

strukturundan  asılılığı  müəyyənləşdirilməyib.  Ali  heyvanlar  üçün  əsas  amil 

onların  ayrı-ayrı  orqanlarının  şüalanmaya  həssaslığıdır.  Məsələn,  müəyyən 

edilmişdir  ki,  heyvanların  onurğa  beyninə  təsir  göstərən  zəif  şüalanmalar  belə 

onlar üçün ciddi nəticələr verir.  

Orqanizmlər  təbii  şüalanmanın  təsirinə  məruz  qaldıqları  üçün  onlar  bu 

təsirin nəticəsinə də bir növ öyrənirlər.  

Təbii  radiasiyanın  (radiasiya  fonu)  əsas  üç  səbəbi  vardır  :1)  kosmik 

ş

üalar; 2) canlı orqanizmlərin tərkibinə daxil olan kalium- 40 elementi; 3) torpaq 



və dağ süxurlarında rast gəlinən təbii radioaktiv maddələr. Göstərilən üç mənbə 

tərəfindən  müxtəlif  sahələrdə  yaradılan  radiasiyanın  illik  qiymətinin 

hesablanması  nümunəsi  aşağıda  göstərilmişdir  (qiymətlər  mikroradianlarla 

verilmişdir) [ 15]. 



Dəniz səviyyəsində olan çöküntü  süxurlarda : 35+17+23=75. 

Qeyd  etmək  lazımdır  ki,  dəniz  səviyyəsindən  yüksəkliyə  qalxdıqca  təbii 

ş

üalanmaların  təsirində  əsas  yeri  kosmik  şüalar  tutur.  Kosmik  şüaların  çox 



böyük  hissəsi  atmosfer  tərəfindən  udulduğundan  yer  səthinin  hər  kvadrat 

santimetrinə bir saniyədə bir hissəcik düşür. Bunun da 90%-i protonlar,7 %-i α 

hissəciklər,qalanı  isə  ağır  nüvələrin  hesabına    düşür.Hündürlük  artdıqca  bu 

ş

üalanmanın təsiri artır.Məsələn, müəyyən olunmuşdur ki,8 saat təyyarədə uçan 



şə

xs 50 mikrozivertə yaxın şüalanma alır. 

Yer səthində mövcud olan radiasiya fonunun yarıdan az hissəsini kosmik 

ş

üalar  təşkil  edir.  Ümumiyyətlə.Yer  kürəsinin  elə  bir  nöqtəsi  yoxdur  ki,oraya 



kosmik  şüalar  təsir  göstərməsin.  Bu  təsirin  qiyməti  qütblərdə  daha  yüksəkdir. 

Çünki  ekvatorda  və  onun  ətrafında  Yerin  mqnit  sahəsi  güclü  olduğundan  bu 

ş

üaların  Yer  səthinə  düşmə  ehtimalı  azalır  (maqnit  sahəsi  yüklü  hissəcikləri 



səpələyir).  Ölçmələr  əsasında  müəyyən  olunmuşdur  ki,  dəniz  səviyyəsinə 

nisbətən  12000  metr  hündürlükdə  kosmik  şüaların  təsirindən  radiasiya 

ş

üalanmalarının  qiyməti 20-25 dəfə artır. 



Məlumdur  ki,Mendeleyev  cədvəlində  83-cü  elementdən  sonra  bütün 

kimyəvi  elementlər  radioaktiv  xassəyə  malikdir.  Bununla  yanaşı  83-cü 

elementdən qabaqkı bir çox elementlərin də bəzi izotopları radioaktivdir. 

Radioktiv  şüalanma  zamanı  maddələrin  kütləsi  zamanı  keçdikcə  həndəsi 

silsilə  qanunu  ilə  azalır.  Hər  hansı  bir  müddət  ərzində  radioizotopun  kütəsinin 

iki  dəfə  azalmasına  yarımparçalanma  müddəti  deyilir.Müxtəlif  maddələr  üçün 

yarımparçalanma  müddəti  bir-birindən  kəskin  fərqlənir.  Məsələn,  Arqon-41 

izotopu üçün bu müddət iki saat təşkil etdiyi halda ,Uran-238 üçün bu müddət 

4,47 milyard il təşkil edir [ 4]. 

Bu  amildən  fundamental  ekoloji  nəticə  alınır,yəni  radioaktivliyin  təcrübi 

ləğvinin  yeganə  imkanı  radioaktiv  elementə  öz-özünə  parçalanmasına  imkan 


verilməsidir,  beləliklə  radioaktiv  şrklənmələrlə  mübarizə  əsasən  xəbərdarlıq 

xarakteri daşımalıdır.  

Müxtəlif  radioaktiv  elementlərin  ekoloji  təsiri  də  müxtəlifdir.  Belə  ki, 

yarımparçalanma müddəti 2 sutkadan az olan izotoplar ətraf mühit üçün böyük 

təhlükə  yaratmır  (nüvə  partlayışlarını    istisna  etməklə).Çünki,  onarın  yüksək 

səviyyəli radiasiyası ətraf mühitə qısa müddətdə təsir göstərir. Yarımparçalanma 

müddəti çox uzun olan elementlər demək olar ki, ətraf mühit üçün təhlükəsizdir. 

Belə  ki,  onlar  müəyyən  zaman  müddətində  çox  zəif  şüalanma  yaradırlar 

(məsələn,Uran-238). 

Beləliklə, ən təhlükəli radioaktiv elementlər yarımparçalanma müddəti bir 

neçə həftə, bir neçə ay və bir neçə il arasında dəyişən maddələrdir. 

Öz  kimyəvi  xüsusiyyətlərinə  görə  Ca  və  K-dan  çox  fərqlənməyən 

Stronsium-90  və  Sezium-137  ətraf  mühit  üçün  daha  təhlükəli  izotoplar  hesab 

olunurlar.  Bu  izotoplar  atom  sənayesinin  tullantıları  və  nüvə  partlayışlarından 

sonra radioaktiv yağışlar vasitəsilə yer səthinə düşür. Stronsium kalsiumun bəzi 

xüsusiyyətlərinə malik olduğundan  asanlıqla onurğa beyninə daxil olur, sezium 

isə  kliuma  oxşar  olduğundan  asanlıqla  əələlərə  daxil  olur.  Bu  elementlərin 

yarımparçalanma  müddəti  uyğun  olaraq  28  və  33  il  olduğundan  onlar 

orqanizmdə toplanır və nəticədə sağlamlığa ciddi təsir göstərir. 

Ekoloji təsir xüsusiyyətinə görə radioaktiv izotoplar 3 qrupa bölünür :A,B 

və C. A qrupuna daxil olan radioizotoplar canlı maddələrin əsasını təşkil edir. B 

qrupuna daxil olan elementlər əsasən süni izotoplardır və parçalanma prosesində 

yaranır.C qrupuna daxil olan izotoplar təsirsiz qazlardır. Aşağıdakı cədvəldə bu 

qruplara daxil olan izotopların xüsusiyyətləri göstərilmişdir [ 7]. 

 


Cədvəl 4. 

Ekologiya üçün böyük əhəmiyyət kəsb edəəsas radioaktiv 

izotoplar. 

Radioizotoplar  Yarımparçalanma  

müddəti 

Ş

üalanma 



α

 

β



 

γ

 



A qrupu 

Karbon (


14

C) 


5568 il 

 



 

Tritium (

3

H) 


12,4 il 

 



 

Fosfor (


32

P) 


14,5 gün 

 

+++ 



 

Kükürd (


35

S) 


87,1 gün 

 



 

Kalsium(


45

Ca) 


160 gün 

 

++ 



 

Natrium(


24

Na) 


15 saat 

 

+++ 



+++ 

Kalium(


42

K) 


12,4 saat 

 

+++ 



++ 

Kalium (


40

K) 


1,3 milyard il 

 

++ 



++ 

Dəmir (


59

Fe) 


45 gün 

 

++ 



+++ 

Manqan(


54

Mn) 


300 gün 

 

++ 



++ 

Yod (


131

I) 


8 gün 

 

++ 



++ 

B qrupu 


Stronsium(

90

Sr) 



27,7 il 

 

++ 



 

Sezium (


237

Cs) 


32 il 

 

++ 



 

Plutonium(

239

Pu) 


24000 il 

++++ 


 

++ 


C qrupu 

Arqon (


41

Ar) 


2 saat 

 

++ 



 

Kripton (

85

Kr) 


10 il 

 



 

Ksenon (


133

Xe) 


5 gün 

 

+++ 



 

Radon (


222

Ra) 


3,8 gün 

 

++ 



 

 

 



Qeyd :

 Cədvəldə aşağıdakı işarələr qəbul edilmişdir : 

+ - enerjisi 0,2 MeV-dan azdır 

++ - enerjisi 0,2-1 MeV arasındadır 

+++ - enerjisi 1-3 MeV arasındadır 

++++ - enerjisi 3 MeV-dan çoxdur. 

nsan  orqanizmi  orta  hesabla  il  ərzində  kalium  40-ın  hesabına  180 

mikrozivert  şüalanma  alır.Bu  şüalanma  əsasən  insanın  qəbul  etdiyi  kaliumun 

hesabına yaranır. 

Bir sıra nuklidlər (qurğuşun -210, polonium -210) orqanizmə ancaq qida 

vasitəsilə  düşür.  Göstərilən  izotoplar  ancaq  balıqda  toplanır.  Buna  görə  də 

balıqdan  qida  məhsulu  kimi  çox  istifadə  edən  şəxslər  nisbətən  böyük 

ş

üalanmaya məruz qalırlar. 



Radioaktiv  maddələr  insan  orqanizminə  düşməkdən  əvvəl  ətraf  mühitdə 

mürəkkəb  bir  marşrut  keçməli  olurlar.Məsələn,  onlar  atmosferdən  torpağa  , 

torpaqdan  bitkiyə,  oradan  insan  orqanizminə,  digər  yolu  isə  torpaqdan  bitkiyə 

keçdikdən  sonra  otyeyən  heyvanlara,  onlardan  isə  ət  və  süd  məhsullarının 

tərkibində insan orqanizminə keçir. 

onlaşdırıcı  şüalanmanın  insan  orqanizminə  təsir  xüsusiyyəti  aşağıdakı 

cədvəldə göstərilmişdir [ 1]. 

 

 



 

 


Cədvəl 5.

  onlaşdırıcı süalanmanın insan orqanizminə təsir 

xüsusiyyətləri. 

Süalanma dozası,rad 

Ş

üalanmanın nəticəsi 

100000 

Bir neçə dəqiqədən sonra ölüm 



10000 

Bie neçə saatdan sonra ölüm 

1000 

Bir neçə gündən sonra ölüm 



700 

90% bir neçə həftə ərzində ölüm 

200 

10% bi neçə aydan sonra ölüm 



100 

Ölüm halları qeydə alınmır 

Xərçıng xəstəliyinə tutulanların sayı 



kəskin artır 

Qadınlarda sonsuzluq halları artır 



 

Müşahidələr  zamanı  müəyyən  olunmuşdur  ki,  radiasiyanın  gündəlik 

dozası 2-5 rad olduqda bitkilərin boy artma qabiliyyəti azalır. Heyvan aləminin 

növ  tərkibi  azalaraq  dəyişir.  Palıd  ağacları  yüksək  radiasiya  şüalanmasında  da 

(40-50 rad) məhv olmasalar da, onlar ilkin təravətlərini itirir və həşəratlara qarşı 

dözümsüz  olurlar.  Bəzi  həşəratlar  sürətlə  artmağa  başlayırlar.  Məsələn, 

təcrübənin ikinci ilində , gündəlik radiasiya şüalanması 10 rad olduğu müddətdə 

palıq  qurdunun  miqdarı,  şüalanmaya  məruz  qalmayan  əraziyə  nisbətən  200 

dəfədən çox artdı. Şüalanma qradiyentini beş zonaya bölmək olar : 

1)

  Mərkəzi zona – burada ali bitkilərin hamısı məhv olur; 



2)

  Qum otlaqlar zonası; 

3)

  Qaragilə zonası; 



4)

  Radiasiya təsirindən dəyişmiş palıd meşəsi; 

5)

  Təsirin zəif olduğu ərazilər. 



5-ci  zonanı əhatə edən ərazilərdə bitkilərin inkişafına müəyyən təsir olsa 

da, məhv olmuş bitkilərə rast gəlinmir. 

Təcrübə  nəticələri  göstərir  ki,  ot  bitkiləri  meşə  örtüyünə  nisbətən 

ionlaşdırıcı  şüalanmaya  daha  dözümlüdür.  Digər  tərəfdən  radiasiyanın  təsiri 

kəsildikdən sonra ot bitkiləri daha tez bərpa olunurlar nəinki meşə ağacları. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


FƏS L II.   Elektromaqnit  şüalanma  mənbələri  və  onlardan  mühafizə 

yolları. 

 

 2.1.Sənaye  müəssisələrində  elektromaqnit  şüalanma  təsirində

mühafizə yolları. 

nsan  orqanizminin  elektromaqnit  şüalanmasından  mühafizəsi  dedikdə, 

ş

üalanma  intensivliyinin  buraxıla  bilən  sıviyyəyə  qədər  aşağı  salınması  başa 



düşülür.  Mühafizə  konkret  üsul  və  avadanlığın  seçilməsi,  onların  iqtisadi 

göstəricilərinin nəzərə alınması və istismarının sadə olması ilə təyin olunur. 

Mühafizənin təşkilində aşağıdakılar nəzərdə tutulur: 

-

  Iş  yerlərində  şüalanma  səviyyəsini  qiymətləndirmək  və  onun  mövcud 



normativ sənədləri ilə müqayisə etmək; 

-

  Verilən şərait üçün mühafizənin təmin olunmasında lazımi tədbirlərin və 



mühafizə vasitələrinin seçilməsi; 

-

  Mövcud mühafizə sistemləri üzrə nəzarətin həyata keçirilməsi. 



Xarakterinə görə eıektromaqnit şüalanmadan mühafizə kollektiv və fərdi ola 

bilər.  Belə  ki,  kollektiv  mühafizə  bir  qrup  üçün  nəzərdə  tutulduğu  halda,  fərdi 

mühafizə  hər  bir  mütəxəssisin  ,  işçi  personalın  mühafizəsi  nəzərdə  tutulur. 

Bunların həyata keçirilməsinin hər birinin əsasını təşkilatı və mühəndis-texniki 

tədbirlərin aparılması tələb edir. 

Mühafizənin  təşkilatı  tədbirlərinə  şüalanma  mənbəyi  olan  obyektlərin 

yerləşməsinin  ,  şüalanmaya  məruz  qalan  obyektlərin  optimal  yerləşdirmə 

xüsusiyyətlərinin  müəyyən  edilməsi,  şüalanmanın  təsirini  minimuma  endirmək 

üçün işçi personalın iş və istirahətinin düzgün təmin olunması , təhlükəli zonaya 

düşmə  ehtimalında  xəbərdarlıq  tədbirlərinin  həyata  keçirilməsinin  təşkil 

olunmasından ibarətdir. 


Hər  bir  konkret  şəraitdə  işçinin  sağlamlığına  təsir  göstərə  bilən  amillər 

kəmiyyət  və  keyfiyyətcə  yoxlanılmalıdır.  Burada  əsas  rol  oynayan  amillərdən 

biri də orqanizmin fərdi xüsusiyyətləri və onun funksional vəziyyətidir. 

Vaxta görə mühafizə tədbirlərində işçinin ancaq xidməti vəzifəsi ilə əlaqədar 

olaraq  şüalanmaya  məruz  qalma  ehtimalı  təyin  olunur.  Təsir  müddətinin 

azaldılması  üçün  müəyyən  tədbirlərin  (  işin  avtomatlaşdırılması,  mühafizə 

sisteminin  keçirilməsinə  sərf  olunan  müddətin  azaldılması  və  s.)  həyata 

keçirilməsi  ilə  yanaşı  işçinin  şüalanmaya  məruz  qalma  müddəti  şüalanmanın 

intensivliyindən asılı olaraq normativ sənədlər əsasında təyin olunur. 

Mühəndis-texniki  tədbirlər  o  zaman  həyata  keçirilir  ki,  təşkilatı  tədbirlər 

lazımi nəticə vermir. 

Fərdi  təhlükəsizlik  tədbirlərinə  nisbətən  kollektiv  təhlükəsizlik  tədbirləri 

daha effektli mühafizə üsulu hesab olunur. Bu onunla əlaqədardır ki, bu üsulla 

nəzarətin həyata  keçirilməsi  daha  səmərəli  və  sadə olur.  Lakin,  nəzarət  olunan 

sahə  çox  böyük  olduqda  ,  tələb  olunan  maliyyə  vəsaitinin  həcmi  çox  və 

mühafizənin  təşkili  mürəkkəb  xarakter  alır.  Şüalanma  intensivliyi  yüksək  olan 

sahələrdə  nəzərdə  tutulan  işlər  qısa  müddət  ərzində  həyata  keçirilirsə  kollektiv 

təhlükəsizlik  sisteminin  yaradılması  məqsədəuyğun  hesab  olunmur.  Bu  işlərə 

qəza  vəziyyətində  təmir  işləri  ,  açıq  şüalanma  şəraitində  ölçü  və  kökləmə 

işlərinin  aparılması,  təhlükəli  zonadan  keçilməsi  və  digər  işlər  aid  edilir.  Belə 

hallarda fərdi mühafizə avadanlığından istifadə olunur. 

Fərdi  mühafizə  avadanlıqları  o  halda  tətbiq  olunur  ki,  şüalanma  səviyyəsi 

buraxıla bilən həddi keçir və buna görə də digər tədbirlərin görülməsi mənasız 

olur.  Bu  avadanlıqlar  ümumilikdə  bütün  bədəni  və  yaxud  onun  müəyyən 

hissəsini  qorumaq  üçün  nəzərdə  tutulur.  Aşağıdakı  cədvəldə  elektromaqnit 

ş

üalanmadan  fərdi  mühafizə  tədbir  və  avadanlıqları  haqqında  məlumat 



verilmişdir [ 5]. 

           Cədvəl 6. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin