Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə79/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

429

 

 



 

 

identikliyin  dərki  baxımından  müsbət  və  ya  mənfi  hadisə  kimi  dəyərləndirlə  biləcəyi  məsələsinə 



xüsusi  olaraq  toxunmuş  və  fərqli  tədqiqatçıların  problemə  yanaşmasındakı  ziddiyyətli  məqamları 

diqqətə  almışdır.  Dilçi  hətta  bəzi  araşdırmaçılarınm  bilinqvizmin  bəla  olması  qənaətinə  gəlməsi 

məqamını vurğulamaqla bu kimi situasiyaların identiklik zəminində müəyyən problemə yol açması 

faktını  qeyd  etmişdir  [11].  Maraqlıdır  ki,  multikulturalizm  nəzəri  konsepsiyasının  müasir  Dünya 

cəmiyyətinin,  qlobal  anlamda  bəşər  inkişafının  alternativsiz  tolerant  bigəmövcudluq  modeli  kimi 

qəbul edilməsi və yaşam standartının istər Azərbaycan, istərsə də inkişaf etmiş Qərb toplumlarında 

aparıcı  doktrina  səviyyəsinə  qaldırılması  onun  (multikulturalizmin)  təkcə  dilçi,  psixoloq, 

siyasətçünas, sosioloq alimlərin deyil, eləcə də müxtəlif sahələrə aid yaradıcı şəxslərin xüsusi maraq 

dairəsinə  daxil  olmasını  qaçılmaz  etmişdir.  Məhz,  həmin  problemə,  yəni  hibrid  identiklik  və 

multikultural  toplum  ideyalarının  müştərəkliyinin  doğurduğu  psixoloji  situasiya  Buker  mükafatı 

laureatı  H.Kureyşi,  Nodbel  mükafatçısı  V.Naypol  və  bir  çox  başqa  fərqli  identikliyi  Qərb 

yazıçılarının  əsərlərində  əsas  təhlil  hədəfinə  çevrilmişdir.  Koqnitiv  dissonans  və  bilinqvemin 

multikultural topluma adaptasiyası baxımından həmin əsərlərin qəhrəmanalrının psixoloji obrazı və 

nitq özəlliklərinin təhlili burada məhz hibrid identiklik probleminin kəskin şəkildə durduğunu, fərqli 

dəri  rəngli,  fərqli  dini  etiqad    daşıyıcı  olan  başqa  dildə  danışan  mühacirlərin  Qərb  toplumunda 

adaptasiyasında  koqnitiv  dissonaslıq  məqamının  mühüm  mane  kimi  çıxış  etdiyi  ortaya  qoyur. 

Məlum olur ki, belə bir ortamda fərdlər öz nitq özəlliklərini aparıcı ünsiyyət vasitəsi kimi seçilmiş 

konkret  dilə  (haqqında  bəhs  etdiyimiz  əsərlərdə  söhbət  ingilis  dilindən  gedir)  uyğunlaşdırmağa 

üstünlük verir, “koloritli aksentlər”dən imtina və qaçınma tendensiyası nümayiş etdirirlər. Bir çox 

halda bu məqam, yəni özündən, öz milli kimliyindən qaçınmaq məqamı fərddə psixoloji çıxmazlıq 

situasiyasına  yol  aça  bilir  ki,  yalnız  zamanla,  müvafiq  psixoloji,  linqvopsixoloji  müdaxilələr  və 

eləcə  də  şəxsiyyət  inkişafı  zəminində  koqnitiv  dissonaslığın  aradan  qaldırılması  və  hibrid 

identikliyə  malik  şəxsin  real  situasiyada  öz  həqiqi  milli  kimliyilə  sosial  kimliyi  arasında  barış 

məqamına  çatması  mümkün  olur.  Bununla  da  qazanılma,  yəni  yeni  və  adekvat  identiklik 

formalaşmış  olur.  Xatırladaq  ki,  multikulturalizmin  ideya  nəzəriyyəçilərindən  sayılan  görkəmli 

sosikulturoloq  alim  hesab  edilən  S.Hollun  da  qeyd  etdiyi  kimi,  iki  növ  identiklik  mövcuddur: 

“mövcudluq identikliyi” (identity as being) və “formalaşma identikliyi” (identity as becoming ) [12, 

s.222-237]. Multikultural toplum öz ideya nüvəsində fərqli dil daşıyıcılarının tolerant birgəyaşamını 

təmin  etdiyindən  istənilən  multukultural  topl  fərdi  üçün  mahiyyət  etibarilə  artıq  “  formalaşma 

identikliyi”n  qazanılması  ən  təbii  zərurət  kimi  ortaya  çıxır.  Bu  zaman  milli  azlıq  və  ya  dominant 

kəsim qarşılaşdırmasından deyil, sərbəst və uyumlu birgəmövcudluqdan söhbət gedə bilir. 

  

Ədəbiyyat: 



 

1.  Барт  Р.  Избранные  работы.  Семиотика.  Поэтика.  М.,  1989.  http://www.  gumer.info/ 

bibliotek_ Buks/Culture/Bart/_02.php 

2.  Барт  Р.  Смерть  автора  //  Барт  Р.  Избранные  работы:  Семиотика.  Поэтика.  М.: 

Прогресс, Универс, 1994. С. 384-391. 

3. Хайдеггер М. Слова Ницше  «Бог мертв» //  Вопросы философии. 1990, №7, с. 143-

176. 

4. Ильин И. П. Логоцентризм// Ильин И. П. Постмодернизм. Словарь терминов. — М.: 



ИНИОН РАН (отдел литературоведения) - INTRADA. 2001. http://postmodernism.academic.ru 

/65/%D0%BB%D0%BE%D0%B3%D0%BE%D1%86%D0%B5%D0%BD%D1%82%D1%80%D

0%B8%D0%B7%D0%BC 

5.  Taylor  Gh:  The  Politics  of  Recognition/  Ch.Taylor  //  Multiculturalism;  examiningthe 

politics  of  recognition  //  Charles  Taylor  [etar:];  ediandintrod;  by  A.  Gutmann:  -  Princeton,  N.J.: 

Princeton University Press, 1994. - P. 25-73 

6. Толкачев С.П. Проблемы гибридной идентичности в современной мультикультурной 

литературе, M, 2001с.179 

7.  Hacıyeva  A.K.Zoometaforizmlər  (İngilis  və  Аzərbаycаn  dillərinin  mаteriаllаrı  əsаsındа), 

Bakı, Nurlan, 2006, 151 s. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

430

 

 



 

 

8.  Bhabha,  Homi  K.  The  Location  of  Culture.  London:  Routledge,  1994.    p.86. 



http://faculty.georgetown.edu/irvinem/theory/Bhabha-LocationofCulture-chaps.pdf 

9. 


Когнитивный 

диссонанс 

// 

Энциклопедия 



практической 

психологии 

http://www.psychologos.ru/articles/view/kognitivnyy_dissonans 

10.  Теория  когнитивного  диссонанса  //  Энциклопедия  практической  психологии 

http://www.psychologos.ru/articles/view/teoriya_kognitivnogo_dissonansa   

11.  У.  Вайнрайх.  Языковые  контакты.  Состояние  и  проблемы  исследования.  Год:   

Киев, Вища школа, 1979, 263 с. 

12.  Hall  S.  Cultural  Identity  and  Diaspora.”  In  Rutherford,  222-237.  hooks,  bell.  Yearning: 

Race, Gender, and Cultural Politics. Boston: South End Pr. In Williams, Patrick & Laura Chrisman 

eds.  Colonial  Discourse  &  Postcolonial  Theory:  A  Reader.  Harvester  Whaeatsheaf,  1993.,  p.222-

237 

Xülasə 


 Məruzədə  multikultural  toplumlarda  hibrid  identiklik  probleminin  yaratdığı  koqnitiv 

dissonans  vəziyyətinin  psixolinqvistik  aspektdən  dəyərləndirməsi  aparılır.  Məlum  olur  ki,  əslində 

həm  sosiolinqvistik,  həm  də  psixolinqvistik  problemlərin  çuğlaşmasından  törəyən  bu  problem 

müasir koqnitiv elmin ortaya qoyduğu yeni təhlil metodları ilə dəyərləndirilə bilər. 

 

A.Hajieva 



Multiculturalism- Hybrid Identity Sociolinguistic Correlation and Cognitive Dissonance 

Factor (The Study from Psycholinguistic Aspect)  

Summary 

In this article the cognitive dissonance condition in the multicultural societies created by the 

hybrid  identity  problem  is  studied  from  the  psycholinguistic  point  of  view.  Here  is  notified  as  a 

matter  of  fact  this  problem  which  appears  from  the  combination  of  both  sociolinguistic  and 

psycholinguistic problems may be analyzed with the new methods of study formed by the modern 

cognitive science. 

 

 

 

 

 

 

 

 

 

Məhəbbət Nəcəf qızı Əsədova, fil.ü.f.d., dosent 

Azərbaycan Memarlıq və İnşaat Universiteti, dosent 

mehi-a-n@rambler.ru 

 

MÜASİR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SOSİOLİNQVİSTİK REALLIĞI 



BİLİNQVİZM, ADSTRAT VƏ SUPERSTRAT PROBLEMLƏRİ KONTEKSTİNDƏ 

 

Açar sözlər: multikulturalizm, bilinqvizm, adstrat, superstrat, sosiolinqvistika. 



Keywords: multiculturalism, bilingualism, adstrat, superstrat, sociolinguistics. 

 

Müxtəlif xalqları öz qoynuna doğma ana kimi  yerləşdirə bilən Azərbaycan müstəqil, siyasi- 



iqtisadi  və  mədəni  cəhətdən  inkişaf  etmiş  multikultural  ölkədir.  Belə  ki,  Prezident  İlham  Əliyev 

Nazirlər  Kabinetinin  10  yanvar  toplantısında 2016-cı  ildə  Bakıda  bir  neçə  mötəbər  tədbirin,  o 

cümlədən  BMT-nin  Sivilizasiyalar  Alyansının  VII  Qlobal  Forumunun  keçiriləcəyini  bildirərək, 

2016-cı  ili  Azərbaycanda  “Multikulturalizm  ili”  elan  etmişdir  [10].  Multikulturalizm  başqa  sözlə 

desək  çoxmədəniyyətlilik  bir  məkanda,  bir  toplum  daxilində,  yəni  bir  cəmiyyətdə  yaxud  da    bir 

dövlətdə, ölkədə  yaşayan və çalışan bir çox millətlərdən,  xalqlardan ibarət olan mədəni müstəvidir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

431

 

 



 

 

Multikulturalizm  xalqların  mədəniyyət  səviyyəsinin  təkmilləşməsində,  dünyəvi  görüşlərinin 



formalaşmasında  və  bunların  da  nəticəsi  olaraq  həmin  xalqların  həyat  və  yaşayış  səviyyəsinin 

yaxşılaşmasında başlıca rol oynayır. Belə ki, kiçik saylı xalqlar mədəni inteqrasiya şəraitində böyük 

xalqların  mədəni  sərvətindən   xəbərdar  ola  və  bəhrələnə  bilirlər.  Bu  da  özlüyündə  kiçik  xalqların 

ruhunu,  bilgilərini  zənginləşdirir.  Multikulturalizm  generilizasiya  təminatçısı  kimi  çoxlu  sayda 

xalqların  yaşam  tərzini,  adət-ənənələrini,  vərdişlərini  ümumiləşdirir.  Çoxmillətlilik  sayəsində 

çoxmədəniyyətlilik  təzahür  edir  ki,  bu  da  ayrı-  ayrı  şəxslərin  etik,  estetik,  mədəni  və  dünyəvi 

görüşlərinin, şəxsiyyətlərinin, xarakterlərinin və milli kimliklərinin formalaşmasına gətirib çıxarır. 

Milli kimliyin formalaşması dil amili nəticəsində  gerçəkləşir ki, dil də öz növbəsində baza tanıtım 

rolunu  icra  edir,  yəni  həmin  dilin  daşıyıcısı  olan  xalq  öz  dili  vasitəsilə  həyata  baxışlarını,  adət- 

ənənələrini,  milli  və  mədəni  keyfiyyətlərini  əks  etdirir.  Xalqın  ünsiyyət  vasitəsi  olan  dil  həm  də 

həmin xalqın tarixi keçmişinin, linqvocoğrafiyasının güzgüsüdür. Belə ki, hər bir dildə aid olduğu 

xalqın  keçmişini,  yaşam  tərzini,  yanaşı  yaşadığı    xalqlardan  əxz  olunan  elementləri  əks  etdirən 

cizgilər öz əksini tapır. Dillərin tarixində baş verən hadisələr, dillərin hər hansı bir tarixi hadisənin 

nəticəsi olaraq bir- birinə uzun müddət təsiri həmin dillərin strukturunda öz izlərini qoymuş olur və 

o  dillərin  daxili  quruluşunda  müəyyən  dəyişikliklərə  gətirib  çıxarır.  Dilçilik  mənbələrində  dillərin 

kontaktı  [11]  nəticəsində  dillərin  daxilində  struktur  dəyişməsinə  səbəb  olan  proses  dillərin 

`çarpazlaşması  adlandırılır.  Bu  mövzuda  bəhs  edən  tədqiqatlarda  çarpazlaşmasının  üç  növü 

fərqləndirilir:  substrat,  superstrat  və  adstrat  [7,  489;  2,  109;  6,  163].    Tədqiqatımız  superstrat  və 

adstrat  kimi  dillərin çarpazlaşması  növlərinə həsr olunduğu  üçün burada  biz “çarpazlaşma zamanı 

məğlub  olan  yerli  dilin  qələbə  çalan  gəlmə  dildəki  izləri”  [2,  10]  olan  substrat  hadisəsindən  bəhs 

etməyəcəyik.  Substart  hadisəsinin  tam  əksi  olan  superstrat  [6,  171]  termini  latın  mənşəli  termin 

olub, latın  dilindəki super – üstündə, üzərində, stratum – qat, təbəqə, lay sözlərindən yaranmışdır 

[12]. A. Axundov dillərin çarpazlaşmasının növü olan superstart hadisəsini yad ərazidə məğlub olan 

gəlmə  dil  kimi  səciyyələndirir  [2,  110].  Belə  ki,    superstrat  -    istila  nəticəsində  gəlmə  əhalinin 

dilinin yerli əhalinin dilinə təsiridir, fəth edilmiş, yaxud da tabe edilmiş yerli əhaliyə assimilyasiya 

üçün  yetərli  çəkisi  olmayan  hər  hansı  etnik  azlıqların  dilinə  təsirdir.  Bu  halda  yerli  dil  ənənəsi 

qırılmır,  ancaq  həmin  dildə  müxtəlif  səviyyələrdə  və  müxtəlif  dərəcələrdə  xarici    elementlərin 

təsirləri  hiss  olunur  [13].  Bu  iqtibasdan  dillərin  çarpazlaşmasının  növlərindən  olan  superstratın 

“gəlmələrin dili olduğu, zaman keçdikcə yerli dilin əsaslarına toxunmadan ona qarışdığı” [7, 489] 

bəlli  olur.  Tarixən  dillərin  təmasından,  çarpazlaşmasında  qaynaqlanan  superstrat  hadisəsinə  dünya 

dillərində yetərincə rast gəlmək olur. Belə ki, bugünkü dünyanın qlobal dili səviyyəsinə qədər çatan 

ingilis  dili  VIII-  IX  əsrlərdə  skandinavların, XI  əsrdə  normandların işğalından sonra skandinav və 

normanların  fransız  dillərinin  təsirinə  məruz  qalmışdır  və  bu  gün  dünya  əhalisinin  əksərinin 

ünsiyyət  dilinə  çevrilən  ingilis  dilinin  leksik  bazasının  70  faizə  qədəri  bu  dillərdən  və  başqa 

dillərdən  alınma  sözlərdir  [5,  s.  67].  Ancaq  bu  dillərin  daşıyıcıları  olan  xalqlar  öz  dillərinin 

qrammatik,  fonetik  və  leksik  cizgilərinin  ingilis  dilində  qoysalar  belə  ingilislərin  həyatından  və 

torpaqlarından çəkilib getmişlər. Eyni vəziyyəti müasir Azərbaycan  dilində  də görmək olar. Digər 

xalqlarda olduğu kimi Azərbaycan tarixinin səhifələri də qansız, itkisiz ötməmiş, tarixin ayrı- ayrı 

dönəmlərində yurdumuz yadelli işğalçıların istilasına məruz qalmış və bu istilalar nəticəsində həmin 

qəsbkar xalqların dillərindən dilimizə müəyyən təsirlər olmuş və dilimizin fonetika, qrammatika və 

leksikasında  superstrat  hadisəsi  təzahür  etmişdir.    Belə  ki,  VII  əsrdən  başlayaraq  XIII-    XIV 

əsrlərədək    dilimizə  ərəb  və  fars  dillərindən,  XIX  əsrdən  isə  rus  dilindən  sözlər  keçmişdir.  VII 

əsrdən başlayan ərəb istilası zamanı ərəblər tərəfindən işğal olunan xalqların dilləri ərəblərin dilinin 

təsirinə məruz qalırdılar, çünki ərəblər  ərəb dilini islam dininin müqəddəs kitabı olan Quranın dili 

kimi  təbliğ  edərək  yayırdılar.  Bu  səbəbdən  də  müqəddəs  dil  kimi  təbliğ  olunan  ərəb  dilindən 

Azərbaycan dilinə dinlə, mövhumatla, ilahiyyat elmi ilə bağlı çoxlu sayda mücərrəd mənalı sözlər, 

antroponimlər  keçmişdir  [3,  s.  48]  və  bu  gün  də  bu  sözlər  dilimizin  fonetik  və  orfoqrafik 

xüsusiyyətlərinə  və  qanunauyğunluqlarına  müvafiq  olaraq  müəyyən  dəyişikliklərə  məruz  qalmış, 

assimilyasiyaya  uğramış  və  müasir  Azərbaycan  dilinin  lüğət  fondunda  kimlik  vəsiqəsi  qazanaraq 

ümumişlək  sözlərə  çevrilmişlər.  Farslarla  xalqımızın  müxtəlif  sahələrdə  olan  münasibətləri  fars 

dilinin Azərbaycan dilinə olan təsirini həm ədəbiyyat inciləri, həm də şifahi nitq vasitəsilə mümkün 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

432

 

 



 

 

etmişdir  və  eləcə  də  ərəblərin  fars  dilinə  olan  təsiri  nəticəsində  də  dilimizə  ərəb  –  fars  mənşəli 



sözlər, şəkilçilər, söz birləşmələri keçmişdir [3, 48- 59]. Məsələn:  

Ərəb leksik superstartları: sahə, maddə, namus, qanun, qərar, məktub, məhkum, inkar, idrak, 

zirvə,  ibrət,  ölkə,  lövhə,  dünya,  ünvan,  eyham,  alim,  dahi,  hakim,  qürur,  kainat,  təmənna,  səliqə, 

vəzifə, ziyafət, mətbəə, ittifaq və s. 

Fars  leksik  superstratları:  atəş,  badə,  arzu,  ahu,  fəda,  əfsus,  girdab,  ördək,  laləzar,  pərzad, 

şagird, aşina, cəngavər, mərdanə, bəstəkar, güzəran, xiridar və s. 

Ərəb və fars dillərinin Azərbaycanda uzun müddət hakim dairələrin dili olduğundan, elmdə və 

kargüzarlıqda   istifadəsi üstün tutulduğundan [2, 111], bədii   ədəbiyyat nümunələrinin, əsərlərin bu 

dildə  yazıldığından  Azərbaycan  dilində  ərəb  və  fars  superstartlarının  çoxlu  sayda  leksik  izləri 

dəyişikliklərlə  də  olsa  qalmışdır.  Məsələn,  ərəb  dilində  flektiv  dillərə  xas  olan  daxili  fleksiya  ilə 

cəmlənən  Azərbaycan  dilinə  keçmiş  leksik    superstartlar  cəm  formasını  ərəb  dilində  olduğu  kimi  

daxili  fleksiya  vasitəsilə  deyil,  Azərbaycan  dilinə  məxsus  şəkildə  kəmiyyət  kateqoriyasının 

göstəriciləri  olan  -lar,  -lər  cəm  şəkilçiləri  vasitəsilə  düzəlir:  şəxs-  şəxslər  (əşxas),  alim-  alimlər 

(üləma), ədib- ədiblər (üdəba), tərəf- tərəflər (ətraf), xəbər- xəbərlər (əxbar) və s. 

Müasir Azərbaycan ədəbi dilində rus dilinin xeyli sayda superstartları müşahidə olunur ki, rus 

dilinin superstarlarının dilimizdəki təzahürü bir tərəfdən  tarixi faktor kimi Azərbaycanın Rusiyanın 

tərkibinə keçməsi ilə şərtlənirsə, digər tərəfdən də Azərbaycanın Rusiya dövləti ilə yaranmış siyasi, 

iqtisadi  və  mədəni  əlaqələri  əsasında  gerçəkləşmişdir.    Rus  dilinin  superstartları  təkcə  xalis  rus 

sözlərindən  ibarət  olmayıb,  həm  də  Avropa  dillərindən  rus  dilinə  keçmiş  və  rus  dilinin  fonetik 

xüsusiyyətlərini qazanmış leksik vahidlərdir. Rus dilindən dilimizə keçən superstartlar bəzi fonetik 

dəyişmələrinə  məruz  qalırlar  ki,  bu  da  çox  vaxt  özünü  vurğunun  yerinin  dəyişməsində,  sözlərin 

artikulyasiyasında və orfoqrafiyasında  göstərir. Məsələn: qlobus, pero, stəkan, stol, vaz və s. 

Leksik superstartları alınma sözlərdən ayırmaq, fərqləndirmək çətindir, burada əsas fərq kimi 

yalnız  superstart  sözün xalqın  tarixinin  daha  dərin  qatlarına  aidliyi  ilə  şərtləndirmək  hesab  etmək 

olar. 

Dillərin  çarpazlaşmasının  növlərindən  olan  adstrat  latıncadan  ad-  “yaxın,  yaxınlıqda”  və 



stratum-  “təbəqə,  qat”  sözlərindən  yaranmışdır.  “Adstrat  hadisəsi  yanaşı  mövcud  olan,  qarşılıqlı 

əlaqələrə  və  təsirə  malik  iki  dilin  bir-  birində  buraxdığı  izə  deyilir”  [2,  110].  Dillərin 

çarpazlaşmasının  substrat  və  superstrat  növlərində  olduğu  kimi  adstrat  hadisəsində  qalib  dil  və 

yaxud  məğlub  dil  olmur.    Bu  terminin  mənası  bu  dillərdə  danışan  xalqların  uzun  müddət  birgə, 

yaxud da yanaşı mövcudiyyəti, ünsiyyəti və əlaqəsi şəraitində bir dilin digər dilə təsirinin nəticəsi 

kimi  anlaşılan  dil  sisteminin  xüsusiyyətlərin  məcmusudur.  Adstrat  etnik  assimilyasiyanın  və  bir 

dilin  digər  dilin  içərisində    əridiyinin  baş  vermədiyi  dillərin  qarşılıqlı  təsirinin  neytral  tipidir. 

Adstrat hadisəsi iki müstəqil dil arasında təbəqə yaradır. Bəzən adstrat terminini qarışıq bilinqvizm 

də  adlandırırlar  [14].  Adstrat  eyni  bir  ərazidə  iki  dilin  uzun  müddət  mövcudiyyəti  ilə  əmələ 

gətirilmiş ikidilliliyin variantıdır. Adstrat   gəlmələrin aborogenlərin dilinə təsiri ilə meydana gəlir, 

bu  vaxt  birinci  dil  qonşu  dil  kimi  saxlanılır [15].  Adsrat  ərazicə  qonşuluq  şərti  əsasında  başqa  bir 

dilin  bəzi  xüsusiyyətlərinin  mənimsənilməsidir  və  dillərin  çarpazlaşmasının  bu  növünə  nümunə 

kimi türk  adstratı balkan dillərində, türk dillərinin adstratı tacik və fars dillərində,   Azərbaycanda 

yaşayan  azsaylı  xalqların  dillərində  Azərbaycan  dilinin  adstratı,  Gürcüstan  respublikasında 

Azərbaycan- gürcü dillərinin bir- birində buraxdığı izləri, qonşu rus və fars dillərinin adstratlarının 

Azərbaycan  dilindəki  izlərini  göstərmək  olar.  Məsələn  Azərbaycanda      hind-avropa  dillərinin  İran 

dilləri qrupuna daxil olan talış dilinin fonetik tərkibində [ö], [u] və [g] səsləri olmadığı halda bu gün 

bu dildə danışanlar öz nitqlərində bu səsləri işlədirlər ki, bu da talış dilində Azərbaycan adstratının 

izidir. Daha bir Azərbaycan və türk adstratının izini talış dilinin indiki zaman I şəxs tək sonluğunda 

görmək  olar  [4].  Belə  ki,  ulu  türk  dilinin  sintaktik  quruluşundan  bəhs  edən  K.Abdullayev  türk 

dillərinə mübtəda + ikinci dərəcəli üzv + xəbər + mübtəda çərçivəli quruluşunun [1, 202] səciyyəvi 

olduğunu və mübtədanın xəbərin sonunda təkrar olduğunu göstərir. Talış dilində: Mı omedəm- Mə 



gedirəm. Bu cümlədə xəbərin sonunda -əm I şəxs sonluğu talış dilinə keçmiş Azərbaycan türk dili 

adstratıdır.  Başqa bir nümunə: Talış dilində: “Mi tini pidəm.- Mən səni sevirəm.”  nümunəsində ti- 

sən  II  şəxs tək  əvəzliyi   Azərbaycan türk dilində  II  tək   şəxs  əvəzliyi  təsirlik hal  şəkilçisini  qəbul 

etdiyi kimi (səni- tini) dəyişir və burada Azərbaycan dilinin adstratının izi aydın görünür. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

433

 

 



 

 

Azərbaycan  dilinin  talış  dilində  leksik  adstratları  ya  olduğu  kimi,  ya  da  bu  dilin  fonetik 



qanunauyğunluqlarına  uyğun  şəkildə  deformasiya  olaraq  ümumişlək  sözlər  kimi  talış  xalqının 

dilində  işlənməkdədir:  zolım-  zalım,  zomin-  zamin,  zılm-  zülm,  izah,  izzət,  iqlim,  yelpi-  yelpik, 

yarış, yas, yem, kosə- kasa, keçmiş və s. 

Müasir  Azərbaycanın  linqvocoğrafiyası  onun  müasir,  inkişaf  etmiş  multikultural  ölkə  kimi 

azsaylı  xalqların  Azərbaycan  xalqı  ilə  mehriban  bir  ailədə  çiyin-  çiyinə  yaşayıb  yaratdığını  göz 

önünə  qoyur. Belə ki, ölkəmizdə dövlət dilinin Azərbaycan dili olmasına baxmayaraq şəxsiyyətin 

hansı  dildə danışması, təhsil alması  onun öz seçimidir. Belə ki, azsaylı xalqların dilləri ilə  yanaşı 

multikultural  ölkə  olaraq  Azərbaycanda  rus,  ingilis  dilində  təhsil  almaq  imkanı  olduğu  bəllidir. 

Müasir  Azərbaycanda  ikidillilik,  yaxud  da  bilinqvizm  əhalinin  əksəriyyətinin  seçimi  olaraq  qalır. 

Bilinqvizm (ikidillilik) — əhalinin müəyyən qruplarının iki və ya daha çox dildə danışa bilməsidir. 

İki  dil  bilən  insanlar  bilinqvlər,  iki  dildən  çox  bilənləri  polilinqvnlər,  altı  dildən  çox  bilənlərə 

isə poliqlotlar adlanırlar.  Dil  müəyyən  sosial  qruplaşma  rolu  oynadığına  görə,  bilinqvlər  eyni 

zamanda iki sosial qrupa məxsus olurlar [16]. Dilçilikdə bilinqvizmin qarışıq və koordinativ növləri 

fərqləndirilir  ki,  qarışıq  bilinqvizm  iki  dilin  bir  sistemdə  qovuşuğu,  koordinativ  bilinqvizm  isə  iki 

dil  sisteminin  ayrılıqda  mühafizə  edildiyidir  [8,  194].  İkidildə  danışanın,  yəni  bilinqvin  nitqində 

bəzən müəyyən normadan kənara çıxma halları, sapmalar baş verir ki, belə sapmalar dil kodlarının 

qarışdırılması ilə izah olunur. “İkidillilikdə danışan insanların birdən artıq dil bilməsi nəticəsində, 

yəni  dil  kontaktı,  ünsiyyətinə  görə  nitqlərində  baş  verən  hər  hansı  bir  dilin  normalarından  kənara 

çıxma halları .interferensiya hadisəsi adlanır. Məhz bu nitq hadisəsi və onun ünsiyyətdə iştirak edən 

hər hansı bir dilin normalarına təsiri dilçilərin diqqətini cəlb edir.” [9, s. 22 ].  İkidilliliyin birtərəfli 

və ikitərəfli olmaqla iki forması fərqləndirilir [7, s. 356]. Birtərəfli ikidillilik zamanı azsaylı xalqlar 

içərisində yaşadıqları dövlətin dilini ana dili ilə yanaşı olaraq mənimsəyirlər və bu zaman ikinci dil 

fonetik, leksik və sintaktik səviyyədə onların nitqində ana dilinin normalarının bəzən pozulmasına 

səbəb  olur.    İkitərəfli  ikidillilikdə  isə  hər  iki  tərəf  bir-  birinin  dilini  öyrənir.  Məsələn,  müasir 

Azərbaycanda  talışların,  ləzgilərin,  tatların  və  digər  azsaylı  xalqların  nümayəndələri  öz  ana  dilləri 

ilə yanaşı Azərbaycan dilini də birtərəfli ikidillilik formasında öyrənirlər, çünki, onların əhatəsində 

yaşayan  azərbaycanlılar  onların  dilində  danışmaq  məcburiyyətində  qalmırlar.  Eyni  zamanda 

Azərbaycanda  yaşayan  ruslar,  gürcülər  Azərbaycan  dilini  bildikləri  kimi,  onların  əhatəsində 

yaşayan azərbaycanlılar da onların dilini mənimsəyirlər. 

Beləliklə,  yuxarıda söylədiklərimiz müasir Azərbaycanın  siyasi,  iqtisadi  və  mədəni  cəhətdən 

yüksək  səviyyədə  inkişaf  yolunda  olan  müxtəlif  xalqların  və  millətlərin  ünsiyyət  qurduğu  və 

yaşadığı multikultural bir ölkə olduğunu bir daha göz önünə qoyur. 

 

Ədəbiyyat: 



1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı-“Maarif”-1999. 

2. Axundov A. Ümumi dilçilik. Bakı- “Maarif”- 1979. 

3. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı- “Maarif”- 1982. 

4. Əliyev Ə. B. Talış dilində türk alınmaları. Bakı- “Nurlar”- 2007. 232 səh. 

5. Hajiyeva A., Najafli E. Contrastive lexicology. Bakı- “Science and education”- 2010. 

6. Heydərov R. Dillərin inkişafında dil əlaqələrinin rolu. Bakı- “Elm və təhsil”- 2013. 

7. Rəcəbli Ə. Nəzəri dilçilik. Bakı- “Nurlan”-2003. 

8. Rəcəbli Ə. Sosiolinqvistika. Bakı- “Nurlan”-2004. 

9. Вайнрайх У. Языковые контакты. Киев : Вища шк., 1979. 

http://www.booksite.ru/fulltext/vainraih/text.pdf 

10. http://strateq.az/arashdirma/26098/alim-baxisi-multikulturalizm 

11. https://sites.google.com/site/stvvyaz/home/istoriceskoe-razvitie-azykov-substrat-

superstrat-i-t-d 

12. http://megalektsii.ru/s16808t1.html 

13. https://ru.wikipedia.org/wiki/Суперстрат 

14. https://ru.wikipedia.org/wiki/ Адстрат 

15. http://wordhelp.ru/word/ Adstrat 

16. https://az.wikipedia.org/wiki/Bilinqvizm 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin