Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Heydər Əliyev Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi



Yüklə 2,03 Mb.
səhifə25/25
tarix02.01.2022
ölçüsü2,03 Mb.
#2344
1   ...   17   18   19   20   21   22   23   24   25



    • Tofiq Bəhramov Azərbaycan futbolçusu, futbol hakimi, Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. Tofiq Bəhramovun 1966 - cı ildə İngiltərədə keçirilən 8 - ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionunna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdır. O, 1925-ci il 29 yanvarda Bakıda anadan olub.

    • Futbolçu karyerasına 1940-cı ildə başlayan T. Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir.

    • O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

    • T. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını (”Ayaks” (Hollandiya)- “İntependyente”(Argentina) idarə edib.





    Səbail rayon

    • Səbail rayon

    • Mərkəzləşdirilmiş Kitabxana Sistemi

    • Slayd 2012 – ci il “İdman İli”nə həsr olunub.

    • HAZIRLADI: Babaşova Şəbnəm



    Yüklə 2,03 Mb.

    Dostları ilə paylaş:
    1   ...   17   18   19   20   21   22   23   24   25




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin