Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
84
etibarilə peşə-sənət sözləri sayılır” [17,s.81]. Ən əsası, birinci
qrup sözlərə xas olan müəyyən sahə terminologiyasında
möhkəmlənmə və elmi lüğətlərdə yer alma kimi əlamətlərə bu
qrup sözlərdə rast gəlinmir. Bu sözlər dialekt sözləri olmaqla
yanaşı, peşə-sənət sözləri hesab olunurlar. Beləliklə, aydın olur
ki, müasir Azərbaycan dilinin terminoloji leksikasında bir çox
sözlər vardır ki, onlara yalnız Azərbaycan dilinin dialekt və
şivələrində rast gəlinir. Bu tip sözlər ayrı-ayrı
peşə və ixtisas
sahələrinə aid olmaqla müxtəlif əşya, anlayış və ya iş
prosesində istifadə olunan alət və ləvazimatları çox dəqiq,
konkret izah edirlər. Azərbaycanın
ərazisi müxtəlif iqlim
qurşaqlarında yerləşdiyi üçün əlverişli coğrafi şəraitə malikdir.
Bu isə əhalinin məşğuliyyətinə əsaslı təsir etmişdir. Rayon
iqtisadiyyatı ilə terminlərin yayılma arealını müəyyən etmək,
əslində, asan proses deyil, çünki ölkədə
iqlim şəraiti bir çox
ərazilərdə həm maldarlığın, həm əkinçiliyin məşğuliyyət sahəsi
olmasına imkan verir. Eyni zamanda ölkədə çoxsaylı su
qovşaqlarının olması balıqçılığın da bir çox ərazilərdə
yayılmasına səbəb olmuşdur. Azərbaycanın yerləşdiyi coğrafi
məkanın uyğunluğu burada kənd təsərrüfatının müxtəlif
sahələrinin inkişafına zəmin yaradır.
Məhz bu səbəbdən,
heyvandarlığa aid terminologiyanın zənginləşməsində Qazax,
Qarabağ və ya ümumilikdə qərb dialekti, bağçılığa aid
terminologiyada Quba dialekti, balıqçılığa aid terminologiyada
cənub dialekti, neft və qaz ilə bağlı terminologiyada Bakı,
Abşeron dialektləri, ipəkçiliyə
aid terminologiyada Şəki
dialekti zəngin mənbə sayıla bilər. Buna görə də əhalinin məş-
ğuliyyətinin növündən asılı olaraq bölgələrdə xeyli sayda kənd