Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   4   5   6   7   8   9   10   11   ...   49
 
 
9


AKSEL HELMŞTADTER (ALMANİYA) 
 Marburq Universitetinin professoru, Beynəlxalq  
Əczaçılıq  Tarixi Cəmiyyətinin Baş Katibi.  
 
Hörmətli Dr. Ələkbərli,  
 
 Asudə vaxtı  mən bütün konfrans iştirakçılarına paylanan Sizin 
"Medical Manuscripts of Azerbaijan" (“Azərbaycanın tibbi əlyazmaları”) 
kitabınızla tanış oldum. Zənnimcə, o, Qərb dünyasına məlum olmayan 
məlumatlarla zəngindir, və gələcək tədqiqatlar üçün böyük əhəmiyyət kəsb 
edir. Bundan əlavə, mən hiss edirəm ki, alimlər sizin əlyzmalar kolleksiyası 
haqqında xəbər tutandan sonra bir çox dərs vəsaitləri yenidən yazılmalı 
olacaq.  
Mən bu yaxınlarda Bakıda keçirilmiş konfrans və sizin əlyazmalar 
kolleksiyanız haqqında «Pharmazeutische Zeitung» jurnalı üçün bir məqalə 
yazmaq istəyirəm. PZ Almaniyada əczaçılar üçün ən qabaqçıl jurnaldır. 
Mən məqaləmə sizin kitabınızdan 2-3 şəkil  əlavə etmək istəyirəm, o 
cümlədən 240-cı səhifədə verilmiş distilyasiya apparatının şəklini. Zənnim-
cə, hələ heç kim VIII əsrə aid su ilə soyudan distilyasiya apparatını gör-
məmişdir.  Şəkillərdən istifadə etməyi icazə verirsinizsə, zəhmət olmasa, 
mənə  xəbər verin. Mən məqaləmdə sizin kitabınıza dəqiq istinad edə-
cəyəm.  
Ondan  əlavə, istəyərdim sizdən xahiş edim ki, əgər mümkün-
dürsə, kitabınızın əlavə bir nüsxəsini də mənə göndərəsiniz – o,  Marburq 
Universitetinin  Əczaçılıq  İnstitutunun kitabxanasına gedəcək. Orada, orta 
əsrlər sahəsində çalışan bir neçə  alim  var,  və onlar sizin əsərinizlə 
maraqlana bilərlər....  Siz kitabı mənə göndərə bilərsiniz, mən isə onu dərs 
dediyim Marburq universitetinə apararam.  
 
Hörmətlə, 
Dr. Aksel Helmştadter 
 
Dr. Axel Helmstädter, 20 June 2006

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin