AZƏrbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 424,54 Kb.
səhifə4/6
tarix07.03.2017
ölçüsü424,54 Kb.
#10552
1   2   3   4   5   6

baykoksla müalicə olunan qara toyuq cücələrinin qan zərdabında invaziya-nın bütün günləri ümumi zülalın miqdarının azalmasına baxmayaraq onun miqdarı yoluxdurulmuş müalicə olunmayan qrupunda olan cücələrin göstə-ricilərindən yüksək olur (şəkil 1 və 2).

Çil-çil toyuq cücələrinin qan zərdabında invaziyanın bütün günləri ümumi zülalın miqdarı dəyişmir. Eymeriyalarla yoluxdurulmuş və baykoksla müalicə olunan qara cücələrin qan zərdabında, sahibin kor bağırsağında merontlarının 1-ci generasiyasının inkişafı zamanı zülal fraksiyalarının miqdarı dəyişir. Bunlar elektroforetik hərəkət sürəti (EHS) 0,05; 0,09; 0,13; 0,22; 0,42; 0,44; 0,47; 0,56 və 0,66 fraksiyalarda olan zülallardır. EHS 0,05; 0,09; 0,13; və 0,47 olan fraksiyalarda zülalların miqdarı artır, EHS 0,22; 0,42; 0,44; 0,56 və 0,66 olan fraksiyalarda isə azalır. Miqdarı azalan zülallar EHS yüksək, artanlar isə EHS az olan zülallardır. Bu zülallar orqanizmin immun sistemində mühüm rol oynayır.

Miqdarı çoxalan zülallar həm yoluxdurulmuş və həm də baykoksla müalicə olunan qrupda yüksək molekul kütləli immunoqlobulinlər zonasında yerləşən zülallardır. Yoluxdurulub müalicə olunan cücələrin qan zərdabında EHS 0,29, 0,38 və 0,43 olan fraksiyalarda zülalın miqdarı kontrol qrupun göstəriciləri ilə müqayisədə kəskin artır. İnvaziyanın 3-cü günü onlardan birincidə zülalın miqdarı normaya nisbətən 6,41% (normada 14,96%), ikincidə 9,85% (normada 12,63%), üçüncüdə isə 9,25% (normada 0,58%) artır. Bu göstəricilər müalicə olunan qrupda müvafiq olaraq 2,42%; 3,84% və 5,19% artır.

Baykoksun 2ml/l dozası yerli cinsdən olan qara cücələrin qan zərdabının zülal fraksiyalarında əlavə dəyişikliklərə səbəb olmasa da, çil-çil cinsdən olan cücələrin qan zərdabında EHS 0,05 olan fraksiyalarda zülalların miqdarının kontrol qrupun göstəricisi ilə müqayisədə azalmasına səbəb olur (P<0,01). Miqdarı artan fraksiyalarda zülalların miqdarının artma intensivliyi yoluxdurulmuşlara nisbətən çoxalır, miqdarı azalan zülalların azalma intensivliyi isə zəifləyir. Bu da tətbiq edilən preparatın sahibin koksidioza qarşı yaranan immunitetə və qaraciyərin zülal sintez etmə funksiyasına mənfi təsir etmədiyini bir daha təsdiqləyir.

Sağlam, yoluxdurulmuş və müalicə edilmiş toyuq cücələrinin qaraciyərinin ümumi zülal göstəricilərinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, sağlam 20 günlük cücələr 30 günlük yaşa çatana qədər qaraciyərdə ümumi zülalın miqdarı artır. Müalicə məqsədi ilə tətbiq edilmiş A.absinthium qaraciyərdə ümumi zülalın miqdarının azalmasının qarşısını tam ala bilmir.

İnvaziyanın 3-cü, 5-ci və 7-ci günləri qaraciyərdə təyin olunmuş 26 zülaldan yoluxdurulmuşlarda 10-nun (1, 6, 9, 15, 16, 17, 18, 19, 20 və 22-ci fraksiyalar), A.absinthium-ilə müalicə olunanlarda isə invaziyanın 3-cü günü 8 (1, 3, 11, 14, 15, 17, 20 və 22-ci fraksiyalar), 5-ci və 7-ci günlər 6 fraksiyada (müvafiq olaraq 1, 2, 17, 18, 20, 22 və 1, 16, 17, 18, 20, 22-ci fraksiyalar) zülalın miqdarı statistik dürüst dəyişir. İnvaziyanın 10-cu gününə qədər yoluxdurulmuş cücələrin qaraciyərində dəyişikliyə uğramış 10 zülaldan 2-nin, müalicə olunmuşlarda isə 8 fraksiyanın 5-də zülalın miqdarı normaya qayıdır.

E.tenella ilə yoluxdurulmuş cücələrin A.absinthium ilə müalicəsi qaraciyərdə bəzi zülalların miqdarını tənzimləməklə yanaşı, immunoqlobulinlərin miqdarının artmasına maneçilik törətməyib, əksinə onların miqdarının artmasını sürətləndirir.

E.tenella ilə yoluxdurulub və baykoksla (2ml/l) müalicə olunan qara toyuq cücələrinin qaraciyərində invaziyanın 3-cü günü 1, 3, 4, 7, 9, 11, 17, 20 və 22-ci fraksiyalarda, yoluxdurulan cücələrin qaraciyərində isə 1, 6, 9, 15, 16, 17-20, və 22-ci fraksiyalarda kəmiyyət dəyişkənlikləri müşahidə edilir. İnvaziyanın 5-ci günü 1, 2, 3, 7, 17-19 və 20-ci fraksiyalar kəmiyyət dəyişkənliklərinə uğrayır. İnvaziyanın 7-ci və 10-cu günləri yoluxdurulmuş qrupda 21-ci fraksiyada zülalın miqdarı, 10-cu fraksiyada isə (EHS 0,28) zülalın miqdarı invaziyanın 7-ci günündən sonra normaya qayıtmağa başlayır. İnvaziyanın 7-ci günü əgər baykoksla müalicə olunan cücələrdə 1, 16, 17, 18, 20 və 22-ci fraksiyalarda kəmiyyət dəyişkənlikəri baş verirsə, müalicə olunmayan qrupdan olan cücələrdə 1, 6, 10, 15, 16-20 və 22-ci fraksiyalarda kəmiyyət dəyişkənlikləri baş verir. Alınan nəticələr göstərir ki, xəstə quşların baykoksla müalicəsi çox sayda zülalların miqdarında baş verən dəyişkənliklərin qarşısını alır.
VI FƏSİL. CÜCƏLƏRİN EYMERİOZU (EİMERİA TENELLA) VƏ MÜALİCƏSİ ZAMANI QANIN HEMATOLOJİ VƏ BƏZİ BİOKİMYƏVİ GÖSTƏRİCİLƏRİ

E.tenella ilə yoluxdurulmuş cücələrin müalicəsi zamanı invaziyanın bütün günləri eritrositlərin sayında kontrol yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə statistik dürüst dəyişkənlik baş vermir. Alınan nəticələrin yoluxdurulmuş qrupun müvafiq göstəriciləri ilə müqayisəsin-dən məlum olmuşdur ki, müalicə olunan 23 günlük cücələrin qanında eritrositlərin sayı 0,05x1012/l çox olur (P1<0,05).

Yoluxdurulub müalicə olunmayan qrupun göstəricilərinə nisbətən, müalicə olunan qrupda baykoks invaziyanın 5, 7 və 10-cü günləri eozinofil-lərin və monositlərin miqdarını tənzimləyir. Bazofillərin miqdarında isə statistik dürüst dəyişkənlik baş vermir. İnvaziyanın 7-ci günü bazofillərin miqdarı 0,06% artır (P1<0,05). Kontrol qrupun göstəriciləri ilə müqayisədə limfositlərin miqdarı 0,11%, yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə isə 0,09% artır. Göründüyü kimi baykoks əlavə olaraq (0,02%) leykositlərin sayının artmasına səbəb olur. Bu zaman monositlərin miqdarında hər iki halda statistik dürüst dəyişkənlik baş verir (P<0,05). İnvaziyanın 7-ci günü yoluxdurulmuş kontrol və yoluxdurulma-mış qrupların göstəriciləri ilə müqayisədə də psevdoeozinofillərin miqdarında artım baş verir (P<0,01 və P1<0,01), limfositlərin miqdarı isə azalır (P1<0,05) (cədvəl 3).



A.absinthium ilə müalicə olunan cücələrin qanının morfoloji göstəricilərinin dinamikasının öyrənilməsi göstərir ki, invaziyanın 3-cü günü kontrol yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə leykositlərin sayında və hemoqlobinin miqdarında statistik dürüst dəyişkənlik baş vermir, eritrositlərin sayı isə azalır. İnvaziyanın bu günü eozinofillərin və psevdoeozinofillərin miqdarı azalır, monositlərin miqdarı isə artır. Bu zaman baş verən dəyişkənliklər statistik dürüst olmuşdur.

A.absinthium ilə müalicə olunan cücələrin qanında eozinofillərin miqdarının statistik dürüst artmasına invaziyanın 3-cü və 10-cu günləri təsadüf edilmişdir (müvafiq olaraq P1<0,01 və P1<0,001).

Psevdoeozinofillərin miqdarında baykoksla müalicə zamanı olduğu kimi invaziyanın 3 və 10-cu günləri artım müşahidə edilir.

Bazofillərin miqdarı norma səviyyəsində olur. Limfositlərin miqdarı yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə kontrol yoluxdurul-mamış qrupun göstəriciləri səviyəsinə qədər azalır (0,87%) (P<0,05) (kontrol qrupda 41,03%, müalicə olunan qrupda 41,04), yoluxdurulmuş müalicə olunmayan qrupun göstəricilərinə nisbətən isə azalır (P1<0,05).

25 günlük cücələrin qanında müalicə zamanı eozinofillərin və monositlərin miqdarında dəyişkənlik baş verməsə də bazofillərin miqdarı yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə (P1<0,01), limfositlərin miqdarı isə yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə azalır, yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə isə artır (P<0,05). 27 günlük cücələrdə eozinofillərin miqdarında azalma baş verir. Monositlərin və bazofillərin miqdarı norma səviyyəsində olur. 30 günlük (invaziyanın 10-cu günü) cücələrdə eozinofillərin, monositlərin və bazofillərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir.

Müalicə məqsədilə tətbiq edilən baykoksun ayrılıqda və onun acı yovşan ilə birlikdə sağlam və yoluxdurulmuş cücələrin qanının morfoloji göstəricilərinə təsirinin öyrənilməsi göstərir ki, baykoksun 2ml/l, acı yovşanın isə 1500mq/kq dozası tədqiq olunan bütün yaşdan olan cücələrin

Cədvəl 3

E.tenella –nın 20000 oosistası ilə yoluxdurulub və müalicə edilən çil-çil toyuq cücələrinin qanının morfoloji göstəriciləri

(M±Sd, n=5)


CY

Qrup

RBC

x 1012/L

WBC

x109/L

HGB,

g/L

Leykositar formula, %

E

M

B

L

P

23

I

1,96±0,007

33,09±0,018

88,30±0,071

4,08±0,013

3,51±0,005

0,62±0,004

41,03±0,018

50,79±0,196

II

1,90±0,004

P>0,05


33,19±0,004

P<0,001


86,20±0,071

P<0,001


4,24±0,004

P<0,05


3,07±0,007

P<0,01


0,70±0,005

P>0,05


41,91±0,004

P<0,01


50,08±0,003

P<0,001


III

1,95±0,005

P>0,05


33,16±0,005

P<0,001


88,20±0,054

P<0,01


4,04±0,005

P<0,05


3,69±0,006

P<0,05


0,60±0,003

P>0,05


41,09±0,015

P>0,05


50,58±0,002

P<0,05


IV

1,95±0,005

P>0,05


33,08±0,004

P>0,05


88,09±0,049

P<0,05


4,03±0,012

P<0,05


3,68±0,006

P<0,001


0,60±0,007

P>0,05


41,04±0,238

P>0,05


50,65±0,003

P<0,01


V

1,95±0,005

P>0,05


33,18±0,011 P>0,05

83,40±1,200

P>0,05


4,07±0,011

P>0,05


3,69±0,007

P<0,001


0,52±0,008

P<0,01


40,19±0,006

P<0,05


51,53±0,012

P<0,01


25


I

2,05±0,007

22,16±0,007

85,00±0,022

3,75±0,005

2,49±0,004

0,68±0,004

46,18±0,009

46,90±0,007

II

2,04±0,007

P>0,05


22,29±0,007

P>0,05


80,02±0,319

P<0,001


3,80±0,004

P>0,05


2,48±0,007

P>0,05


0,75±0,005

P>0,05


46,20±0,006

P>0,05


46,77±0,004

P>0,05


III

2,03±0,010 P>0,05

22,29±0,005

P<0,01


84,10±0,050

P<0,001


3,82±0,008

P>0,05


2,50±0,004

P>0,05


0,66±0,005

P>0,01


46,29±0,004

P<0,05


46,73±0,012 P>0,05

IV

2,04±0,011 P>0,05

22,07±0,399

P<0,001


83,86±0,714

P<0,05


3,73±0,010

P>0,05


2,48±0,007

P>0,05


0,68±0,003

P>0,01


46,30±0,007

P<0,05


46,81±0,008 P>0,05

V

2,04±0,009

P>0,05


22,13±0,007

P>0,05


84,01±0,007

P>0,05


3,74±0,007

P>0,05


2,48±0,009

P>0,05


0,65±0,007

P>0,05


46,27±0,012

P>0,05


46,86±0,011

P>0,05


27


I

2,05±0,007

29,49±0,012

87,84±0,005

4,52±0,005

7,08±0,006

2,23±0,004

45,70±0,005

40,47±0,009

II

2,05±0,007

P>0,05


29,58±0,009

P>0,05


85,08±0,035

P<0,001


4,55±0,063

P>0,05


7,04±0,005

P>0,05


2,26±0,005

P>0,05


45,75±0,018

P>0,05


40,40±0,010

P>0,05


III

2,06±0,007

P>0,05


29,50±0,006

P>0,05


87,20±0,071

P<0,01


4,51±0,005

P>0,05


7,06±0,005

P>0,05


2,20±0,007 P>0,05

45,60±0,006 P<0,01

43,06±0,005 P<0,01

IV

2,04±0,005

P>0,05


29,48±0,007

P>0,05


87,00±0,707

P<0,01


4,50±0,009

P>0,05


7,05±0,007

P>0,05


2,19±0,008

P>0,05


45,67±0,006

P>0,05


40,63±0,006

P>0,05


V

2,03±0,006

P>0,05


29,68±0,007

P<0,05


86,97±0,007

P<0,01


4,48±0,009 P>0,05

7,07±0,011 P>0,05

2,22±0,007

P>0,05


45,69±0,009 P>0,05

40,54±1,999

P>0,05


Cədvəl 3-ün ardı

30


I

2,05±0,004

32,72±0,007

87,29±0,032

3,63±0,004

8,60±0,004

1,37±0,003

47,73±0,003

21,77±0,086

II

2,06±0,007

P>0,05


32,64±0,051

P>0,05


87,28±0,080

P>0,05


3,62±0,004 P>0,05

8,63±0,006

P>0,05


1,32±0,006

P>0,05


47,44±0,003

P>0,05


21,79±0,022 P>0,05

III

2,06±0,010

P>0,05


32,10±0,003

P<0,01


87,25±0,050

P>0,05


3,63±0,004

P>0,05


8,60±0,006 P>0,05

1,32±0,006 P>0,05

50,66±0,007

P<0,01


31,79±0,020

P<0,001


IV

2,04±0,007

P>0,05


30,32±1,980

P<0,01


87,12±0,049

P>0,05


3,63±0,009

P>0,05


8,61±0,008

P>0,05


1,33±0,007 P>0,05

50,62±0,009

P<0,001


31,81±0,007

P<0,001


V

2,05±0,007

P>0,05


32,64±0,007

P>0,05


87,03±0,021

P<0,05


3,62±0,012

P>0,05


8,60±0,016 P>0,05

1,33±0,009 P>0,05

50,64±0,011

P<0,001


31,81±0,022

P<0,001



Qeyd: I kontrol, II yoluxdurulmuş, III qrup – baykoks ilə müalicə edilən, IV qrup –A.absinthium ilə müalicə edilən, V - A.absinthium və baykoksun kombinasiyası ilə müalicə edilən: CY-cücələrin yaşı-günlə, RBC – eritrosit, WBC – leykosit, HGB-hemoqlobin, E-eozinofil, M-monosit, B-bazofil, L-limfosit, P-psevdoeozinofil.

qanında eritrositlərin və leykositlərin sayına, hemoqlobinin miqdarına mənfi təsir göstərmir. Baykoks sağlam 23 günlük cücələrin qanında eozinofillərin, monositlərin, limfositlərin və psevdoeozinofillərin artma-sına səbəb olsa da, bazofillərin isə miqdarına təsir göstərmir. 25 günlük cücələrdə eozinofillərin və limfositlərin miqdarı artır, psevdoeozinofillərin miqdarı azalır, monositlərin və bazofillərin miqdarı isə kontrol qrupun göstəricilərinə yaxın olur (P<0,05).

Yerli cinsdən olan yoluxdurulub baykoksun müxtəlif dozaları, acı yovşan, acı yovşan və baykoksun kombinasiyası ilə müalicə edilən qara cücələrin qanında invaziyanın 3-cü günü AST-nin aktivliyi azalır, 5-ci günündən başlayaraq fermentin aktivliyi artmağa başlayır. Bu proses invaziyanın 7-ci gününə qədər davam edir. Cücələrin baykoksun 1ml/l dozası ilə müalicəsi AST-nin aktivliyində statistik dürüst dəyişkənliyə səbəb olmur. Baykoksun 3ml/l dozası ilə müalicə olunan cücələrin qan zərdabında invaziyanın 3-cü günündən 7-ci gününə qədər AST-nin aktivliyi yüksəlir. Invaziyanın 3-cü günü baykoks ilə acı yovşanın kombinasiyası AST-nin aktivliyinin azalmasına səbəb olur (P>0,05) (şəkil 3).





Aspartataminotransferaza

Alaninaminotransferaza







Şəkil 3. E.tenella-nın 20000 oosistası ilə yoluxdurulub və müalicə edilən qara toyuq cücələrinin qanında transaminazaların dinamikası

Məlumatların müqayisəli analizi göstərir ki, bütün qruplarda AST-nin aktivliyinin dəyişilmə dinamikası eyni istiqamətdə gedir. Yəni invaziyanın ilk günləri AST-nin aktivliyi azalır. Sonra tədricən invaziyanın 5 və 7-ci günləri artır, 10-cu gün yenidən azalmağa başlayır. Yəni, patoloji proseslərin zəifləməsi və preparatın metabolitlərin orqanizmdən kənar olunması ilə fermentin aktivliyi normaya qayıtmağa başlayır.

Cücələrin baykoksun 1ml/l, 2ml/l və 3ml/L dozaları ilə müalicəsi zamanı müəyyən edilmişdir ki, qan zərdabında ALT-nin aktivliyi müalicə məqsədilə baykoksun dozasının artırılması ilə paralel olaraq artır. Bu da preparatın yüksək dozasının amin turşu və zülal mübadiləsinə mənfi təsir göstərməsini sübut edir (şəkil 3).

Yoluxdurulan qara cücələrin acı yovşanın 1500mq/q dozası ilə müalicəsi zamanı invaziyanın 3-cü, 5-ci və 7-ci günləri ALT-nin aktivliyi-nin azalmağa meyilli olduğu (P>0,05), müəyyən edilmişdir.

Beləliklə, qeyd edilən məlumatlardan aydın olur ki, eymerioza qarşı müalicə məqsədilə tətbiq edilən baykoks, acı yovşan və onların kombina-siyası qan zərdabında AST-nin aktivliyinin normada saxlanılmasını təmin edə bilmir.


Yüklə 424,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin