Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   2   3   4   5   6   7   8   9   ...   49
 
 
DEVİD RAYT (Böyük Britaniya)  
 
Professor, Beynəlxalq tibb tarixi cəmiyyətinin orqanı   
“Vesalius” jurnalının baş redaktoru.  
 
FƏRİD ƏLƏKBƏRLİNİN "AZERBAIJAN: MEDIEVAL 
MANUSCRIPTS, HISTORY OF MEDICINE,  MEDICINAL 
PLANTS” KİTABI HAQQINDA 
 
Azərbaycan zəngin tibb əlyazmaları kolleksiyasına malikdir. 
Azərbaycan Milli Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutunda müxtəlif 
dillərdə 12 000-ə yaxın əlyazma kitabı müxafizə olunur. Onlar astronomiya, 
tibb, riyaziyyat, poeziya, tarix, coğrafiya kimi sahələri əhatə edir. Dr. Ələk-
bərli bu İnstitutun Tərcümə və informasiya şöbəsinin müdiridir.  Onun məq-
sədi lakonik əsər yazmaqla, bu əlyazmalar və Azərbaycanda tibb tarixi haq-
qında məlumatları geniş ictimaiyyətə çatdırmaqdır.   
 
7


Fərid Ələkbərlinin kitabı altı yığcam fəsildən ibarətdir.  Birinci fəsil 
Azərbaycan tarixinin qisa icmalını  təşkil edir. Burada ölkənin tibb tarixinə 
töhvə verən şəxslərin adları çəkilir. Sonuncu fəsil tibb və qidalanmaya aid 
müasir təsəvvürlərin təhlilinə  həsr olunmşdur. Qalan dörd fəsil və mü-
qəddimə orta əsr  əlyazmalarından, eləcə  də otra əsr tibbindən,  əcza-
çılıqdan və aromaterapiyadan bəhs edir. Burada ən mühümm əlyazmaların 
siyahısı  da verilmişdir. 
Üç ən mühümm əlyazma YUNESKO-nun Dünya Yaddaşı proqra-
mına daxil edilmişdir. Bunlar aşağıdakılardır: İbn Sinanın “Qanun” əsərinin 
1143-cü ildə, müəllifin 1037 ildə ölümündən təhminən bir əsr sonra, 
köçürülmüş nüsxəsi; Rüstəm Cürcaninin (XIII əsr)  əsəri, və  Əbülqasım 
Zəhravinin (Abulcasis)  cərrahiyyə  и alətlər haqqında əsərinin cildlərindən 
biri ... 
Kitabda verilmiş çoxsaylı rəngli illüstrasiyalar, ölçüləri balaca olsa 
da, əlyazmaların qeyri-adi gözəlliyi haqqında zəngin əyani təsəvvür yaradır, 
və kitabın tarixi əhəmiyyətini xeyli artırır.  Fərid  Ələkbərlinin kitabı Azər-
baycanı şəxsən ziyarət etmək imkanları olmayanlar üçün qədim əlyazmalar 
dünyasına maraqlı bir səyahətdir, və, müəllifin dünya ictimaiyyətində Azər-
baycanın mədəni sərvətlərinə maraq oyatmaq ümidini doğrultmalıdır.  
 
David Wright. Book Reviews. "Azerbaijan: Medieval Manuscripts, History of 
Medicine, Medicinal Plants" by Farid Alakbarli.  Vesalius, Official Journal of 
the International Society for the History of Medicine, London-Paris, Vol. XII, 
No 1, June, 2006, p. 56 
 
______________________________________ 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin