Azərbaycan miLLİ elmlər akademiyasi


Tarixi-sultan əl-arifin sultan Gülşəni q.s



Yüklə 6,47 Mb.
səhifə20/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   16   17   18   19   20   21   22   23   ...   232
Tarixi-sultan əl-arifin sultan Gülşəni q.s.

İslambulə gəldügi ilündə denüldi
Kəbə yıqməq dilər əshabi-fil,

Leyk manidir əya bir cəlil.

Qütbü aləm Şeyx İbrahim, çün

Etdi islam əhlinə Allah dəlil.

Misr içində ol Əziz irşad edib,

Qıldi Həqqin nemətin xəlqə bil.

Gün kibi etdi münəvvər aləmi,

Olmadi ol həzrətə kimsə ədil.

Bundəki Rumun püləv düşmənləri

Tən simərdib canləri oldi nəhil.

Hər yeri otlaq edindi bir yeri,

Xəlqi-aləm anlərə oldi qəsil.

Lütf edüb ol sanei-pərvərdigar,

Qılmadı Rum əhlini xurü zəlil.

Şeyx təqdir eylədi Rumə inə,

Nemətinə əhli-Rum olə nəzil.

İrdi İslambulə ol salari-din

Dendi tarixçəyi-İbrahim Xəlil.

h.924 m.1518/19 (T-890, vər. 251b)


  1. Gülşəninin türk Divanının İstanbul Millət kitabxa­nasın­dakı Ali Emiri əfəndi (Mən­zum əsərlər)-379 şifri altında saxlanılan nüsxə­si­nin 1947-ci ildə nəşr olun­muş “İstanbul kitablıqları türkcə yazma di­van­lar kata­lo­qu”nun birinci cil­din­də qısa təsviri vardır (№41). Kö­çü­rüldüyü tarix bəlli deyil. Həcmi 79 vərəq, öl­çüsü 19,8x13,2 (13, 69x9,64) sm-dir. Hərə­kəli nəsxlə hər səhifəyə 13 sətir yazılmışdır. Ka­ğızı ahərli, cil­di dəridir. Birinci vərəqində Ali Emiri əfəndinin vəqf mö­hürü basılmış, son vərəqində bir dairə çəkilmiş, kənarında “kəlimə­yi-tovhid” və bəzi adlar yazıl­mışdır. Yuxarıda – tədqiq tarixi bölümündə göstər­di­yi­­miz kimi “Tarama sözlüyü”ndə Kilisli Rüf`ət Bilgə tərəfindən dili taranan Gül­şəni Divanı da məhz bu nüsxə­dir. Nüsxədə bir qismi tərtibli, bir qismi tər­tib­siz 179 şeir vardır.

Başlanır: Ey məhəbbətdən təcalla eyləyən eynül-bəqa,

Elminün eynin görən latəyyindən liqa.

Bitir: Eşqi bil ənqa ki, bilinməz nədür,

Oxunan Qurandə oldur Qafü kaf.

Beləliklə, Gülşəninin türk Divanının nəşrə hazırlan­masında müqa­yisəli tədqiq olun­­­muş nüsxələrin şərti adları “FB”, “SP”, “VA”, “İÜ”, “CV”, “AE” kimi qərar­laş­­­dırılmışdır. Bunlardan “FB”, “SP” və “AE” nüs­xələri tamdır və başlanğıcları eynidir.

Sankt-Peterburq nüsxəsi çətin oxunub, divandan seçmələr təsiri ba­ğışlasa da qədimdir və ənənəvi, hətta klassik divan quruluşunu sax­lamışdır. Vatikan Apostol və İstanbul Millət kitabxanası Ali Emiri-379 şifrli nüsxələrin, xüsusilə birincinin tər­tibində ənənənin qorunmaması, tərtibsizlik istifadəni olduq­ca mürəkkəbləş­dir­miş­dir. Ümumilikdə əli­miz­də olan Divan nüsxələrinin müqayisəli öyrənilməsi, teks­toloji təd­qiqi, hal-hazır­ki şəkildə hazırlanıb təqdim edilməsində bu baxımdan bir sıra çətinliklər olmuşdur.

Burada, M.Akayın “İbrahim Gülşəninin Divan”ı (Mətn, Dil xü­su­siyyətləri-Söz­lük)” adlı doktorluq tezini yazarkən haqqın­da bilgi ver­diyi əlyazma nüsxələri ilə bağlı qənaətlərini açıq­la­maqda fayda ola­cağını düşünürük. O, Gülşəninin 7 nüsxə­sin­dən bilgi verib: 1. Millət kitabxanası: Ali Emiri – 379; 2. Ca­rul­lah Veliyüddin – 1661; İstanbul Universiteti T – 890; 4. An­ka­ra Universiteti Dil və tarix-coğrafiya fakültəsi: 982; 5. DTCF 289; 6. Rauf Yelkənçi nüsxəsi; 7. İzzət Ko­yunoğlu – 13196. Bunlardan DTCF – 982 saxlandığı yerində olmayıb. Rauf Yelkənçi nüsxəsi əl­də olunmayıb. Əldə etdiyi 5 nüsxədən İzzət Koyunoğlu – 13196 əlyazması haq­qın­da yazır: həm çox kiçik, həm də hərəkəsiz olması hesabı ilə fəzlə bir yarar ver­mə­yəcəyi düşünülərək qar­şılaşdırmaya daxil edilməmişdir (Akay, XLIV). Qalan 4 nüsxədən əsasa Ali Emiri nüsxəsini qoyaraq, 174 şeirin latın qrafikası ilə mətnini tər­tibləmişdir. M. Akayın istifadə etdiyi 4 nüsxədən AE, CV və İÜ nüsxələ­ri­nin surət­ləri həm də bizim əlimizdə vardır. Yalnız DTCF – 289 nüsxəsi bizdə olmayıb. Be­lə­liklə, “Divan”ın tərəfimizdən 6 nüsxə əsasında hazırladığımız mətnindəki 3-ü tu­yuğ olmaqla 766 şeiri Akayın mətnindəki 174 şeirlə müqayisə etdik. Akay mətnin­­dəki yalnız 2 şeirin (1-i natamam, digəri 2 beyt) bizim mətni­mizdə olma­dı­ğını göstərmə­yimiz gərəkdir. Bu iki şeir


  1. Vəchündən əhsən etmiş hüsnüni çünki sani

Rəhman yüzüni göstər rəf edübən məvani.

(Akay, №61, 18 beyt)



  1. Ey yüzi aydın aydan, rövşən cəmali gündən,

Hüsn ilə yoq nəzirün əmlah cihani səndən.

(Akay, №117, 4 beyt)

beytləri ilə başlayır. Əslində bu 2 şeirin hər ikisi əlimizdəki AE və biri isə İÜ nüs­xə­­lə­rində vardır. Biri natamam və ya fraq­ment şəklində oldu­ğundan və digər an­dı­ğı­mız obyektiv sə­bəb­lərdən hazırladığımız mətnə daxil edilməmişdir.

Gülşəninin sadəcə bir şeiri üzərində aparılan tekstoloji mü­qayisəni burada təqdim etməklə kifayətlənirik:


Bivücudəm, eşq odu bilməm bənüm nəm yandurur?

Yanubən külli kül oldum, bəs¹ dəxi nəm yandurur?


Yandurur gərçi cəhanda eşq odu aşiqləri,

Leyk bəndən2 *dil rəvani3 qati möhkəm yandurur.


Ah edərsəm bir nəfəs dünyayi oda yaxuban,

*Yedi çərxi4 *anun odu ilə5 cümlə der həm yandurur.


Necə duysun *eşq odinə dəgmə bir cani-zəif 6

Kim, anun gərmiyyəti nari-cəhənnəm yandırur.


Şəm`ə bir pərvanə yansə *suzişi avaz edər7,

Mə`şuqun* suzi rəvanum ondan8 əpsəm9 yandurur.


Ey cigər dərdinə dərman istəyən, əqlün qani?

Ögülürmi *şol cigər10 kim, anı mərhəm yandurur?


Çünki dərd imiş dəvası bu yürək yarəsinin,

Daxi11 üməm12 istəmə kim, anı üməm13 yandurur.


Rövşəni eşqinə14 *yanan dəmbədəm15 der: - Gülşəni,

Eşq odi pərvanə nisbət16 anı hər dəm yandurur.

(G., D., II, 83)

Qəzəl bu şəkildə Vatikan Apostol (86b), İstanbul Univer­sitet (61a), İstanbul Mil­lət, Ali Emiri-379 (80-81) nüs­xə­lərin­də vardır. şeirin digər bir variantı AMEA Əl­yazmalar İnstitu­tundakı B-1496 şifrli cüngdədir (27b). Bu qəzəl Gülşəninin vətənindəki yeganə türkcə şeiridir və aşağı­dakı şəkildədir:

Bivücudəm, eşq odi bilməm bənim nəm yandırur?!

Yanubən külli kül oldum, pəs dəxi nəm yandırur?!


Şəm`ə pərvanə düşsə faş olur aləmlər,

Mə`şuqun eşqi bəni gör necə əbsəm yandırur.


Yandırur gərçi cəhanda eşq odi aşiqləri,

Leyk bən zarü zəifi qamu möhkəm yandırur.


Ey cigər dərdinə dərman istəyən əqlün qanı?

Ögülürmi bir cigər kim, anı dərman yandırur?!


Rövşəni dərdilə yanmiş bir cigərdir Gülşəni,

Eşq odi pərvanə nisbət anı hər dəm yandırur.

(ƏYİ, B-1496, 27b)

Şeir “Divan”ın ikinci nəşrinə daxil etdiyimiz və əlyazma nüsxələrinə əsaslanılaraq 8 beytdir. 3,4,7–ci beytlər Bakı vari­an­t­ında göründüyü kimi yoxdur və eləcə də V=II, II=III, VI =IV, VIII=V beyt­lər şəklindədir. Nüsxə fərqlərinə gəldikdə 1. “VA”, “İÜ”, Bakı: pəs; 2. “İÜ”: bən; 3. “İÜ”: aciz quluni; 4. “İÜ”: -; 5. “VA”: rəvanum; “İÜ”: aciz qulunu; 6. “VA”, “AE”: ahim odilə; “İÜ”: Ahim ilə; 7. “AE”: odunun suzişinə dil rəvan; 8. “İÜ”, “VA”: faş olur aləmlərə; 9. “VA”, “İÜ”: dərdi məni gör necə; Bakı: eşq bəni gör necə; 10. “İÜ”: üməm; 11. “VA”: yürəgim; 12. “AE”: müşniq; 13. “VA”: mərhəm; 14. “VA”: şə­minə; 15. “İÜ”, “VA”: yanmışdır cigər; 16. “İÜ” kimi.

Əlavə edək ki, mətndəki fonetik fərqlər də maraq doğurur: Müqa­yisədə verdiyimiz bəs//pəs kimi və ya “bilməm” ifadəsi “İÜ”, “AE” nüs­xələrində “bilsəm”, “yaqubən” “AE”-də “ya­xu­­bən” və s. kimi.

Tekstoloji müqayisə nəticəsində hazırlanmış mətnə yu­xa­rıda təsvir olunan hər 6 əlyazmadan bir sırası istisna olun­maq­la bütün şeirlər daxil edilmişdir. Şeirlərin hər altı nüsxədə olan­ları azlıq təşkil etməkdədir. Hətta bəziləri yalnız iki və ya üç nüsxədə, hətta bir nüsxədə olanları belə vardır. Beləliklə, şeir­lərin sistemə salınıb, tərtib edilməsi zərurətinə nüsxələr­də­ki ilkin variantdakı müvafiq olaraq 69, 178, 277 və hazırlan­mış 408 saylı, ikinci variantdakı üç nüsxə­dən əlavə­lərlə 767 sayı əsas vermişdir. Tərtib etdiyimiz mətnə salınmış şeirlərdən bir neçəsi forma­ca eyni şeirin variantları sayıla bilər. Hətta ilk beytləri, misraları eyni və ya bənzər olanları da vardır:

Aşiqə tən eyləyən əql ilə divanədir” (B-1206, 139b-140a; Millət-379, 22),

Eşqün bəni şuridə qılub gör nələr eylər” (Millət-379, 16-17),

Bana sənsiz cahan ey can, gərəkməz” (B-1206, 141b; Millər-379, 25),

Dust elinə gedirəm, gəlməmisən ey gönül” (Vatikan, 125a),

Bana dər­dün gərək, dərman gərəkməz” (Vatikan, 142a-b),

Nedüm eşqün əlindən biləməzəm” (Millət-379, 76, 128, 129-130) və s.

Gülşəni “Divan”ının ikinci nəşrindəki 1) № 34, №39, № 45; 2) № 369, № 370; 3) № 390, № 392, № 394; 4) № 450, № 460; 5) № 515, № 522, № 541, № 590 və s. məhz bu qəbildəndir.

Zahirən bu hal katibin səhvi və ya sadəcə təkrar kimi görünə bilər. Lakin bu halla müxtəlif nüsxələrdə deyil, eyni əlyazmada üzləşdikdə, belə qənaətə gəlmək mümkündür ki, Gülşəni poetikasında eyni misra ilə başlayan iki və ya bir neçə müxtəlif şeir yazmaq üslubu da olmuşdur.



Mətnşünaslıqda bir abidənin əgər neçə-neçə əlyazması mövcud­dur­sa, onlar mü­qayisəli şəkildə tədqiq edilir, qrup­laş­dırılır. Variantları də­qiqləşdirilir. Əlyaz­ma­larla bağlı araşdır­malar aparırkən əlimizdən on­larla, bəlkə də yüzlərlə divan nüs­xəsi gəlib-keçib. Lakin əlyazmaları Gül­şəninin türkcə Di­va­­nına bənzər heç bir nüsxələrlə qarşılaşma­mış­dım. Gülşə­ni­nin türkcə Divanının əlimizdəki əlyazma­la­rı­nın sanki hər biri fərqli bir variantdadır. Bütün bu obyektiv səbəblərdən Gülşəni Bər­dəinin türk “Divan”ının bu və bundan əvvəlki kitabda təq­dim olunan mətni məhz bizim tərəfimizdən böyük məsuliy­yətlə tərtib edilərək nəşrə hazırlanmışdır. Gül­şəninin türk Di­va­nının əlyaz­ma­larının mətnini dil baxımından araşdıran M.Akay da “Nəticə olaraq Gülşəninin türkcə Divanının nüsxə­ləri olduqca fərqli­dirlər” qə­naətinə gəlmişdir (Akay, XXX). Necə ki, ilkin ana qaynaqlarda (Şarani, Muhyi) onun şeirlərini eyni zamanda üç fərqli dildə bədahətən söylədiyi, ətrafındakı­ların onları yazıya köçür­dük­ləri göstərilir. Bəlkə də Gülşəni türk Divanını özü bağla­ma­mış, bunu onun müridləri etmişlər. Və ola bilsin ki bu səbəb­dən əlyazma divanlar bu qədər fərqli­dir.Struktur baxımından bu fərq­li­lik və mürəkkəblik əyani ola­raq o dərəcədə hiss edilməkdədir ki, nüs­xələrin hər birini ayrı bir variant kimi qəbulu belə mümkündür. Uğurlu klassik mətn yaratmaq yolunda problemlərin həllinin məhz Gül­şə­ni­nin türk Divanı nüsxələrininnın tekstoloji tədqiqi və elmi-tənqidi mət­ni­nin hazırlanması ilə mümkün olacağını düşünürük.

Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin